Hədəf Şirkətlər Qrupu
Ir al canal en Telegram
Bu kanal "Hədəf Şirkətlər Qrupu"-nun rəsmi kanalıdır. Hədəf Kursları ( Hedef.edu.az ) Hədəf Liseyi ( Hedefliseyi.edu.az ) Kitabevim.az Hədəf Global Hədəf Nəşrləri (Hedefnesrleri.az) Xan Nəşriyyat xannesriyyati.az Eduhek ( Eduhek.az ) SinKod ( Sinkod.az )
Mostrar más1 242
Suscriptores
Sin datos24 horas
-37 días
-830 días
Archivo de publicaciones
Əziz müəllimlər, sevimli balabilgələr, dəyərli Hədəf ailəsi!
Sizləri yeni tədris ilinin başlanğıcı və Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Bilik insanın gələcəyinə açılan ən böyük qapıdır. Hər yeni dərs, hər oxunan kitab, hər öyrənilən məlumat bizi daha güclü, daha düşüncəli və daha məsuliyyətli fərd olmağa aparır. Təhsil isə yalnız bilik qazanmaq deyil, həm də özümüzü, cəmiyyətimizi və dünyanı daha yaxşı anlamaq yoludur.
Yola saldığımız 2025-2026-cı tədris ili böyük Hədəf ailəsi üçün əlamətdar və yaddaqalan olmuşdur. Belə ki, keçən tədris ilində Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Kursları və Hədəf Liseylərindən məzun olan 90 faizdən yuxarı balabilgələrimiz öz təhsillərini yerli və xarici ali məktəblərdə davam etdirəcəklər. Biz Hədəf olaraq Azərbaycanda ilk dəfə açıq səma altında İnteraktiv Elm Muzeyini və Hədəf STARS Campus filialını ölkə təhsilinə hədiyyə etdik. Elm, təhsil, yaradıcılıq fəaliyyətimizdə bir çox ilklərə imza atdıq.
Siz dəyərli Hədəf ailəsinin dəstəyi, bizə verdiyi motivasiya ilə yeni tədris ilinə də böyük həvəs və enerji ilə başlayırıq! Bu gün öz qapılarını balabilgələrin üzünə açan Hədəf STARS İnternational Campus və Hədəf Art School 2026-2027-ci tədris ilində də ölkə təhsilinə dəstəyimiz və töhfəmizdir! Əminəm ki, artıq ənənə halını almış təhsil uğurlarımız bu il də davam edəcək, Hədəf Təhsil modelini Made in Azerbaijan brendi adı altında ölkə xaricinə layiqli şəkildə ixrac edə biləcəyik!
Əziz dostlar, bir daha sizləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edir, bağrıma basır, səbir, uğur və bol nailiyyət arzulayıram!
Bilik Gününüz mübarək olsun!
Hörmətlə,
Şəmil Sadiq
Balabilgə sayının artımı ilə əlaqədar olaraq Hədəf Liseyləri Hədəf Stars Campus filialları VAKANSİYA elan edir!
Bu gün Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, dəyərli ziyalımız Şəmil Sadıqovun doğum günüdür!
Hörmətli Şəmil müəllim, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və fəaliyyətinizdə uğurlar arzulayırıq.
Sizin təhsil və maarifçilik yolunda gördüyünüz böyük işlər, yaratdığınız dəyərlər və gələcək nəsillərə ötürdüyünüz zəngin irs bizim üçün daim örnəkdir.
Siz yalnız böyük bir təhsil yolunun qurucusu deyil, həm də ətrafınızdakı hər kəsə ilham verən, yeni ideyalara yol açan və uğura inam aşılayan dəyərli bir şəxsiyyətsiniz.
Arzu edirik ki, həyatınızın hər yeni ili sizə yeni zirvələr və böyük uğurlar bəxş etsin.
Doğum gününüz mübarək, Şəmil müəllim!
