ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

STP POLYMER MMC

STP POLYMER MMC

前往频道在 Telegram

"STP Polimer"MMC yüksək keyfiyyət standartlarının bütün tələblərinə cavab verən Polimer boru və Fitinqlərinin satışı 📍 H.Z.Tağıyev settlement,Sumqayıt 5022,Azərbaycan 📞+994 50 246 45 73 WhatsApp +99455 309 03 44 🌐 https://www.stp.az 📩 r.resulov@stp.az

显示更多
178
订阅者
无数据24 小时
无数据7 天
-530 天
帖子存档
Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş xalqımızı 9 May - Qələbə Günü münasibətilə təbrik edirik!
Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş xalqımızı 9 May - Qələbə Günü münasibətilə təbrik edirik!

🔹 STP Şirkətlər Qrupu “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” mükafatı ilə təltif edilib! 🏆 📍 Gülüstan sarayında keçirilən “Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi” ilə bağlı konfrans çərçivəsində bu mükafat STP Şirkətlər Qrupunun SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) üzrə rəhbəri Riyad Vəliyevə təqdim olunub. 🤝 Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Konfransda rəsmi dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, sosial tərəfdaşlar və əmək münasibətləri üzrə beynəlxalq və yerli ekspertlər iştirak ediblər. Bu mükafat STP-nin təhlükəsiz və sağlam əmək mühiti sahəsindəki yüksək standartlara sadiqliyinin göstəricisidir.

photo content
+1

Polimer məhsulların hazırlanmasını yalnız izləmək yox, dinləmək də zövq verir.

Siradakı virtual səyahəti STP Şirkətlər Qrupuna daxil olan STP Polymer şirkətinə edəcəyik! Şirkət polietilen və polipropilen xammalından hazırlanan diametri 1200 mm qədər  təzyiqli su, qaz və diametri 1000 mm qədər kanalizasiya borularını yeganə istehsalçısıdır. Həmçinin burada polimer fitinqlər, sarınmış və polimer kompozit borular, meyvə-tərəvəz yeşikləri, polietilen örtüklər, plastik oturacaqlar, mikromobillik zolaqları və yollarda quraşdırılan deliniator məhsullarının da istehsalı həyata keçirilir. STP Polymer şirkəti STP Şirkətlər Qrupunun ərazisinə görə ikinci ən böyük müəssisədir, və ümumi istehsal qabiliyyəti illik 250,000 tondan çoxdur. Beləliklə şirkət haqqında daha çox məlumat almaq üçün sizi video tura dəvət edirik.

STP Şirkətlər Qrupuna daxil olan Elektrik Avadanlıqlarının istehsalı sahəsində 15 kVA-dan 1000 kVA-a qədər sənaye tipli dizel generatorlarının istehsalı həyata keçirilir. Stokda müxtəlif gücdə generatorlar mövcuddur. Generatorların kabin və şassi hissələri yüksək dayanıqlı metal lövhədən hazırlanır və elektrostatik toz boya ilə korroziyaya qarşı mühafizə edilir. Müştərinin istəyinə uyğun olaraq fərqli rəng seçimləri mümkündür. Generatorlarımız Perkins, Weichai, Baudouin, Yangdong kimi öndə gələn motor markaları ilə təchiz olunur. Alternatorlar Leroy-Somer və Stamford kimi Avropa istehsalı məhsullardır. İdarəetmə paneli isə Avropa istehsalı ComAp markasına məxsusdur. ☎ *0990 ✉ info@stp.az 🌍www.stp.az

photo content
+2

Е 100 boruları aşağıdakı sahələrdə tədbiq olunur: Yeraltı, yerüstü içməli və texniki məqsədlər üçün su şəbəkələri; Dəniz sularının axıdılması sistemləri; Su drenaj sistemi; Tarla suvarma sistemləri; Neft yataqları; Kimya və neft-kimya sənayesi; Bina və sənaye obyektlərinin tikintisi; Mədən sənayesi; Magistral və lokal təbii qaz xətlərinin çəkilişi. Şirkətimiz yüksək keyfiyyət standartlarına cavab verən РЕ 100 borularının satışını təmin edir. Daha ətraflı aşağıdakı keçiddən saytımıza daxil olaraq məlumat ala bilər və ya onlayn müraciət edə bilərsiniz.

