cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Vətən🇦🇿

Qana və torpaqa sadiq qalın,qanda - irqin qüdrəti, torpaqda - ataların mezari var.

Больше
Азербайджан1 489Азербайджанский1 320Политика12 791
Рекламные посты
2 420
Подписчики
-124 часа
-107 дней
-6030 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Bildiyimiz kimi Ermənistan demək olar ki, bütün məsələləri xarici qüvvələrlə müzakirə edir. Ermənistanın ABŞ-a yaxınlaşmasının Rusiyada yarada biləcəyi narahatlıqları və bu prosesin müxtəlif səviyyələrdə Rusiyanın hansı reaksiyalarına səbəb ola biləcəyini daha ətraflı təhlil edək: Regional Balansın Dəyişməsi: Ermənistanın ABŞ-a yaxınlaşması, regiondakı geosiyasi balansı dəyişə bilər. Rusiya, Ermənistana Cənubi Qafqazda strateji tərəfdaş kimi baxır. Ermənistanın ABŞ-a yaxınlaşması, Rusiya üçün regiondakı təsirini itirmək deməkdir və bu, Rusiyanın öz maraqlarını qorumaq üçün daha aqressiv siyasət yürütməsinə səbəb ola bilər. ABŞ-ın Nüfuzunun Artması: Ermənistanın ABŞ-la yaxın münasibətləri, ABŞ-ın Cənubi Qafqazdakı təsirini gücləndirə bilər. Bu, regiondakı digər ölkələri də ABŞ-a yaxınlaşmağa təşviq edə bilər ki, bu da Rusiyanın strateji maraqlarına təhlükə yaradır. Rusiya, bu növ dəyişikliklərin qarşısını almaq üçün strateji müttəfiqlərini möhkəmləndirmək və ABŞ-ın təsirini məhdudlaşdırmaq üçün yeni ittifaqlar axtarışına çıxa bilər. İranın isə bu məsələyə tutumu hər kəsə məlumdur. Hərbi Təzyiqlər və Müdaxilə 1)Hərbi Gərginliyin Artırılması. Rusiya, Ermənistanın ABŞ-a yaxınlaşmasına qarşı hərbi təzyiqi artırmaq üçün müxtəlif tədbirlər görə bilər. Məsələn, Cənubi Qafqazda hərbi mövcudluğunu artırmaq, Ermənistanın təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığına daha çox diqqət yetirmək kimi addımlar atıla bilər. 2)Hərbi Yardımın Azaldılması: Ermənistanın ABŞ-la yaxınlaşmasının qarşısını almaq üçün Rusiya, Ermənistana verdiyi hərbi yardımı məhdudlaşdıra və ya dayandıra bilər. Məhv olmuş Ermənistanın hərbi müdafiə qabiliyyətinə mənfi təsir göstərə bilər və ölkənin “təhlükəsizliyini” zəiflədə bilər. 3)KTMT Çərçivəsində Təzyiq: Rusiya, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyündən istifadə edərək, Ermənistanın qərbyönümlü siyasətinin qarşısını almağa çalışa bilər. Rusiya, KTMT çərçivəsində Ermənistana təzyiqlər göstərərək, onu öz təhlükəsizlik maraqlarına uyğun davranmağa məcbur edə bilər. Ermənistan isə bu təşkilatı bloklamaq siyasətini çoxdan başladıb. Bununla yanaşı Paşinyan bu gün açıqca “KTMT-dən çıxacayıq” mesajını verməyə çalışdı, daha sonra isə ER XİN bu “mesaj” başqa mənada deyildi deyə açıqlama verdi. İqtisadi Təzyiqlər Ticarət Sanksiyaları: Rusiya, Ermənistanın ABŞ-la yaxınlaşmasının qarşısını almaq üçün