ru
Feedback
STP POLYMER MMC

STP POLYMER MMC

Открыть в Telegram

"STP Polimer"MMC yüksək keyfiyyət standartlarının bütün tələblərinə cavab verən Polimer boru və Fitinqlərinin satışı 📍 H.Z.Tağıyev settlement,Sumqayıt 5022,Azərbaycan 📞+994 50 246 45 73 WhatsApp +99455 309 03 44 🌐 https://www.stp.az 📩 r.resulov@stp.az

Больше
186
Подписчики
-124 часа
-37 дней
-630 день
Архив постов
STP Şirkətlər Qrupu müasir şəhərlərin enerji təminatında əhəmiyyətli rol oynayan qabaqcıl texnologiyalarla istehsal etdiyi geniş çeşiddə kabellərlə də seçilir. Hazırda 28000-dən çox kabel növü və 300-ə yaxın fərqli kateqoriya üzrə istehsal həyata keçirərək, həm yerli, həm də beynəlxalq bazarda yüksək keyfiyyətli məhsullarla tanınır. Kabellərimiz şəhər infrastrukturunun və sənaye müəssisələrinin dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə enerji ötürülməsi, informasiya texnologiyaları və digər sahələrdə istifadə olunur. STP Şirkətlər Qrupu müasir texnologiyalar və innovativ yanaşmalarla şəhər elektrik şəbəkələrinin effektivliyini artırmağa, yüksək gərginlikli və aşağı gərginlikli enerji sistemlərini təhlükəsiz və etibarlı şəkildə idarə etməyə yönəlmiş məhsul portfelini müntəzəm olaraq genişləndirir. Bizim kabellərimiz yüksək keyfiyyətli materiallar və ən son istehsal texnologiyaları ilə hazırlanır, bu da onların uzun ömürlü, səmərəli və ekoloji cəhətdən təhlükəsiz olmasını təmin edir. ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az

photo content

STP Şirkətlər Qrupu olaraq energetika sahəsindəki fəaliyyətimizlə, təhlükəsiz və davamlı enerji həlləri təqdim edirik. Biz enerjinin daha effektiv və səmərəli istifadə olunması üçün geniş məhsul portfeli ilə sektorda mühüm rol oynayırıq. Kabel məhsulları, elektrik yuvaları, metal konstruksiyalar, polad fitinqlər və flyanslar, təzyiq çənləri, istilik dəyişdiriciləri və texniki qazlar kimi məhsullarımız, enerji infrastrukturunun bütün mərhələlərində yüksək performans və etibarlılıq təmin edir. Bu məhsullar yalnız enerjinin daha effektiv ötürülməsi və istifadəsini deyil, eyni zamanda ekoloji məsuliyyət və yaşıl enerji prinsiplərini ön plana çıxarır. Bizim təqdim etdiyimiz davamlı enerji həlləri, azalan enerji itkiləri və minimum ətraf mühit təsiri ilə sektorda yeni standartlar müəyyən edir. STP Şirkətlər Qrupu olaraq enerji istehsalından istifadə olunmasına qədər hər addımda innovativ və təhlükəsiz həllər təqdim edirik. ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az

photo content

photo content

photo content

Polimer məhsullarımızda istifadə etdiyimiz xammallar, yüksək keyfiyyət standartlarına uyğun olaraq laboratoriyalarımızda hərtərəfli fiziki və kimyəvi testlərdən keçirilir. Bu sınaqlar, xammalın dayanıqlılığını, möhkəmliyini və digər vacib xüsusiyyətlərini tam şəkildə qiymətləndirməyə imkan verir. Həmçinin hər bir məhsul nümunəsi də xüsusi sınaqlardan keçirilir ki, onun davamlılığı, təhlükəsizliyi və performansı ən yüksək səviyyədə olsun. Məhsulun uyğunluq testi, onun real istifadə şəraitində necə fəaliyyət göstərəcəyini müəyyən etmək üçün ciddi şəkildə həyata keçirilir. Yalnız bu detallı yoxlamalardan uğurla keçdikdən sonra xammallar və hazır məhsullar istehsalat prosesində istifadə üçün təsdiq olunur. Bizim üçün hər bir mərhələ, mükəmməl nəticə əldə etmək və müştərilərimizin məmnuniyyətini təmin etmək üçün əhəmiyyətlidir. ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az

