Ermənistanın hərbi hissələrindən birində hərbçinin meyiti tapılıb.
Bu barədə yerli KİV-i Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, iyulun 3-də saat 00:45 radələrində qurumun N saylı hərbi hissəsinin müqavilə ilə xidmət edən hərbi qulluqçusu Sarqis Xaçatryanın güllə yarası ilə meyiti tapılıb.
Hadisənin baş vermə şəraiti araşdırılır.
t.me/xeberlerlive
🇦🇲 Ermənistan Silahlı Qüvvələrinə Arazdəyəndən keçərək Vayots Dzora hərəkət etmək qadağan edilib. Bu barədə erməni mediası xəbər paylaşıb.
t.me/xeberlerlive
😂 Ermənistana qaçan keçmiş separatçı rejimin sonuncu "başçısı" Samvel Şahramanyanın avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı başladılan cinayət işi çərçivəsində müsadirə edilib.
t.me/xeberlerlive
🇦🇿 İyulun 1-i , 22 il ərəb xəlifələrinin zülm və təcavüzünə dirənmiş, müqavimət göstərmiş Azərbaycanın böyük sərkərdəsi “Babək Xürrəmdin” ülü aslan igidi doğum günüdür.
"Bir gün səltənət qırx illik köləlikdən yaxşıdır. Fərqi yoxdur yaşasam da, ölsəm də, harada adımı yadda olsa, xatırlansam da, orda padşaham."
Ata babək doğum günü Azərbaycan Türk millətinə qutlu olsun
🇦🇿@MutluTurkum
İlham Əliyev:
“Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik.
Ermənilərin Qarabağa qayıdış hüququ məsələsi qarşılıqlı şəkildə təmin olunmalıdır. Bu hüquq Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.
COP29 məsələsində Ermənistan bizim bu tədbirə ev sahibliyi etməklə bağlı məhdudiyyətini aradan qaldırdı, biz isə onların COP-un idarəedici orqanlarında iştirakına qarşı çıxmadıq.”
t.me/xeberlerlive
İlham Əliyev Kanada səfirinə: Ermənilərin Qarabağa qayıdış hüququ məsələsi qarşılıqlı şəkildə təmin olunmalıdır. Bu hüquq Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.
t.me/xeberlerlive
⚡Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan liderləri Şuşaya gəlirlər
İyulun 5-də İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı keçirləcək.
t.me/xeberlerlive
⚡️⚡️Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxunub.
Hökmə əsasən, Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev Vüqar Kərəmov 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tofiq Musayev isə hökmə əsasən 1500 manat cərimə edilib.
t.me/xeberlerlive
Bu gündən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.
Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.
Proses iyulun 30-da bitəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 20-də imzaladığı sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
t.me/xeberlerlive
⚡️⚡️⚡️YENİLƏNİR
Bakı-Zəngilan aviabiletinin qiyməti 83 manat müəyyən edildi
Bakı-Gəncə aviabiletinin qiyməti 84 manat müəyyən edildi
Bakı-Füzuli aviabiletinin qiyməti 78 manat müəyyən edildi
Bakı-Naxçıvan aviabiletinin qiyməti 70 manat təsdiq edildi
t.me/xeberlerlive
⚡️⚡️⚡️Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik təsdiq edilib.
t.me/xeberlerlive