ru
Feedback
Hidden Ganja

Hidden Ganja

Открыть в Telegram

Gəncənin bilinməyən tarixindən...

Больше
209
Подписчики
Нет данных24 часа
-17 дней
Нет данных30 день
Архив постов
1895-ci ildə Gəncədə müsəlman teatr gecəsi Gəncədə keçirilən müsəlman gecəsi şəhərin mədəni həyatında diqqətçəkən hadisələrdə
1895-ci ildə Gəncədə müsəlman teatr gecəsi Gəncədə keçirilən müsəlman gecəsi şəhərin mədəni həyatında diqqətçəkən hadisələrdən biri olmuşdu. Tədbirin məqsədi yerli gimnaziyanın maddi imkanı zəif olan şagirdlərinə yardım toplamaq idi. Həmin gecəni AXC qurucuları İsmayıl xan Ziyadxanov, Xəlil bəy Xasməmmədov və başqaları təşkil etmişdilər. Onlar Gəncədə ilk dəfə M.F.Axundovun “Mərdi-Xəsis” (Hacı Qara) əsərini tamaşaya qoymaqla şəhərdə tearın əsasını qoyanlardan olublar. Tamaşadan sonra musiqi və rəqslər təşkil olunmuş, gecə səhər saatlarına qədər davam etmişdi.

Sonunda illərdir axtardığım Gəncənin 1872 ci ildə tərtib edilmiş baş planını sonunda tapdım. Tapdım deyəndə ki, yani rusiya o
Sonunda illərdir axtardığım Gəncənin 1872 ci ildə tərtib edilmiş baş planını sonunda tapdım. Tapdım deyəndə ki, yani rusiya onlayn arxivlərinə yeni əlavə edilib. Gəncənin bu günkü quruluşu bu plana əsasən qurulub. Bu baş planın əsas özəlliyi isə onu tərtib edənlərin şəhərin tarixi mənədi irsini nəzərə almamalarıdır. Belə ki, baş planı o dövrdə quberniyanın baş memarı polyak əsiıli İqnatiy Krjiştaloviç tərtib edib. Baş plana əsasən Gəncənin qala divarları və daxili tikililəri bir sözlə Gəncənin tarixi İçərişəhəri daöıdılaraq yerində "evropeyskiy kvartal" tikilir. Dağıntılar arasında Gəncə xan sarayı, xan məscidi, xan hamamı, karvansara, zərbxana, həbsxana, qala divarları və bürcləri daxil idi. Hansı ruslar bu memarlıq abidələrinin kərpiclərindən bu gün də mövcud olan yeni binaların və o cümlədən Aleksandr Nevski adına rus pravoslav kilsəsinin inşaasında istifadə ediblər. #hiddenganja

Repost from Sakit Redaktor
🇦🇿 Azərbaycan tarixində onlarla dövlət olub: Albaniya, Şirvanşahlar, xanlıqlar və s. Biri əsrlərlə, biri on illərlə yaşayıb. Amma maraqlıdır ki, tariximizdə cəmi 23 ay yaşamış dövlətə qarşı xüsusi hörmət, xüsusi sevgi var... 🇦🇿 Azərbaycan Xalq Cümhuriyyəti bu sevgini niyə qazanıb? Onlarla səbəb göstərmək mümkündür. Səbəblərdən birini deyim: Həmin dövləti quranların əksəriyyətinin niyyəti elə səmimi, elə içdən idi ki, bunu indiyə kimi hiss edirik. 🇦🇿 Atasından pul istəyən Nəsib bəyi, ömrü boyu bir pencəkdə gəzən Xudadat bəyi, ağır mühacirət illərində amalından dönməmiş Əlimərdan bəyi olub həmin dövlətin. Vətəndən ayrı düşsə də, həyatının sonuna kimi müstəqillik uğrunda mübarizə aparan lideri — Məhəmməd Əmin Rəsulzadəsi olub həmin cümhuriyyətin. 🇦🇿 Azərbaycan Respublikası məhz belə təməllər üzərində qurulub. Və buna görə də biz Azərbaycan Xalq Cümhuriyyəti ilə fəxr edir, həmin dövlətin yarandığı günü Müstəqillik Günü kimi bayram edirik. 🇦🇿 Bayramımız mübarək olsun!

