Hədəf Şirkətlər Qrupu
Открыть в Telegram
Bu kanal "Hədəf Şirkətlər Qrupu"-nun rəsmi kanalıdır. Hədəf Kursları ( Hedef.edu.az ) Hədəf Liseyi ( Hedefliseyi.edu.az ) Kitabevim.az Hədəf Global Hədəf Nəşrləri (Hedefnesrleri.az) Xan Nəşriyyat xannesriyyati.az Eduhek ( Eduhek.az ) SinKod ( Sinkod.az )
Больше1 248
Подписчики
Нет данных24 часа
-37 дней
+9830 день
Архив постов
Azərbaycan ədəbiyyatı ilk dəfə Meksikanın nüfuzlu kitab sərgisində təmsil olunacaq
Bu gün Altun Nəşriyyatının direktoru Rafiq İsmayılovla birlikdə Meksikanın Azərbaycandakı səfiri xanım Maria Victoria Romero ilə görüşdük.
Görüşümüzün əsas məqsədi Meksikada keçirilən, ispandilli dünyanın ən böyük kitab sərgilərindən biri olan Qvadalaxara Beynəlxalq Kitab Sərgisində iştirakımızla bağlı hazırlıq məsələlərini müzakirə etmək idi. Səfirlikdə viza prosedurlarımızı tamamladıq, eyni zamanda qarşıdakı səfərimizin proqramı, Meksikanın tarixi-mədəni məkanları və ölkəni daha yaxından tanımaq imkanları barədə fikir mübadiləsi apardıq.
Bu səfərin bizim üçün xüsusi əhəmiyyəti var. Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri olaraq mən – Şamil Sadıq və Assosiasiyanın İdarə Heyətinin üzvü Rafiq İsmayılov ilk dəfə olaraq ölkəmizi bu mötəbər kitab sərgisində təmsil edəcəyik.
Məqsədimiz yalnız sərgidə iştirak etmək deyil. Azərbaycan ədəbiyyatını, nəşriyyat işimizi və mədəniyyətimizi Latın Amerikası oxucusuna tanıtmaq, Meksikanın zəngin ədəbi və mədəni mühiti ilə yaxından tanış olmaq, yerli və beynəlxalq naşirlərlə yeni əməkdaşlıq əlaqələri qurmaqdır.
İnanıram ki, Qvadalaxaraya aparan bu yol Azərbaycan kitabının ispandilli dünyaya açılması üçün yeni əlaqələrin başlanğıcı olacaq.
Səmimi qəbula və dəyərli tövsiyələrə görə Meksikanın Azərbaycandakı səfiri xanım Maria Victoria Romeroya təşəkkür edirik.
Qarşıda Meksika, Qvadalaxara və Azərbaycan kitabı üçün yeni bir coğrafiya var!
Azərbaycan Nəşriyyatları Assosiasiyası
"Bu tədris ili fərqli başlayır: Hədəf Liseyində qeydiyyatdan keçin, məktəb alış-verişini unudun!"
Valideynlərin sentyabr qayğısına Hədəf Liseyindən tam dəstək! 🎒✏️
20 avqust-10 sentyabr tarixləri arası Hədəf Liseyində qeydiyyatdan keçən hər bir şagirdin çanta, dəftər və qələm xərclərini də biz qarşılayırıq!
İndi qeydiyyatdan keçin, Kitabevim mağazasından 100 AZN-lik hədiyyə kuponu qazanın və məktəb alış-verişini tamamilə sıfırlayın!
⏳ Son 20 gün! Yerlər məhduddur.
🌷 Balacalarımızın inkişafı üçün hər zaman yeniliklərə imza atan Hədəf Kursları bu dəfə də fərqli və rəngarəng bir təcrübə ilə gəlir! ✨
💐 Bu dəfə 4–13 yaş arası balacalarımızla birlikdə Gül Buketi Master-Klassı keçirəcəyik!
Onlar öz yaradıcılıqlarını ortaya qoyacaq, rəngləri və gülləri bir araya gətirərək öz əlləri ilə gözəl buketlər hazırlayacaqlar. 🌸
🎁 Üstəlik, iştirakçılarımızı müxtəlif hədiyyələr və xüsusi mükafatlar gözləyir! 🏆✨
📅 17 avqust
🕛 Saat 12:00
👧🏻👦🏻 Yaş aralığı: 4–13 yaş
📍 Ünvan: Hədəf Kursları Bakıxanov filialı
🤍 Öyrənək, yaradaq, əylənək və birlikdə gözəl xatirələr toplayaq!