ticarət sanksiyaları tətbiq edə bilər. Bu sanksiyalar, Ermənistanın iqtisadi inkişafını ləngidə və ölkənin iqtisadi asılılığını artırmağa məcbur edə bilər. Məsələn, Rusiya, Ermənistanın idxal-ixrac proseslərinə məhdudiyyətlər qoya və bu, Ermənistanın iqtisadi əlaqələrini çətinləşdirə bilər. Enerji Təchizatının Azaldılması: Ermənistanın enerji təminatının böyük hissəsi Rusiyadan asılıdır. Rusiya, enerji təchizatını məhdudlaşdıraraq, Ermənistanın enerji təhlükəsizliyini təhdid edə bilər. Bu, Ermənistan üçün enerji qiymətlərinin artmasına və enerji təminatında problemlərə səbəb ola bilər. Siyasi Təzyiqlər Daxili Siyasətə Müdaxilə: Rusiya, Ermənistanın daxili siyasətinə müdaxilə edərək, ABŞ-la yaxınlaşmasını əngəlləməyə çalışa bilər. Bu, müxalifət partiyalarını dəstəkləmək və ya hökumət əleyhinə aksiyaları təşviq etmək kimi metodlarla həyata keçirilə bilər. Rusiya, Ermənistanın daxili sabitliyini pozmağa cəhd göstərə bilər ki, bu da ölkənin xarici siyasətindəki qərbyönümlü addımlarını çətinləşdirə bilər. Bu günlərdə İrəvanda baş verənlər bir başa bununla bağlıdı. İkinci hissə. 🌐 Vətən | 🌐@GSSR44
Показать все...
1
🇦🇿Naxçıvan istiqamətində mövqelərimiz sutka ərzində iki dəfə atəşə tutulub: İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. İyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. 🌐 Vətən
Показать все...
🤬 1
Repost from CSSC Baku
Konstitusion maneəni aşmaq mümkündür 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistanla sülh müqaviləsi imzalanacaqsa, burada natamam, gələcək üçün mina və hansısa ikibaşlı məqam saxlanılmamalıdır. Dayanıqlı və substantiv sülh üçün müqavilənin mətni heç bir şəkildə başqa cür tövsif edilməyəcək, aydın və birmənalı olmalı, əks təqdirdə imzalanmamalıdır. 2023-cü ilin sentyabrındakı anti-terror tədbirlərinə qədər Qərbin və Ermənistanın “Qarabağ ermənilərinin təhlükəsizliyi üçün beynəlxalq qarantiyalar” tələb etməsi, Rusiyanın sülh müqaviləsini imzalayıb “Qarabağ məsələsinin həllinin gələcək nəsillərə saxlanılması” təklifi vardı. Bununla onlar məsələni gələcək üçün açıq saxlamağa çalışırdılar. Ancaq ölkəmiz istədiyi formada sülh üçün 1-ci mərhələdə hərbi-diplomatik yollarla Qarabağ mövzusunu müqavilə mətnindən çıxarmağa nail oldu. Azərbaycan o zaman nə diplomatik hiylələrə uydu, nə də bu cür şərtləri qəbul etməyi tələb edən təzyiqlər qarşısında geri çəkildi. 