cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Tarixçi

Maraqlı tarixi faktlar

Больше
Азербайджан940Азербайджанский847Факты2 520
Рекламные посты
4 849
Подписчики
+724 часа
+347 дней
+15630 дней
Время активного постинга

Загрузка данных...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Анализ публикаций
ПостыПросмотры
Поделились
Динамика просмотров
01
Gia Karangi ilk supermodel sayılırdı. 17 yaşından model biznesinə qoşulan Gia 1970-ci illərin sonlarında olduqca populyar idi. O, il ərzində 100 min dollar qazanırdı, bu da o vaxtın kursu ilə nəhəng məbləğ sayılırdı. Gianın şəkilləri Vogue, Cosmopolitan jurnallarını bəzəyirdi. Onu qarşıda qayğısız həyat gözləyirdi, lakin Gia narkotikə qurşandı. İynə izlərini ört-basdır etmək üçün şəkillərdə onun qollarını retuşlayırdılar, şəkil çəkdirərkən arxada gizlətməsini istəyirdilər. Lakin asılılıq o qədər gücləndi ki, Gia iş qabiliyyətini itirdi, onunla daha kimsə çalışmaq istəmirdi. Bir neçə dəfə müalicə olunsa da, aludəçilikdən qurtula bilmədi. Bir vaxtlar yüzminlərlə pul qazanan supermodel indi bir dozanın pulu üçün fahişəlik edirdi. Əsrarəngiz gözəlliyindən də əsər-əlamət qalmamışdı. Gia Karangi yoluxduğu QİÇS xəstəliyindən 1986-cı ildə 26 yaşında vəfat etdi. 1998-ci ildə onun həyatı əsasında "Gia" filmi çəkildi. Məhz bu film baş rolun ifaçısı Angelina Coliyə şöhrət və "Qızıl qlobus" mükafatı qazandırdı
5951Loading...
02
Həmin ərazidə Şimali və Cənubi Vyetnam qoşunları arasında döyüş gedirdi. Kim Fuk və ailəsi Cənubi Vyetnamda yerləşən Çanq Banq şəhərində yaşayırdılar. Həmin ərəfədə şəhər kommunistlərin hakimiyyətdə olduğu Şimali Vyetnamın silahlı qüvvələrinin nəzarətinə keçmişdi. Bir müddət buddist məbədində gizlənən Fuk və digər bir neçə mülki şəxslər iyunun 8-də Cənubi Vyetnam hərbçilərinin müşayiətilə daha təhlükəsiz, cənubluların nəzarətində olan əraziyə keçməyə çalışırlar. Bu zaman, deyilənlərə görə, Cənubi Vyetnam pilotu onları şimallıların hərbi dəstəsi hesab edərək üzərilərinə dörd napalm bombası adı. Partlayış nəticəsində dörd mülki şəxs həlak oldu. Kim Fuk alışan geyimlərini soyunmalı olur. Qızın xüsusilə sol qolu və kürəyi ağır yanıq xəsarətləri aldı. Xoşbəxtlikdən ayaqları xəsarət almadı və o, hərəkət edə bildi. “Çox istidir, çox istidir” qışqıraraq ağlayan zaman Nik Ut onun şəklini çəkir. Bir qədər sonra ağrıdan huşunu itirən qızı elə Nik Ut tibbi məntəqəyə aparır, oradan da xəstəxanaya göndərilir. O, 14 ay ərzində 16 əməliyyata məruz qalır. 1982-ci ildə Qərbi Almaniyada 17-ci əməliyyatını keçirdi. Nik Utun çəkdiyi şəkil böyük rezonans doğurdu. O, müəllifinə növbəti ildə Pulitser mükafatı qazandırdı. Rezonans o qədər böyük idi ki, ABŞ prezidentdi Riçard Nikson şəklin müharibə əleyhdarları tərəfindən səhnələşdirildiyini düşünür. Kim Fuk əməliyyatlara baxmayaraq, sonrakı illərdə də kəskin ağrılar hiss edir və bəzən intihar haqqında düşünür. Bununla belə, universitetə daxil olaraq tibb təhsili almağa başlayır. Amma vətəndaş müharibəsində qalib gələn və bütün Vyetnamı öz hakimiyyətləri altına alan kommunistlər ondan təbliğat məqsədilə istifadə etmək niyyətində idilər. Buna görə də təhsilini yarımçıq saxlayıb ictimai fəaliyyətə başlamasını əmr edirlər. Nəhayət, 1986-cı ildə ona Kubaya gedib təhsil almağa icazə verirlər. Əczaçılıq ixtisasını seçən qız burada illər sonra yenidən Nik Utla görüşür. Fuk 1992-ci ildə Toan adlı başqa vyetnamlı tələbə ilə ailə qurur. Cütlük bal ayını Moskvada keçirir, geri qayıdanda isə yanacaq doldurmaq üçün Kanadanın Qander şəhərində eniş edən təyyarədən çıxaraq siyasi sığınacaq istəyirlər. İctimai fiqur olmaqdan bezən Kim bir müddət gözdən uzaq olmağa üstünlük verir. İlk övladı olduqda isə fikrini dəyişir: “İstəmirəm ki, mənim övladım və başqa uşaqlar şəkildəki o qız kimi iztirab çəksinlər”. 1994-cü ilin sonlarında UNESCO-nun xoş məramlı səfiri təyin olunur. 1997-ci ildə Kim Fondu yaradır. İndi də ağrılar hiss edən Kim 2015-ci ildə ABŞ-da daha bir əməliyyat keçirdi. 2022-ci ildə isə yenə ABŞ-da lazer əməliyyatına məruz qaldı. O, hazırda Toronto yaxınlığında yaşayır. Bir sıra fəxri titullara və mükafatlara layiq görülüb. Tez-tez onu məşhurlaşdıran Nik Utla görüşür. Hələ Vyetnamda olarkən xristianlığı qəbul edən Kim Fuk napalm bombası atan pilotu bağışladığını bildirir: “Onun kim olduğu bilinmədi. İndi onunla rastlaşsam, sadəcə qucaqlayaram”.
6321Loading...
03
8 iyun 1972-ci il, Vyetnam müharibəsinin iki ən məşhur şəklindən biri çəkilir (digəri). “Associated Press” agentliyinin fotoqrafı Nik Ut napalm (yandırıcı qatışıq) bombardmanına məruz qalmış uşaqların şəklini çəkir. Şəklin mərkəzində Kim Fuk adlı 9 yaşlı qızdır.
5370Loading...
04
8 iyun 632-ci il – miladi təqviminə əsasən İslam peyğəmbəri Məhəmməd ibn Abdullah vəfat edir. Peyğəmbərin 62 yaşında kəskin qızdırmadan vəfat etdiyi söylənilir. O, elə vəfat etdiyi yerdə, arvadı Aişənin evində dəfn olundu. Sonralar yanında səhabələrdən Əbubəkr Siddiq və Ömər ibn Xəttab dəfn olundular. Məzarın yaxınlığında peyğəmbərin sağlığında tikilən və tikintisində peyğəmbərin də iştirak etdiyi məscid vardı ki, Məscid-i Nəbəvi (Peyğəmbər məscidi) adı ilə tanınır. 705-715-ci illərdə hakimiyyətdə olan Əməvi xəlifəsi I Validin zamanında məscid genişləndirilərək peyğəmbərin məzarını da öz çevrəsinə aldı. XIII əsrin sonlarında Misir sultanı olan qıpçaq türkü Kalavunun zamanında məzarın üzərində günbəz tikildi. İndi Yaşıl günbəz kimi tanınan tikili öz rəngini Osmanlı dövründə, 1837-ci ildə alıb. Şəkildə uzaq planda görünən həmin günbəz Məhəmməd peyğəmbərin dəfn olunduğu yeri bildirir. Məscid-i Nəbəvi Məkkədə yerləşən Məscid-i Haramdan sonra ən böyük məsciddir və müsəlmanların ikinci müqəddəs məkanı sayılır.
6021Loading...
05
8 iyun 1972-ci il, Vyetnam müharibəsinin iki ən məşhur şəklindən biri çəkilir (digəri). “Associated Press” agentliyinin fotoqrafı Nik Ut napalm (yandırıcı qatışıq) bombardmanına məruz qalmış uşaqların şəklini çəkir. Şəklin mərkəzində Kim Fuk adlı 9 yaşlı qızdır.
10Loading...