Bu gün 1920-ci il Gəncə üsyanının 106-cı ildönümüdür. Bolşevik işğalına qarşı qalxan Gəncə, Azərbaycan istiqlalı uğrunda müba
Bu gün 1920-ci il Gəncə üsyanının 106-cı ildönümüdür. Bolşevik işğalına qarşı qalxan Gəncə, Azərbaycan istiqlalı uğrunda mübarizənin ən şərəfli səhifələrindən birini yazdı. Şəhər əhalisi, hərbçilər və könüllülər son ana qədər müqavimət göstərdilər. Üsyan qan içində boğulsa da, Gəncə xalqının azadlıq ruhu tarixə həkk olundu. Gəncə üsyanı zamanı şəhid olan bütün azərbaycanlılara Allah rəhmət eləsin. #HiddenGanja #Gəncə #GəncəÜsyanı #1920 #AzərbaycanTarixi

Sən demə Qədim Gəncə xarabalığı yaxınlığında "İlan piri" adlı ziyarətgah da varmış. Bu pir “Comərd Qəssab” türbəsindən cənubd
Sən demə Qədim Gəncə xarabalığı yaxınlığında "İlan piri" adlı ziyarətgah da varmış. Bu pir “Comərd Qəssab” türbəsindən cənubda, təxminən yarım kilometr məsafədə, Gəncəçay çayının sağ sahilində, onun məcrasına yaxın ərazidə əsrlik bir çinar ağacının yanında imiş. Yerli əhali onu “İlan oğlunun çinarı” adlandırırdı. Onun yaxınlığında XX əsrin əvvəllərinə qədər köhnə, kiçik bir otaqda “İlan piri” adlı ziyarətgah mövcud idi. Ora ilan vurmuş adamları “müalicə” üçün gətirirdilər. #hiddenganja

Gəncə Aleksandr Nevski rus pravoslav kilsəsində bu tip lövhələr adətən kilsələrin divarlarında və ya içərisində xatirə-memori
+1
Gəncə Aleksandr Nevski rus pravoslav kilsəsində bu tip lövhələr adətən kilsələrin divarlarında və ya içərisində xatirə-memorial məqsədilə yerləşdirilirdi. Çox güman ki, həmin şəxslər kilsə ilə bağlı olub, yaxud kilsənin həyətində/daxilində dəfn edilib, ya da ailəsi onun xatirəsinə bu lövhəni qoydurub. Aleksandr Nevski kilsəsi dövründə rus pravoslav icmasının əsas məbədlərindən biri olduğuna görə belə memorial lövhələrin olması normaldır. Divarın aşağı hissəsində yerləşməsi isə ehtimal edir ki, bu yer əvvəllər qəbir və ya daxili dəfn sahəsi ilə əlaqəli olub. #hiddenganja

Tarixi xəritələr üzərində hazırladığım Gəncə xanlığının inzibati xəritəsi #hiddenganja
Tarixi xəritələr üzərində hazırladığım Gəncə xanlığının inzibati xəritəsi #hiddenganja

Sən demə Kəpəz dağında İosif Stalinin büstü var imiş. Deyirəm yaxşı ki, o dövrdə Kəpəzin adını dəyişib Stalinaz dağı qoymayıb
Sən demə Kəpəz dağında İosif Stalinin büstü var imiş. Deyirəm yaxşı ki, o dövrdə Kəpəzin adını dəyişib Stalinaz dağı qoymayıblar.

Hörmətli Gəncə sakinləri, 17–22 may 2026-cı il tarixlərində Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyası (WUF13) ölkəmizin payt
Hörmətli Gəncə sakinləri, 17–22 may 2026-cı il tarixlərində Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyası (WUF13) ölkəmizin paytaxtı Bakı şəhərində keçiriləcək. Dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri olan bu forum dayanıqlı şəhərsalma sahəsində qlobal müzakirələrin aparıldığı yüksək səviyyəli tədbirdir. Bu ilin mövzusu — “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” — müasir şəhərlərin inkişaf istiqamətlərini əhatə edir. Forumda müxtəlif ölkələrdən dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, memarlar və şəhərsalma üzrə tanınmış ekspertlər iştirak edəcəklər. Bu nüfuzlu beynəlxalq tədbirə Siz də qoşula bilərsiniz! Qeydiyyat üçün təqdim olunan linkə daxil olaraq müraciətinizi həyata keçirə bilərsiniz: https://events.unhabitat.org/ Qeyd edək ki, tədbirin keçiriləcəyi məkan Bakı Olimpiya Stadionudur.

Repost from Sakit Redaktor
🟥 1920-ci ilin bu günü Azərbaycan Sovet Sosialist Respublikası yaradılmışdı. Bir neçə gün sonra — mayın 5-də Lenin Azərbaycanın Sovet hökumətinə teleqram göndərmişdi. Teleqramda “Yaşasın MÜSTƏQİL Azərbaycan Sovet Respublikası“ sözləri də yazılmışdı. Leninin bu teleqramı yerli bolşeviklər tərəfindən Azərbaycan SSR-in RSFSR tərəfindən tanınması kimi qarşılandı. 🟥 Bir müddət sonra Azərbaycanın tamamilə Rusiyanın tərkibinə daxil edilməsi məsələsi qalxanda Nəriman Nərimanov Leninə məktub yazacaqdı: “Əziz Vladimir İliç, məgər " müstəqil Azərbaycan" Sizin dilinizdən çıxmamışdırmı?... "