2-ci mərhələdə əsas maneə Ermənistan Konstitusiyası və qanunvericiliyidir ki, ölkə başçısı İrəvan tərəfindən müvafiq dəyişiklik edilməyəcəyi təqdirdə sülh müqaviləsinin imzalanmayacağı ilə bağlı qəti mövqeyini ortaya qoydu. Biz yenə də Ermənistan və ona dəstək verənlər tərəfindən 1-ci mərhələdə olduğu kimi Azərbaycanın əsaslı və haqlı tələbi nəzərə alınmadan tələsik sülh sazişinin imzalanması cəhdlərini görürük. Ermənistan iddia edir ki, Konstitusiya daxili məsələdir, maneə deyil. Həqiqət isə budur ki, ən yaxın tarixdə müxtəlif ölkələrin təcrübəsində imzalanan beynəlxalq sənədlərin ölkələrin daxili qanunvericiliyinə uyğun gəlmədiyi əsas gətirilərək imzaların geri çəkildiyini dəfələrlə görmüşük. Bu baxımdan imzalanan sülh müqaviləsinə müvafiq daxili qanunvericiliyin uyğunlaşdırılmasının ən yaxşı və son nümunəsi kimi 1998-ci il 10 apreldə Britaniya ilə İrlandiya hökuməti arasında Belfast razılaşmasını göstərmək olar. Belfast razılaşması nümunəsi Bir çox məqamlara görə fərqli kontekst və tərkib olsa da, Belfast razılaşması sırf daxili qanunvericiliklə bağlı sülh prosesinə maneənin necə aradan qaldırılması baxımından maraqlıdır. 10 aprel razılaşmasına əsasən 22 may 1998-ci ildə İrlandiyada keçirilən referendumla 1937-ci ildə qəbul edilmiş konstitusiyanın 2 və 3-cü maddələri dəyişdirildi. Həmin maddələr İrlandiya dövləti qarşısında bütün adada vahid İrlandiya dövləti yaratmaq məqsədi qoyurdu. Belfast razılaşmasının 4-cü maddəsinə əsasən, bu razılaşma yalnız sazişə əlavə edilən sənəddə göstərilən Konstitusiyaya dəyişikliklə bağlı İrlandiyada referendum tələbi həyata keçirildikdən sonra 1999-cu il dekabrın 2-də qüvvəyə mindi. Bizim kontekstimizdə Ermənistan Konstitusiyasına ediləcək dəyişiklik üçün referendumun keçirilməsi və sülh müqaviləsi imzalanandan sonra onun qüvvəyə minməsi razılaşma əsasında fərqli zaman intervallarında ola bilər. Bunun üçün isə Ermənistan Konstitusiyasından Qarabağın anneksiyası qərarının çıxarılmasının zəruriliyi əvvəlcə rəsmən qəbul edilməli, daha sonra isə hansısa sənəddə öz əksini tapmalıdır. Ola bilər ki, Belfast razılaşmasında olduğu kimi bu məsələ sülh müqaviləsinin mətninə salına və müqavilə imzalana bilər. Problem və nəticə Belfast nümunəsi tətbiq olunarsa sülh müqaviləsi imzalanandan sonra onun qüvvəyə minməsi üçün məsuliyyət tam olaraq Paşinyan hökumətinin, erməni ictimaiyyətinin və bu ölkəni dəstəkləyənlərin üzərinə düşəcək. İlk növbədə Paşinyan hökuməti deyil, erməni cəmiyyəti İrlandiya xalqı kimi sülh müqaviləsinin qüvvəyə minməsi üçün referendumda qərar verməlidir. Digər tərəfdən Paşinyan hökumətinin üzvlərindən hər biri Konstitusiyadan müvafiq məqamların çıxarılmasında maraqlı olmalıdır. Belə ki, artıq revanşistlər Paşinyan hökumətini Ermənistan torpaqlarını Azərbaycana verərək Konstitusiya əleyhinə cinayətdə ittiham edirlər. Buna görə də, Paşinyan hökuməti Ermənistan Konstitusiyasından müvafiq məqamları çıxarmalıdır ki, gələcəkdə “Konstitusiya əleyhinə addımlarına” görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinlər. @cssc_cqtm
Показать все...
