cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Tarixçi

Maraqlı tarixi faktlar

Больше
Азербайджан936Азербайджанский843Факты2 825
Рекламные посты
4 735
Подписчики
+424 часа
+387 дней
+19330 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Krım 1944-cü ilin yazında alman işğalından azad edildi. Mayın 11-də İosif Stalin Krım tatarlarının deportasiya edilməsi barədə sərəncam imzaladı. Deportasiyaya səbəb kimi tatarların “əhəmiyyətli hissəsinin alman-faşist işğalçılarla fəal əməkdaşlıq etməsi və sovet hakimiyyətinə qarşı mübarizə aparması” göstərilirdi. Müharibə illərində SSRİ-nin bütün xalqları kimi krımtatarlar arasında da almanlara tərəf keçən, onlarla əməkdaşlıq edənlər vardı. Amma onların sayı 15-16 min idi ki, bu da Krımdakı tatar əhalisinin 6-7 faizini təşkil edirdi. Bununla yanaşı, sovet ordusu sıralarında 35 min Krım tatarının döyüşdüyü, onların 1/3-nin həlak olduğu məlumdur. Beş Krım tatarı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, Amethan Sultan isə bu adı iki dəfə qazanıb. Mayın 18-də səhərə doğru yaşayış məntəqələrini mühasirəyə alan NKVD qüvvələri əşyalarını toplamaq üçün insanlara maksimum yarım saat vaxt verirdi. İki gün ərzində 190 mindən çox insan əsasən Özbəkistana deportasiya olundular. Sovet mənbələrinə görə yüzlərlə, tatarların iddiasına görə minlərlə adam yolda həyatını itirdi. SSRİ-nin qalib gəlməsi üçün savaşan krımtatar döyüşçüləri müharibədən sonra yurdlarına deyil, sürgünə, ailələrinin yanına yollandılar. Özbəkistana köçürülən Krım tatarlarından 16052 nəfər və ya 10,6 faizi ilk yarım ildə həyatını itirdi. Bir il sonra, yəni 1945-ci ilin sonlarında ölüm faizi 17,7-yə bərabər idi. 1946-1947-cü illərdə SSRİ-ni bürüyən kütləvi aclıq zamanı daha 16 min Krım tatarının öldüyü təxmin edilir. Deportasiya olunan xalqlar Stalinin ölümündən sonra öz yerlərinə qayıtmaq hüququ qazandılar. Yalnız krımtatarlar (Volqaboyu almanlarla birlikdə) istisna təşkil etdi. Nəticədə onların yurda dönüş uğruda onilliklərlə davam edən mübarizəsi başladı. Yalnız SSRİ-nin son illərində tatarlara Krıma qayıtmaq icazəsi verildi. Sovet dağılana qədər 150 mindən çox insan yurduna döndü. 2014-cü il siyahıyaalmasına görə Krımda 232 mindən çox tatar yaşayır.
Показать все...
👍 14 2
Фото недоступноПоказать в Telegram
Krım tatarlarının deportasiyasından 80 il ötür. Sovet hökumətinin qərarı ilə 1944-cü il mayın 18-də saat 04.00-da Krım tatarlarının deportasiyası başlayır və 20 may saat 16.00-da yekunlaşır.
Показать все...
👍 6
Фото недоступноПоказать в Telegram
18 may 1973-cü il, SSRİ tarixinin ən qanlı terror hadisəsi baş verir: Moskva-Çelyabinsk-Novosibirsk-İrkutsk-Çita marşrutu ilə uçan Tu-104 təyyarəsi havada partladılır. Təyyarədə olan 81 nəfərin hamısı həlak olur. İstintaq bu cinayəti törədənin Kirovabad (indi Gəncə) sakini Çingiz Rzayev olduğunu müəyyənləşdirdi. “SSRİ tarixinin ən qanlı terror aktı” adlı məqaləm https://yadigar-sadiqli.livejournal.com/67305.html
Показать все...