06
BBC İkinci cəbhənin açılmasının 80 illiyinə həsr olunmuş məqalə hazırlayıb. "“Sahilboyu bu qədər əsgər cəsədi görmək ağır idi, - hərbi aviasiyada şifrləyici olan Bernard Morqan xatırlayır. - O vaxta qədər ölü adam görməmişdim... Burada isə sadəcə suya yıxılırdılar. Dərin yer idi, ləvazimatlar da ağır, dibə çəkirdi. Bir çoxu sadəcə sudan çıxa bilmədi”. Press klub üçün tərcümə etdim https://pressklub.az/az/arasdirma/ikinci-cebhe-dehseti-bu-qeder-cesedi-gormek-agir-idi-315858-az
6832Loading...
07
Filmin süjeti hipotetik müharibənin başlanmasından bəhs edir. Nasistlər artıq Polşanı işğal ediblər və oradan SSRİ-yə hücuma hazırlaşırlar. Sovet kəşfiyyatı Almaniya rəhbərliyinin SSRİ sərhədini keçmək barədə əmrini əldə edir. Düşmənə önləyici zərbə endirmək üçün sovet aviasiyası havaya qaldırılır. Tapşırıq uğurla yerinə yetirilir, düşmənin hərbi aerodromları darmadağın edilir, oradakı təyyarələrlə birlikdə. Amma iki sovet təyyarəsi vurulur - cəmi iki! Mayor Qrişin və kapitan Nesterov paraşütlə düşmən ərazisinə enirlər. Burada onlar yerli antifaşistlərin köməyi ilə düşmənin məxfi bazasının yerini öyrənirlər. Elə düşmən radiostansiyası vasitəsilə özününkülərə bazanın koordinatlarını ötürürlər. Sovet bombardmançıları bazanın külünü göyə sovurur. Qəhrəmanlar da yenə bir antifaşistin köməyi ilə təyyarə qaçırıb vətənə qayıdırlar. Filmin ekranlara çıxmasından iki ay sonra Almaniya və SSRİ arasında “Hücum etməmək haqqında” müqavilə imzalandı. İki ölkə Şərqi Avropanı aralarında böldülər, can-ciyərə çevrildilər. Buna görə də “Eskadrilya №5” filmi nümayişdən qaldırıldı. İki il sonra müharibənin başlanğıcı is tamamilə əksinə oldu: alman aviasyası sovet aerodromlarını darmadağın etdi, oradakı təyyarələrlə birlikdə. Savaşın təkcə ilk günü sovet aviasiyası 800-ü yerdə olmaqla 1200 təyyarə ititrdi. Bundan sonra “Eskadrilya №5”-in nümayiş olunması müstəsna həyasızlıq olardı. Beləcə, almanlarla münasibətlərin korlanması da filmi xilas etmədi. Ümumiyyətlə, tənqidçilərin fikrincə “Eskadrilya №5” bədii xüsusiyyətlər baxımından da sovetin bəlkə də ən bərbad döyüş filmidir.
7100Loading...
08
1939-cu ilin iyununda rejissor Abram Roomun “Eskadrilya №5” adlı filmi ekranlara çıxır. Film cəmi iki ay prokatda oldu, əvvəlcə siyasi, sonra da tarixi səbəblər üzündən yığışdırıldı.
6270Loading...
09
Sovet-alman müharibəsinin ilk günlərində sovet komandanlığı Cənib-Qərb cəbhəsində əks hücuma keçmək qərarına gəlir. Dubno-Lutsk-Brodı istiqamətində baş tutacaq hücumda onlara qarşı almanların “Cənub” ordular qrupunun hərbi birləşmələri dururdu. Qüvvələr qeyri-bərabər idi. Almanlar üçün Moskva istiqaməti həlledici idi və tanklarının xeyli hissəsi sovet paytaxtı üzərinə yürüyən “Mərkəz” ordular qrupunda idi. Leninqrad istiqaməti əhəmiyyətinə görə ikinci idi. “Cənub” ordular qrupu isə Ukraynanı, Krımı tutaraq Rostov istiqamətinə irəliləməli idi. Bu istiqamət əhəmiyyətinə görə üçüncü idi və buna görə də ən az sayda tankla təchiz edilmişdi. SSRİ-də isə əksinə idi. Qırmızı ordudakı 20 mexaniki korpusdan səkkizi bu istiqamətdə idi. Dubno döyüşündə təxminən 3500 sovet tankı iştirak edirdi. Almanlar tərəfdə isə cəmi 728 tank vardı, onlardan da 100-dən çoxu silahı olmayan komandir tankları idi. Amma sovet komandanlığı o zaman tank döyüşlərində almanlara nisbətən xeyli naşı idi. İyunun 26-da başlayan əks-hücumda tank diviziyalarının birgə hərəkətini, eləcə də avasiya və artilleriya dəstəyini təmin etmək mümkün olmadı. Almanlarda isə tanklar, artilleriya və aviasiya koordinasiyalı şəkildə hərəkət edirdilər. Buna görə də iyunun 30-na qədər davam edən döyüşün nəticələri fəlakətli oldu. Dubno döyüşü sovetlər üçün “tank qətliamı”na çevrildi. Qırmızı ordu döyüş meydanında 2648 tank itirərək geri çəkildi. Almanlar cəmi 85 tank itirdilər, daha 200 tank təmirə yolllandı. Amma qənimət olaraq ələ keçirdikləri və sonra üstünə ağ xaç çəkib istifadə etdikləri sovet tanklarının sayı daha çox idi. Cənub-Qərb cəbhəsinin hərbi şurasının üzvü Nikolay Vaşuqin bu qədər biabırçı məğlubiyyətə dözməyərək özünü güllələdi. Ümumiyyətlə, Cənub-Qərb cəbhəsinin qoşunları müharibənin ilk iki həftəsində 4381 tank itirdilər. Bu isə almanların SSRİ-yə hücum zamanı malik olduqları bütün tankların sayından çox idi.
6960Loading...
10
Dubno-Lutsk-Brodı döyüşü
6130Loading...
11
7 iyun 1981-ci il, İsrailə məxsus səkkiz F-16 təyyarəsi İraqın atom reaktorunu bombalayaraq sıradan çıxarır. “ABŞ 1978-ci ildən etibarən o dövr üçün ən müasir F-16 təyyarələrinin istehsalına başlamışdı. İsrail bu uçuş aparatlarına müştəri çıxan ilk dövlətlərdən olsa da, Karter administrasiyası bu ideyaya, yəqin ki, ərəblərin reaksiyası üzündən, müsbət yanaşmırdı. Amma İrana satılması nəzərdə tutulan təyyarələr İslam inqilabı səbəbindən satılmadı və İsrailə qismət oldu. Amma hətta bu təyyarələrin də Osiraka qədər uçub geri qayıda biləcəkləri şübhə altında idi. Məsafə F-16-ların maksimum uçuş məsafəsindən bir qədər artıq idi. Üstəlik, İraqa tərəf gedərkən İordaniyanın, ya da Səudiyyə Ərəbustanın ərazisindən istifadə olunacaqdı və radarlara düşməmək üçün aşağı hündürlükdə (40-100 metr) uçulacaqdı. Aşağıda isə havanın sıxlığı və müqaviməti çox olduğundan yanacaq da çox işlənilir”. “Opera əməliyyatı” adlı məqaləm https://yadigar-sadiqli.livejournal.com/53148.html
7304Loading...
12
Terminin kökü ABŞ Vətəndaş müharibəsinə, daha konkret desək, cənubluların şimallı əsirləri saxladıqları Andersonvill əsir düşərgəsinə gedib çıxır. Cəmi 14 ay ( fevral 1864 - aprel 1865) mövcud olmuş bu düşərgə məşum şöhrətə malikdir. Nəzərdə tutulduğundan çox adam saxlanılan Andersonvilldə dəhşətli antisanitariya hökm sürürdü və xəstəliklər baş alıb gedirdi. Yemək çatışmırdı, təmiz su ümumiyyətlə yox idi. Komendant Henri Virts sadist xüsusiyyətlərilə fərqlənirdi (müharibədən sonra asıldı). 14 ay ərzində burada 13 min əsir öldü. Deadline isə əsir düşərgəsində dustaqlara adlamaq qadağan edilən xəttə deyilirdi. Həmin xətti keçən kimi mühafizəçilər atəş açırdı. Vətəndaş müharibəsi bitdikdən sonra bu termin xeyli müddət unuduldu. 1917-ci ildə çap zamanı kağızın o yerinə deyilirdi ki, ondan kənarda daha mətn yerləşmir. Daha sonra isə tədricən “son müddət” mənasında işlənməyə başladı. Ərizə vermək, SV göndərmək, bir işi bitirmək üçün son müddət. Bəzən insan intizam məqsədilə özünə də dedlayn təyin edə bilər. Bu, daha çox vaxtla yox, həcmlə bağlı olur. Məsələn, yazıçı gündə filan qədər işarəlik və ya filan qədər səhifəlik mətn yazmağı, tərcüməçi tərcümə etməyi özünə dedlayn təyin edə bilər.
