Ormilitarism
Открыть в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Больше7 303
Подписчики
-424 часа
-237 дней
-6730 день
Архив постов
7 302
Sabah anlaşma olacaqmı olmayacaqmı demək olmur. Olacaqsa statusu və hansı şərtlər altında olacağı bilinmir.
Amma görünüşə görə SEPAH anlaşmanın şərtləri ilə razı deyil. Hal hazırda İranda keçirilən aksiyalardan bu nəticəyə gəlmək olar ki, SEPAH mövcud vəziyyətdə münaqişənin davam etməsinin tərəfdarıdır. Səbəbi isə ABŞ-ı daha çox küncə sıxa biləcəyinə inanmasıdır.
7 302
Bayraktar Kemankeş ağıllı mini qanadlı raketinə aid qalıq hissələri çevrilişçi Sürətli Dəstək Qüvvələri tərəfindən ələ keçirilib.
7 302
Sudanda Bayraktar Kamikaze PUA-III/Sivrisinek qalıqları görüntülənib. Baykar əlində olan hər şeyi verib.
7 302
Mayın sonlarında Sürətli Dəstək Qüvvələri Sudan ordusuna məxsus Hisar-A 150 aşağı hündürlüklü hava hücumundan müdafiə sistemini PUA ilə hədəf almışdı.
7 302
+2
Sudan Ordusu Şimal-qərbi Omdurmana yönəlmiş PUA hücumunu Hisar-A 150 hava hücumundan müdafiə sistemi ilə qarşısını alıb.
Hisar-A raketinin mühərrikinə aid qalıqlar yaşayış ərazisinə düşdü.
7 302
Almaniyanın Diehl Defence şirkəti, IRIS-T raketlərinin istehsalçısı, FP-5 “Flamingo” qanadlı raketlərinin Almaniyada birgə istehsalı imkanları ilə maraqlanır.
Şirkətin baş direktoru Helmut Rauhun sözlərinə görə, yaxın həftələrdə Fire Point şirkətinin nümayəndələri ilə danışıqların keçirilməsi planlaşdırılır.
Rauh qeyd edir ki, Diehl Defence Fire Point-ə daha inkişaf etmiş özünü hədəfə yönəltmə başlığı təklif edə bilər.
Diehl Defence-in hazırladığı bu tip başlıq artıq Fire Point-in FP-7.x zenit raketi ilə “Freya” hava hücumundan müdafiə sistemi layihəsində istifadə olunur.
7 302
+2
Qərb peykləri tərəfindən çəkilmiş görüntülərdə Krım Çonqar istiqamətində zədələnmiş körpü yaxınlığında qurulan ponton keçidə doğru hərəkət edən yük maşınlarının böyük tıxac yaratdığı görünür.
7 302
+3
Qərb peykləri tərəfindən çəkilmiş görüntülərdə Krım Çonqar istiqamətində zədələnmiş körpü yaxınlığında qurulan ponton keçidə doğru hərəkət edən yük maşınlarının böyük tıxac yaratdığı görünür.
7 302
+6
Ukrayna Silahlı Qüvvələrinin dron zərbələri nəticəsində Krımda, Armiansk rayonu və Stavki kəndi yaxınlığındakı körpülər zədələnib.
Logistikaya iki aydan artıq davam edən zərbələrə baxmayaraq, qorunan dayanacaqların yaradılması və onların mühafizəsi istiqamətində hələ də mərkəzləşdirilmiş tədbirlər görülmür.
Hazırda FP-2 tipli dronlar Ukrayna üçün müəyyən mənada “ikinci HIMARS” rolunu oynayır. Bu vasitələr 2022-ci ilin yayında HIMARS sistemlərinin yerinə yetirdiyi funksiyanı – yəni zərbələr vasitəsilə logistikanı kəsməyi – indi yenidən icra etməyə imkan verir. O dövrdə bu taktika Xerson istiqamətində tətbiq olunurdusa, hazırda oxşar yanaşma Krıma qarşı istifadə olunur.
Əgər bu zərbələr sistemli şəkildə davam edərsə, yarımadanın yeni ərazilər üzərindən nəqliyyat əlaqəsi ciddi şəkildə pozula bilər. Bu halda yük daşımaları üçün Krım körpüsündən istifadə zərurəti yarana bilər ki, bu da onun da hədəfə çevrilməsi riskini artırır.
7 302
İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik
Mən vəzifədə olduğu müddətdə İranın nüvə silahına sahib olmasına imkan verməyəcəm. Bu məsələdə ABŞ Prezidenti Donald Trampla eyni mövqeydəyik.
İran İsraili məhv etməyə çalışır və bunun qarşısını almaq üçün fəaliyyətimizi davam etdirəcəyik
- Netanyahu
7 302
Repost from Caucasian Live
🇺🇲🗣️ "İranın saxta xəbər mediasına sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə HEÇ BİR əlaqəsi yoxdur. Onların zəif və acınacaqlı bir müqavilə iddiası da daxil olmaqla, dedikləri həqiqətlə heç bir əlaqəsi yoxdur.
