XƏBƏRLƏR l LİVE
Открыть в Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Больше8 799
Подписчики
-524 часа
-457 дней
-21730 день
Архив постов
8 794
❗️Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub
🇦🇿MN: İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub.
❗️Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
8 794
🇦🇿 Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
t.me/xeberlerlive
8 794
Repost from N/a
🌑🍃 Gecə saatlarında ölkənin bir çox bölgələsində tufan ola bilər.
Sarı, narıncı və qırmızı xəbərdarlıq elan edilib.
Paytaxtda da güclü külək gözlənilir.
FHN vətəndaşlara çağırış edib:
• Uşaqları küləkli havada nəzarətsiz buraxmayın.
• Nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamayın.
• Yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun.
• Elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmayın.
t.me/vefadarmuallim
8 794
Repost from Miriyev TV
DİQQƏT ❗ Gece paytaxtda və birçox bölgədə güclü külək gözlənilir
t.me/miriyevtv
8 794
Cəbrayıldakı partlayışla bağlı Türkiyə, Fransa və ABŞ Azərbaycana başsağlığı veriblər
t.me/xeberlerlive
8 794
⚡⚡️Azərbaycan 2 erməni hərbçisinə aid olan meyit qalıqlarını qarşı tərəfə təhvil verib.
t.me/xeberlerlive
8 794
Türkiyə prezidenti Qazaxıstandan sonra Azərbaycana səfər edəcək. TDT-nın Şuşada keçiriləcək sammitinə qatılacaq. (TRT)
t.me/xeberlerlive
8 794
Ermənistan Fələstinin müstəqilliyini tanıyıb.
🇦🇲 Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
t.me/xeberlerlive
8 794
🇦🇿🇺🇸 ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller: Antoni Blinken Prezident İlham Əliyevi “haqsız yerə həbs edilənlərin hamısını dərhal azad etməyə” çağırıb.
Daha əvvəl ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib.
8 794
İki hərbçimiz yol qəzasında həlak oldu.
🥀 İlkin məlumatlara görə Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yol tikintisi texnikasına çırpılması nəticəsində minik maşınında olan iki hərbiçi Müsadirov Murad və Mustafayev Kənan aldıqları xəsarətdən həlak olublar.
8 794
🇦🇿 Xankəndi-Şuşa-Laçın avtomobil yolunun tikintisi aparılır.
İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, bu istiqamətdə mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də inşası davam etdirilən Xankəndi-Şuşa-Laçın avtomobil yoludur.
🛣️ Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.
🌉 Yol üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxəlif ölçülü və diametrli suötürücü boruların inşası nəzərdə tutulub. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında, uzunluğu 540 metr olan ikinci tunelin çıxış portalında qazma işləri davam etdirilir.
Eyni zamanda layihə üzrə kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir.
🚧 Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Xankəndi-Şuşa-Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
t.me/xeberlerlive
8 794
⚡⚡YAP Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezidentə müraciət edəcək
t.me/xeberlerlive
8 794
🇦🇿 DTX: Kibercinayət yolu ilə Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə SOCAR, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yayan kibercinayətkar şəbəkə ifşa olunub.
t.me/xeberlerlive
8 794
⚡ UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi:
Qarabağın rəqibi - "Hamrun" (Malta) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi:
Sabahın rəqibi - "Makkabi" Hayfa
Sumqayıtın rəqibi - "Fehervar"
t.me/xeberlerlive
8 794
Azərbaycan XİN:
- Ermənistan tərəfinin bəyanatını qətiyyətlə rədd edirik.
- Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq siyasəti heç bir nəticə verməyəcək
- Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
- Ermənistan tərəfi əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir.
t.me/xeberlerlive
8 794
Repost from Miriyev TV
NƏDİR BU "CAESAR" ❓
CAESAR Fransa istehsalı olan zirehli haubitsadır.
İstehsalçı: Fransa/GIAT
Lülə diametri: 155 mm
Lülə uzunluğu: 52 kalibr
Uzunluğu: 10 m
Döyüş çəkisi: 17.7 t
Hündürlük: 3.7m
Eni: 3.4m
Yüksəlmə: -3º +66º
Yanlara dönmə bucağı: 34º sağa və ya sola
Mərmisinin çəkisi: 43,25 kq HE
Sürəti: 100 km/saat asfalt örtüklü yolda, 60 km/saat off road yolda
Ekipaj: 5 nəfər
⚠️ 40-55km arası dəqiq atəş aça bilir.
İstifadə edilən döyüşlər:
Əfqanıstan müharibəsi,
Rusiya - Ukrayna müharibəsi
t.me/miriyevtv
8 794
🤦🏻 Yenə başladılar
Azərbaycan 2024-cü ildə Ermənistanla sülh sazişinin bağlanması prosesini pozmaq üçün hər şeyi edəcək. Noyabrda Bakıda keçirilən COP29 sammitindən sonra Ermənistana qarşı yeni təcavüzə başlayacaq.
Ermənistan Xarici İşlər Nazirliyi
t.me/xeberlerlive
8 794
🇦🇿 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması:
Media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir.
Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.
Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.
Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.
Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.
Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır.
Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır.
t.me/xeberlerlive
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