7871Loading...
13
Deadline və dedlayn - bu söz hər hansı bir işi görmək üçün son müddət mənasında işlənir və tamamilə dinc təsir bağışlayır. Halbuki ilkin mənası heç də dinc olmayıb: zatən hərfi tərcüməsi də “ölüm xətti” deməkdir.
7161Loading...
14
Con Kennedi öldürüləndən sonra avtomatik prezident olan və 1964-cü ildə bir dəfə seçilən Lindon Conson konstitusiyaya görə 1968-ci il seçkilərində də iştirak edə bilərdi. Amma həmin il martın 31-də Lindon Conson namizəd olmayacağını açıqladı. Bunun səbəbi Vyetnam müharibəsinə görə reytinqinin aşağı olması, həm də qeyri-qənaətbəxş səhhəti (ürək problemi vardı) idi. Əvəzində vitse-prezident Hubert Hamfri namizəd oldu. Ondan əlavə demokratlar partiyasından Yucin Makkartni və Robert Kennedi də prezidentliyə namizədliklərini irəli sürdülər. Iyunun 4-də Kaliforniya demokratlar arasında praymeriz keçirildi və Kennedi qalib gəldi. O, Los Ancelesin “Ambassador” otelinin rəqs zalında öz tərəfdarları ilə görüş keçirdi və mətbuat konfransı üçün başqa zala doğru getdi. Yolu qısa etmək istəyən senator otelin mətbəxindən keçdi. Bu zaman Sərxan Sərxan adlı fələstinli xristian ərəbin açdığı atəş nəticəsində ağır yaralandı. Üç güllə dəyən Kennedi iyunun 6-na keçən gecə xəstəxanada vəfat etdi. Sərxan Sərxan öz addımını Robert Kennedinin israilpərəst mövqeyi ilə əsaslandırdı. Senator çıxışlarının birində bildirmişdi ki, prezident seçilsə, İsrailə 50 qırıcı təyyarə göndərəcək. Qəsdin baş verdiyi gün də Altıgünlük müharibənin birinci ildönümünün ərəfəsi idi. Məhkəmə qatili edam cəzasına məhkum etdi. Amma Kaliforniya Ali məhkəməsi 1972-ci ildə ölüm cəzasını konstitusiya zidd hesab edərək ştatda edama məhkum edilən bütün dustaqların cəzasını ömürlük həbslə əvəz etdi. Hazırda 80 yaşı olan Sərxan Sərxan vaxtından əvvəl azadlığa çıxmaq üçün 17 dəfə müraciət edib və hər dəfə rədd cavabı alıb. 2021-ci ildə müraciəti araşdırılarkən Robert Kennedinin iki oğlu da atalarının qatilinin azad olunmasına tərəfdar çıxdılar. Amma digər 6 övladı buna etiraz etdi. Vaxtından əvvəl azadlığa buraxma üzrə şura 2021-ci ilin yayında Sərxan Sərxanın azad edilməsini tövsiyə etdi. Amma 2022-ci ilin yanvarında ştat qubernatoru müraciəti rədd etdi. Onun şərti azadlığa çıxmaqla bağlı sonuncu müraciəti 2023-cü ilin martında rədd edilib. 1968-ci ilin prezident seçkilərində isə demokratların namizədi Hubert Hamfri oldu, amma səsvermədə respublikaçı Riçard Niksona uduzdu.
7452Loading...
15
6 iyun 1968-ci il, sui-qəsddən 26 saat sonra keçmiş prezident Con Kennedinin qardaşı, senator və prezidentliyə namizədliyə namizəd Robert Kennedi vəfat edir.
6691Loading...
16
5 iyun 1967-ci il, Yaxın Şərqdə və ümumiyyətlə, dünyada gedən proseslərə ciddi təsir göstərən Altıgünlük müharibə başlayır. İyunun 10-a kimi davam edən savaşda İsrail əsas üzvləri Misir və Suriya olan, eləcə də İordaniya və İraqın qoşulduğu ərəb dövlətləri koalisiyasını sarsıdıcı məğlubiyyətə uğratdı və savaşdan əvvəlki ərazisindən 3,5 dəfə böyük ərazini işğal etdi. Balaca İsraildən məğlubiyyəti həzm edə bilməyən ərəb liderləri günahı ABŞ-ın üstünə atdılar və ərəb coğrafiyasında kəskin antiamerikanizm yayıldı. Nəticədə o vaxta qədər neytral qalmağa çalışan ABŞ İsraillə daha yaxınlaşdı və tədricən müttəfiqinə çevrildi. Müharibənin daha bir nəticəsi müasir terrorizmin yayılması oldu. İsrailə hərbi yolla qalib gəlmək ümidini itirən ərəblər terrora müraciət etdilər. “Altıgünlük müharibə” adlı məqaləm https://yadigar-sadiqli.livejournal.com/72608.html
7750Loading...
17
Bir polkovnik üsyan edərsə, iqtidar lideri necə davranmalıdır? İsmet İnönüdən master-klass: "15 tane çapulcu çıkacak, hepimizi teslim alacak, biz hiç mukavemet göstermeyeceğiz? Gerekirse ben yalnız üzerlerine giderim. Öldürebiliyorlarsa öldürürler. Ama ancak ölümün üstünden geçerek devleti teslim alırlar. Eğer kan dökmek icab edecekse dökülecektir". Yeni məqaləm Talat Aydemirin birinci qiyamı haqqındadır https://pressklub.az/az/yazilar/polkovnikin-birinci-qiyami-men-olmeye-hazir-idim-o-oldurmeye-yox-220-az
9743Loading...
18
Birinci dünya müharibəsi zamanı zatən bahalıq və qıtlıq hökm sürürdü. 1916-cı ildə kəskin quraqlıq üzündən aclıq baş verdi. İnsanlar küçə heyvanlarını tutub yeməyə başladılar. Abbud və Xacava da istisna deyildi. Az sonra heyvanlar qurtardı. Bir gün ər-arvad onlara gələn qoca qonşu qadını öldürdülər, ətindən yemək hazırlayıb bişirdilər. Amma qoca qadının əti xoşlarına gəlmədi, bütün gecəni qusdular və bundan sonra düündülər ki, uşaq əti daha dadlı olar. Ailənin bir oğlu vardı və onu da öz cinayətkar planlarına qoşdular. Oğlan küçədə gördüyü uşaqlarla ünsiyyət yaradır, onları oynamaq üçün evə dəvət edir, burada valideynləri öldürürdülər. Dəstənin işi o qədər “uğurlu” gedir ki, özləri yeyib doyurlar, üstəlik kiçik bir yeməkxana açırlar. Burada qurbanlarının ətindən “qaliya” adlı yemək hazırlayıb müştərilərə satırlar. Aclıq dövründə uşaqların evlərindən qaçıb başqa yerlərə getməsi adi hal idi. Buna görə də itən uşaqlar elə də axtarılmır. Abbud və Xacavanın cinayətləri bir ildən çox davam edir. Bir gün müştərilərdən biri yeməyin içindəki sümüklü ət parçasının uşaq barmağı olmasından şübhələnir və hökumət orqanlarına xəbər verir. Ər və arvad saxlanılır. Evlərində axtarış aparılır və həyətdəki quyudan 100-ə qədər (bəzən 100-dən çox olduğu deyilir) kəllə tapılır. Məhkəmə onları edam cəzasına məhkum edir. Cinayətkarları eşşək üzərində edam yerinə aparan zaman bir qadın fürsət taparaq Xacavaya hücum edir, onun ayağını dişləyir. Qadını uzaqlaşdıranda qışqırır ki, ər və arvad onun üç uşağını öldürüb.
1 0543Loading...
19
1917-ci il, hələ Osmanlı imperiyasının tərkibində olan Mosulda onlarla uşağı öldürüb yeməkdə təqsirli bilinən Abbud və Xacava adlı ər-arvadın edamı.
9924Loading...
20
“İyun ayında "D günü" ola biləcək üç gün vardı - 5, 6 və 7 tarixləri. Eyzenhauer əməliyyatı iyunun 5-nə təyin etdi. Lakin bir gün qalmış fırtına başladı. Güclü külək əsirdi, dəniz çalxalanırdı, üstəlik buludların aşağıda olması aviasiyanın fəaliyyətini xeyli məhdudlaşdıracaqdı. Parisdəki alman meteoroloji xidməti əlverişsiz hava şəraitinin hələ iki həftə davam edəcəyini xəbər verdi. Bu vermaxt generallarının sayıqlıqlarının zəifləməsinə səbəb oldu. Normandiyadakı "B" ordular qrupunun komandanı Rommel isə Almaniyaya gedərək iyunun 6-da arvadının doğum gününü qeyd etmək üçün fürsət bildi”. İkinci cəbhənin açılması haqqında üçüncü məqaləm: “D günü” https://yadigar-sadiqli.livejournal.com/29497.html
1 0832Loading...