“Bu tədris ili fərqli başlayır: Hədəf Liseyində qeydiyyatdan keçin, məktəb alış-verişini unudun!”
Valideynlərin sentyabr qayğısına Hədəf Liseyindən tam dəstək! 🎒✏️
15 avqust-5 sentyabr tarixləri arası Hədəf Liseyində qeydiyyatdan keçən hər bir şagirdin çanta, dəftər və qələm xərclərini də biz qarşılayırıq!
İndi qeydiyyatdan keçin, Kitabevim mağazasından 100 AZN-lik hədiyyə kuponu qazanın və məktəb alış-verişini tamamilə sıfırlayın!
⏳ Son 3 gün! Yerlər məhduddur.
🎓 SENTYABR ayından başlayacaq təcrübə proqramına
QOŞUL – PEŞƏKAR MÜƏLLİM OL!
Hədəf Liseyləri və Hədəf Kurslarında müəllimliyə aparan 5 aylıq STEAM əsaslı təcrübə-təlim proqramı başlayır!
Bu proqramda yalnız nəzəri bilik əldə etməyəcək, real dərslərdə iştirak edərək müəllimlik təcrübəsi qazanacaqsınız.
Proqram çərçivəsində sizi nə gözləyir?
📚 5 ay ərzində:
✨ 15 peşəkar təlim;
✨ Müasir və effektiv tədris metodları;
✨ Maraqlı və interaktiv dərs planlaşdırma təcrübəsi;
✨ Real sinif mühitində təcrübə;
✨ Pedaqoji və kommunikativ bacarıqlarını inkişafı.
🏆 Proqramın sonunda:
🌍 Beynəlxalq sertifikat
💼 Yüksək nəticə göstərənlər üçün REAL İŞ İMKANI!
🎯 Müəllimliyə peşəkar başlanğıc
🔥 ÖYRƏN → TƏCRÜBƏ QAZAN → ÖZÜNÜ SÜBUT ET → MÜƏLLİM OL!
📌 Yerlər məhduddur. Elə indi qeydiyyatdan keç!
🖇 Qeydiyyat: https://forms.gle/RpYy8neQqGBVD4oX9
☎️ Əlaqə: +994 77 220 22 44
Azərbaycan ədəbiyyatı ilk dəfə Meksikanın nüfuzlu kitab sərgisində təmsil olunacaq
Bu gün Altun Nəşriyyatının direktoru Rafiq İsmayılovla birlikdə Meksikanın Azərbaycandakı səfiri xanım Maria Victoria Romero ilə görüşdük.
Görüşümüzün əsas məqsədi Meksikada keçirilən, ispandilli dünyanın ən böyük kitab sərgilərindən biri olan Qvadalaxara Beynəlxalq Kitab Sərgisində iştirakımızla bağlı hazırlıq məsələlərini müzakirə etmək idi. Səfirlikdə viza prosedurlarımızı tamamladıq, eyni zamanda qarşıdakı səfərimizin proqramı, Meksikanın tarixi-mədəni məkanları və ölkəni daha yaxından tanımaq imkanları barədə fikir mübadiləsi apardıq.
Bu səfərin bizim üçün xüsusi əhəmiyyəti var. Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri olaraq mən – Şamil Sadıq və Assosiasiyanın İdarə Heyətinin üzvü Rafiq İsmayılov ilk dəfə olaraq ölkəmizi bu mötəbər kitab sərgisində təmsil edəcəyik.
Məqsədimiz yalnız sərgidə iştirak etmək deyil. Azərbaycan ədəbiyyatını, nəşriyyat işimizi və mədəniyyətimizi Latın Amerikası oxucusuna tanıtmaq, Meksikanın zəngin ədəbi və mədəni mühiti ilə yaxından tanış olmaq, yerli və beynəlxalq naşirlərlə yeni əməkdaşlıq əlaqələri qurmaqdır.
