Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 300
Подписчики
+124 часа
-47 дней
-6030 день
Архив постов
7 302
Repost from Caucasian Live
🇮🇷🇮🇱 İran İsrailin əsas nüvə energetikası şəhəri olan Dimona şəhərindəki Rotem Sənaye Kompleksinə zərbələr endirib.
@CaucasianLive
7 302
İranla müharibə zamanı ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi şəkildə, obyektiv nəzarət vasitələri və ya KİV məlumatları ilə təsdiqlənmiş itkiləri:
1 ədəd F-35 qırıcı təyyarəsi – İranın hava hücumundan müdafiə sistemi tərəfindən zədələnib.
3 ədəd F-15E Strike Eagle hücum təyyarəsi – Küveyt Hərbi Hava Qüvvələri tərəfindən dost atəşi nəticəsində vurulub.
1 ədəd KC-135 yanacaqdaşıyan təyyarə – havada toqquşma nəticəsində qəzaya uğrayıb;
1 ədəd KC-135 yanacaqdaşıyan təyyarə – havada toqquşma nəticəsində zədələnib;
5 ədəd KC-135 yanacaqdaşıyan təyyarə – İranın aviabazaya raket hücumu nəticəsində zədələnib/ və ya yararsız hala düşüb.
12 ədəd MQ-9 Reaper pilotsuz uçuş aparatı – İranın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub;
1 ədəd UH-60 helikopteri – aviabazada FPV dron hücumu nəticəsində zədələnib.
7 302
Dronların düşdüyü nöqtələrə əsasən belə nəticə çıxarmaq olur ki, Ukrayna Silahlı Qüvvələri açıq və ya gizli şəkildə Rusiyanın hava hücumundan müdafiəsini aşmaq və arxa cəbhədəki obyektlərə zərbə endirmək üçün NATO ölkələrinin sərhədyanı hava məkanından istifadə edir.
Ehtimal olunur ki, dronlar Ukraynanın qərbindən Polşa üzərindən buraxılır, daha sonra Belarus sərhədi boyunca Litva və Latviya üzərindən uçaraq Estoniyaya keçir.
Oxşar hal 2025-ci ilin avqustunda da baş vermişdi. Həmin vaxt Ust-Luqa limanına hücum zamanı Ukrayna dronu Estoniyanın dərinliklərində qəzaya uğramışdı.
7 302
Ukrayna dronlarının Rusiya ərazisinə zərbələr üçün Baltik ölkələrinin hava məkanından istifadə etməsinə dair xəritə.
Ötən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus dron Estoniyaya daxil olaraq Rusiya sərhədi yaxınlığındakı Auvere qəsəbəsində elektrik stansiyasının borusuna çırpılıb.
Həmin gecə başqa bir Ukrayna dronu Latviyanın Kraslava rayonunda, Rusiya və Belarus sərhədlərinə yaxın Dobrçina kəndi yaxınlığında yerə düşüb.
İki gün əvvəl Primorsk limanına hücumda istifadə olunan Ukrayna dronu Litvada, Belarus sərhədinə yaxın ərazidə qəzaya uğrayıb.
Auvere qəsəbəsindən Ust-Luqa limanına təxminən 50 km, Vıborq gəmiqayırma zavoduna isə 165 km məsafə var. Hər iki obyekt ötən gecə hücuma məruz qalıb.
7 302
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus A-10 hücum təyyarəsinin İraqda iranpərəst silahlı qrupların mövqelərinə 30 mm-lik GAU-8 topundan atəş açması. Zərbələrin nəticələri.
7 302
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf:
Biz ABŞ-ın bölgədəki bütün hərəkətlərini, xüsusilə qoşun yerləşdirmələrini yaxından izləyirik.
Generalların dağıtdığını əsgərlər düzəldə bilməz; əksinə, onlar Netanyahunun xəyallarının qurbanına çevriləcəklər.
Torpağımızı müdafiə etmək əzmimizi sınamayın.