👍 3
Dünya qlobal qarşıdurmalar burulğanında (II hissə) Hazırda beynəlxalq münasibətlər sistemində qarışıqlıq, hətta xaos hökm sürür. Lakin cari mənzərəyə baxmayaraq, bu sistemin iştirakçıları arasında iki qlobal güc mərkəzinin mövcudluğu aydın şəkildə görünür. Günümüzdə yalnız ABŞ və Çin həm iqtisadi, həm də hərbi gücü özündə birləşdirən ən qüdrətli dövlətlər olaraq qalmaqdadır. Qlobal güc olmağa iddialı digər tərəflərdən biri - Rusiya iqtisadi gücə çevrilə bilməsə də, hərbi gücü ilə dünya birinciliyi uğrunda gedən mübarizəyə qoşulmağa, özünü fövqəldövlətlər sırasında göstərməyə cəhd etdi. Lakin Ukrayna cəbhəsində üzləşdiyi uğursuzluq Moskvanın öz planlarını həyata keçirməsinə mane oldu və Kremli qlobal güc statusu qazanmaq imkanından məhrum etdi. Başqa bir iddialı - Avropa İttifaqı isə Rusiyanın tam əksinə olaraq, dünya miqyaslı iqtisadi güc kimi formalaşmağı bacarsa da, hərbi güc və geosiyasi oyunçu kimi qlobal səviyyəyə yüksələ bilmədi. Belə ki, uzun illərdir çoxsaylı hərbi kontingentə malik vahid Avropa Silahlı Qüvvələrinin yaradılması barədə danışılsa da, bu planlar hələ də kağız üzərində qalır. Aİ ölkələri arasında mövcud fikir ayrılıqları sözügedən istiqamətdə ciddi addımların atılmasını və birliyin hərbi gücə çevrilməsini əngəlləyir. Aİ-nin geosiyasi oyunçu olmaq cəhdləri də iflasa uğradı. Bu uğursuzluğun başlıca səbəbi birliyin ümumi maraqlarının Fransa kimi ayri-ayrı dövlətlərin əsassız iddialarına qurban verilməsidir. Aİ-nin Azərbaycana, eləcə də bütövlükdə Cənubi Qafqaz regionuna münasibətdə atdığı addımlar bunun əyani sübutudur. Brüsselin siyasi səriştəsizliyi ucbatından Aİ hələ də ABŞ-ın təsiri altında qalmaqda davam edir. Belə şəraitdə, ABŞ və Çin arasında qarşıdurma getdikcə daha da, şiddətlənir. Bu mübarizə artıq dünyanın az qala bütün regionlarına sirayət edir və Avropadan tutmuş, Asiya və Afrikayadək bütün qitələrdə özünü büruzə verir. Beynəlxalq münasibətlərin digər iddialı tərəflərinə gəlincə, onların bəziləri (məsələn Türkiyə və İran) regional güclər kimi çıxış edir. Lakin istər regional gücləri təmsil edən dövlətlər, istərsə də belə gücə sahib olmayan ölkələr qlobal mübarizənin bir parçasına çevrilir. Bundan imtina etmək üçün onlara heç bir seçim imkanı da verilmir. Belə olduqda isə həmin dövlətlər ən təhlükəli aqibətlə - qlobal güclərin bilavasitə aktiv mübarizə meydanına çevrilmək təhlükəsilə üzləşir. Dünyanın irimiqyaslı qarşıdurmalar burulğanında olduğu və mübarizənin kəskinləşdiyi bir zamanda Azərbaycan özünün başlıca problemini həll etdi. Rəsmi Bakı ölkənin qlobal və regional güclərin toqquşması meydanına çevrilməməsinə nail oldu. Hazırda istər qlobal, istərsə də regional oyunçularla tərəfdaşlıq və praqmatik münasibətlər qurulub. Ölkədaxili konsensus da kifayət qədər yüksək səviyyədədir. Bu amil, bir tərəfdən xarici qüvvələrin daxili işlərə müdaxiləsinin qarşısını alır, digər tərəfdən isə müstəqil xarici siyasət yeritməyə imkan verir. Beləliklə də, qlobal siyasətdəki burulğanlı dövr hələ uzun müddət davam edə bilər. Bu qeyri-müəyyənlik şəraitində müstəqilliyini və suverenliyini qorumaq, mövcud qarşıdurmanın tərəflərindən hər biri ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirmək az qala mümkünsüz görünür. Lakin Azərbaycan məntiqli və ardıcıl addımları ilə bir çox dövlətlər üçün imkansız olanı bacardı. Bundan sonra əldə edilən nailiyyətlərin qorunub-saxlanması, eləcə də bütün mümkün təhdidlərə vaxtında və düzgün şəkildə cavab verilməsi olduqca önəmlidir. @cssc_cqtm
Показать все...