Gəncəli Cavad xanın ailə üzvlərinin İrana buraxılmasına icazə verən general Markiz Pauluççi https://youtu.be/72SD8SHDfhw?si=1GPdIezyOTy8kHTS "Qara bağ" l 3-cü seria.

https://youtu.be/4In2vROAkBI?si=ViBXFXw8lliFhWWy Gəncədə Səbzikar məzarlığı haqqında müsahibəm

✅️ Cavad xan və oğlu Hüseynqulu ağa 1804-cü ildə Gəncə Cümə məscidinin həyətində (indiki türbə olan yerdə) dəfn edilir. ✅️ An
✅️ Cavad xan və oğlu Hüseynqulu ağa 1804-cü ildə Gəncə Cümə məscidinin həyətində (indiki türbə olan yerdə) dəfn edilir. ✅️ Ancaq maraqlı məqam budur ki, onların nəşlərinin bu gün yerində olması şübhəlidir. ✅️ Çünki, şəkildəki rus mənbəsinə əsasən 1819-cu ildə Cavad xan və oğlunun nəşi və məzardakı baş daşı ailə üzvləri tərəfindən Kərbəla şəhərinə aparılaraq yenidən dəfn edilir. ✅️ Gəncədəki məzarın yerində isə xatirə əlaməti olaraq əvvəlki məzar daşının oxşarı yerləşdirilir. #hiddenganja

“Anewz” televiziya kanalı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə həsr edilmiş “WUF13 | World Urban Forum: Ganja” adlı
“Anewz” televiziya kanalı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə həsr edilmiş “WUF13 | World Urban Forum: Ganja” adlı sənədli film təqdim edib Daha ətraflı: https://www.youtube.com/watch?v=nPROs_P6_ms

https://youtu.be/XJ_s8rScDV0?si=10ZpHk9IXjF_d08V Gəncə Cümə məscidi haqqında müsahibəm

Hər dəfə Gəncəmdə Şah Abbas məscidinin yanından keçərkən minarələrin yerləşdiyi giriş portalının qapısı üzərində yerləşən 2 kitabənin fotosunu çəkir və oxumağa çalışırdım. Amma ərəb-fars dilini, yazı qaydalarını və xətt üslublarını bilməməyim bu işi görməkdə mənə çətinlik yaradırdı. ✅️ Lakin buna baxmayaraq Azərbaycan Milli Kitabxanasının elektron kitabxanasında araşdırarkən şərqşünas alim və tarixçi-epiqrafist Məşədixanım Nemətovanın "Azərbaycanın epiqrafik abidələri" adlı kitabını tapdım. ✅️ Bu kitabda digər abidələri kimi Gəncə Cümə məscidinin kitabələri də deşifr edilmişdir. Belə ki kitabda kitabələrin transkripsiyası, tərcüməsi, yazılma xüsusiyyətləri və tarixi izahı geniş və detallı qeyd edilmişdir. ✅️ M.Nemətovanın araşdırmasına görə bu iki kitabənin biri ərəb, digəri fars dilində  sülüs və divani xətti ilə yazılmışdır. ▶️ Gəncə Şah Abbas (Cümə) məscidinin l kitabəsi 25x32 sm ölçüsündə çərçivənin daxilində qabartma üsulu ilə ərəb dilində sülüs və divani xətti ilə yazılmışdır və fərman xarekteri daşıyır. Tərcüməsi: “Allahın köməkliyi ilə və padşahın mərhəməti ilə Həbibxan oğlu Abbasqulu xanın (allah) hər ikisini müsəlmanların lənətinin şərrindən qorusun – yüksək cəlallı əmirülmüməralığı ilə əmr verilməsinə hökm buyurdu ki, bundan sonra hər kəs murdar işin (yani abidəni dağıtmağın) günahkarı olsa allahın və peyğəmbərin lənətinə düçar olsun”. Bu kitabədə adı çəkilən Abbasqulu xan Ziyadoğlu Qacarın XVll əsrin sonlarında Gəncə bəylərbəyi olduğu ehtimal olunur. ◀️ Gəncə Şah Abbas məscidinin ll kitabəsi 20x21 sm ölçüsündə çərçivənin daxilində qabartma üsulu ilə fars dilində sülüs xətti ilə yazılmışdır Tərcüməsi: “Gəncə şəhərindən hər kəs bilərəkdən və ya bilmədən mülkiyyətə daxil olan yuxarı və aşağı məhəlləni qəsb etsə, əhaliyə zərər yetirsə, vilayətdə qarışıqlığa səbəb olsa, Allahın və imamların lənət və tənəsinə düçar olsun”. 🟢 Hər iki kitabələrin mətnindən belə bir fikir meydana çıxır ki, istər İran, Gürcü, istərsə Osmanlı və s. işğalı nəticəsində Gəncə şəhəri və abidələri dağıdılmış, əhalisi isə istilа və talan nəticəsində hədsiz zərər çəkmişdir. Gəncəlilər, bu abidələri təmir etdikdən sonra, üzərlərində qoyduqları həmin kitabə ilə soygunçu işğalçılara olan nifrət və kinlərini bildirmişlər. #hiddenganja

Gəncə Şah Abbas (Cümə) məscidinin ərəb və fars dilində yazılmış kitabələri.
Gəncə Şah Abbas (Cümə) məscidinin ərəb və fars dilində yazılmış kitabələri.