PE100 (HDPE) Boru Nədir və Haralarda İstifadə Olunur? PE100 (High-Density Polyethylene) boruları, yüksək sıxlıqlı polietilendən hazırlanan və müasir infrastruktur layihələrində geniş istifadə olunan boru sistemləridir. Onlar yüksək davamlılıq, elastiklik və ekoloji uyğunluq kimi üstün xüsusiyyətlərə malikdir. PE100 Boruların Xüsusiyyətləri Yüksək Davamlılıq: PE100 boruları kimyəvi maddələrə, korroziyaya və mexaniki zədələrə qarşı yüksək davamlılıq göstərir. Elastiklik: Bu boruların elastikliyi onları quraşdırma zamanı asanlıqla bükülməyə və müxtəlif şəraitlərə uyğunlaşmağa imkan verir. Uzun Ömür: PE100 boruları uzun ömürlüdür və 50 ildən artıq xidmət müddəti təklif edir. Ekoloji Uyğunluq: Təkrar emal edilə bilən materiallardan hazırlanmışdır və ekoloji cəhətdən təmizdir. Quraşdırma Rahatlığı: Asan və sürətli quraşdırma imkanı təqdim edir, bu da tikinti xərclərini azaldır. İstifadə Sahələri Su Təchizatı: İçməli su və digər su təchizatı sistemlərində geniş istifadə olunur. Sızdırmazlıq xüsusiyyəti və kimyəvi davamlılığı suyun keyfiyyətini qoruyur. Kanalizasiya Sistemləri: Çirkab sularının və digər tullantı sularının daşınmasında istifadə olunur. Korroziyaya davamlılığı və uzun ömrü bu sistemlərin etibarlılığını artırır. Qaz Təchizatı: Qazın təhlükəsiz və sızdırmaz daşınması üçün idealdır. Qaz təchizatı sistemlərində geniş istifadə olunur. Sənaye Tətbiqləri: Müxtəlif sənaye sahələrində, xüsusən kimya sənayesində istifadə olunur. Aqressiv kimyəvi maddələrin və tullantıların daşınmasında etibarlı həllər təqdim edir. Kənd Təsərrüfatı və Suvarma Sistemləri: Suvarma sistemləri və kənd təsərrüfatı tətbiqlərində üstünlük verilir. Elastikliyi və davamlılığı bu sahələrdə onu ideal edir. PE100 boruları, müasir tikinti və infrastruktur layihələri üçün əvəzsiz bir seçimdir. Onların yüksək davamlılıq və ekoloji uyğunluq xüsusiyyətləri müxtəlif sahələrdə geniş istifadə olunmasına imkan verir.

1918-ci il martın 31-də minlərlə günahsız insan amansızcasına qətlə yetirildi. Bu, tariximizin silinməz bir yarasıdır. STP Şirkətlər Qrupu olaraq bu faciəni unutmur və faciə qurbanlarını ehtiramla yad edirik.

photo content

Ramazan bizə səbrin, mərhəmətin və paylaşmağın gücünü xatırladır. Bu ay süfrələrimizi bərəkətlə, qəlbimizi isə sevgi ilə doldursun. STP Şirkətlər Qrupu olaraq hər kəsə dinc, xeyirli və nurlu bir Ramazan diləyirik.

Əziz bacı və qardaşlarım! Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi ça
Əziz bacı və qardaşlarım! Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun! İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 28 mart 2025-ci il https://www.imzainfo.az/az/detail/27490

Təbiət yenilənir, hər yerə baharın nəfəsi yayılır. Novruz – həm də dostluq, sevgi və birlik bayramıdır. STP ailəsi olaraq, bu gözəl günlərdə sizə bol ruzi, firavanlıq və xoş günlər arzulayırıq!

photo content

Qarşıdan gələn Novruz bayramınız mübarək, hörmətli dostlar! ❤️ С наступающим праздником Новруз, дорогие друзья!❤️ Happy Novru
Qarşıdan gələn Novruz bayramınız mübarək, hörmətli dostlar! ❤️ С наступающим праздником Новруз, дорогие друзья!❤️ Happy Novruz holiday, dear friends!❤️

Sual: PE 100 borularından hansı sahələrdə istifadə olunur? Cavab: PE 100 boruları müxtəlif sənaye və infrastruktur sahələrində geniş istifadə olunur. Onlar yeraltı və yerüstü su şəbəkələrində, drenaj və suvarma sistemlərində, neft və kimya sənayesində, bina və sənaye obyektlərinin tikintisində, mədən sənayesində və qaz xətlərinin çəkilişində tətbiq edilir. Dayanıqlı və etibarlı olması sayəsində bu borular içməli su, texniki su və qazın ötürülməsi kimi vacib proseslərdə mühüm rol oynayır.

Bu müqəddəs gündə torpaq oyanır, ruhumuz yenilənir, təbiət canlanır. Qoy bu Torpaq Çərşənbəsi bolluq, bərəkət və firavanlıq gətirsin! İlaxır çərşənbəniz mübarək!