Milli.Az
Відкрити в Telegram
Azərbaycanın milli xəbər saytı www.milli.az. Twitter-dəki nümayəndəliyimiz - https://twitter.com/#!/MilliAz. https://www.instagram.com/milli.az/
Показати більше4 675
Підписники
Немає даних24 години
-167 днів
-5830 днів
Архів дописів
4 675
‼️ 3, 17, 20, 33 və 88 nömrəli avtobus marşrutlarının hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib
Qeyd olunan marşrutlar Ənvər Qasımzadə küçəsindən sola dönərək Mirəli Qaşqay küçəsi ilə hərəkət edir, daha sonra əvvəlki hərəkət sxemləri üzrə fəaliyyətlərini davam etdirirlər.
Bundan başqa, 20 nömrəli avtobus marşrutu üzrə Səməd Cəfərov küçəsində, Fatimeyi-Zəhra məscidinin qarşısında yol təmiri işləri aparılır.
Bu səbəbdən 20 nömrəli xətt üzrə avtobuslar Surxay Nəcəfov küçəsi ilə hərəkət edirlər.
4 675
🚨 Abşeronda 9 yaşlı uşağı döyən kişi cərimələnib
Masazırda 27 yaşlı Fuad Mirzəyev qonşusunun 9 yaşlı oğlunun qolundan tutaraq kürək və baş nahiyəsinə zərbələr endirib.
👮♂️ O, polis tərəfindən saxlanılıb.
⚖️ Məhkəmənin qərarı ilə Fuad Mirzəyev 300 manat cərimələnib. O, əməlinə görə peşman olduğunu və uşaqdan üzr istədiyini bildirib.
4 675
🔴Bakıda 17 yaşlı yeniyetmə anasını bıçaqlayıb
Bakının Suraxanı rayonu Ramana qəsəbəsində 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub.
Ağır xəsarətlər alan 1981-ci il təvəllüdlü D.Qurbanova akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib, vəziyyəti ağırdır.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ş.Qəhrəmanov saxlanılaraq istintaqa təhvil verilib, araşdırma aparılır
4 675
❗️Qaxda ağır yol qəzasında dörd nəfər yaralanıb
Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
4 675
🇦🇿Bu gün Azərbaycanda lokal xarakterli antiterror tədbirlərinin başlanmasından 3 il ötür.
2023-cü il sentyabrın 19-da başlayan tədbirlər 23 saat 43 dəqiqə davam edib və sentyabrın 20-də saat 13:00-da atəşkəs razılaşması ilə dayandırılıb.
Nəticədə Qarabağda qanunsuz silahlı birləşmələr tərk-silah edilib, separatçı rejim ləğv olunub və Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib.
4 675
Hər gün sərnişinləri mənzil başına çatdıran “BakuBus” MMC-nin sürücüləri bu dəfə fərqli bacarıqlarını nümayiş etdiriblər.
4 675
👶 Bakıda 12 gün komada qalan körpə xilas olunub
16 iyun 2026-cı il təvəllüdlü qız körpə ağır gedişli suçiçəyi və onun yaratdığı fəsadlar səbəbindən avqustun 31-də xəstəxanaya yerləşdirilib.
Körpədə geniş yayılmış səpgilər, nekrotik dəyişikliklər və ağır tənəffüs çatışmazlığı müşahidə olunub. O, süni tənəffüs cihazına qoşulub və intensiv müalicə alıb.
Həkimlərin uzunmüddətli müalicəsindən sonra vəziyyəti stabilləşən körpə 12 sentyabrda evə buraxılıb.
4 675
⚡️Pakistanın Xeyber-Paxtunxva əyalətində məscid yaxınlığında partlayış baş verib.
15 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
4 675
🌧Hava ilə bağlı vacib məlumat: Leysan, dolu ...
Sentyabrın 18-20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava gözlənilir. Paytaxt və Abşeron yarımadasında havanın temperaturu 28-30 dərəcə isti olacaq.
Bölgələrdə isə bu gün və sabah bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal edilir. Əksər rayonlarda sentyabrın 19-u və 20-si yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda, xüsusilə Balakən, Şəki, Qazax, Gəncə, Qarabağ və Şərqi Zəngəzurda arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
4 675
🇦🇿🇩🇪 Hikmət Hacıyev Almaniya səfiri ilə görüşüb
Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke ilə görüşüb.
Almaniya səfirliyinin məlumatına görə, görüşdə iqtisadiyyat, təhsil, sülh və təhlükəsizlik, eləcə də digər mühüm məsələlər müzakirə olunub.
Tərəflər Azərbaycan–Almaniya əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğulayıblar.
4 675
DTX terror hazırlığı və maliyyələşməsi ilə bağlı əməliyyat keçirib – 10 nəfər saxlanılıb
4 675
⚠️ Bu gün təmir işləri ilə əlaqədar Bakının Xətai, Xəzər və Yasamal rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.
⚠️ Bu gün təmir işləri ilə əlaqədar Bakının Xətai və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz olmayacaq.
4 675
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb❗️❗️❗️
21 və 22 sentyabr tarixlərində aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq.
23 sentyabrda isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Giriş nöqtələri:
● Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
● M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
● S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
● Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;
● Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
● Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Çıxış nöqtələri:
● Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
● İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
● Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.
@insanoidcom❗️❗️❗️"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
21 və 22 sentyabr tarixlərində aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq.
23 sentyabrda isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Giriş nöqtələri:
● Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
● M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
● S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
● Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;
● Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
● Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Çıxış nöqtələri:
● Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
● İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
● Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.
4 675
⚽️🇦🇿 Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
Günün ilk oyununda "Neftçi" "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma saat 17:30-da start götürəcək. Paytaxt təmsilçisi hazırda 12 xalla ikinci, bölgə klubu 4 xalla səkkizinci pillədə qərarlaşıb. Bu matç həm də "Neftçi"nin Azərbaycan çempionatları tarixindəki 1000-ci oyunu olacaq.
Günün ikinci görüşündə "Qarabağ" "Şəfa" ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 19:45-də başlayacaq. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 10 xalla üçüncü, "Şəfa" 3 xalla onuncudur.
4 675
⚡️ “Təhsil eksperti” kimi tanınan Əşrəf Əşrəfliyə hökm oxundu
Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Əşrəf Əşrəflinin məhkəməsi başa çatıb.
Hökmə əsasən, Əşrəf Əşrəfli 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