İnanıram ki, Qvadalaxaraya aparan bu yol Azərbaycan kitabının ispandilli dünyaya açılması üçün yeni əlaqələrin başlanğıcı olacaq.
Səmimi qəbula və dəyərli tövsiyələrə görə Meksikanın Azərbaycandakı səfiri xanım Maria Victoria Romeroya təşəkkür edirik.
Qarşıda Meksika, Qvadalaxara və Azərbaycan kitabı üçün yeni bir coğrafiya var!
Azərbaycan Nəşriyyatları Assosiasiyası
"Bu tədris ili fərqli başlayır: Hədəf Liseyində qeydiyyatdan keçin, məktəb alış-verişini unudun!"
Valideynlərin sentyabr qayğısına Hədəf Liseyindən tam dəstək! 🎒✏️
20 avqust-10 sentyabr tarixləri arası Hədəf Liseyində qeydiyyatdan keçən hər bir şagirdin çanta, dəftər və qələm xərclərini də biz qarşılayırıq!
İndi qeydiyyatdan keçin, Kitabevim mağazasından 100 AZN-lik hədiyyə kuponu qazanın və məktəb alış-verişini tamamilə sıfırlayın!
⏳ Son 20 gün! Yerlər məhduddur.
🌷 Balacalarımızın inkişafı üçün hər zaman yeniliklərə imza atan Hədəf Kursları bu dəfə də fərqli və rəngarəng bir təcrübə ilə gəlir! ✨
💐 Bu dəfə 4–13 yaş arası balacalarımızla birlikdə Gül Buketi Master-Klassı keçirəcəyik!
Onlar öz yaradıcılıqlarını ortaya qoyacaq, rəngləri və gülləri bir araya gətirərək öz əlləri ilə gözəl buketlər hazırlayacaqlar. 🌸
🎁 Üstəlik, iştirakçılarımızı müxtəlif hədiyyələr və xüsusi mükafatlar gözləyir! 🏆✨
📅 17 avqust
🕛 Saat 12:00
👧🏻👦🏻 Yaş aralığı: 4–13 yaş
📍 Ünvan: Hədəf Kursları Bakıxanov filialı
🤍 Öyrənək, yaradaq, əylənək və birlikdə gözəl xatirələr toplayaq!
📩 Ətraflı məlumat və qeydiyyat üçün:
☎️ +994 12 311 01 85
📚 Hədəf Kursları — hədəfi olanların məktəbidir!
🎓 SENTYABR ayından başlayacaq təcrübə proqramına QOŞUL – MÜƏLLİM OL!
Hədəf Liseyləri və Hədəf Kurslarında 5 aylıq STEAM əsaslı təcrübə-təlim proqramı başlayır.
Bu proqramla siz yalnız öyrənməyəcək, real müəllim təcrübəsi qazanacaqsız.
📅 15 peşəkar təlim
📌 Nəzəri bilik + real dərs + Hədəf liseylərində və Hədəf Kurslarında praktik bacarıqlar
📚 Proqramda nə qazanacaqsan?
✨ Müasir və effektiv tədris metodları;
✨ İnteraktiv və maraqlı dərs planlaması;
✨ Təcrübə dərslərinin real mühitdə aparılması;
✨ Pedaqoji və kommunikativ bacarıqların inkişafı.
🏆 Sizi gözləyən üstünlüklər:
💼 Yüksək nəticə göstərənlər üçün iş imkanı;
🌍 Beynəlxalq sertifikat;
📖 Real sinif mühiti və dərs təcrübəsi.
🎯 REAL İŞ İMKANI !
📌 Yerlər məhduddur, tələs!
🖇 Qeydiyyat: https://forms.gle/RpYy8neQqGBVD4oX9
☎️ Əlaqə: +994 77 220 22 44
Hədəf Liseyi tədrisdə müasir texnologiyaların tətbiqi istiqamətində yeni layihəyə başlayıb. Liseydə şagirdlərin dərsləri virtual reallıq mühitində öyrənməsinə imkan verəcək VR (Virtual Reality – virtual reallıq) sinfi qurulur.
