Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 302
Подписчики
-124 часа
-227 дней
-7230 день
Архив постов
7 303
Minalar barədə yazmışdıq və budur Ukrayna artıq dronlar ilə arxa cəbhə yollarının uzaqdan minalanması başlayıb.
Yollara səpələnən bu güclü minalar həm zirehsiz hərbi və mülki avtomobilləri, həm də artıq adi minik avtomobilləri və avtobusları asanlıqla sıradan çıxara bilər.
Yollarda kütləvi mina istifadəsi kamikadze dronların zərbələrindən daha çox nəqliyyatın iflicinə və magistral yolların bağlanmasına səbəb olacaq.
Fotoda Mariupol–Melitopol magistral yolunun bir hissəsi göstərilir.
7 303
Sevastopolda AI-92 və AI-95 markalı benzin ehtiyatları tükənib.
Qubernator Mixail Razvojayev bu barədə bildirib.
7 303
“Rostex” bildirir ki, rus qoşunlarına “Bereq” döyüş bölməsi ilə modernləşdirilmiş BMD-2M döyüş maşınlarının yeni partiyası təhvil verilib.
Yenilənmiş BMD-2M-də əlavə asma zireh, termal kamera ilə yeni atəş idarəetmə sistemi və “Kornet” tank əleyhinə raket komplekslərinin buraxılış qurğuları quraşdırılıb.
Rusiya Müdafiə Nazirliyi hələ 2018-ci ildə köhnəlmiş BMD-2 parkının geniş miqyasda modernləşdirilməsi planlarını açıqlamışdı. Həmin vaxt təxminən 600 ədəd maşının BMD-2K-AU və BMD-2M səviyyəsinə çatdırılması nəzərdə tutulurdu.
7 303
+4
Livan–İsrail sərhədində Hizbullahın FPV-dronları ilə həyata keçirilən zərbələr nəticəsində İsrailin “Dəmir Qübbə” hava müdafiə sisteminin həm maketi, həm real buraxılış qurğusu, eləcə də RPS-42 radiolokasiya stansiyası vurulub.
7 303
+1
Ermənistan yeni DDS-10K adlı reaktiv dron-tutucu təqdim edib və onu əsasən “Bayraktar TB2” kimi dronlara qarşı istifadə üçün nəzərdə tutulduğunu bildirib.
Bu dronun 12 kq-a qədər partlayıcı daşıya bildiyi, saatda təxminən 200 km sürətə çatdığı və 70 km məsafədə, 8 km hündürlükdə hədəfləri vurduğu iddia olunur.
Bundan başqa, DDS-4 adlı başqa bir dron da göstərilib. O, hər biri 400 qram olan 20 kiçik bomba daşıyır. Dron 200 km məsafəyə qədər uça bilir. Amma bu qədər uzaq məsafədə necə idarə olunacağı tam aydın deyil.
7 303
Amma burada əsas sual təminat mexanizmidir. Bu vasitələrin sonradan başqa obyektin qorunmasına və ya ümumiyyətlə başqa istiqamətə göndərilməməsinə hiç kim zəmanət vermir.
Əgər dövlət və ordu biznesin bu cür investisiyalarının qorunmasında maraqlıdırsa, eləcə də biznes öz obyektlərinin müdafiəsində maraqlıdırsa, belə halların baş verməməsi vacibdir. Əks halda mexanizm işləməyəcək və şirkətlər bu tip hava müdafiə vasitələrinin alınmasını maliyyələşdirməkdən imtina edəcək.
7 303
+1
Mexanizm təxminən belə görünür.
Şərti olaraq bir neft emalı zavodunun sahibi “Sitadel” və ya “Zubr” tipli zenit qurğularının (və ya imkanına görə pulemyotlu pikapların) alınmasına maliyyə ayırır. Daha sonra bu texnika hərbi qurumların balansına verilir və həmin zavodun yaxınlığında yerləşdirilərək onun mühafizəsində istifadə olunur.
Ümumilikdə resurs çatışmazlığı fonunda ideya məntiqli görünür.
7 303
Rusiyada biznes strukturlarına dron hücumlarından müdafiə üçün zenit artilleriyası, radarlar, radioelektron mübarizə vasitələri və xüsusi nəqliyyat vasitələri almağa icazə veriləcək.
Məlumata əsasən, mobil atəş qruplarının operativ təminatı üçün dövlət səviyyəsində müvafiq qərarlar artıq qəbul olunub.
Bu qərarlar şirkət və müəssisələr üçün iriçaplı silahların alınması mexanizmini müəyyən edir. Buraya zenit artilleriya sistemləri, qüllələr, radiolokasiya vasitələri, xüsusi nəqliyyat və radioelektron mübarizə kompleksləri daxildir.
Vacib məqam odur ki, özəl şirkətlərin aldığı silah və texnika onların balansında qalmayacaq. Bu vasitələr hərbi hissələrə təhvil veriləcək və regionun hava hücumundan müdafiəsi, həmçinin sənaye və mülki infrastrukturun qorunması üçün istifadə olunacaq.