👍 3
Dünya qlobal qarşıdurmalar burulğanında (I hissə) Bəşəriyyət tarixi qlobal miqyasda özünün ən təlatümlü dövrlərindən birini yaşayır. İkinci Dünya Müharibəsindən sonra dövlətlərin təhlükəsizliyi və əməkdaşlığını qorumaq üçün yaradılmış Yalta-Potsdam beynəlxalq münasibətlər sistemi xeyli müddətdir ki, iflic vəziyyətindədir. İşlək tənzimləmə mexanizmlərinin olmaması ucbatından indiyədək görünməmiş fəlakətlərə gətirib çıxara biləcək nüvə müharibəsi təhlükəsi gün keçdikcə daha da artır. Soyuq müharibənin ardından ortaya çıxmış dünya nizamı artıq öz aktuallığını itirib. Köhnəlmiş qlobal idarəetmə modelini əvəzləyə biləcək yeni dünya düzəni isə hələ ki, formalaşmayıb. Əgər əvvəlki beynəlxalq münasibətlər sistemi dünya müharibələrinin nəticəsi kimi yaranmışdısa, hazırda məhz nüvə silahı hələ ki, belə münaqişələr üçün çəkindirici amil rolunu oynayır. Bu səbəbdən günümüzdə müharibələr yalnız regional miqyasda baş verir, hərçənd onlar qlobal qarşıdurmanın təzahürləri olaraq nəzərdən keçirilməlidir. Müasir dövrdə sözügdən qarşıdurma üç istiqamətdə cərəyan edir: Silahlı münaqişələr, iqtisadi-ticarət müharibələri və ideoloji mübarizə. Silahlı münaqişələr: Hazırda dünyada qlobal əhəmiyyətə malik iki əsas aktiv münaqişə bölgəsi mövcuddur - Ukrayna və Yaxın Şərq. Birincisi ərazi baxımından konkret olsa da, ikincisi çoxsaylı gərginlik ocaqlarını özündə cəmləşdirir və müxtəlif zamanlarda fərqli ölkələrin (İsrail, Fələstin, Livan, Suriya, İraq, Yəmən, hətta İran) sərhədlərini əhatə edir. Lakin danılmaz faktdır ki, aktiv münaqişə tərəflərinin sayı tədricən artır, coğrafiyası genişlənir. Bu toqquşmalar daha uzunmüdətli və daha şiddətli xarakter alır. Mövcud qlobal idarəetmə sistemi isə sözügedən münaqişələri dayandıra bilmir. • İqtisadi-ticarət müharibələri: Minilliyin ilk 20 ili daha çox qloballaşma şüarı altında beynəlxalq maliyyə axınlarına nəzarətin gücləndirilməsi və bu vəsaitlərin idarəedilməsi sahəsindəki təmərküzləşmə ilə yadda qalıb. Son illərdə xüsusilə Qərbin geniş iqtisadi sanksiyaları fonunda resurslar uğrunda mübarizə daha da kəskinləşib. Bura texnoloji sahədəki amansız rəqabəti, dayanıqlı təchizat zəncirlərinin qurulması istiqamətində aparılan gərgin yarışı, eləcə də ABŞ və Çin kimi dünya nəhəngləri arasındakı gedən ticarət müharibəsini də əlavə etdikdə, qlobal iqtisadi qarşıdurmanın nisbətən daha bütöv mənzərəsi yaranır. • İdeoloji mübarizə: Günümüzdə müxtəlif ideoloji cəbhələri təmsil edən qüvvələr arasında çəkişmələr daha qabarıq tərzdə gedir. ABŞ və Aİ seçkiləri ərəfəsində bunu aydın şəkildə görmək mümkündür. Liberal interventlərlə mühafizəkarlar, qloballaşma carçıları ilə suverenlik tərəfdarları, radikal sağ və solçular arasındakı mübarizə o həddə çatıb ki, artıq bir-birinə qarşı müxtəlif fiziki məhv üsullarından belə istifadə edilir. Həmçinin, fərqli dünya baxışına malik olanlara qarşı müabrizə yumşaq güc alətlərindən istifadə, informasiya müharibələri, daxili siyasətə qarışma cəhdləri və rejiim dəyişikliklərilə müşayət olunur. Nəticə Beləliklə də, hazırda paralel cərəyan edən iki proses tədricən sürətlənir: Ən güclülər zəifləyir, orta və kiçik güclər isə daha da qüvvətlənir. Mövcud tendensiya şərti olaraq qlobal Şimal və qlobal Cənub adlandırılan dövlətlər qrupu arasındakı mübarizədə özünü daha aydın formada büruzə verir. Bu proses paralel şəkildə getdiyindən dünyanı cənginə alan qlobal qarşıdurmalar burulğanı daha kəskin şəkil alır. Belə şəraitdə, beynəlxalq sistemdə hökm sürən qeyri-müəyyənlik hələ uzun müddət davam edə bilər. 🌐 Vətən | @cssc_cqtm
Показать все...
