Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 305
Подписчики
+324 часа
-107 дней
-6130 день
Архив постов
7 302
İsrail Müdafiə Qüvvələri bildirib ki, İran rejiminin İsfahandakı hərbi-sənaye istehsal obyektlərinə qarşı həyata keçirilən zərbələr dalğası zamanı İsrail Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin dəqiq məlumatlarından istifadə edərək İranın partlayıcı materialların əsas istehsal mərkəzini vurub və məhv edib.
7 302
İsrailin şimalındakı Safed şəhəri yaxınlığında İranın orta mənzilli ballistik raketinə qarşı bir neçə uğursuz cəhd.
7 302
Super Hornet vurulmasına dair daha başka video. Qırıcı burda top vasitəsi ilə atəş açıb manevr etdikdən sonra qalxış edir. O zaman isə vurulur.
Dediyim kimi, aşağı gücdə başlığa malik zenit raketinin partlayışı qırıcıya elədə ciddi zərər yetirmir. Təyyarə isə uçuşunu davam etdirir.
Təyyarənin düşməsinə dair hər hansı görüntü və ya onun vurulduğunu təsdiqləyən başqa sübutlar da yoxdur.
7 302
+1
Görüldüyü qədər ZRK raketi qırıcının sola manevri zamanı qırıcının quyruq hissəsindən biraz aralıda partlayır. Raketin az döyüş başlığı və videonun davamında qırıcının maneəsiz hərəkətini nəzərə alaraq qırıcıya heçnə olmayıb demək olar.
7 302
İran İnqilab Keşikçiləri Korpusu iddia edir ki, Chabahar yaxınlığında bir F/A-18 döyüş təyyarəsi İran hava müdafiəsi tərəfindən vurulub.
Onlar həmçinin bildirir ki, təyyarə Hind Okeanına düşüb.
7 302
+3
Türkiyənin ROKETSAN şirkəti, Tayfun ballistik raketi və SOM qanadlı raketinin seriyalı istehsalının planlı şəkildə başladığını bildirib.
7 302
İranın hərbi mənbəsi bildirib ki, əgər düşmən İran ərazisinə qarşı yerüstü və ya dəniz əməliyyatları başlatsa, Tehran yeni cəbhələr aça bilər. O, cümlədən Bab el‑Məndeb Boğazına potensial təhdid yarada bilər. Mənbə deyib ki, İran gərginliyi artırmağa tam hazırdır və ABŞ‑a xəbərdarlıq edib ki, Hörmüz məsələsini həll etməyə çalışmamaq nəticədə Bab el‑Məndebdə başqa bir dəniz böhranı yarada bilər.
7 302
Ukrayna bildirir ki, Leningrad vilayəti A-22 yüngül təyyarələrindən atılan FAB bombaları ilə vurulub.
Bu, həmin şəhərə İkinci Dünya Müharibəsindən bəri ilk belə hücumdur.
7 302
Cənubi Koreya rəsmi olaraq kütləvi istehsal olunan ilk KF-21 Boramae qırıcı təyyarəsini təqdim edib.
Korea Aerospace Industries tərəfindən hazırlanmış KF-21, Cənubi Koreya Hərbi Hava Qüvvələrini modernləşdirmək və xarici idxaldan asılılığı azaltmaq üçün nəzərdə tutulmuş 4.5-ci nəsil ikimühərrikli çoxfunksiyalı qırıcadır.
Təyyarə ilk uçuşunu 2022-ci ildə edib və bu təqdimat onun sınaq mərhələsindən tam seriyalı istehsalına keçidini göstərir.
7 302
İsrail prokrorluğu 14 yaşlı bir uşağı xarici agentlə əlaqədə olmaq və İrana məlumat ötürmək ittihamı ilə saxlayıb. İddiaya görə o, İranlı nəzarətçilər üçün ödənişli vəzifələri yerinə yetirib və bunun müqabilində 1170 dollar alıb.
İttihamnaməyə görə, yeniyetməyə Tel Avivdə və Xarici İşlər Naziri Gideon Sa’arın evində hökumət əleyhinə qraffiti çəkmək, Kirya hərbi qərargahını çəkmək və hətta Kirya yaxınlığında mənzil kirayələmək tapşırılıb.
7 302
İranla müharibənin ilk 16 günü
ABŞ–İsrail koalisiyası sursatı maliyyə və sənaye baxımından.
Koalisiya qüvvələri təxminən 26 milyard dollar dəyərində 11294 sursat istifadə edib, bunun 5 mindən çoxu ilk 96 saat ərzində atılıb.
Əsas problem “xərc-mübadilə nisbəti”dir: milyonlarla dollar dəyərində ZRK raketləri daha ucuz İran dronlarını və raketlərini vurmaq üçün istifadə olunur.
Məsələn, koalisiya qüvvələri C-RAM və oxşar top sistemlərindən təxminən 509500 mərmi atıb, bunun xərci təxminən 25 milyon dollar olub. Eyni zamanda ZRK sərfiyyatı isə ən az 19 milyard dollara bərabər olub.
Əsl təhlükə yalnız xərclənmiş məbləğlə bağlı deyil, bunların əvəzlənməsinin nə qədər çətin olacağıdır. Mövcud 26 milyard dollarlıq müharibə xərci təxminən 50 milyard dollara başa gələ bilər.
7 302
Ukraynaya dron hücumu ilə Rusiyanın Ust-Luqa limanını vurub və NOVATEK qaz-kondensat zavodunda yanğın baş verib.
Ust-Luqa Baltik dənizi üzərində yerləşən, neft məhsulları və kondensatın xarici bazarlara daşınması üçün istifadə olunan Rusiyanın əsas qərb ixrac mərkəzlərindən biridir.
Ust-Luqa gündə təxminən 700 min barel neft ixracını həyata keçirir və ötən il 32,9 milyon metrik ton neft məhsulu ixrac edib.
7 302
Türkiyə bu gün Eurofighter Typhoon qırıcı təyyarələri üçün logistika və texniki dəstək sazişi imzalamağa hazırlaşır.
Bu yeni dəstək müqaviləsi ilə Türkiyə tam, başdan sona qədər bütün satınalma paketini tamamlamış olacaq.
7 302
Volkswagen şirkəti Osnabrükdəki zavodunda avtomobil istehsalını dayandıraraq Rafael Advanced Defense Systems ilə birlikdə Iron Dome üçün komponentlərin istehsalını təşkil etmək istəyir.
7 302
İranın FPV dronları mümkün ABŞ desantını qarşılamaq üçün Xarq (Kharg) adasına ehtiyat kimi yerləşdirilib.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
