XƏBƏRLƏR l LİVE
Открыть в Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Больше8 832
Подписчики
-324 часа
-487 дней
-22930 день
Архив постов
8 829
Azərbaycan Xarici İşlər Nazirliyi:
Əgər Ermənistan hökuməti, Baş nazirin ofisinin də bəyan etdiyi kimi sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi.
İki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılması ilə bağlı Ermənistanın guya xoşməramlı olmasına gəlincə, məhz Azərbaycanın sülh sazişi üzərində işləmək təklifi ilə ilk addımları hələ 2022-ci ilin əvvəlində atmasına baxmayaraq, Ermənistanın bütün vasitələrlə prosesi necə pozduğu faktını xatırlatmaq yerinə düşər.
Ermənistanın danışıqlarda törətdiyi çoxsaylı çağırışlara, o cümlədən Azərbaycan ərazilərindən qalan qüvvələrini çıxarmaqdan imtina etməsinə və ərazilərimizdə qurduqları rejimi təşviq etməsinə baxmayaraq, məhz Azərbaycanın səyləri və tədbirləri nəticəsində prosesdə belə bir nailiyyət əldə olunub.
Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.
Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinə baxmayaraq, Ermənistan bu öhdəlikləri 4 il ərzində yerinə yetirməyib.
Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.
Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq.
t.me/xeberlerlive
8 829
♦️DTX xəbərdarlıq edib
▪️Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulub hüquqi tədbirlərin görülməsi təmin ediləcək.
t.me/xeberlerlive
8 829
❗️Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub
Martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
t.me/xeberlerlive
8 829
Repost from Miriyev TV
ŞƏRƏFSİZLƏR ❗ Ermənilər əsgərlərimizi belə qıcıqlandırırlar
⏳
t.me/miriyevtv
8 829
Ərdoğanın partiyası Türkiyə-Ermənistan münasibətlərinin normallaşma şərtlərini açıqlayıb:
"İrəvan Minsk Qrupunu ləğv etməli və konstitusiyasını dəyişməlidir".
t.me/xeberlerlive
8 829
⚡⚡Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Martın 17-si gecə saat 01:25-dən gündüz saat 12:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Gorus rayonunun Dığ yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
t.me/xeberlerlive
8 829
❗️Naxçıvanla sərhəddə erməni postlarında hazırlıq işləri görülür
t.me/xeberlerlive
8 829
Mövqelərimiz atəşə tutulub
Martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
t.me/xeberlerlive
8 829
❗️Zəngəzur dəhlizinin Türkiyədən keçən 224 kilometrlik hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlayacaq.
t.me/xeberlerlive
8 829
☀️ Sabah Bakıda 20-25, rayonlarda isə 25-30 dərəcə isti olacaq.
t.me/xeberlerlive
8 829
⚡⚡"Leobank" kartdan vəsaitin nağdlaşdırılması üçün komissiyanın məbləğini artırıb:
Əvvəlki tarif: ayda 2000 - dək - komissiyasız, 2000 m-dan çox - 0,5%
Yeni tarif: ayda 2000 m-dək komissiyasız, 2000 m-dan çox 1% (minimum 1 m)
Azərbaycanda digər bankların bankomatlarından nağdlaşdırma
Əvvəlki tarif: 0,5% (minimum 1 m)
Yeni tarif: ayda 2000 m-dək hər əməliyyat üçün 1 m, 2000 m-dan çox - 1% (minimum 1m)
Yeni tariflər 1 apreldən qüvvədə olacaq.
t.me/xeberlerlive
8 829
❗️Təminatsız sülh baş tutmayacaq!
Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişinin mətni üzərində işin başa çatdığını təsdiqləyib, lakin xatırladıb ki, onun imzalanması üçün əsas şərt Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi - Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bakı da ATƏT-in Minsk qrupunun ləğvini tələb edir.
Lakin sazişin mətninin razılaşdırılması faktının özü onun avtomatik imzalanması demək deyil. İrəvan “Azərbaycanı ümidsiz vəziyyətə salmaq” və Bakını Konstitusiyaya dəyişiklik etmədən sazişi imzalamağa məcbur etmək ümidi ilə imzalanma vaxtı və yeri ilə bağlı müzakirələrin başlandığını elan etməyə tələsdi . Bu, İrəvana revanş üçün “boşluq” buraxmağa və Qarabağa iddialarını yeni dairədə yenidən başlatmağa imkan verəcək.
Oxşar addımlar əvvəllər də, xüsusilə COP29 zamanı, Ermənistan sazişin sürətləndirilmiş imzalanmasına təkan verməyə çalışarkən atılıb . Sonra Bakı real zəmanət olmadan rəsmi sənəddən imtina etdi. İndi vəziyyət təkrarlanır: Ermənistan imzalanmaqda israrlıdır, lakin əsas məsələlər - ilk növbədə konstitusiya dəyişiklikləri həll olunmamış qalır.
Bəli, deyəsən, Nikol Paşinyan yeni Konstitusiyanın qəbulundan danışır, lakin ölkəmizə danışıq və eyham yox, Ermənistan Konstitusiyasının “Miatsum”dan əsl təmizlənməsi lazımdır. Əks halda, sülh müqaviləsinin imzalanmasının heç bir mənası yoxdur .
t.me/xeberlerlive | Minval
8 829
Repost from Miriyev TV
⚡ Xocəsən yolunda sürücü piyadaların həyatını təhlükəyə atıb.
t.me/miriyevtv
8 829
Dövlət Komitəsi: Azərbaycanda çoxuşaqlı ailələrin sayının artırmaq üçün bəzi meyarları gözdən keçirməliyik.
t.me/xeberlerlive
8 829
📍 Məqalədə qeyd olunur:
▪️ Apreldən iyuna qədər 10 həftəlik rezervist çağırışı
▪️ Sərhəddə hərbi fəallığın artması
▪️ İrəvandan daxil olan etibarlı məlumatlara görə, münaqişənin məhz aprel ayında başlanması ehtimalı
t.me/xeberlerlive
8 829
Repost from Miriyev TV
⚡⚡İrəvan apreldə Azərbaycana qarşı müharibəyə başlamağı planlaşdırır.
Əldə olan faktlar və məlumatlar sərhəddə aqressiv hərəkətlərə düşünülmüş hazırlıqlara işarə edir.
t.me/miriyevtv l Caliber
8 829
⚡️Respublika üzrə pensiya ödənişi martın 18-nə nəzərdə tutulub.
t.me/xeberlerlive
8 829
❗️❗️❗️ Sizdə Temu alış-veriş platformasında pulsuz məhsul əldə etmək istəyirsizsə mütləq kanalımıza qoşulun🤩
👉🏻 https://t.me/+zvxbp2g4GPkwZTli
8 829
Bu gün Novruz bayramının çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsidir.💨
Yel Çərşənbəniz Mübarək.❗️
Dərdinizi, kədərinizi qoy yel aparsın!
t.me/xeberlerlive
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