👍 3
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov EDNews TV-nin efirində regional və qlobal siyasi gündəmin aktual məsələləri ilə bağlı fikirlərini bölüşüb. 🌐 Vətən
Показать все...
Rusiya Xankəndidə niyə konsulluq açmaq istəyir? - Fərhad Məmmədov ilə MÜSAHİBƏ

Ednews TV - nin bugünki qonağı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru və politoloq Fərhad Məmmədovdur. Politoloq ilə müsahibədə Rusiya Xankəndidə yaxın vaxtlarda baş konsulluğun hansı məqsədlərə xidmət etdiyi?, Çinin Aİ - də yüksələn reputasiyası və ABŞ - ın zəifləyən diplomatiyası, erməni keşiş Baqratın üsyanın arxaplanı və Qəzza böhranın həlli perspektivləri, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun həbsi qərarı kimi mövzular danışıldı. Daha ətraflı video - müsahibədən izləyə bilərsiniz: #azerbaycan #video #ednews #armenia #geopolitics

TikTok-a qadağa Türkiyə parlamentinin Milli Müdafiə Komissiyasının təsdiq etdiyi Türkiyə silahlı qüvvələrinin üzvləri ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsində yer alıb. Qeyd olunur ki, əsgərlər kazarma və əməliyyat bölgələrindən bəzi görüntüləri sosial mediada paylaşaraq təhlükəsizlik riskini gündəmə gətirib. İş yerlərində mobil telefondan istifadənin ciddi təhlükəsizlik problemləri yaratdığı diqqətə çatdırılıb. 🌐 Vətən
Показать все...
👍 4
Aİ-Çin münasibətləri: Əməkdaşlıq, rəqabət, yoxsa qarşıdurma? (II hissə) Mayın əvvəllərində Aİ-Çin münasibətlərində əlamətdar hadisə baş verib. Çin sədri Si Cinpin Avropa turu çərçivəsində Fransa, Macarıstan və Serbiyaya səfər edib. Tədbirlər proqramının kifayət qədər geniş olması ilə yadda qalan bu səfər beş illik fasilədən sonra baş tutub. Bu illər ərzində isə tərəflər arasındakı ayırıcı xətlər daha da dərinləşib. Həmin xətləri aşağıdakı kimi təsvir etmək olar: - Qərb və qeyri-Qərb. Burada tərəflər hələ də ikiqütblü dünya nizamı paradiqmasından çıxış edirlər. Aİ və Çinin Ukrayna münaqişəsinə dair mövqelərinə nəzər saldıqda, bu ayırıcı xətt daha aydın görünür. ABŞ və Aİ Çini Rusiya ilə əməkdaşlıqdan çəkinməyə çağırır. Lakin buna baxmayaraq, Pekinlə Moskva arasındakı işbirliyi getdikcə daha da dərinləşir. Belə şəraitdə Qərb və qeyri-Qərb arasındakı məsafə artır, Çin Rusiya ilə birgə mövcud dünya nizamını dəyişməkdə daha çox ittiham edilir ki, bu da Aİ ilə Çin arasında yeni siyasi-iqtisadi razılaşmaları mümkünsüz edir. - Aİ qurumları və üzv ölkələr. İlk xətt əsasən Aİ tərəfindən qabardılırsa, ikinci xətt başlıca olaraq Çin tərəfindən formalaşdırılır. Pekin Aİ-nin ümumi institutlarında qeyri-Qərb ölkələrinə qarşı ayırıcı münasibəti sezdiyi üçün bu təsisatlarla əlaqələrini xeyli azaldıb. Çin Avropa ilə münasibətlərdə yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru hərəkəti seçib. Belə ki, hazırda Şərq nəhəngi birbaşa Brüssellə deyil, Paris və Budapeşt kimi Avropanın digər paytaxtları ilə əlaqələrə üstünlük verir. Əlbəttə ki, Macarıstanın, hətta Fransanın belə Aİ-nin “risklərin azaldılması” kimi ümumi yanaşmasını dəyişəcəyi real deyil. Amma Çin ümid edir ki, onun bir sıra Avropa ölkələrilə əlaqələri strateji xarakter alarsa, həmin ölkələr bu əlaqələri ümumavropa həmrəyliyinə qurban verməyəcəklər. Qərbin Çin dilemması ABŞ Çinlə münasibətlərdə “ayırma” (de-coupling) prinsipini irəli sürərək Pekini bütün fəaliyyət sahələri üzrə uzunmüddətli rəqib kimi görür. Aİ isə Çinlə əlaqələrini “risklərin azaldılması” (de-risking) konsepsiyası üzərində qurur. Brüssel Pekinlə mümkün sahələrdə qarşılıqlı əməkdaşlığı davam etdirməyə, bu əməkdaşlığı özü üçün daha təhlükəsiz etməyə, itkilərə məruz qalmadan mövcud işbirliyindən faydalanmağa çalışır. Çinlə bağlı fərqli yanaşmalar Aİ-yə üzv ölkələr arasında da özünü göstərir. Avropa dövlətlələrinin bir qismi Pekinlə münasibətlərdə məsafə saxlamağın tərəfdarı olsalar da, digər bir qismi əksinə, əməkdaşlığı daha da genişləndirməyin lehinədir. Aİ-nin hədəfləri, Çinin məqsədləri Aİ Çinlə münasibətlərdə ilk növbədə iqtisadi dividendlər əldə etməyi hədəfləyir. Həmçinin, Brüssel qlobal iqlim dəyişikliyi şəraitində ekoloji gündəm, eləcə də elmi-texnoloji inkişaf məsələlərində Çinlə əlaqələrdən faydalanmağa çalışır. Çin üçün Aİ-nin öz strateji subyektliyini artırması çox vacibdir. Pekin Aİ-nin tam şəkildə ABŞ-ın təsiri altına düşməsini istəmir, Qərb düşərgəsində daxili ziddiyyətlərin və Çinlə əməkdaşlıq meyillərinin saxlanmasına çalışır. Belə ki, Şərq ölkəsinin sonrakı inkişafı üçün açıq Avropa bazarı, investisiya imkanları, Aİ-nin daha üstün elmi-texnoloji bazasından yararlanmaq imkanı vacibdir. Səfərin nəticələri Çin liderinin Avropaya səfəri, ilk olaraq Pekinin regiona böyük marağının göstəricisidir. Düzdür, bu səfərin ciddi qlobal nəticələrə səbəb olması mümkünsüz olsa da, o, Aİ-Çin münasibətlərində daha aktual elementləri və prioritetləri müəyyənləşdirmək üçün önəmli idi. Çin sədrinin Paris, Belqrad və Budapeştdəki görüşləri bir daha təsdiq etdi ki, Pekin Aİ ilə strateji dialoq əvəzinə, hələ də kompromisə hazır olan ayrı-ayrı Avropa ölkələrilə əlaqələri tərcih edir. Həmçinin, Si-Cinpinin Avropa turu Qərb və Aİ daxilindəki ziddiyyətləri bir daha üzə çıxardı, Aİ ilə Çin arasında əməkdaşlıq tendesiyalarının hələ də saxlanmasını təsdiqlədi. Bununla yanaşı, səfər ayırıcı xətlərin olduğu kimi qalmasını və onları aşmaq üçün tərəflərdən heç birinin ciddi təşəbbüs göstərməməsini nümayiş etdirdi. 🌐 Vətən | @cssc_cqtm
Показать все...
