ru
Feedback
XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Открыть в Telegram

Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9

Больше
8 799
Подписчики
-524 часа
-457 дней
-21730 день
Архив постов
Qazaxda çay daşıb, İkinci Şıxlı kənd ərazisini sel suları basıb. 🇦🇿 Hazırda aidiyyəti qurumların əməkdaşları və texnikalar əraziyə cəlb olunub, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. t.me/xeberlerlive

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. t.me/xeberlerlive

DİQQƏT❗️İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq. 15 iyun - Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə və bazar olduğu və bayram günlərinə düşdüyü üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq. Yəni 15, 16, 17, 18 və 19 iyun - ardıcıl 5 gün qeyri-iş günləridir. t.me/xeberlerlive

⛈️🇦🇿Bakıda və Abşeronda səhər və axşam bəzi yerlərdə yağış yağacaq, gecəyə doğru şimşək çaxacaq. Paytaxtda və yarımadada gecə 12-16°, gündüz 19-24° isti gözlənilir. Bölgələrdə ayrı-ayrı yerlərdə leysan, şimşək, dolu, yüksək dağlıq ərazilərdə qar ehtimalı var. Rayonlarda gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı olub. Tərəflər Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər. Erməni diplomat İrəvan və Bakı arasında sülh sazişi layihəsi üzrə danışıqların gedişi barədə Borrellə məlumat verib. t.me/xeberlerlive

⚡️Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü başa çatıb. Ölkəmizi avrokuboklarda Qarabağ [Çempionlar Liqası], Zirə [Avropa Liqası], Sabah [Konfrans Liqası] və Sumqayıt [Konfrans Liqası] klubları təmsil edəcək. t.me/xeberlerlive

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı sərəncam imzalayıb. t.me/xeberlerlive

Repost from Miriyev TV
GƏRGİNLİK ❗Kirants kəndində vəziyyət gərgindir, sakinlər Ermənistanın baş naziri Nikol Paşinyana suallar verirlər Sakinlər baş nazirə danışıqlar apara bilmədiyini deyiblər.. ⏳⏳⏳ t.me/miriyevtv

📢Gəncədə güclü külək çox sayda fəsadlar törədir Bu gün səhər saatlarından şəhər ərazisində güclü külək əsməyə başlayıb. Nəti
+2
📢Gəncədə güclü külək çox sayda fəsadlar törədir Bu gün səhər saatlarından şəhər ərazisində güclü külək əsməyə başlayıb. Nəticədə bir sıra yerlərdə fəsadlar əmələ gəlib. Şəhərin Nizami prospekti, Şəddadilər, Süleyman Rəhimov küçələrində və Cümə məscidinin həyətində yerləşən iri gövdəli ağacların bəziləri kökündən aşıb, digərlərinin isə budaqları qırılaraq yola düşüb.  Bundan başqa, şəhərin bir neçə yerində elektrik naqilləri qırılıb, bu da təchizatda fasilələr yaradıb. Bir sıra tikililərin dam örtükləri uçub.  Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir. t.me/xeberlerlive

🇮🇷🇦🇲 Xamenei Paşinyanla görüşdə kifayət qədər sərt danışıb. O İranın regiondakı xarici qüvvələrlə bağlı (Ermənistandakı Aİ missiyası) mövqeyini bir daha təkrarlayıb. Eyni zamanda, Xamenei bildirib ki, Rəisinin ölümü İranın qırmızı xəttlərini dəyişmir. İran yenə də Zəngəzur dəhlizi ideyasına qarşı çıxmağa davam edəcək. t.me/xeberlerlive / Ermənistanın "Hraparak" nəşri

Paşinyan helikopterinin məcburi eniş etməsi ilə bağlı açıqlama verib. “Əzizlərim, hər şey qaydasındadır. Pis hava şəraiti ilə əlaqədar vertolyotumuz Vanadzorda planlaşdırılmamış eniş edib. İndi maşınla səyahətə davam edirik. Hər kəsə xoş gün arzulayıram” t.me/xeberlerlive

🗣Erməni KİV: Ermənistanın Baş naziri Nikol Paşinyanın helikopteri Vanadzor stadionuna məcburi eniş edib. İlkin məlumata görə, o, Tavuşa gedirmiş. t.me/xeberlerlive

🇦🇿❤️ Məhəmməd Əmin Rəsulzadə t.me/MutluTurkum

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard 421,0 milyon manatdan 7 milyard 126,3 milyon manata (11,0 faiz) artırılacaq. t.me/xeberlerlive

Nikol Paşinyan: “Əsl Ermənistan və sülh baxışı bir-birinə bağlıdır. Bu baş verməsə, mühit ya dövlətçiliyimizi məhv edəcək, ya da onun inkişafını məhdudlaşdıracaq.Çətin qərarlardan keçən, lakin əsl vəd edilmiş torpağa, əsl Ermənistana, Ermənistan Respublikasına aparan yeganə yol olan bu yolu birlikdə keçməliyik.” t.me/xeberlerlive

Xalqa müraciəti başladı.. Nikol Paşinyan: “Bu gündən etibarən MTX Sərhəd Xidməti Tavuş bölgəsində sərhəd mühafizəsini öz üzərinə götürüb. Hökumət “Real Ermənistan” strategiyasını hazırlayıb və bu yolla gedir.” t.me/xeberlerlive

Xalqa müraciəti başladı.. Nikol Paşinyan: “Bu gündən etibarən MTX Sərhəd Xidməti Tavuş bölgəsində sərhəd mühafizəsini öz üzərinə götürüb. Hökumət “Real Ermənistan” strategiyasını hazırlayıb və bu yolla gedir.” t.me/xeberlerlive

🇦🇲📹 Ermənistanın baş naziri Nikol Paşinyan “Müraciət lentə almamışdan əvvəl” adlı video yayımlayıb. Bu video Paşinyanın xalqa qarşıdakı müraciətinə necə hazırlaşdığını göstərir. t.me/xeberlerlive

🇦🇿Azərbaycan Dövlət Sərhəd Xidmətinin general mayoru V.Sultanov Azərbaycan Ali Baş komandanına Qazaxın işğaldan azad edilməsi ilə bağlı məruzə etdi. t.me/xeberlerlive

♦️ Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenskinin dövlət başçısı kimi legitimliyinin sona çatdığını bildirib ◾ Bundan əvvəl Rusiya lideri onu da qeyd edib ki, ciddi sülh sazişləri yalnız Ukraynanın qanuni hakimiyyət orqanları ilə bağlana bilər. t.me/xeberlerlive