21
Müharibədə məğlub olan Mərkəz dövlətləri dörd idi: Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə. Amma Avstriya-Macarıstan dualist monarxiya olduğundan Avstriya ilə yanaşı Macarıstan da məğlub dövlət hesab edildi və onunla ayrıca müqavilə imzalanması uyğun bilindi. Konfrans çərçivəsində Almaniya ilə Versal (28.06.1919), Avstriya ilə Sen-Jermen (10.09.1919), Bolqarıstan ilə Nöyü (27.11.1919) müqavilələri imzalanmışdı. Macarıstan və Osmanlı ilə sülh müqaviləsinin imzalanması 1920-ci ilə qaldı. Osmanlı ilə müqavilənin gecikməsinin səbəbi konfransa göndərilən birinci heyətin rəhbəri Ahmet Tevfik paşanın təklif olunan şərtləri qəbul etməməsi idi (sonra Damad Mehmed Ferid paşanın rəhbərlik etdiyi heyət imzaladı). Macarıstanla müqavilənin gecikməsinin səbəbi isə ölkə daxilində baş verən qarışıqlıqlar (Macarıstan sovet respublikası və s.) idi. Macar nümayəndələri Parisə 1920-ci ilin yanvarın 7-də gəlib çıxdılar. Konfransda qalib dövlətlər məğlub dövlətlərlə danışıqlar aparmırdılar, kompromis, konsensus kimi şeylər yox idi. Şərtləri hazırlayıb təqdim edirdilər: bəyənsən də budur, bəyənməsən də. Macarlara da sülh şərtləri yanvarın 15-də təqdim olundu. İmperiya tərkibindəki Macarıstan krallığının 325 411 kv km ərazisi və dənizə çıxışı vardı. İndi isə dənizə çıxışı və ərazisinin 71,4 faizini itirirdi, cəmi 93 073 kv km qalırdı. Müharibədən əvvəl 20,9 milyon əhalisi vardısa, indi 7.6 milyon (36,36%) oldu. İtirilən əhalinin çoxu başqa xalqlar olsa da, 3,3 milyonu macarlar idi. Macarıstan nümayəndə heyətinə başçılıq edən qraf Albert Apponyi bu şərtlərə etiraz etdi. İddia etdi ki, müharibəyə Vyanada oturan hökumət başlayıb, macarlar da qeyri-ixtiyari qoşulublar, Macarıstan krallığında milli azlıqlar heç vaxt sıxışdırılmayıb və s. Apponyi bacarıqlı diplomat və natiq olsa da, nümayəndə heyətinə onun başçılıq etməsinin özü səhv idi. Çünki millətçi idi, təhsil naziri olarkən milli azlıqların dilinin tədrisinə əngəllər törətmişdi. Almanpərəst mövqeyi ilə məşhur idi. Bunları onun yadına saldılar. Üstəlik, xatırlatdılar ki, Avstriya-Macarıstan Serbiyaya qarşı müharibəyə başlayanda parlamentdə sevincək nitq söyləyibmiş. Bundan sonra macarlar təyini-müqəddərat hüququna istinad edərək qoparılan ərazilərdə referendum keçirilməsini istədilər ki, heç olmasa 3.3 milyon macar yaşayan əraziləri qaytarsınlar. Amma xeyri olmadı. İyunun 4-də təklif olunan şərtləri imzalamalı oldular. İki ay sonra, avqustun 10-da Versal sistemi çərçivəsində beşinci sülh müqaviləsi - Osmanlı ilə Sevr müqaviləsi imzalandı. Bu beş müqavilənin dördü həyata keçdi. Təkcə Sevrdən başqa: türk xalqının dirənişi və Mustafa Kamal adlı bir general sayəsində.
1 0412Loading...
22
4 iyun 1920-ci il, Birinci dünya müharibəsindən sonra çağrılan Paris sülh konfransı çərçivəsində qalib dövlətlərlə Macarıstan arasında Trianon sülh müqaviləsi imzalanır. Şəkildə Macarıstan nümayəndələri müqaviləni imzaladıqdan sonra Trianon sarayını tərk edirlər.
8471Loading...
23
Həmin ərazinin yaxınlığından qaz kəməri keçirdi və qəzadan təxminən 3 saat əvvəl burada sızma başlamışdı. Kəmərdə təzyiqin aşağı düşdüyünü görən növbətçi heyət bunun səbəbinin araşdırmaq əvəzinə qaz vurulmasını artırdı. Nəticədə sızma da çoxaldı. Sızan təhlükəli maddələr dəmiryolu xəttinin yaxınlığında yerə yataraq qaldı və bir növ “qaz gölü” yarandı. Qəzadan daha əvvəl buradan keçən qatarların maşinistləri ətrafdan qoxu gəlməsi barədə dispetçerə xəbər vermişdilər, amma heç bir reaksiya olmamışdı. Yerli vaxtla saat 01:14-də burada əks istiqamətlərdə iki qatar keçirdi. Novosibirsk-Adler qatarında 21, Adler-Novosibirsk qatarında isə 19 vaqon vardı. Qatarların təkərlərindən və ya pantoqrafından çıxan qığılcım, yoxsa sərnişinlərdən birinin pəncərədən söndürülməmiş siqaret kötüyü atması, ya nədənsə qatarlar “qaz gölü”nün yanından keçəndə dəhşətli partlayış baş verdi. Partlayış gücü elə idi ki, 11 km məsafədə yerləşən Aşa şəhərində pəncərə şüşələri töküldü. Yanğın 100 km məsafədən görünürdü. Qısa müddət ərzində ərazidə hərarət 1000 dərəcəni keçdi. Vaqonların hamısı xəsarət aldı, iki elektrovoz və daha 5 vaqon tamamilə yandı. 1284 sərnişindən və 86 dəmiryolu işçisindən 575 nəfər həlak oldu, onların 181-i uşaq idi. Daha 623 nəfər müxtəlif xəsarətlər aldı.
8980Loading...
24
4 iyun 1989-cu il, Başqırdıstanın İqlino rayonu ərazisində SSRİ tarixinin ən dəhşətli dəmiryolu qəzası baş verir.
7850Loading...
25
İkinci cəbhənin açılması ilə haqqında ikinci məqaləm “Bodyguard əməliyyatı” adlanır. Dezinformasiya əməliyyatı olan “Bodyguard”ın məqsədi almanları desantın Britaniya adalarına ən yaxın yerdə - Kale ətrafında çıxarılacağına inandırmaq idi. Bunun üçün həm yalançı casuslar vasitəsilə Berlinə saxta məlumatlar ötürülür, həm də Kale ilə üzbəüz İngiltərə ərazisində üfürmə tanklar, avtomobillər, təyyarələr toplanırdı. Əməliyyat çox uğurla həyata keçirildi. Qərb müttəfiqləri Normandiyaya qoşun çıxarmağa başlayanda belə, Hitler bunun yayındırıcı əməliyyat olduğunu düşünür, əsas desantı Kale ətrafında gözləyirdi. Məhz bunun sayəsində müttəfiqlər desantçıxarma əməliyyatı zamanı öz itkilərini minimuma endirdilər https://yadigar-sadiqli.livejournal.com/29352.html
9101Loading...