👍 26
Amma Mahmud daha tez yetişdi. Joslen kiçik dəstə ilə qaçdı, Edessa yenidən Zəngilərə qayıtdı. Mahmud bu dəfə sakinləri sərt cəzalandırdı, əksəriyyətini kölə kimi satdı. Qazi hesab edirdi ki, Edessa Mosula tabe olmalıdır və buna görə qardaşlar arasında gərginlik yaşandı. Amma Mahmud böyük qardaşına qənimətin bir hissəsini göndərdi və onun ali hakimiyyətini tanıdı. Bununla münasibətlər düzəldi. Qardaşlar arasındakı razılığa görə Seyfəddin Qazi Zəngilərin müsəlman düşmənləri ilə, Nurəddin Mahmud isə xaçlılarla məşğul olacaqdı. Hələb atabəyi 1149-cu il iyunun 29-da Əfrin döyüşündə Antioxiya knyazı Raymund de Puatyeni qoşunlarını darmadağın etdi, özünü isə öldürdü. Knyazlıq ərazisinin xeyli hissəsi Nurəddinin nəzarətinə keçdi. Edessa türklərin əlinə keçəndən sonra qraflığın qalan ərazisinin mərkəzi Tilbaşar sayılırdı (indi Qaziantep vilayətində). Nurəddin Mahmud Anadolu səlcuq sultanı Məsud ilə birlikdə Tilbaşarı tutdu və II Josleni əsir aldı. Beləcə, dörd xaçlı dövlətindən birinə - Edessa qraflığına son verildi, sonuncu qraf isə Hələbdə zindana salındı və 9 il sonra burada öldü. Qazinin 1149-cu ildə ölümündən sonra Zənginin üçüncü oğlu Məvdud Mosul atabəyi oldu. O, Mahmudun böyüklüyünü qəbul etdi və indi Mosul Hələbdən asılı oldu. Nurəddin Mahmud 1154-cü ildə Dəməşqi də tutdu və nəzarətində olan əraziləri xeyli böyütdü. 1157-ci ildə Qüds krallığının və Hospitalyerlər ordeninin qoşunlarını darmadağın etdi, ordenin böyük magistrini əsir aldı. Dalbadal qələbələrdən sonra Nurəddin Mahmud 1163-cü ildə baş verən əl-Bukaye döyüşündə xaçlıların birləşmiş qüvvələrinə məğlub oldu. Amma bir il sonra dəhşətli qisas aldı. 1164-cü il avqustun 12-də baş verən Harim döyüşündə türklər xristianların sayca üç dəfə çox olan qoşununu ağır məğlubiyyətə uğratdılar. Antioxiya knyazı III Boemund, Tripoli qrafı III Raymund, ərazisiz Edessa qrafı III Joslen və başqa sərkərdələr əsir düşdü. Salnaməçilər - o cümlədən xristianlar, - Nurəddin Mahmudu ədalətli hökmdar kimi tərifləyirlər. O, xristianlara dözümlü yanaşırdı. Bir Edessa ermənilərini sevmirdi. Bir də... şiələri. Misirdə hakimiyyətdə olan şiə Fatiimilər dövləti 1160-cı illərin sonlarında zəiflədiyindən xaçlıların hücumlarına müqavimət göstərə bilmirdi və Nurəddindən kömək istədi. Atabəy özünün kürd sərkərdəsi Şirkuhu qoşunla Misirə göndərdi. Şirkuh xaşlıları qovdu və özünü Fatimi xəlifəsinin vəziri təyin etdi. O, 1169-cu ildə öldü və yerinə qardaşı oğlu Səlahəddin ibn Əyyub keçdi. Şiə Fatimilər sünni Abbasi xəlifələrinin hakmiyyətini tanımırdılar. Fatimi xəlifəsi əl-Ədid 1171-ci ildə vəfat edəndə Səlahəddin sülalənin başqa üzvünün xəlifə olmasına imkan vermədi və xütbədə Abbasi xəlifəsinin adını oxutmaqla Fatimilərə son verdi. Misir üzərində gerçək hakimiyyət Səlahəddinə keçdi. Nurəddin Mahmud vassalı olan Səlahəddinin müstəqil davranışından narahat olmağa başladı və onu kənarlaşdırmaq üçün Misir üzərinə yürüşə hazırlaşdı. Amma 1174-cü il mayın 15-də vəfat etdi və Dəməşqdə dəfn olundu. Onun 30 illik hakimiyyəti dövründə Zəngilər dövlətinin ərazisi bir neçə dəfə böyüdü. Əgər xaçlılar Hələb atabəyinin ölümündən sevindilərsə, bu sevinc uzun sürmədi. Qısa müddət sonra onların başqa bir heybətli düşməni peyda oldu: Səlahəddin Əyyubi.
Показать все...