photo content

75 yaşın mübarək, oğma şəhərim! #Sumqayıt75 #ŞəhərGünü #22noyabr #1949-2024

Sual: STP Şirkətlər Qrupunda texniki qazların hansı növləri istehsal olunur? Cavab: STP Şirkətlər Qrupu yüksək keyfiyyətli Argon, Azot, Oksigen və Karbondioksid qazlarını etibarlı və təmiz şəkildə istehsal edir. Bu qazlar sənayenin müxtəlif sahələrində — metal kəsimi, qida sənayesi, kimya və tibb kimi mühüm sahələrdə geniş istifadə olunur.

17 Noyabr - Milli Dirçəliş Günü Bu gün azadlıq mübarizəmiz tarixində əsas günlərdən biridir. Milli Dirçəliş Günü Azərbaycanın
17 Noyabr - Milli Dirçəliş Günü Bu gün azadlıq mübarizəmiz tarixində əsas günlərdən biridir. Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi əhəmiyyət kəsb edir. Günümüzədək mürəkkəb, ağrılı-acılı yol qət edən xalqımız işğal edilmiş torpaqlarımızı geri qaytarmaqla adını müasir tarixə qalib xalq olaraq yazdırmağı bacardı. Yaşasın müstəqil Azərbaycan!

STP Şirkətlər Qrupu olaraq biz tikinti sahəsinin hər bir mərhələsində sizə metal konstrukiyalar, dam örtükləri, alüminium profillər, texniki qazlar, kran təsərrüfatı, boru və fitinqlər və daha bir çox sahədə yüksək keyfiyyətli və davamlı həllər təklif edirik. İstər böyük infrastruktur layihələri, istərsə də kiçik tikinti işləri - hər növ layihəniz üçün həllərimiz var. Bizim məqsədimiz tikinti proseslərini daha sürətli, daha təhlükəsiz və daha sərfəli etməkdir. Təcrübəli mütəxəssislər və müasir texnologiyalarla layihələrinizi yüksək keyfiyyətlə həyata keçiririk. ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az

photo content

Bugün xalqımızın azadlıq və hüquqlarının təmin edildiyi, dövlət Konstitusiyanın qəbul edildiyi gündür. STP Şirkətlər Qrupu ol
Bugün xalqımızın azadlıq və hüquqlarının təmin edildiyi, dövlət Konstitusiyanın qəbul edildiyi gündür. STP Şirkətlər Qrupu olaraq biz Konstitusiya qanunlarına sadiq qalır, hər bir fərdin ədalət prinsipləri əsasında hüquqlarının qorunmasına əminik. Konstitusiya - bizim güvənliyimiz və gələcəyimizdir!

STP Şirkətlər Qrupunu kənd təsərrüfatı sektoru üçün cəlbedici edən əsas xüsusiyyətlər bunlardır: KOMPLEKS HƏLL 30-dan artıq i
STP Şirkətlər Qrupunu kənd təsərrüfatı sektoru üçün cəlbedici edən əsas xüsusiyyətlər bunlardır: KOMPLEKS HƏLL 30-dan artıq istehsal sahəsi olan STP Şirkətlər Qrupu müştərilərin bir neçə sifarişini bir ünvandan icra etmək iqtidarındadır. Bu da şirkətlərin büdcə və zamanlarına qənaət etməsinə şərait yaradır. YÜKSƏK KEYFİYYƏT İstehsal etdiyimiz dözümlü və uzunömürlü məhsullar sektorun bütün keyfiyyət normalarına və beynəlxalq standartlara cavab verir. GENİŞ ÇEŞİD Zavodlarımızda quraşdırılmış Mazak, Krah KDR- 700, RA110077, Gleason kimi ən müasir avadanlıqlar, istifadə etdiyimiz yüksək keyfiyyətli xammal və professional komandamız vasitəsi ilə özəl xüsusiyyətlərə sahib geniş çeşiddə məhsul və xidmətlər təklif edirik. ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az