26
XVI əsrin ikinci yarısı Fransada məzhəb müharibələri ilə keçirdi. Çoxluqda olan katoliklər “quqenot” dedikləri protestantlarla vuruşurdular. Fransa zadəganlarının bir hissəsi də quqenot idi. III Anri Polşadan qaçıb Fransa taxtına oturana qədər dörd quqenot müharibəsi olmuşdu (1562-1563, 1567-1568, 1568-1570, 1572-1573). III Anri kral olanda Beşinci (1574-1576), Altıncı (1576-1577), Yeddinci (1579-1580) və Səkkizinci (1584-1589) quqenot müharibələri baş verdi. Bu dövrdə kralın bacısının əri, Navarra kralı Anri Burbon quqenotların başçısı sayılırdı. Səkkizinci müharibə III Anrinin kiçik qardaşı Fransuanın ölümü ilə başladı. Belə ki, kral 1575-ci ildə evlənsə də, uşağı olmurdu. Buna görə də kiçik qardaşı vəliəhd sayılırdı. Onun ölümündən sonra isə kralın ən yaxın qohumu kimi vəliəhd məhz Anri Burbon olurdu: bacısının əri kimi yox, Valua kimi Burbonlar da qədim Kapetinqlər sülaləsinin bir şaxəsi idi. Katoliklər bir quqenotun kral olması perspektivindən dəhşətə gəldilər və Səkkizinci quqenot müharibəsi başladı. “Katoliklər liqası” adını alan ittifaqa hersoq Anri de Giz rəhbərlik edirdi. Buna görə də Səkkizinci müharibəyə həm də “Üç Anri müharibəsi” deyirlər. İndi Anri Valua ilə Anri Burbon müttəfiq idilər. Məzhəb ayrılığı öz yerində, kral özündən sonra qan qohumunun kral olmasının tərəfdarı idi. Gizlər isə özlərinin Kapetinqlərdən də əvvəlki sülalə olan Karolinqlərin törəməsi olmaları barədə saxta şəcərə düzəldərək taxt-taca iddialarını ortaya qoydular. Bir ara qalib gələcəkləri qaçılmaz görünürdü. Hətta Paris krala qarşı üsyan etdi, və III Anri paytaxtdan qaçmalı oldu. Roma papası da, təbii, Gizlərin tərəfində idi. Amma III Anri qəsd təşkil edərək 1588-ci il dekabrın 23-də Anri de Gizi, ertəsi gün isə qardaşını, Lotaringiya kardinalı Luini öldürtdü. Bunu eşidən papa kralı dindən xaric elan etdi. 1589-cu il avqustun 2-də III Anri fanatik katolik olan Jak Kleman tərəfindən öldürüldü. Beləliklə, Valua sülaləsi tükəndi. Bundan sonra Doqquzuncu quqenot müharibəsi başladı. Anri de Burbon bu müharibədən qalib çıxdı, amma kral olmaq üçün katolikliyi qəbul etməyə məcbur oldu. O, IV Anri kimi taxta oturaraq Burbonlar sülaləsinin əsasını qoydu.
9971Loading...
27
III Anri, sonuncu Valua
8720Loading...
28
Uinston Çörçill: “Sovet rəhbərliyi 1940-cı ildə Fransada cəbhənin çöküşünü və bizim 1941-ci ildə Balkanlarda cəbhə yaratmaq üçün uğursuz cəhdlərimizi heykəl soyuqqanlığı ilə izləyirdi. Onlar nasist Almaniyasına iqtisadi və heç də az əhəmiyyətli olmayan başqa yardım göstərirdilər. İndi özləri aldanaraq və qəfil yaxalanaraq, yandırıcı alman qılıncının altına düşdülər... Onlar artıq 1941-ci ilin yayında İkinci cəbhənin yaradılması üçün risklərə baxmayaraq, nəyin bahasına olursa olsun ingilislərin Avropaya çıxmasını istəyirdilər. İndiyə qədər "kapitalist və imperialist müharibəsi"ni günahlandıran Britaniya kommunistləri axşam işdən qayıdır, tələsik divarlarda və hasarlarda "İkinci cəbhə və dərhal!" yazmağa başlayırdılar". İyunun 6-da Fransanın şimalında İkinci cəbhənin açılmasının 80-ci ildönümüdür. "İkinci cəbhəyə gedən yol" adlı məqaləm https://yadigar-sadiqli.livejournal.com/29170.html
9961Loading...
29
Norveç 1940-1945-ci illərdə nasist Almaniyasının işğalı altında olmuşdur. Vermaxt zabitlərinin yerli qadınlarla əlaqəsi nəticəsində 5 mindən artıq "işğal uşaqları" doğulub. Müharibədən sonrakı dövr ərzində Norveç hökuməti bu uşaqların hamısını əqlən zəif elan edərək psixiatrik xəstəxanalara yerləşdirib. Belə münasibət 1960-cı ilə kimi davam edib. Bu müddət ərzində uşaqlar təhqiramiz rəftara məruz qalıblar. Hətta onların bəzi tibbi eksperimentlər üçün istifadə olunduqları söylənilir. Yalnız 2000-ci ilin Yeni il təbrikində ölkənin baş naziri "işğal uşaqları"dan üzr istəyib. 2005-ci ildə Norveç parlamentinin qəbul etdiyi qərara əsasən onların hər biri 3000-dən 30000 avroya qədər kompensasiya ala bilərlər. Şəkildə: "işğal uşaqları"ndan bəlkə də ən məşhuru - əfsanəvi ABBA qrupunun solisti Anni-Frid Linqstad. "İşğal uşaqları"na münasibət səbəbindən Anninin anası onu İsveçə göndərib və bununla da təhqirlərdən xilas edib.
9514Loading...
30
Anri, Valua sülaləsindən Fransa kralı II Anrinin və Yekaterina (əslində Katerina yazmaq daha doğrudur, Yekaterina yazılışı bizə ruslardan qalıb) Mediçinin həddi-büluğa çatan dörd oğlundan üçüncüsüu idi. 1551-ci ildə anadan olmuşdu. 8 il sonra atası öldü və böyük qardaşı II Fransisk kral oldu. Amma 1560-cı ildə Fransiskin sol qulağında fistul yarandı, qanqrenaya çevrildi və 16 yaşlı kral öldü. II Anrinin ikinci oğlu, 10 yaşlı IX Şarl taxta çıxdı. IX Şarl 1570-ci ildə evləndi, iki il sonra qızı oldu. Hələ oğlu olmadığından qardaşı Anri vəliəhd sayılırdı. Amma bir halda ki, kral və kraliça nəsilartırma bacarığını sübut etmişdilər, yəqin oğulları da olacaqdı. Hər halda ana-kraliça Yekaterina belə düşünürdü və ən sevimli övladı olan Anri üçün boş kral taxtı axtarırdı. Yagellon sülaləsindən sonuncu Polşa kralı Sigizmund II Avqust 1572-ci ildə öldü. Onun övladı olmadığından polyaklar özlərinə kral seçməli oldular. Yekaterina Anrini seçilməsinə çalışdı. Elə IX Şarl ehtiyat etdiyi qardaşını uzaqlaşdırmaqdan məmnun olardı. Polşa taxtına bir neçə namizəd vardı, o cümlədən rus çarı IV İvan Qroznı. 1573-cü ilin aprelində keçirilən seçkilərdə Fransa şahzadəsi qalib gəldi. Amma bu zaman kralın səlahiyyətlərini məhdudlaşdıran “Anri artikulları” adlı sənəd qəbul edildi. Anri Valuanın şərtləri qəbul etməsi və Polşaya yola düşməsi bir neçə ay sürdü. Nəhayət, dekabrda böyük karvanla yola düşdü, 1574-cü il yanvarın 24-də Polşa ərazisinə daxil oldu. Fevralın 21-də Krakovda tacqoyma mərasimi keçirildi. Polyaklar sırğa taxan fransızlara əvvəlcə ikrahla baxdılar, sonra özləri də bu adəti mənimsədilər. Yeni kralı ən çox təəccübləndirən isə Krakovda Vavel qəsrindəki kanalizasiya sistemi oldu. Onun vasitəsilə ehtiyaclar Visla çayına axıdılırdı. Parisin Luvr sarayında isə ehtiyaclar qaba ödənilir, sonra da çölə atılırdı. Anri qarşısında qoyulan şərtlərdən biri də məhrum Sigizmund II Avqustun bacısı, özündən 28 yaş böyük Anna Yagellon ilə evlənmək idi. O, bu məsələni uzatmağa çalışırdı, amma qəti boyun qaçırmaq mümkün deyildi. Bu zaman, 1574-cü il mayın 30-da Fransa kralı IX Şarl oğlan övladı olmadan 24 yaşında öldü (sevgilisi Mari Tuşedən oğlu vardı, amma nikahdankənar övlad Fransa kralı ola bilməzdi). Anri qardaşının ölümünü anasından iyunun 15-də aldığı məktubla öyrəndi. O, Fransa taxtının ən qanuni varisi idi, amma Parisdən 1300 km uzaqda ilişib qalmışdı. Polşa taxtı Fransa taxtı ilə müqayisə oluna bilməzdi, üstəlik bunun üçün anan yaşında qadınla evlənməli olacaqsansa. Polyaklar da xəbəri eşitmişdilər və yeni krallarının qaçacağından ehtiyat edirdilər. Amma Anri onlar sakitləşdirdi: “Mən ilk növbədə Polşa kralıyam və heç yerə getməyəcəm”. İyunun 18-də Anri polyak zadəganlar üçün böyük ziyafət verdi. Məclisdə o qədər içki içildi ki, polyakların çoxu döşəmə üzərində uzanıb yatdılar. Bir neçə saatdan sonra Anri ən yaxın adamları ilə Vavel qəsrini tərk etdi və Fransaya qaçdı. Parisə yetişib taxta çıxan III Anrinin gördüyü ilk işlərdən biri Luvr sarayında kanalizasiya sistemi yaratmaq oldu.