👍 56 1
Фото недоступноПоказать в Telegram
Nurəddin Mahmudun 28 il davam edən hakimiyyəti dövründə Zəngilər dövlətinin ərazisi bir neçə dəfə böyüdü. İmaddədin Zənginin 1146-cı ildə ölümündən sonra böyük oğlu Qazi Mosul, Mahmud isə Hələb atabəyi oldu. Seyfəddin Qazi üç il sonra vəfat etdi. Nurəddin Mahmud isə ətrafdakı xaçlı dövlətlərinin bəlasına çevrildi. Zənginin ölümündən ruhlanan Edessa erməniləri qraf II Josleni şəhərə dəvət etdilər. Qraf qoşunu ilə şəhər ətrafına gəldi və gecə sakinlərin köməyi ilə Edessaya daxil oldu. Şəhərin türk qarnizonu iç qalaya çəkildi və kömək üçün Qaziyə xəbər göndərdi.
Показать все...
👍 32
Həmin dövrdə İran-İraq müharibəsi gedirdi. Hərbi əməliyyatlar Fars körfəzini də əhatə edir. Tərəflər təkcə hərbi gəmilərə deyil, həm də bir-birlərini iqtisadi cəhətdən tükətmək üçün neft tankerlərinə hücum edirdilər. Həmin gün ABŞ-ın “Stark” freqatı Səudiyyə Ərəbistanı sahillərində patrul xidmətində idi və hərbi əməliyyat zonası elan edilən ərazidən kənarda üzürdü. Yerli vaxtla saat 20:00-da amerikalılar İraq ərazisindən “Miraj F1” təyyarəsinin havaya qalxdığını qeydə aldılar. Bir neçə dəqiqə sonra bu təyyarə “dost ölkə”nin təyyarəsi kimi tanındı. O zaman ABŞ və İraq bal ayı yaşayırdılar. Bununla belə təyyarənin izlənilməsi davam etdi. Onun bir saat sonra da düz gəmiyə tərəf uçduğunu təsbit edən amerikalılar radioqram göndərərək ABŞ gəmisi olduqlarını bildirdilər və pilotdan niyyətini soruşdular. Bir neçə dəqiqədən sonra gəmidəki cihazlar təyyarənin “Stark”ı hədəfə aldığını qeyd etdilər. Pilota ikinci radioqram göndərildi, amma o, nə birinciyə, nə ikinciyə cavab vermədi. Saat 21:10-da “Miraj” geriyə döndü və sürətini artırdı. Amerikalılar onun raket buraxdıqdan sonra geriyə döndüyünü təxmin etdilər və bir qədər sonra gəmiyə tərəf uçan iki raket qeydə aldılar. Fransa istehsalı olan “Exocet” gəmi əleyhinə raketlərin ikisi də bir neçə saniyə fərqlə freqatı vurdu. Amma birinci raket partlamadı. İkinci partladı və nəticədə 37 amerikalı dənizçi həlak oldu. Özlərini yetirən başqa ABŞ gəmiləri “Stark”dakı yanğını söndürdülər və batmasının qarşısını aldılar. Səddam Hüseyn ABŞ hərbi gəmisinin İran neft tankeri ilə səhv salındığını deyərək üzrxahlıq etdi. Vaşinqton da bu üzrü qəbul etdi. Hərçənd, belə bir versiya da var ki, Səddam Hüseyn ABŞ-ın İsrail vasitəsilə İrana silah satması barədə (İrangeyt qalmaqalı) mətbuatda gedən məlumatlardan əsəbləşərək bu zərbəni sanksiyalaşdırıb. Amma bunun heç bir sübutu yoxdur.
Показать все...
👍 52
Фото недоступноПоказать в Telegram
👍 25 6🥱 1
Фото недоступноПоказать в Telegram
Kadırova tabe olmayan hərbi dəstələrin liderləri müəmmalı şəraitdə ölməyə başladılar. 2003-cü ilin martında Cəbrayıl Yamadayevin evindəki divanın altına qoyulmuş bomba partladı. Bir ay sonra Musa Qaziməhəmmədovun avtomobili KAMAZ-la toqquşdu. Axtarışda olan Mövladi Baysarov Moskvada öldürüldü. Maşınını işıqforda saxlayan Dövlət Dumasının deputatı Ruslan Yamadayevi killer güllələdi. Bundan az sonra onun kiçik qardaşı Sulim Dubayda öldürüldü… “Meduza” saytının Kadırovların Çeçenistanda hakimiyyətə gəlməsi və möhkəmlənməsi barədə materialının ikinci hissəsi: “Oğul” https://pressklub.az/az/arasdirma/ramzanin-qedir-agaci-qorxu-ve-qan-uzerinde-qurulan-seltenet-ii-hisse-315474-az
Показать все...