Фото недоступноПоказать в Telegram
🇹🇷🇹🇷🇦🇿 Azərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli həmkarı ilə görüşüb “EFES - 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb. Görüşdə hərbi və hərbi-texniki əməkdaşlığn cari vəziyyəti müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb. 🇦🇿 @UDudaka
Показать все...
👍 4 1
Bu, Rusiya tərəfindən Azərbaycana edilən qəribə bir təklifdir: bəlkə səhv salıblar? “O da var ki, paritet konsulluqların sayı ilə götürülməməlidir. Xarici ölkənin ərazidəki vətəndaşlarının sayı ilə, başqa sözlə, onlarla görülməsi real görülməli olan işlərlə ölçülməlidir. Qarşı tərəf nəzərə almalıdır ki, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşlarının sayı da çoxdur...” “Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələnin müzakirəsi zamanı cəmiyyətdən ünvanlanan sualları, yəni Xankəndində Rusiyanın baş konsulluğun açılmasının məqsədi barədə sualları qarşı tərəfə verəcəkdir. Adətən konsulluğun vəzifəsi mənsub olduğu ölkənin vətəndaşları olan xarici ölkələrdə həmin vətəndaşlara xidmətlər göstərməkdir. Ancaq əgər, məsələn, Azərbaycanda yaşayan ruslar, Azərbaycan vətəndaşıdırlarsa, onlara konsulluq yurisdiksiyası düşmür”. Bunu Rusiyanın Xankəndində şəhərində baş konsulluq açmaq niyyətini rəsmən ifadə etməsi məsələsinə münasibət bildirərkən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. “Hər halda bu, Rusiya tərəfindən Azərbaycana edilən qəribə bir təklifdir. Bəlkə səhv salıblar? Moskva hesab edir ki, guya Azərbaycanla bir-birinin ərazisindəki konsulluqların sayı məsələsində disbalans var, paritet pozulub. Yəni Azərbaycanın Rusiyanın iki şəhərində baş konsulluğu olsa da, Rusiyanın ölkəmizin ərazisində yalnız Bakıda səfirliyi və konsulluğu var, baş konsulluğu yoxdur. Amma o da var ki, paritet konsulluqların sayı ilə götürülməməlidir. Xarici ölkənin ərazidəki vətəndaşlarının sayı ilə, başqa sözlə, onlarla görülməsi real görülməli olan işlərlə ölçülməlidir. Qarşı tərəf nəzərə almalıdır ki, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Son rəsmi məlumatlara görə, şimal qonşumuzun ərazisində 630 mindən çox vətəndaşımız yaşayır. Azərbaycanda isə uzun müddətə yaşayan Rusiya vətəndaşlarının sayı çox azdır. Onların da əksəriyyəti, çox güman ki, Bakıdadır. Bakıda isə bu ölkənin, dediyimiz kimi, səfirlik və konsulluğu daimi fəaliyyət göstərir və onlar viza, pasport, lazımi arayışlar verilməsi və s. məsələri həll edirlər”, -deyə davamında keçmiş XİN rəhbəri bildirib. “Dövlətlərarası siyasi məsələlərə gəldikdə, bunlar səfirliklərin diplomatları vasitəsilə həyata keçirilir. Azərbaycanın siyasi idarəçiliyi də paytaxtımız Bakıdadır. Əgər xarici ölkə kimi Rusiyanın ölkəmizin regionlarına marağı varsa, onun Azərbaycandakı səfiri, diplomatları ya özləri ayrıca, ya da Xarici İşlər Nazirliyinin diplomatik korpus üçün təşkil etdiyi turlar vasitəsilə bölgələrimizə, o cümlədən işğaldan azad edilmiş Qarabağa, həmçinin Xankəndinə də səfər edə bilərlər. Hesab edirəm ki, bu mənasız bir məsələdir və baş tutmayacaq”, -deyə sabiq baş diplomat vurğulayıb. 🌐 Vətən
Показать все...
👍 9
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.