XƏBƏRLƏR l LİVE
前往频道在 Telegram
8 800
订阅者
-424 小时
-397 天
-22330 天
帖子存档
8 801
Türkiyə prezidenti Qazaxıstandan sonra Azərbaycana səfər edəcək. TDT-nın Şuşada keçiriləcək sammitinə qatılacaq. (TRT)
t.me/xeberlerlive
8 801
Ermənistan Fələstinin müstəqilliyini tanıyıb.
🇦🇲 Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
t.me/xeberlerlive
8 801
🇦🇿🇺🇸 ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller: Antoni Blinken Prezident İlham Əliyevi “haqsız yerə həbs edilənlərin hamısını dərhal azad etməyə” çağırıb.
Daha əvvəl ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib.
8 801
Cəbrayılın Horovlu kəndində bir nəfər minaya düşərək xəsarət alıb.
t.me/xeberlerlive
8 801
İki hərbçimiz yol qəzasında həlak oldu.
🥀 İlkin məlumatlara görə Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yol tikintisi texnikasına çırpılması nəticəsində minik maşınında olan iki hərbiçi Müsadirov Murad və Mustafayev Kənan aldıqları xəsarətdən həlak olublar.
8 801
🇦🇿 Xankəndi-Şuşa-Laçın avtomobil yolunun tikintisi aparılır.
İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, bu istiqamətdə mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də inşası davam etdirilən Xankəndi-Şuşa-Laçın avtomobil yoludur.
🛣️ Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.
🌉 Yol üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxəlif ölçülü və diametrli suötürücü boruların inşası nəzərdə tutulub. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında, uzunluğu 540 metr olan ikinci tunelin çıxış portalında qazma işləri davam etdirilir.
Eyni zamanda layihə üzrə kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir.
🚧 Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Xankəndi-Şuşa-Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
t.me/xeberlerlive
8 801
⚡⚡YAP Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezidentə müraciət edəcək
t.me/xeberlerlive
8 801
🇦🇿 DTX: Kibercinayət yolu ilə Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə SOCAR, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yayan kibercinayətkar şəbəkə ifşa olunub.
t.me/xeberlerlive
8 801
⚡ UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi:
Qarabağın rəqibi - "Hamrun" (Malta) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi:
Sabahın rəqibi - "Makkabi" Hayfa
Sumqayıtın rəqibi - "Fehervar"
t.me/xeberlerlive
8 801
Azərbaycan XİN:
- Ermənistan tərəfinin bəyanatını qətiyyətlə rədd edirik.
- Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq siyasəti heç bir nəticə verməyəcək
- Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
- Ermənistan tərəfi əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir.
t.me/xeberlerlive
8 801
Repost from Miriyev TV
NƏDİR BU "CAESAR" ❓
CAESAR Fransa istehsalı olan zirehli haubitsadır.
İstehsalçı: Fransa/GIAT
Lülə diametri: 155 mm
Lülə uzunluğu: 52 kalibr
Uzunluğu: 10 m
Döyüş çəkisi: 17.7 t
Hündürlük: 3.7m
Eni: 3.4m
Yüksəlmə: -3º +66º
Yanlara dönmə bucağı: 34º sağa və ya sola
Mərmisinin çəkisi: 43,25 kq HE
Sürəti: 100 km/saat asfalt örtüklü yolda, 60 km/saat off road yolda
Ekipaj: 5 nəfər
⚠️ 40-55km arası dəqiq atəş aça bilir.
İstifadə edilən döyüşlər:
Əfqanıstan müharibəsi,
Rusiya - Ukrayna müharibəsi
t.me/miriyevtv
8 801
🤦🏻 Yenə başladılar
Azərbaycan 2024-cü ildə Ermənistanla sülh sazişinin bağlanması prosesini pozmaq üçün hər şeyi edəcək. Noyabrda Bakıda keçirilən COP29 sammitindən sonra Ermənistana qarşı yeni təcavüzə başlayacaq.
Ermənistan Xarici İşlər Nazirliyi
t.me/xeberlerlive
8 801
🇦🇿 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması:
Media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir.
Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.
Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.
Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.
Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.
Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır.
Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır.
t.me/xeberlerlive
8 801
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
🇦🇿 Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhidlik zirvəsinə yüksəlməsindən 14 il ötür.
t.me/MutluTurkum
8 801
Repost from Miriyev TV
Nə deyəsən beləsinə...
❗DİN: Qusarda tanıdığı şəxslərin qəbirlərini dağıdan şəxs həbs edilib
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbir daşlarını bilərəkdən dağıdan Pərviz Eldarova cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
t.me/miriyevtv
8 801
⚡️Ermənistan və Fransa müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında yeni saziş imzalayıblar.
t.me/xeberlerlive
8 801
🇦🇲⚡️🇦🇿 Nikol Paşinyan Azərbaycanla sərhədin demarkasiyası prosesində referendumun keçiriləcəyini istisna etməyib.
t.me/xeberlerlive
8 801
⚡Gürcüstanda 4,5 maqnitudalı zəlzələ olub.
Zəlzələ Türkiyənin bir sıra sərhəd bölgələrində hiss edilib
t.me/xeberlerlive
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