👍 38
Amma Mahmud daha tez yetişdi. Joslen kiçik dəstə ilə qaçdı, Edessa yenidən Zəngilərə qayıtdı. Mahmud bu dəfə sakinləri sərt cəzalandırdı, əksəriyyətini kölə kimi satdı. Qazi hesab edirdi ki, Edessa Mosula tabe olmalıdır və buna görə qardaşlar arasında gərginlik yaşandı. Amma Mahmud böyük qardaşına qənimətin bir hissəsini göndərdi və onun ali hakimiyyətini tanıdı. Bununla münasibətlər düzəldi. Qardaşlar arasındakı razılığa görə Seyfəddin Qazi özlərinin müsəlman düşmənləri ilə, Nurəddin Mahmud isə xaçlılarla məşğul olacaqdı. Hələb atabəyi 1149-cu il iyunun 29-da Əfrin döyüşündə Antioxiya knyazı Raymund de Puatyeni qoşunlarını darmadağın etdi, özünü isə öldürdü. Knyazlıq ərazisinin xeyli hissəsi Nurəddinin nəzarətinə keçdi. Edessa türklərin əlinə keçəndən sonra qraflığın qalan ərazisinin mərkəzi Tilbaşar sayılırdı (indi Qaziantep vilayətində). Nurəddin Mahmud və Anadolu səlcuq sultanı Məsud ilə birlikdə Tilbaşarı tutdu və II Josleni əsir aldı. Beləcə, död xaçlı dövlətlərindən birinə - Edessa qraflığına son verildi, sonuncu qraf isə Hələbdə zindana salındı və 9 il sonra burada öldü. Qazinin 1149-cu ildə ölümündən sonra Zənginin üçümcü oğlu Məvdud Mosul atabəyi oldu. O, Mahmudun böyüklüyünü qəbul etdi və indi Mosul Hələbdən asılı oldu. Nurəddin Mahmud 1154-cü ildə Dəməşqi də tutdu və nəzarətində olan əraziləri xeyli böyütdü. 1157-ci ildə Qüds krallığının və Hospitalyerlər ordeninin qoşunlarını darmadağın etdi, ordenin böyük magistrini əsir aldı. Dalbadal qələbələrdən sonra Nurəddin Mahmud 1163-cü ildə baş verən əl-Bukaye döyüşündə xaçlıların birləşmiş qüvvələrinə məğlub oldu. Amma bir il sonra dəhşətli qisas aldı. 1164-cü il avqustun 12-də baş verən Harim döyüşündə türklər xristianların sayca üç dəfə çox olan qoşununu ağır məğlubiyyətə uğratdılar. Antioxiya knyazı III Boemund, Tripoli qrafı III Raymund, ərazisiz Edessa qrafı III Joslen və başqa sərkərdələr əsir alındı. Salnaməçilər - o cümlədən xüristianlar, - Nurəddin Mahmudu ədalətli hökmdar kimi tərifləyirlər. O xristianlara da dözümlü yanaşırdı. Bir Edessa ermənilərini sevmirdi. Bir də... şiələri. 1160-cı illərin sonlarında zəifləmiş Misir Fatimilər dövləti xaçlıların hücumlarına özü müqavimət göstərə bilmədiyindən Nurəddindən kömək istədi. Atabəy özünün kürd sərkərdəsi Şirkuhu qoşunla Misirə göndərdi. Şirkuh xaşlıları qovdu və özü özünü Fatimi xəlifəsinin vəziri təyin etdi. O, 1169-cu ildə öldü və yerinə qardaşı oğlu Səlahəddin ibn Əyyub keçdi. Fatimilər şiə idilər və Abbasi xəlifələrinin hakmiyyətini tanımırdılar. Sonuncu Fatimi xəlifəsi əl-Ədid 1171-ci ildə vəfat edəndə Səlahəddin xütbədə Abbasi xəlifəsinin adını oxutmaqla Fatimilərə son verdi. Misir üzərində gerçək hakimiyyət Səlahəddinə keçdi. Nurəddin Mahmud vassalı olan Səhaəddinin müstəqil davranışından narahat olmağa başladı və onu kənarlaşdırmaq üçün Misir üzərinə yürüşə hazırlaşdı. Amma 1174-cü il mayın 15-də vəfat etdi və Dəməşqdə dəfn olundu. Onun 30 illik hakimiyyəti dövründə Zəngilər dövlətinin ərazisi bir neçə dəfə böyüdü. Əgər xaçlılar Hələb atabəyinin ölümündən sevindilərsə, bu sevinc uzun sürmədi. Qısa müddət sonra onların başqa bir heybətli düşməni peyda oldu: Səlahəddin Əyyubi.