📩 Ətraflı məlumat və qeydiyyat üçün:
☎️ +994 12 311 01 85
📚 Hədəf Kursları — hədəfi olanların məktəbidir!
🎓 SENTYABR ayından başlayacaq təcrübə proqramına QOŞUL – MÜƏLLİM OL!
Hədəf Liseyləri və Hədəf Kurslarında 5 aylıq STEAM əsaslı təcrübə-təlim proqramı başlayır.
Bu proqramla siz yalnız öyrənməyəcək, real müəllim təcrübəsi qazanacaqsız.
📅 15 peşəkar təlim
📌 Nəzəri bilik + real dərs + Hədəf liseylərində və Hədəf Kurslarında praktik bacarıqlar
📚 Proqramda nə qazanacaqsan?
✨ Müasir və effektiv tədris metodları;
✨ İnteraktiv və maraqlı dərs planlaması;
✨ Təcrübə dərslərinin real mühitdə aparılması;
✨ Pedaqoji və kommunikativ bacarıqların inkişafı.
🏆 Sizi gözləyən üstünlüklər:
💼 Yüksək nəticə göstərənlər üçün iş imkanı;
🌍 Beynəlxalq sertifikat;
📖 Real sinif mühiti və dərs təcrübəsi.
🎯 REAL İŞ İMKANI !
📌 Yerlər məhduddur, tələs!
🖇 Qeydiyyat: https://forms.gle/RpYy8neQqGBVD4oX9
☎️ Əlaqə: +994 77 220 22 44
Hədəf Liseyi tədrisdə müasir texnologiyaların tətbiqi istiqamətində yeni layihəyə başlayıb. Liseydə şagirdlərin dərsləri virtual reallıq mühitində öyrənməsinə imkan verəcək VR (Virtual Reality – virtual reallıq) sinfi qurulur.
Tədrisdə yeni imkanlar
Yeni VR sinfinin əsas məqsədi tədris prosesini daha əyani, interaktiv və təcrübəyönümlü etməkdir. Virtual reallıq texnologiyalarının köməyi ilə şagirdlər müxtəlif fənlər üzrə öyrəndikləri mövzuları yalnız dərslik və digər ənənəvi vasitələrlə deyil, üçölçülü virtual mühitdə müşahidə və tədqiq etmək imkanı əldə edəcəklər.
Müxtəlif fənlər üzrə VR təcrübəsi
VR texnologiyasından tarix, coğrafiya, biologiya, fizika, astronomiya və digər fənlərin tədrisində istifadə edilməsi nəzərdə tutulur. Belə ki, şagirdlər tarix dərslərində qədim şəhər və abidələri virtual şəkildə ziyarət edə, coğrafiyada dünyanın müxtəlif bölgələrini araşdıra, biologiyada insan orqanizminin quruluşunu üçölçülü modellər üzərində öyrənə, astronomiya dərslərində isə Günəş sistemi və kosmik məkanla daha yaxından tanış ola biləcəklər.
Texnologiya pedaqoji vasitəyə çevrilir
Hədəf Liseyinin qurucusu, dosent Şəmil Sadiq bildirib ki, layihənin məqsədi texnologiyanı sadəcə məktəb mühitinə gətirmək deyil, onu tədrisin səmərəliliyini artıran real pedaqoji vasitəyə çevirməkdir.
“Bugünkü uşaqlar tamam fərqli texnoloji mühitdə böyüyürlər. Məktəb də bu dəyişiklikdən kənarda qala bilməz. İstəyirik ki, şagird öyrəndiyini yalnız oxumasın və dinləməsin, eyni zamanda görsün, araşdırsın və mümkün qədər yaşasın. VR texnologiyası bizə sinif otağının fiziki sərhədlərini aşmaq imkanı verir. Biz gələcəyin məktəbini gözləmək yox, onu bu gündən qurmaq istəyirik”.
Layihə çərçivəsində VR avadanlıqlarının tədris proqramlarına uyğunlaşdırılması, müxtəlif fənlər üzrə virtual dərs məzmunlarının seçilməsi və müəllimlərin bu texnologiyadan səmərəli istifadəsi istiqamətində işlərin aparılması planlaşdırılır.
Hədəf Liseyi olaraq inanırıq ki, VR sinfinin tətbiqi şagirdlərin dərsə marağının artmasına, vizual qavrama imkanlarının genişlənməsinə və tədqiqatçılıq bacarıqlarının inkişafına töhfə verəcək. “Hədəf Liseyi – hədəfi böyük olanların liseyi!”