9463Loading...
31
Polşa rəssamı Artur Qrottqerin “Anri Valuanın Polşadan qaçışı” tablosu.
9062Loading...
32
1918-ci noyabrın 11-də Kompyen meşəsində məhz bu vaqonun içində Almaniya Birinci dünya müharibəsində məğlub olduğunu qəbul edərək təslim aktına qol çəkib. Müharibədən sonra vaqon Fransa dəmir yollarına qaytarılıb, amma heç bir il keçmədən Ordu muzeyinə bağışlanılıb. 1921-1927-ci illərdə Əlillər evində nümayiş etdirilib. 1927-ci ildə isə Kompyendə “Barışıq talası” adı verilən yerdə muzey açılır və vaqon da ora aparılır. 1940-cı ilin yazında nasist Almaniyası Fransanı 44 günə darmadağın etdikdə Hitlerin göstərişi ilə muzeyin divarı dağıdılır, vaqon çıxarılır və 1918-ci ildə Almaniyanın təslim olduğu yerə gətirilir. İyunun 22-də fransızlar həmin yerdə, həmin vaqonda alçaldıcı təslim müqaviləsinə qol çəkməyə məcbur edilirlər. İkinci Kompyen atəşkəs müqaviləsindən sonra vaqon Berlinə aparılır və burada nümayiş etdirilir. 1944-cü ildə Türingiyaya aparılır və bir versiyaya görə, burada olarkən amerikalıların aviasiya bombardmanı nəticəsində məhv olur. Amma daha çox yayılan versiyaya görə, vaqon Kravinkel kəndi yaxınlığında tunelə salınıb və müharibənin sonlarında, 1945-ci ilin aprelində ABŞ ordusu həmin əraziyə yaxınlaşarkən Hitlerin göstərişi ilə yandırılıb. 1950-ci ildə Barışıq talasındakı muzey bərpa olunanda Kompyen vaqonu ilə tamamilə identik olan başqa bir vaqon burada yerləşdirlir.
1 1051Loading...
33
Kompyen vaqonu 2419D nömrəli vaqon 1914-cü ildə vaqon-restoran kimi istifadəyə verilib və 4 il bu statusda fəaliyyət göstərib. 1918-ci ilin yayında Fransa ordusu tərəfindən hərbi məqsədlər üçün müsadirə olunub, Bir müddət sonra Fransa-Britaniya qüvvələrinin Baş komandanı Ferdinand Foşun ixtiyarına verilib.
8490Loading...
34
2 iyun 1967-ci il, İran şahı Qərbi Berlinə səfər edir və bu səfər əsasən sol qüvvələrin etiraz aksiyaları ilə müşayiət olunur. Axşam, şah və şahbanu operada olarkən binanın qarşısında keçirilən aksiya zamanı polisin açdığı atəş nəticəsində Benno Onezorq adlı tələbə öldürüldü. Bu hadisə Qərbi Almaniyanın və ümumiyyətlə, Avropanın sonrakı tarixinə ciddi təsir göstərdi, solçu terrorizmin ortaya çıxmasına səbəb oldu. Almaniya birləşəndə və məxfi sənədlər açılanda məlum oldu ki, Onezorqu öldürən polis kommunistlərin hakimiyyətdə olduğu Şərqi Almaniyanın casusu imiş. "Almaniyanı dəyişən qətl" adlı məqaləm https://yadigar-sadiqli.livejournal.com/58079.html
9372Loading...
35
Nepal 1768-ci ildə vahid dövlətdə birləşəndən sonra onu Şah sülaləsi idarə edirdi. 1972-ci ildə taxta çıxan Birendra bu sülalənin 10-cu hökmdarı idi. Həmin vaxt 7 aylıq olan Dipendra da vəliəhd elan edildi. Ondan əlavə kralın Şruti adlı qızı və Niracan adlı oğlu vardı. Birendranın hakimiyyətinin ən önəmli hadisəsi Nepalın 1990-cı ildə mütləq monarxiyadan konstitusiyalı monarxiyaya keçməsi oldu. Vəliəhd Dipendra Nepalda təhsil aldıqdan sonra Britaniyanın nüfuzlu İton kollecində oxuyub. Daha sonra ölkəsinə qayıdaraq universitetdə və hərbi akademiyada təhsil alıb. Karate ilə məşğul olub, qara kəmərə yiyələnib. O, Narayanhiti kral sarayında odlu silahla törətdiyi qətliamda atasını, anası Ayşvaryanı, bacısını və qardaşını, eləcə də əmisini, iki bibisini, bibisinin ərini və atasının qadın kuzeninin öldürür. Daha dörd nəfəri - daha bir bibisini, əmisinin arvadını, atasının daha bir qadın kuzenini və şahzadə Şrutinin ərini yaralayır. Sonra öz başına atəş açır. Üç gün komada qalır və həmin üç gün ərzində Nepalın 11-ci kralı sayılır. İyunun 4-də özünə gəlmədən ölür. Cinayət səbəbi kimi əsas versiya ondan ibarətdir ki, şahzadə İtonda oxuyan zaman Devyani Rana ilə tanış olur və onunla evlənmək istəyir. Rana ailəsi isə Nepal tarixində xüsusi yer tutur. Bu ailədən çıxan liderlər 1846-1951-ci illərdə 100 ildən artıq müddətdə baş nazir kimi Nepalı idarə ediblər, Şah sülaləsinin kralları isə onların əlində oyuncaq olub. Buna görə də kral ailəsi vəliəhdin onlardan qız almasına razılıq vermir və bu nikahın Rana ailəsini yenidən gücləndirəcəyindən ehtiyat edir. 2001-ci il iyunun 1-də bu mövzu ətrafında növbəti mübahisə düşür və alkoqol, ya da narkotik (və ya hər ikisi) sərxoşluğunda olan Dipendra silaha əl ataraq qətliam törədir. Dediyim kimi, bu rəsmi versiyadır. Nepalda hadisənin başqa cür baş verdiyinə, səbəbin başqa olduğuna inananlar az deyil. əsas versiyalardan biri də cinayətdə kralın başqa bir qardaşının, Dipendranın ölümündən sonra kral elan edilən Qyanendranın barmağının olmasıdır. Birendradan fərqli olaraq Qyanendra xalq arasında populyar deyildi. Üstəlik, mütləq monarxiyanı bərpa etmək cəhdi qeyri-populyarlığını daha da artırdı. 2008-ci il mayın 28-də Müəssislər məclisi monarxiyaya son qoyaraq Nepalı respublika elan etdi.
9641Loading...
36
1 iyun 2001-ci il, Nepal kral ailəsində qətliam baş verir: kral Birendra da daxil olmaqla ailənin 9 üzvü öldürülür, 10-cu üzv - vəliəhd Dipendra (şəkildə solda) üç gün sonra öldü. Rəsmi versiyaya görə qətliamı törədən elə Dipendra olub, sonra özünü güllələyib.
9200Loading...
37
1 iyun 1946-cı il, 1940-1944-cü illərdə Rumıniyanın baş naziri, konduketor Yon Antonesku güllələnir. O, hakimiyyətə gələndən sonra Rumıniyanı nasist Almaniyasının müttəfiqinə çevirdi. 1941-ci ilin iyununda SSRİ-yə qarşı hücumda iştirak etdi. Dekabrda isə əvvəlcə İngiltərəyə, sonra ABŞ-a müharibə elan etdi. Bu illərdə almanların tələbi ilə 40 min Rumıniya yəhudisi ölüm düşərgəsinə göndərildi. İşğal edilən sovet ərazisində daha 300 min yəhudinin rumınlar tərəfindən öldürüldüyü təxmin edilir. Sovet qoşunlarının Rumıniya ərazisinə girməsindən sonra kral Mixayın başçılıq etdiyi çevriliş nəticəsində Antonesku devrildi və həbs olundu. O, rumın kommunistlərinə təhvil verildi, onlar da sovet nümayəndələrinə ötürdülər. 1946-cı ilin aprelində Antonesku Rumıniyaya qaytarıldı. 10-17 may tarixində keçirilən məhkəmədə 64 yaşlı konduketor edam cəzasına məhkum edildi və iyunun 1-də saxlanıldığı Jilava həbsxanasının yanında daha üç nəfərlə birlikdə güllələndi. Şəkildə Antonesku uzaq plandadır.
9230Loading...