Tədrisdə yeni imkanlar
Yeni VR sinfinin əsas məqsədi tədris prosesini daha əyani, interaktiv və təcrübəyönümlü etməkdir. Virtual reallıq texnologiyalarının köməyi ilə şagirdlər müxtəlif fənlər üzrə öyrəndikləri mövzuları yalnız dərslik və digər ənənəvi vasitələrlə deyil, üçölçülü virtual mühitdə müşahidə və tədqiq etmək imkanı əldə edəcəklər.
Müxtəlif fənlər üzrə VR təcrübəsi
VR texnologiyasından tarix, coğrafiya, biologiya, fizika, astronomiya və digər fənlərin tədrisində istifadə edilməsi nəzərdə tutulur. Belə ki, şagirdlər tarix dərslərində qədim şəhər və abidələri virtual şəkildə ziyarət edə, coğrafiyada dünyanın müxtəlif bölgələrini araşdıra, biologiyada insan orqanizminin quruluşunu üçölçülü modellər üzərində öyrənə, astronomiya dərslərində isə Günəş sistemi və kosmik məkanla daha yaxından tanış ola biləcəklər.
Texnologiya pedaqoji vasitəyə çevrilir
Hədəf Liseyinin qurucusu, dosent Şəmil Sadiq bildirib ki, layihənin məqsədi texnologiyanı sadəcə məktəb mühitinə gətirmək deyil, onu tədrisin səmərəliliyini artıran real pedaqoji vasitəyə çevirməkdir.
“Bugünkü uşaqlar tamam fərqli texnoloji mühitdə böyüyürlər. Məktəb də bu dəyişiklikdən kənarda qala bilməz. İstəyirik ki, şagird öyrəndiyini yalnız oxumasın və dinləməsin, eyni zamanda görsün, araşdırsın və mümkün qədər yaşasın. VR texnologiyası bizə sinif otağının fiziki sərhədlərini aşmaq imkanı verir. Biz gələcəyin məktəbini gözləmək yox, onu bu gündən qurmaq istəyirik”.
Layihə çərçivəsində VR avadanlıqlarının tədris proqramlarına uyğunlaşdırılması, müxtəlif fənlər üzrə virtual dərs məzmunlarının seçilməsi və müəllimlərin bu texnologiyadan səmərəli istifadəsi istiqamətində işlərin aparılması planlaşdırılır.
Hədəf Liseyi olaraq inanırıq ki, VR sinfinin tətbiqi şagirdlərin dərsə marağının artmasına, vizual qavrama imkanlarının genişlənməsinə və tədqiqatçılıq bacarıqlarının inkişafına töhfə verəcək. “Hədəf Liseyi – hədəfi böyük olanların liseyi!”
Köhnə üsullardan yeni təfəkkürə | Müasir tələbə necə öyrənməlidir?
https://www.facebook.com/share/v/1DXvEpKjAU/?mibextid=wwXIfr
🔴 TIKTOK CANLI YAYIMI
🎓 İxtisas seçimi ilə bağlı bütün suallarınıza cavab tapın!
Pəşəkar Təhsil Ekspertləri ixtisas seçimi ilə bağlı şagird və valideynləri maraqlandıran bütün sualları canlı yayımda cavablandıracaq.
📌 İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?
📌 Keçid balları necə dəyərləndirilməlidir?
📌 Gələcək peşə perspektivləri hansılardır?
📌 Düzgün seçim strategiyası necə qurulmalıdır?
📅 Tarix: 05.08.2026
🕒 Saat: 15:00
📍 Hədəf Kurslarının rəsmi TikTok hesabında
📩 Ətraflı məlumat və qeydiyyat üçün:
☎️ +994 12 311 01 85