Bu gün üç rəngli bayrağımızın ucaldığı gündür! Azadlıq və birliyimizin rəmzi olan bayrağımız hər zaman yüksəklərdə dalğalansı
Bu gün üç rəngli bayrağımızın ucaldığı gündür! Azadlıq və birliyimizin rəmzi olan bayrağımız hər zaman yüksəklərdə dalğalansın. Bayraq Günün mübarək, Azərbaycan!

photo content
+1

Dəqiq Mexaniki Emal İmkanlarımız! Yaponiyanın tanınmış Mazak şirkətinin istehsalı olan CNC horizontal torna mərkəzləri və frez dəzgahları, yüksək dəqiqlik və etibarlılıq təmin edir. Bu avadanlıqlar, üfüqi və şaquli 3, 4 və 5 oxlu emal mərkəzləri ilə zənginləşdirilmişdir. Xüsusiyyətlər: Hibrid Funksionallıq: Hər bir dəzgah, torna və frez əməliyyatlarını bir arada həyata keçirmək imkanı verir. Böyük Ölçülər: Diametri 3500 mm, uzunluğu 6000 mm-ə qədər olan məmulatlarla işləmək mümkündür. Yüksək Dəqiqlik: Hər bir emal prosesi, müasir texnologiya ilə dəstəklənir, bu da məhsul keyfiyyətini maksimuma çatdırır. Bizim avadanlıqlarımız, hər növ sənaye tələblərinə cavab vermək üçün ideal seçimdir. Dəqiqlik və keyfiyyətin təmin edildiyi bir istehsal mühiti üçün bizimlə əlaqə saxlayın! ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az

photo content

STP Şirkətlər Qrupu 4-cü Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində fəal iştirak etdi. Bu sərgi, "Rebuild Karabakh" təşəbbüsü çərçivəsində bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli bir biznes platforması təqdim etdi. Sərgi müddətində qrupa daxil olan şirkətlərimiz 100-dən çox yerli və beynəlxalq şirkət nümayəndəsi ilə ikitərəfli görüşlər keçirdi. Bu görüşlər, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək, yeni layihələrə dair fikir mübadiləsi aparmaq və bazar tendensiyalarını anlamaq baxımından hər iki tərəfə faydalı oldu. Xüsusilə beynəlxalq arenada tanınan Sibalux, Sonepar kimi prestijli şirkətlərlə ilkin əməkdaşlıq barədə danışıqlar aparıldı. Bu əməkdaşlıqlar STP Şirkətlər Qrupunun strateji inkişaf planının həyata keçirilməsinə və Qarabağın bərpası prosesində daha aktiv rol oynamasına şərait yarada bilər. Eyni zamanda sərgi iştirakçılarından əldə olunan müsbət rəylər, STP-nin innovativ yanaşmalarını və təqdim etdiyi xidmətlərin keyfiyyətini daha da yüksəltmək üçün stimullaşdırıcı bir faktor oldu. Bu cür platformalarda iştirak etməklə STP Şirkətlər Qrupu müasir texnologiyalar və yeni təcrübələrdən yararlanaraq, Qarabağın inkişafına dəstək vermək məqsədini nəzərdə tutur. Beləliklə, STP yalnız yerli deyil, eyni zamanda beynəlxalq əməkdaşlıqlarını genişləndirərək, sektorda lider mövqeyini daha da möhkəmləndirmək niyyətindədir. "Rebuild Karabakh" sərgisi çərçivəsindəki bu əməkdaşlıqlar, bölgənin iqtisadi dirçəlişi və davamlı inkişafı üçün yeni perspektivlər açır.