Milli.Az
Ir al canal en Telegram
Azərbaycanın milli xəbər saytı www.milli.az. Twitter-dəki nümayəndəliyimiz - https://twitter.com/#!/MilliAz. https://www.instagram.com/milli.az/
Mostrar más4 830
Suscriptores
+124 horas
+157 días
+3330 días
Archivo de publicaciones
4 830
❗️ Bu gün Bakının Sabunçu, Suraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılacaq
Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 12-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun G. Dmitrov, L. Tolstoy, D. Bünyadzadə, Ə. Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının MİDA yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
4 830
QMİ Məhərrəm ayının və Aşura gününün tarixini açıqlayıb
Belə ki, Miladi təqvimlə 16 iyun tarixinə, Aşura isə 25 iyun tarixinə təsadüf edəcək.
4 830
⚡️Bakıda iş saatları dəyişdirilir - Sıxlıq azalacaq
▪️İqtisadçı deputat Vüqar Bayramov bildirib ki, 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq Bakıda dövlət qurumları, təhsil və tibb müəssisələri də daxil olmaqla bir sıra sahələrdə dəyişkən iş qrafikinin tətbiqi nəzərdə tutulur. ▫️Onun sözlərinə görə, fərqli işə başlama saatları nəqliyyat sıxlığını azaltmağa, ictimai nəqliyyatda yüklənməni bölüşdürməyə və məhsuldarlığı artırmağa xidmət edəcək. Dəyişkən iş rejiminin 2026-cı ildən mərhələli şəkildə tətbiq olunacağı gözlənilir.
4 830
❗️🇦🇿🇵🇰Müdafiə naziri Zakir Həsənov Pakistan Ordusuna məxsus Mİ-17 helikopterinin Müzəffərabad yaxınlığında qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması ilə əlaqədar Pakistanın Quru Qoşunlarının komandanı Feldmarşal Seyid Asim Munirə başsağlığı verib.
4 830
XİN: Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib.
4 830
Məhkəmə Ramiz Mehdiyev, Əli Kərimli, Məmməd İbrahimlə bağlı QƏRAR VERDİ
Məhkəmə Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin 5 ay müddətinə uzadılması barədə qərar qəbul edib.
Həmçinin Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddətini 5 ay uzadıb.
Eyni zamanda, Məhkəmə tərəfindən AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan tədbinin müddətinin 5 ay uzadılması barədə qərar verilib.
4 830
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti daha 5 ay artırılıb
4 830
⚡️XİN: Azərbaycan Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli vizasız rejim tətbiq edəcək.
4 830
⚡️Sabahdan etibarən sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq
4 830
❗️Xaçmaz rayonunda uzunqulağın dişlədiyi 70 yaşlı kişi ölüb.
Hadisə rayonun Yergüc kəndində baş verib.
Kənd sakini, 1956-cı il təvəllüdlü Murad Əsfəndiyarovu bir həftə əvvəl kənd ərazisində uzunqulaq dişləyib. Bir müddət ev şəraitində müalicə alan şəxsin bu gün vəfat etdiyi bildirilir
4 830
‼️DYP: Məktəblilərə avtomobil icarəyə verənlər cəzalandırılacaq
Bakı Şəhər DYP İdarəsi “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi şirkətlərinə müraciət edərək məktəblilərə və sürücülük hüququ olmayan şəxslərə nəqliyyat vasitəsi verməməyə çağırıb. Qurum bildirib ki, belə hallar aşkar olunarsa, qanunamüvafiq tədbirlər görüləcək.
4 830
💡Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyun 10-da Yasamal və Nizami rayonlarında elektrik şəbəkəsində təmir işləri həyata keçiriləcək. Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev küçələri, Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
4 830
⚡️İyunun 13-də məktəblərdə "Son Zəng" tədbirləri keçiriləcək. Məktəblərə göndərilən təlimatda bildirilir ki:
● Tədbir səhər saat 9:00-da başlamalı və ən gec 2 saat ərzində bitməlidir.
● Şagirdlər tədbirdə məktəbli formasında olmalı, məzunların xarici görünüşü təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır.
● Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.
● Tədbir zamanı bayağı musiqilərə yol verilməməlidir.
● Tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır.
● Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır.
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