Yəni biznes sahibi birbaşa bu silahlara sahib olmayacaq, sadəcə onların alınmasını maliyyələşdirəcək.
7 303
Amerika-Almaniya-Ukrayna birgə şirkəti Auterion Airlogix tərəfindən hazırlanmış yeni SETH-X X-formal kamikadze dronu rusiyanın dron-tutucu aparatının nişangahında görüntülənib.
SETH-X-in texniki xüsusiyyətləri hələ açıqlanmayıb. Videoya əsasən, dron qatlanan qanadlara malik X-formal quruluşa sahibdir. Bu isə onun nəqliyyat-buraxılış konteynerindən start verildiyini göstərir.
Bu tip quruluş onu Rusiya “İzdeliye-53”, İran Rezvan və İsrail Hero-120 kimi sistemlərə bənzədir.
7 303
CAVAB olaraq Avropa əsəbləşib və Rusiya üzərinə 21-ci sanksiya paketini hazırlamağa başlayıb.
7 303
Rumıniya prezidenti bildirib ki, ölkə ərazisində aşkar edilən pilotsuz uçuş aparatı Rusiya mənşəlidir.
Avropa komissiyasının sədri Ursula fon der Lyayen qeyd edib ki, Rusiyanın apardığı müharibə növbəti sərhədi keçib. Onun sözlərinə görə, Rusiya dronu Rumıniyada sıx məskunlaşmış əraziyə zərbə endirib və nəticədə mülki şəxslər zərər görüb.
7 303
Rumıniyanın şərqində yerləşən Qalați şəhərində pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb.
7 303
Mi-26 helikopteri Moskvada bir binanın damına “Pantsir-SMD” zenit-raket sistemini yerləşdirərkən.
Bu sistem əsasən dron hücumlarına qarşı istifadə üçün hazırlanıb. Ona görə də əvvəlki versiyalardakı 30 mm-lik toplar çıxarılıb. Çünki dronlara qarşı onların effektivliyi aşağı sayılır. Əvəzində sistemdə daha çox raket yerləşdirilib: ya 48 ədəd kiçik “Gvozd” tipli zenit raketi, ya da həmin raketlərlə birlikdə daha iri 57E6 raketləri.
Ukrayna dron hücumlarının artması səbəbilə Moskvanın hava müdafiəsi gücləndirilir. Digər bölgələrdə isə eyni səviyyəli gücləndirmə olduğu barədə məlumat yoxdur.
7 303
Vidyayevo hərbi-dəniz bazasında yerləşən Proyekt 945A “Kondor” tipli atom sualtı qayığının üzərində antidron toru quraşdırıldığı görülüb.
Şimal donanması da digər donanmalar kimi dron təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görməyə başlayıb.
7 303
Rusların Baltik donanmasına məxsus Proyekt 21631 “Buyan-M” tipli “Orexovo-Zuyevo” kiçik raket gəmisində antidron torları müşahidə olunub.
Artıq Ukrayna zərbələrindən demək olar ki, bütün donanmalarda ehtiyat edilir. Daha əvvəl oxşar torlar Sakit okean donanmasının sualtı qayıqlarının üzərinə də çəkilmişdi.
7 303
+3
Ukraynaya məxsus FP-2 tipli raketdaşıyan dronun yeni görüntüsü yayılıb. Dron S-5 tipli idarə olunmayan raket podları ilə təchiz edilib.
Ümumilikdə aparat 8 ədəd belə raket daşıyır. İdarə olunan rejimdə təxminən 500 km məsafədə hədəfi vurmaq qabiliyyətinə malikdir. Avtomatlaşdırılmış uçuş və koordinatlar üzrə buraxılış rejimində isə bu məsafə 1000 km-dən çox ola bilər.
S-5 raketlərinin ən geniş yayılmış versiyasında döyüş başlığının ümumi çəkisi təxminən 815 qramdır, bunun da cəmi 285 qramı partlayıcı maddədən ibarətdir. Raketlərin dəqiqliyi aşağı olduğuna görə belə sistemlə əsasən zirehsiz və qorunmayan hədəfləri – məsələn, avtomobilləri və ya yanacaq anbarlarını vurmaq mümkündür.
Bu istiqamət hələ yeni inkişaf mərhələsindədir. Əvvəllər kamikadze dronlar da zəif döyüş başlıqları və qısa məsafələrlə başlamışdı. Gələcəkdə daha ağır raketlərin, məsələn S-8 və ya S-13 tipli mərmilərin tətbiqi, daha sonra isə onların idarə olunan versiyalarının istifadəsi mümkündür.
7 303
+1
Naməlum İran zenit-raket sisteminin görüntüləri paylaşılıb. Görünüşü Rusiyanın “Pantsir-S1” kompleksinə bənzəyir, amma üzərində top silahı yoxdur. Bu səbəbdən ya sadələşdirilmiş versiya, ya da ümumiyyətlə maket ola biləcəyi ehtimal olunur.
Kadrların yeraltı bir hərbi bazada çəkildiyi güman edilir və sistemin üzərində yüngül zədələr görünür.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