38
1962-ci il iyunun 1-də Nazirlər Sovetinin qərarı ilə SSRİ-də ət və ət məhsullarının, yağın qiyməti qaldırıldı. Bu qərara, eləcə də əmək haqlarının faktiki aşağı salınmasına etiraz edən Novoçerkassk elektrovoz zavodunun fəhlələrinin üzərinə “fəhlə-kəndli höküməti” tanklar göndərdi, atəş açıldı və onlarla adam öldürüldü. “Novoçerkassk gülləbaranı” adlı məqaləm https://yadigar-sadiqli.livejournal.com/28761.html P. S. şəkil Novoçerkassk hadisələrindən bəhs edən “Əziz yoldaşlar” filmindəndir
9181Loading...
39
1910-cu ildə İttihat və Tərəqqi hökuməti İstanbuldakı 80 min sahibsiz iti toplayaraq Mərmərə dənizində Sivriadaya göndərdi. Burada başlı-başına buraxılan itlər bir-birlərini yedilər və sonda yeməyə bir şey qalmayanda aclıqdan öldülər. Bu hadisədən iki il sonra “Mürefte depremi” deyilən 7,3 bal gücündə zəlzələ oldu, sonra da Osmanlı üçün ağır nəticələr doğuran Birinci Balkan savaşı başladı. Əhali bu fəlakətləri itlərə edilən zülmün cavabı kimi qiymətləndirdi. Sivriadaya da xalq arasında Hayırsızada deyildi. Beləcə, insanlar öz günahlarını adanın üstünə atdılar. Adada ölümə tərk edilən itlər üçün 2012-ci ildə abidə qoyuldu.
1 0132Loading...
40
O, eramızın 390-cı illərində Durostor (indi: Silistra, Bolqarıstan) şəhərində anadan olub. Atası yerli əsilzadələrdən, anası isə italiyalı zəngin və əsilzadə ailədən idi. Uşaq vaxtı bir müddət girov kimi hunlara verilən Aetsi onların dilini öyrənir, eləcə də hərb sənətləri ilə tanış olur. 420-ci illərin birinci yarısında Qərbi Roma imperiyasında hakimiyyət mübarizəsi gedir. Aetsinin də iştirak etdiyi bu mübarizə 425-ci ildə azyaşlı III Valentinianın imperator olması ilə nəticələndi. Hakimiyyəti idarə edən imperator anası Qalla Plasidiya Aetsini Qalliyada (əsasən indiki Fransa) Roma qoşunlarının komandanı təyin edir. O, burada vestqotlarla, franklarla, ketlərlə döyüşür və qalib gəlir. 429-cu ildə magister militum (baş hərbi komandan) titulunu qazanır. Bundan sonra Romanın başqa sərkərdələri ilə Aetsi arasında nüfuz uğrunda mübarizə başlayır. Aetsi hunlardan aldığı kömək sayəsində bu mübarizədən 432-ci ildə qalib çıxır. 437-ci ildə imperator Valentinian həddi-büluğa çatdı və anasını hakimiyyətdən uzaqlaşdırdı. Amma özünün də dövlət işlərinə marağı yox idi və idarəçiliyi Aetsiyə verdi. Bu dövrdə Roma tənəzzül keçirsə də, Aetsi bəzən diplomatiya ilə, bəzən hərbi güclə, bəzən də hunların köməyi ilə imperiyanın Avropadakı ərazilərini qorumağa çalışır. O, hunlarla birlikdə vestqotlara, burqundlara qalib gəldi. Amma 451-ci ildə hunlar Atillanın başçılığı altında özləri Qalliyaya hücum etdilər. Aetsi bu dəfə vestqotlar, burqundlar və franklarla birlikdə hunlara qarşı çıxdı. Hunların yanında isə ostqotlar, gepidlər və başqa german tayfaları vardı. Tərəflər arasında 451-ci il iyunun 15-də Katalaun çölündə (indi: Fransanın Trua şəhəri yaxınlığında) baş verən böyük döyüşdə qalib müəyyənləşmədi. Amma Atilla öz qoşununun ağır itkilər verməsini nəzərə alaraq geri çəkildi. Bu hadisədən sonra Aetsi şöhrətinin zirvəsinə qalxdı. O, III Valentianın qızını öz oğluna nişanladı. Nəticədə imperator sərkərdəsinin onu devirə biləcəyindən ehtiyatlanmağa başladı. Başqa bir hadisə də bu şübhələrə təkan verdi. Tarixçilərin yazdığına görə, Valentinian Petroni Maksim adlı senatorun arvadını saraya dəvət edərək zorlamışdı. Maksim qisas barədə düşünür, amma anlayır ki, Aetsi sağ olduğu təqdirdə imperatora heç nə edə bilməyəcək. Etsə də, cəzalandırılacaq. Bir saray qulluqçusunun vasitəsilə Valentinianı Aetsinin çevriliş hazırlamasına inandırır. İmperator 454-cü il sentyabrın 21-də Aetsini saraya dəvət edib vergilər haqqında hesabat istəyir. Aetsi danışan zaman da qəflətən qılıncı çəkib onu öldürür. Altı ay sonra 455-ci ilin martında Petroni Maksim Valentianı da öldürərək özü imperator olur. Amma cəmi iki aylıq. Mayda vandallar hücum edərək Romanı mühasirəyə alırlar. Şəhərdən qaçmaq istəyən Maksimi əhali daşqalaq edərək öldürür. Aetsinin ölümündən sonra Romada çoxsaylı düşmənlərlə vuruşacaq sərkərdə olmadı. Qərbi Roma imperiyası 22 il sonra, 476-cı ildə süqut etdi. Deyilənlərə görə, imperator III Valentinian Aetsini öldürməsi haqqında bir nəfərin rəyini soruşur. Görünür etdiyi əməlin təriflənəcəyini gözləyirdi, amma belə cavab aldı: “Siz sol qolunuzla sağ qolunuzu kəsdiniz”.
1 0742Loading...
Фото недоступноПоказать в Telegram
Gia Karangi ilk supermodel sayılırdı. 17 yaşından model biznesinə qoşulan Gia 1970-ci illərin sonlarında olduqca populyar idi. O, il ərzində 100 min dollar qazanırdı, bu da o vaxtın kursu ilə nəhəng məbləğ sayılırdı. Gianın şəkilləri Vogue, Cosmopolitan jurnallarını bəzəyirdi. Onu qarşıda qayğısız həyat gözləyirdi, lakin Gia narkotikə qurşandı. İynə izlərini ört-basdır etmək üçün şəkillərdə onun qollarını retuşlayırdılar, şəkil çəkdirərkən arxada gizlətməsini istəyirdilər. Lakin asılılıq o qədər gücləndi ki, Gia iş qabiliyyətini itirdi, onunla daha kimsə çalışmaq istəmirdi. Bir neçə dəfə müalicə olunsa da, aludəçilikdən qurtula bilmədi. Bir vaxtlar yüzminlərlə pul qazanan supermodel indi bir dozanın pulu üçün fahişəlik edirdi. Əsrarəngiz gözəlliyindən də əsər-əlamət qalmamışdı. Gia Karangi yoluxduğu QİÇS xəstəliyindən 1986-cı ildə 26 yaşında vəfat etdi. 1998-ci ildə onun həyatı əsasında "Gia" filmi çəkildi. Məhz bu film baş rolun ifaçısı Angelina Coliyə şöhrət və "Qızıl qlobus" mükafatı qazandırdı
Показать все...