Показать все...
Amma Mahmud daha tez yetişdi. Joslen kiçik dəstə ilə qaçdı, Edessa yenidən Zəngilərə qayıtdı. Mahmud bu dəfə sakinləri sərt cəzalandırdı, əksəriyyətini kölə kimi satdı. Qazi hesab edirdi ki, Edessa Mosula tabe olmalıdır və buna görə qardaşlar arasında gərginlik yaşandı. Amma Mahmud böyük qardaşına qənimətin bir hissəsini göndərdi və onun ali hakimiyyətini tanıdı. Bununla münasibətlər düzəldi. Qardaşlar arasındakı razılığa görə Seyfəddin Qazi özlərinin müsəlman düşmənləri ilə, Nurəddin Mahmud isə xaçlılarla məşğul olacaqdı. Hələb atabəyi 1149-cu il iyunun 29-da Əfrin döyüşündə Antioxiya knyazı Raymund de Puatyeni qoşunlarını darmadağın etdi, özünü isə öldürdü. Knyazlıq ərazisinin xeyli hissəsi Nurəddinin nəzarətinə keçdi. Edessa türklərin əlinə keçəndən sonra qraflığın qalan ərazisinin mərkəzi Tilbaşar sayılırdı (indi Qaziantep vilayətində). Nurəddin Mahmud və Anadolu səlcuq sultanı Məsud ilə birlikdə Tilbaşarı tutdu və II Josleni əsir aldı. Beləcə, död xaçlı dövlətlərindən birinə - Edessa qraflığına son verildi, sonuncu qraf isə Hələbdə zindana salındı və 9 il sonra burada öldü. Qazinin 1149-cu ildə ölümündən sonra Zənginin üçümcü oğlu Məvdud Mosul atabəyi oldu. O, Mahmudun böyüklüyünü qəbul etdi və indi Mosul Hələbdən asılı oldu. Nurəddin Mahmud 1154-cü ildə Dəməşqi də tutdu və nəzarətində olan əraziləri xeyli böyütdü. 1157-ci ildə Qüds krallığının və Hospitalyerlər ordeninin qoşunlarını darmadağın etdi, ordenin böyük magistrini əsir aldı. Dalbadal qələbələrdən sonra Nurəddin Mahmud 1163-cü ildə baş verən əl-Bukaye döyüşündə xaçlıların birləşmiş qüvvələrinə məğlub oldu. Amma bir il sonra dəhşətli qisas aldı. 1164-cü il avqustun 12-də baş verən Harim döyüşündə türklər xristianların sayca üç dəfə çox olan qoşununu ağır məğlubiyyətə uğratdılar. Antioxiya knyazı III Boemund, Tripoli qrafı III Raymund, ərazisiz Edessa qrafı III Joslen və başqa sərkərdələr əsir alındı. 1160-cı illərin sonlarında zəifləmiş Misir Fatimilər dövləti xaçlıların hücumlarına özü müqavimət göstərə bilmədiyindən Nurəddindən kömək istədi. Atabəy özünün kürd sərkərdəsi Şirkuhu qoşunla Misirə göndərdi. Şirkuh xaşlıları qovdu və özü özünü Fatimi xəlifəsinin vəziri təyin etdi. O, 1169-cu ildə öldü və yerinə qardaşı oğlu Səlahəddin ibn Əyyub keçdi. Fatimilər şiə idilər və Abbasi xəlifələrinin hakmiyyətini tanımırdılar. Sonuncu Fatimi xəlifəsi əl-Ədid 1171-ci ildə vəfat edəndə Səlahəddin xütbədə Abbasi xəlifəsinin adını oxutmaqla Fatimilərə son verdi. Misir üzərində gerçək hakimiyyət Səlahəddinə keçdi. Nurəddin Mahmud vassalı olan Səhaəddinin müstəqil davranışından narahat olmağa başladı və onu kənarlaşdırmaq üçün Misir üzərinə yürüşə hazırlaşdı. Amma 1174-cü il mayın 15-də vəfat etdi və Dəməşqdə dəfn olundu. Onun 30 illik hakimiyyəti dövründə Zəngilər dövlətinin ərazisi bir neçə dəfə böyüdü. Əgər xaçlıalr Hələb atabəyinin ölümündən sevindilərsə, bu sevinc uzun sürmədi. Qısa müddət sonra onların başqa bir heybətli düşməni peyda oldu: Səlahəddin Əyyubi.
Показать все...