🔻 Anlaşmaq üçün inanılmaz dərəcədə vicdansız insanlardır. Xoşməramlı danışıqlar deyə bir şey yoxdur. MÖHTƏŞƏM! Bundan əlavə, dünən gecə Hörmüz boğazından çıxan Hindistan gəmilərinə qarşı tamamilə dəf edilmiş dron hücumu TAMAMİLƏ QƏBUL EDİLMƏZDİR. Yaxşı olar ki, nəzarəti ələ alsınlar və SÜRƏTLƏ!"
- Tramp | @CaucasianLive
7 302
Modern silahlanma dövründə gözdən uzaq qalmış lazımsız olaraq dəyərləndirilən silahların günümüzdə istifadə lazımlığı barədə qısa maraqlı bir yazı yazmışam. Fikirləriniz önəmlidir.
7 302
Prezident Tramp bu axşam üçün planlaşdırılan ABŞ-nin İrana qarşı zərbə və bombardmanlarını ləğv etdiyini bildirib. O, bütün tərəflərin müzakirələri, habelə prinsipial və xırda detallarına qədər yekun şərtləri təsdiqlədiyini bəyan edib. Müqavilə tam rəsmiləşənə qədər dəniz blokadası qüvvədə qalacaq. İmzalama mərasiminin vaxtı və yeri yaxın vaxtlarda elan olunacaq.
7 302
İran Xarq(Kharg) adasında ABŞ hücumuna qarşı aylarla müdafiə tədbirləri görüb.
Mart ayında ABŞ zərbələrindən sonra İran adaya əlavə hərbçilər, hava hücumundan müdafiə vasitələri və daşınan zenit-raket kompleksləri yerləşdirib.
Bundan əlavə, mümkün desant ehtimalına qarşı sahil zolaqları da daxil olmaqla əraziyə piyada və zirehli texnikaya qarşı minalar yerləşdirilib.
7 302
Tayvan ilk dəfə olaraq Çinin hücum istiqaməti hesab olunan qərb sahilində HIMARS sistemlərindən döyüş atışı həyata keçirib.
Planlaşdırılan 36 raketdən 32-si buraxılıb, 4 raketin buraxılışında nasazlıq qeydə alınıb.
Əvvəlki HIMARS təlimləri ölkənin şərq sahilində keçirilirdi.
7 302
Hazırda layihə ilk prototiplərin hazırlanması mərhələsindədir. Şirkət 2027-ci ildə idarəetmə sistemlərinin və faydalı yük inteqrasiyasının sınağı üçün təyyarəni uçurmağı planlaşdırır. İlk uçuşların ekipajla pilotlu rejimdə həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, sərgidə Airbus Helicopters şirkətinin U145 helikopteri də təqdim olunub. Bu, H145M modelinin pilotsuz versiyasıdır və Quantum Systems interceptor dronlarının daşıyıcısı kimi göstərilib. Sərgi çərçivəsində şirkətlər arasında interceptor dronların hərbi helikopterlərə inteqrasiyası ilə bağlı razılaşma imzalanıb.
Nümayiş etdirilən pilotsuz təyyarə və helikopterlərdə quraşdırılmış interceptorlar Jäger tipli interceptorlara bənzəsə də, bir sıra fərqlərə malikdir.
7 302
+1
Almaniyanın Quantum Systems şirkəti ILA sərgisində PUA-larla mübarizə üçün nəzərdə tutulmuş Pulse P19 çoxməqsədli aviasiya platformasını təqdim edib. Bu platforma pilotlu təyyarə ilə pilotsuz kompleksin imkanlarını birləşdirir.
Füzelyajın alt hissəsində radar və hərəkətli elektro-optik sistem yerləşdirilib. Məlumatlar MOSAIC UXS proqram kompleksi vasitəsilə operatora ötürülür və operator təsdiq verdikdən sonra təyyarə hədəfləri məhv edir.
Xarici asqılarda maksimal yük 1400 kq-a çata bilər. Təyyarə qanadlarda 6 asqı nöqtəsi ilə təchiz olunub (hər qanadda 3), həmçinin qanad uclarında əlavə avadanlıq üçün bərkidilmə nöqtələri var. Təqdim olunan renderlərdə və sərgidəki fotolarda təyyarə APKWS II raket blokları və Quantum Systems tərəfindən hazırlanmış dron-interseptorlarla silahlandırılıb. Bu interceptorlar Ukraynanın PZL M28 Skytruck təyyarəsindən istifadə olunanlara bənzəyir.
7 302
+1
Xerson vilayətinin rəhbəri Saldo bildirib ki, gecə ərzində Ukrayna Silahlı Qüvvələri Şimali Krım kanalı ətrafında bir neçə körpünü vurub.
>Preobrajenka və Mirnoye kəndləri yaxınlığındakı körpü
>Stavki kəndi yaxınlığındakı körpü
>Perekop–Armyansk istiqamətində avtomobil körpüsü
Ukrayna Krımın şimal-şərqində yerləşən körpülərə dronlarla zərbələr endirirdi, indi isə yarımadanın şimal-qərbində yerləşən körpülərə hücum etməyə başlayıb. Bu körpülər həm əvvəlkilər zədələndiyi halda alternativ marşrut kimi, həm də hərbi logistika məqsədilə istifadə olunurdu.
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