Gəncənin ilk qubernatoru türk əsillidir! 📌 1868-1876-cı illərdə Gəncə (o dövrdə Elizavetpol) quberniyasının ilk qubernatoru
Gəncənin ilk qubernatoru türk əsillidir! 📌 1868-1876-cı illərdə Gəncə (o dövrdə Elizavetpol) quberniyasının ilk qubernatoru olan Fokion Bulatov (1868–1876) – əslən xristianlığı qəbul etmiş Kazan tatarlarının nəslindəndir. Soyadı “Bulatov” əslində “Polad+ov” sözünün rus dilinə çevrilmiş formasıdır! Bu barədə 1875-ci ildə Avropaya səyahət edən zaman yolüstü 1 gün Gəncədə qalan Fərhad Mirzə Qacar öz səfər qeydlərində belə məlumat vermişdir: "Gəncə qubernatorunun adı Poladovdur, fars və türk dillərini də bilir. Onun əsli Kazan müsəlmanlarındandır, (xristianlığı qəbul edib) rus olmuşdur. İranı görmüşdür." Mənbə / Source / Источник: Fərhad Mirzə Qacar, Səfərnamə, 1875 🔗 Daha ətraflı http://web2.anl.az:81/read/page.php?bibid=531178&pno=31 By @hidden_ganja

Repost from Milli-Kimlik
‼️🚩 “Bu hörmətli qonaqlar 100 ildir İranda hökm edən tayfanın nəslindəndirlər.”— AXC-nin Tehrana ilk diplomatik missiyası Qacar dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında ilk diplomatik münasibətlər 1919-cu ilin yazında yaranıb. AXC höküməti Adil xan Ziyadxanlının qardaşı İsmayıl xan Ziyadxanlı başda olmaqla fövqəladə missiyanı Tehrana göndərib. İsmayıl xan Ziyadxanlı həmin ilin aprelində Ənzəlidən keçməklə İrana gəlir. Rəsmi “İran” qəzeti bu səfərin şərəfinə “Bizdən olan qonaqlar…” başlığı ilə bu səfər barədə yazı hazırlayır. Yazıda qeyd olunur ki, “qonaqlar Qafqazın İslam millətinin nümayəndələridir”. Daha sonra qəzet qeyd edir ki, “bu hörmətli qonaqlar 100 ildir İranda hökm edən tayfanın nəslindəndirlər. Cənab İsmayıl xan Ziyadxanlı bizim nəsildəndir (Qacar nəslindən…) O, Gəncədə rus işğalına qədər hakimiyyəti idarə etmiş hörmətli xan nəslindən sayılır”. Adil xan Ziyadxanlı bir müddət xarici işlər naziri olub. Nəsib bəy Yusifbəylinin 1919-cu ilin aprelində qurduğu hökumətdə Məhəmməd Yusif Cəfərov xarici işlər naziri, Adil Ziyadxanlı isə onun müavini təyin edilib. Bu postda o, 1919-cu ilin avqustuna qədər işləyib. 16 iyul 1919-cu ildə AXC Nazirlər Kabineti İranda səfirlik açmaq barədə qərar qəbul edir. Tehranda diplomatik nümayəndəliyin rəhbəri Adil xan Ziyadxanlı təsdiq olunur. Çar Rusiyasının Tehrandakı sabiq səfiri Etter ciddi-cəhdlə nümayəndə heyətinin İrana gəlməsinə mane olmağa çalışsa da, bacarmır. Azərbaycan nümayəndə heyəti böyük hörmətlə İranda qəbul olunur. Əhməd çah Qacar AXC-nin Təbrizdə və digər şəhərlərdə daimi diplomatik nümayəndəliyinin açılmasına əmr verir. Şahın adından Azərbaycan nümayəndə heyətinin şərəfinə təntənəli ziyafət verilir. 23 sentyabr 1919-cu ildə A.Ziyadxanlı AXC-nın səfiri kimi Tehranda fəaliyyətə başlayır. publika.az

Gəncə şəhərinin Baş planı təsdiqlənib

Hidden Ganja - Статистика и аналитика Telegram-канала @hiddenganja