XƏBƏRLƏR l LİVE
رفتن به کانال در Telegram
7 593
مشترکین
-1024 ساعت
-347 روز
-16530 روز
آرشیو پست ها
7 593
‼️ Lavrovdan etiraf: “Ermənistan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın yeddi rayonunun ələ keçirilməsi üçün Rusiya silahlarından istifadə edib”.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında danışıb. “Xatırladım ki, Ermənistan demək olar ki, özünün bütün müstəqillik illərində, eləcə də heç vaxt rəsmi olaraq iddia etmədiyi 7 rayonun ələ keçirilməsində Rusiya silahından istifadə edib”, - deyə Lavrov qeyd edib. Rusiyanın XİN rəhbəri, həmçinin əlavə edib ki, ölkənin silahlarından ələ keçirilən ərazilərdə mühəndis istehkam qurğularının və döyüş xətlərinin qurulması üçün də istifadə edilib. Onun sözlərinə görə, bütün bunlar həmin ərazilərin uzun müddət saxlanılmasına hesablanıb: “Bəzi analitiklər isə bildirib ki, həmin mühəndis istehkam qurğularının xarakteri Ermənistanın həmin rayonları Azərbaycana geri qaytarmağı planlaşdırmadığından xəbər verib”.t.me/xeberlerlive
21 مه 2025, 07:05
7 593
🇦🇿 İlham Əliyev Qərbi azərbaycanlıların geri qaytarılması üçün Ermənistandan dəqiq vaxt tələb edib.
Türkiyənin paytaxtı Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilir. Prezident konfrans iştirakçılarına müraciət ünvanlayıb.
t.me/xeberlerlive
21 مه 2025, 05:26
7 593
İlham Əliyev: Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir.
t.me/xeberlerlive
21 مه 2025, 03:19
7 593
Ermənistana casusluqda ittiham olunan İqbal Əbilov 18 il müddətə azadlıqdan məhrum edilib.
t.me/xeberlerlive
20 مه 2025, 04:11
7 593
❗️Elgün İbrahimovun anası Fizzə Zeynalova:
"Mənim oğlumun intihar edə biləcəyi ilə bağlı xəbərlər əsassızdır. Hadisədən bir gün əvvəl o, son zəngə hazırlıqlar görürdü, rəqsə getmək niyyətində idi. Hər hansı bir problemi olsa, mənimlə bölüşərdi. Yayılan görüntülərə yəqin ki, baxmısınız. Onu döyüb öldürüblər".
t.me/xeberlerlive l Teleqraf
19 مه 2025, 14:40
7 593
Ölkədə bu gün leysan, dağlıq ərazilərdə isə sulu qar gözlənilir.
Bakıda və Abşeronda dəyişkən buludlu olacaq, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-24° isti olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə leysan, dolu, yüksək dağlıq ərazilərdə sulu qar ehtimalı var.
Temperatur gecə 13-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcək.
t.me/xeberlerlive
19 مه 2025, 03:40
7 593
Repost from Miriyev TV
❗️Gəncədə 17 yaşlı oğlan kəsici alətdən xəsarət alıb
Gəncədə yeniyetmə budundan kəsici alətdən xəsarət alıb.
Hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan yeni qəsəbədə qeydə alınıb.
Həmin qəsəbədə yaşayan 2008-ci il təvəllüdlü Ruzi Həsənli bud nayihəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Onun hansı səbəbdən xəsarət alması məlum deyil. Hadisənin baş vermə səbəbləri araşdırılır.
t.me/miriyevtv l unikal
18 مه 2025, 01:02
7 593
Repost from Miriyev TV
❗️Gəncədə 18 yaşlı gənc bıçaqlanıb
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M.Tağıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həmyaşıdı Rihat Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
t.me/miriyevtv
17 مه 2025, 12:44
7 593
Repost from Miriyev TV
"Başqasına xidmət etməkdən tükənmişəm..." 🥀
t.me/miriyevtv
17 مه 2025, 10:20
7 593
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra 102-ci Rusiya hərbi bazasını bağlaya bilər.
Nəşrin məlumatına görə, sazişin mətnində ölkə ərazisində heç bir xarici hərbi bazanın yerləşdirilməsinə icazə verilməyəcəyi bildirilir.
t.me/xeberlerlive | Hraparak
17 مه 2025, 06:17
7 593
REKLAMA ENDİRİM❗ CƏMİ 10 AZN
⚡⚡⚡Hər növ reklamların yerləşdirilməsi:
Əlaqə üçün ➡️ @miriyevelaqe
İki kanalda ↪️ @xeberlerlive + @miriyevtv
16 مه 2025, 10:35
7 593
Repost from Miriyev TV
⚡İlham Əliyev ilə Paşinyan arasında maraqlı dialoq
t.me/miriyevtv
16 مه 2025, 10:34
7 593
🗣️ Gəncədə qətlə yetirilən Elgün İbrahimovun anası Fizzə xanım:
“Bəlkə də bu vəhşiliyi Elgünün dost bildiyi kimsə edib. Dünən axşam prokurorluqda olmuşuq, dedilər narahat olmayın, mütləq tapılacaq. O nə dalaşqan, nə pis iş tutan uşaq olub. Həm oxuyurdu, həm işləyirdi. 5 fənndən hazırlığa gedirdi. Onun boş vaxtı yox idi ki, kənar işlərlə məşğul olsun. Əksinə hamını bir araya gətirən uşaq idi. Dostları çox idi, həm qız, həm də oğlan. Hamı ilə də mehriban idi. Sevdiyi bir qız da olmayıb ki, deyim onun üstündə olub bu dəhşət. Hazırlıqlardan başqa o bazar günləri restoranda ofisiant işləyirdi. İmtahanına 15 gün qalmışdı, istəmirdim dərslərindən yayınsın, gecə yorğun gəlib yatdı, ertəsi gün informatika hazırlığına hazırlaşdı, öpüb yola saldıq, axırıncı dəfə elə o hazırlıqda olub. Danışdım, dedi son zəng hazırlığına gedirəm. Ondan sonra neçə dəfə yığsam da, zəng çatmadı. Sinif yoldaşları ilə də danışdım, ümumiyyətlə son zəng hazırlığına getməyib, informatika hazırlığı yoldaşları da Elgünün onlardan aralanıb, tək getdiyini bildirdi. Mənim övladım həyat dolu idi, ona restoranda son zəng qonaqlığı verəcəkdik. Arzuları gözündə qaldı. Heç bir səbəb mənim balamı o vəziyyətə qoymağa əsas vermir. Onun məktəbində də son zəng ləğv edildi, bütün dostları imtahana hazırlaşmağa həvəslərini itiriblər. Mən də onlara Elgün üçün oxuyun deyirəm”.t.me/xeberlerlive
16 مه 2025, 06:43
7 593
Bu gün Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin VI sammitində iştirak etmək üçün Albaniyaya gedəcək. Nikol Paşinyan da Albaniyaya yollanıb.
t.me/xeberlerlive
15 مه 2025, 02:18
7 593
🏆 2024-2025 Ziraat Türkiye Kubokunun sahibi 𝐆𝐀𝐋𝐀𝐓𝐀𝐒𝐀𝐑𝐀𝐘! 💛❤️
t.me/xeberlerlive
14 مه 2025, 16:05
7 593
❗️Mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
14 مه 2025, 04:58
7 593
Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.
t.me/xeberlerlive
13 مه 2025, 11:27