Köhnə üsullardan yeni təfəkkürə | Müasir tələbə necə öyrənməlidir?
https://www.facebook.com/share/v/1DXvEpKjAU/?mibextid=wwXIfr
🔴 TIKTOK CANLI YAYIMI
🎓 İxtisas seçimi ilə bağlı bütün suallarınıza cavab tapın!
Pəşəkar Təhsil Ekspertləri ixtisas seçimi ilə bağlı şagird və valideynləri maraqlandıran bütün sualları canlı yayımda cavablandıracaq.
📌 İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?
📌 Keçid balları necə dəyərləndirilməlidir?
📌 Gələcək peşə perspektivləri hansılardır?
📌 Düzgün seçim strategiyası necə qurulmalıdır?
📅 Tarix: 05.08.2026
🕒 Saat: 15:00
📍 Hədəf Kurslarının rəsmi TikTok hesabında
📩 Ətraflı məlumat və qeydiyyat üçün:
☎️ +994 12 311 01 85
✨ Hədəf Art School fəaliyyətə başladı!
Milli incəsənət irsini müasir təhsil texnologiyaları ilə birləşdirən Hədəf Art School rəsmi olaraq fəaliyyətə başlayıb. Məktəb yaradıcılıq potensialını inkişaf etdirmək, istedadlı uşaq və gəncləri peşəkar incəsənət təhsili ilə təmin etmək, eyni zamanda onları beynəlxalq yaradıcı mühitə hazırlamaq məqsədi daşıyır.
Burada təhsil yalnız nəzəri biliklərlə məhdudlaşmır. Şagirdlər layihə əsaslı tədris modeli, müasir texnologiyalar və praktik məşğələlər vasitəsilə öz bacarıqlarını inkişaf etdirəcək, konsertlərdə, sərgilərdə, tamaşalarda və müxtəlif mədəni layihələrdə iştirak edərək real səhnə təcrübəsi qazanacaqlar.
📚 Tədris istiqamətləri:
🎵 Musiqi
🎭 Teatr
💃 Rəqs
🎨 Təsviri incəsənət
💻 Rəqəmsal incəsənət və dizayn
🤖 Süni intellekt və yaradıcı texnologiyalar
Məktəbdə Digital Studio, Sound Lab, Film & Media Lab və digər müasir yaradıcılıq laboratoriyaları fəaliyyət göstərəcək. Tədris prosesi milli dəyərlərlə yanaşı, dünya incəsənətinin müasir tendensiyalarını da əhatə edərək şagirdlərə geniş inkişaf imkanları yaradacaq.
🌍 Beynəlxalq əməkdaşlıqlar, master-klasslar və yaradıcı layihələr sayəsində Hədəf Art School gələcəyin musiqiçilərini, rəssamlarını, aktyorlarını və yaradıcı liderlərini yetişdirməyi qarşısına məqsəd qoyur.
📍 Qəbul artıq davam edir!
Yaradıcılığın, istedadın və innovasiyanın ünvanı – Hədəf Art School!
#HedefArtSchool #HədəfArtSchool #ArtEducation #Music #Theatre #Dance #DigitalArt #CreativeFuture #AI #Education #Admissions #Azərbaycan
🎓 SENTYABR ayından başlayacaq təcrübə proqramına QOŞUL – MÜƏLLİM OL!
Hədəf Liseyləri və Hədəf Kurslarında 5 aylıq STEAM əsaslı təcrübə-təlim proqramı başlayır.
Bu proqramla siz yalnız öyrənməyəcək, real müəllim təcrübəsi qazanacaqsız.
📅 15 peşəkar təlim
📌 Nəzəri bilik + real dərs + Hədəf liseylərində və Hədəf Kurslarında praktik bacarıqlar
📚 Proqramda nə qazanacaqsan?
✨ Müasir və effektiv tədris metodları;
✨ İnteraktiv və maraqlı dərs planlaması;
✨ Təcrübə dərslərinin real mühitdə aparılması;
✨ Pedaqoji və kommunikativ bacarıqların inkişafı.
🏆 Sizi gözləyən üstünlüklər:
💼 Yüksək nəticə göstərənlər üçün iş imkanı;
🌍 Beynəlxalq sertifikat;
📖 Real sinif mühiti və dərs təcrübəsi.
🎯 REAL İŞ İMKANI !
📌 Yerlər məhduddur, tələs!
🖇 Qeydiyyat: https://forms.gle/RpYy8neQqGBVD4oX9
☎️ Əlaqə: +994 77 220 22 44
Şəmil Sadiq: Yovşan ətirli Ötükən xatirələri..
https://www.youtube.com/watch?v=OAdWfe08E-4