7 302
Ötən gecə ABŞ və İsrail tərəfindən İranın Əlborz sənaye zonası bombalanıb.
Qeyri hərbi sənaye zonası.
7 302
İran İsrailin Hadera şəhəri yaxınlığında yerləşən “Orot Rabin” istilik elektrik stansiyası ətrafına raket zərbəsi endirib.
Məlumata görə, bu stansiya İsrailin ən böyük elektrik istehsal obyektidir və ölkənin 20–25%-ni təmin edir. O, həmçinin Tel-Əviv və ətraf bölgələr daxil olmaqla mərkəzi regionun əsas enerji yükünü daşıyır.
7 302
+2
Leninqrad vilayətində yerləşən Vıborq Gəmiqayırma Zavoduna Ukrayna Silahlı Qüvvələrinin dron hücumu nəticəsində 23550 layihəli (kod adı “Yermak”) ən yeni sərhəd patrul gəmisi sol borta əyilib və qonşu gəmi ilə toqquşub.
Həmçinin Ust-Luqa dəniz limanına da zərbələr endirildiyi bildirilir.
7 302
İsrailə məxsus Hermes 900 PUA-sı ilə Kheibar Shekan orta mənzilli ballistik raket buraxılış qurğusunun məhv edilməsi.
7 302
İran dəstəkli qruplar İraqda Bağdaddakı Camp Victoria bazasına FPV dron zərbələrini əks etdirən görüntülər yayıb.
Kadrlarda bir dronun AN/MPQ-64 radarına dəydiyi görülür. İkinci dron isə videonun sonunda görünən iki UH-60 Black Hawk helikopterinə doğru gedir amma nəticə bilinmir.
7 302
ABŞ-ın İranla bağlı irəli sürdüyü iddia edilən plan 15 əsas istiqaməti əhatə edir və əsas məqsəd nüvə proqramının məhdudlaşdırılması müqabilində iqtisadi və siyasi güzəştlərin verilməsidir.
Planın mərkəzində İrana qarşı bütün sanksiyaların mərhələli şəkildə ləğvi və ölkənin qlobal iqtisadi sistemə tam reinteqrasiyası dayanır. Bununla yanaşı, ABŞ İranın mülki nüvə enerjisi proqramının inkişafına dəstək verməyi, həmçinin sanksiyaların yenidən tətbiq olunmayacağına dair zəmanət təqdim etməyi təklif edir.
Nüvə sahəsində isə İranın proqramı tam dayandırılmır, lakin ciddi şəkildə məhdudlaşdırılır. Uranın zənginləşdirilməsi müəyyən limitlər daxilində saxlanılır və tam beynəlxalq nəzarət altına verilir. Eyni zamanda, yeni zənginləşdirmə imkanlarının yaradılması və mövcud potensialın genişləndirilməsi qadağan olunur. Silah səviyyəli nüvə materialının istehsalına isə ümumiyyətlə icazə verilməyəcək.
Plan çərçivəsində İranın əsas nüvə obyektləri – Nətənz, İsfahan və Fordo – istismardan çıxarılmalı və ya ləğv edilməlidir. Mövcud zənginləşdirilmiş materialların isə müəyyən müddət ərzində beynəlxalq qurumlara təhvil verilməsi nəzərdə tutulur. Bütün proseslər Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən daimi monitorinq və yoxlamalar vasitəsilə nəzarətdə saxlanacaq.
Raket proqramı dərhal deyil, sonrakı mərhələdə müzakirəyə çıxarılır. Burada İranın suverenliyi formal olaraq qəbul edilsə də, gələcəkdə raketlərin sayı və mənzili ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Planın icrası mərhələli şəkildə həyata keçiriləcək və hər addım İranın öhdəliklərə əməl etməsindən asılı olacaq. Paralel olaraq tərəflər arasında daha geniş regional təhlükəsizlik razılaşmaları və diplomatik münasibətlərin bərpası da planın tərkib hissəsidir.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