👍 42😢 10 3
Həmin ərazidə Şimali və Cənubi Vyetnam qoşunları arasında döyüş gedirdi. Kim Fuk və ailəsi Cənubi Vyetnamda yerləşən Çanq Banq şəhərində yaşayırdılar. Həmin ərəfədə şəhər kommunistlərin hakimiyyətdə olduğu Şimali Vyetnamın silahlı qüvvələrinin nəzarətinə keçmişdi. Bir müddət buddist məbədində gizlənən Fuk və digər bir neçə mülki şəxslər iyunun 8-də Cənubi Vyetnam hərbçilərinin müşayiətilə daha təhlükəsiz, cənubluların nəzarətində olan əraziyə keçməyə çalışırlar. Bu zaman, deyilənlərə görə, Cənubi Vyetnam pilotu onları şimallıların hərbi dəstəsi hesab edərək üzərilərinə dörd napalm bombası adı. Partlayış nəticəsində dörd mülki şəxs həlak oldu. Kim Fuk alışan geyimlərini soyunmalı olur. Qızın xüsusilə sol qolu və kürəyi ağır yanıq xəsarətləri aldı. Xoşbəxtlikdən ayaqları xəsarət almadı və o, hərəkət edə bildi. “Çox istidir, çox istidir” qışqıraraq ağlayan zaman Nik Ut onun şəklini çəkir. Bir qədər sonra ağrıdan huşunu itirən qızı elə Nik Ut tibbi məntəqəyə aparır, oradan da xəstəxanaya göndərilir. O, 14 ay ərzində 16 əməliyyata məruz qalır. 1982-ci ildə Qərbi Almaniyada 17-ci əməliyyatını keçirdi. Nik Utun çəkdiyi şəkil böyük rezonans doğurdu. O, müəllifinə növbəti ildə Pulitser mükafatı qazandırdı. Rezonans o qədər böyük idi ki, ABŞ prezidentdi Riçard Nikson şəklin müharibə əleyhdarları tərəfindən səhnələşdirildiyini düşünür. Kim Fuk əməliyyatlara baxmayaraq, sonrakı illərdə də kəskin ağrılar hiss edir və bəzən intihar haqqında düşünür. Bununla belə, universitetə daxil olaraq tibb təhsili almağa başlayır. Amma vətəndaş müharibəsində qalib gələn və bütün Vyetnamı öz hakimiyyətləri altına alan kommunistlər ondan təbliğat məqsədilə istifadə etmək niyyətində idilər. Buna görə də təhsilini yarımçıq saxlayıb ictimai fəaliyyətə başlamasını əmr edirlər. Nəhayət, 1986-cı ildə ona Kubaya gedib təhsil almağa icazə verirlər. Əczaçılıq ixtisasını seçən qız burada illər sonra yenidən Nik Utla görüşür. Fuk 1992-ci ildə Toan adlı başqa vyetnamlı tələbə ilə ailə qurur. Cütlük bal ayını Moskvada keçirir, geri qayıdanda isə yanacaq doldurmaq üçün Kanadanın Qander şəhərində eniş edən təyyarədən çıxaraq siyasi sığınacaq istəyirlər. İctimai fiqur olmaqdan bezən Kim bir müddət gözdən uzaq olmağa üstünlük verir. İlk övladı olduqda isə fikrini dəyişir: “İstəmirəm ki, mənim övladım və başqa uşaqlar şəkildəki o qız kimi iztirab çəksinlər”. 1994-cü ilin sonlarında UNESCO-nun xoş məramlı səfiri təyin olunur. 1997-ci ildə Kim Fondu yaradır. İndi də ağrılar hiss edən Kim 2015-ci ildə ABŞ-da daha bir əməliyyat keçirdi. 2022-ci ildə isə yenə ABŞ-da lazer əməliyyatına məruz qaldı. O, hazırda Toronto yaxınlığında yaşayır. Bir sıra fəxri titullara və mükafatlara layiq görülüb. Tez-tez onu məşhurlaşdıran Nik Utla görüşür. Hələ Vyetnamda olarkən xristianlığı qəbul edən Kim Fuk napalm bombası atan pilotu bağışladığını bildirir: “Onun kim olduğu bilinmədi. İndi onunla rastlaşsam, sadəcə qucaqlayaram”.
Показать все...
👍 40 3🔥 2😢 2
Фото недоступноПоказать в Telegram
8 iyun 1972-ci il, Vyetnam müharibəsinin iki ən məşhur şəklindən biri çəkilir (digəri). “Associated Press” agentliyinin fotoqrafı Nik Ut napalm (yandırıcı qatışıq) bombardmanına məruz qalmış uşaqların şəklini çəkir. Şəklin mərkəzində Kim Fuk adlı 9 yaşlı qızdır.
Показать все...
👍 27😢 4😭 4
Фото недоступноПоказать в Telegram
8 iyun 632-ci il – miladi təqviminə əsasən İslam peyğəmbəri Məhəmməd ibn Abdullah vəfat edir. Peyğəmbərin 62 yaşında kəskin qızdırmadan vəfat etdiyi söylənilir. O, elə vəfat etdiyi yerdə, arvadı Aişənin evində dəfn olundu. Sonralar yanında səhabələrdən Əbubəkr Siddiq və Ömər ibn Xəttab dəfn olundular. Məzarın yaxınlığında peyğəmbərin sağlığında tikilən və tikintisində peyğəmbərin də iştirak etdiyi məscid vardı ki, Məscid-i Nəbəvi (Peyğəmbər məscidi) adı ilə tanınır. 705-715-ci illərdə hakimiyyətdə olan Əməvi xəlifəsi I Validin zamanında məscid genişləndirilərək peyğəmbərin məzarını da öz çevrəsinə aldı. XIII əsrin sonlarında Misir sultanı olan qıpçaq türkü Kalavunun zamanında məzarın üzərində günbəz tikildi. İndi Yaşıl günbəz kimi tanınan tikili öz rəngini Osmanlı dövründə, 1837-ci ildə alıb. Şəkildə uzaq planda görünən həmin günbəz Məhəmməd peyğəmbərin dəfn olunduğu yeri bildirir. Məscid-i Nəbəvi Məkkədə yerləşən Məscid-i Haramdan sonra ən böyük məsciddir və müsəlmanların ikinci müqəddəs məkanı sayılır.
Показать все...
👍 54😢 3
Фото недоступноПоказать в Telegram
8 iyun 1972-ci il, Vyetnam müharibəsinin iki ən məşhur şəklindən biri çəkilir (digəri). “Associated Press” agentliyinin fotoqrafı Nik Ut napalm (yandırıcı qatışıq) bombardmanına məruz qalmış uşaqların şəklini çəkir. Şəklin mərkəzində Kim Fuk adlı 9 yaşlı qızdır.
Показать все...
Фото недоступноПоказать в Telegram
BBC İkinci cəbhənin açılmasının 80 illiyinə həsr olunmuş məqalə hazırlayıb. "“Sahilboyu bu qədər əsgər cəsədi görmək ağır idi, - hərbi aviasiyada şifrləyici olan Bernard Morqan xatırlayır. - O vaxta qədər ölü adam görməmişdim... Burada isə sadəcə suya yıxılırdılar. Dərin yer idi, ləvazimatlar da ağır, dibə çəkirdi. Bir çoxu sadəcə sudan çıxa bilmədi”. Press klub üçün tərcümə etdim https://pressklub.az/az/arasdirma/ikinci-cebhe-dehseti-bu-qeder-cesedi-gormek-agir-idi-315858-az
Показать все...
👍 37 3
Filmin süjeti hipotetik müharibənin başlanmasından bəhs edir. Nasistlər artıq Polşanı işğal ediblər və oradan SSRİ-yə hücuma hazırlaşırlar. Sovet kəşfiyyatı Almaniya rəhbərliyinin SSRİ sərhədini keçmək barədə əmrini əldə edir. Düşmənə önləyici zərbə endirmək üçün sovet aviasiyası havaya qaldırılır. Tapşırıq uğurla yerinə yetirilir, düşmənin hərbi aerodromları darmadağın edilir, oradakı təyyarələrlə birlikdə. Amma iki sovet təyyarəsi vurulur - cəmi iki! Mayor Qrişin və kapitan Nesterov paraşütlə düşmən ərazisinə enirlər. Burada onlar yerli antifaşistlərin köməyi ilə düşmənin məxfi bazasının yerini öyrənirlər. Elə düşmən radiostansiyası vasitəsilə özününkülərə bazanın koordinatlarını ötürürlər. Sovet bombardmançıları bazanın külünü göyə sovurur. Qəhrəmanlar da yenə bir antifaşistin köməyi ilə təyyarə qaçırıb vətənə qayıdırlar. Filmin ekranlara çıxmasından iki ay sonra Almaniya və SSRİ arasında “Hücum etməmək haqqında” müqavilə imzalandı. İki ölkə Şərqi Avropanı aralarında böldülər, can-ciyərə çevrildilər. Buna görə də “Eskadrilya №5” filmi nümayişdən qaldırıldı. İki il sonra müharibənin başlanğıcı is tamamilə əksinə oldu: alman aviasyası sovet aerodromlarını darmadağın etdi, oradakı təyyarələrlə birlikdə. Savaşın təkcə ilk günü sovet aviasiyası 800-ü yerdə olmaqla 1200 təyyarə ititrdi. Bundan sonra “Eskadrilya №5”-in nümayiş olunması müstəsna həyasızlıq olardı. Beləcə, almanlarla münasibətlərin korlanması da filmi xilas etmədi. Ümumiyyətlə, tənqidçilərin fikrincə “Eskadrilya №5” bədii xüsusiyyətlər baxımından da sovetin bəlkə də ən bərbad döyüş filmidir.
Показать все...
👍 56
Фото недоступноПоказать в Telegram
1939-cu ilin iyununda rejissor Abram Roomun “Eskadrilya №5” adlı filmi ekranlara çıxır. Film cəmi iki ay prokatda oldu, əvvəlcə siyasi, sonra da tarixi səbəblər üzündən yığışdırıldı.
Показать все...
👍 35

👍 54 6
Фото недоступноПоказать в Telegram
Dubno-Lutsk-Brodı döyüşü
Показать все...
👍 30