ru
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Открыть в Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Больше
Азербайджан410Категория не указана

📈 Аналитический обзор Telegram-канала Hebib Müntezir

Канал Hebib Müntezir (@hebmun) языкового сегмента Азербайджанский является активным участником. Сейчас сообщество объединяет 16 874 подписчиков, занимая место в категории Другое и 410 место в регионе Азербайджан.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 16 874 подписчиков.

Согласно последним данным от 02 декабря, 2024, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Благодаря высокой частоте обновлений (последние данные получены 03 декабря, 2024) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

16 874
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
Almaniyada iyun ayından etibarən 3 ay boyunda sürücülər benzini litrəsi 30 sent, mazutu isə 14 sent endirimlə alacaqlar. Xarabada Tarif Şurası yoxdur da, bir əncam çəksin buralara.

İlham Əliyev: "Üç ayda Azərbaycanda əhalinin gəlirləri təxminən 20 faiz artıb". Soruşmaq ayıb olmasın, söhbət hansı əhalidən gedir?

Boris Consondan sonra bu gün Avropanın daha 4 prezidenti Kiyevə gəlib, Zelenskiyə dəstək üçün görüşürlər. Almaniyanın prezidenti də Kiyevə gəlmək üçün müraciət etmişdi. Ancaq Zelenski onun müraciətini qəbul etməyib. Səbəb isə prezident Ştaynmayerin Putinlə isti münasibətidir.

Paşinyanın bugünkü çıxışından: - Beynəlxalq ictimaiyyət açıq mətnlə bizi təhlükədən xəbərdar edir ki, siz Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkəsiniz. Onlar bizə çatdırırlar ki, rəsmi Yerevanın bu mövqeyi təkcə Qarabağ üçün yox, elə Ermənistan üçün də böyük təhlükədir. Beynəlxalq ictimaiyyət bizə deyir ki, Dağlıq Qarabağ məsələsində gözləntilərinizi bir balaca aşağı salın. Belə olsa, böyük beynəlxalq dəstək təmin etmiş olarsınız. Əks halda bizdən heç bir kömək gözləməyin. Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və gözləyir ki, Qarabağın azərbaycanlı əhalisi tam məskunlaşdıqdan sonra bölgənin statusu və taleyi məsələsinin müəyyənləşdirilməsində azərbaycanlılar da iştirak etsin. - Ermənistan heç vaxt Azərabaycana qarşı torpaq iddiasında olmayıb. Qarabağ məsələsi - ərazi (torpaq) məsələsi deyil, hüquq məsələsidir. Ermənistan üçün "Artsax"da yaşayan ermənilərin təhlükəsizliyi, onların hüquq və azadlıqları və "Artsax"ın yekun statusu prinsipial əhəmiyyət kəsb edir. - Azərbaycan ordusunun Qaragöl və Geğarkunik (Göyçə mahalı) istiqamətlərində irəliləməsi Ermənistan hökumətinin və hərbi qüvvələrinin uğursuzluğudur, bunu qəbul edirəm. Ancaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu hadisəyə reaksiyasını təşkilatın iflası sayıram. KTMT hələ də o sahədə monitorinq aparmayıb. Azərbaycan hərbçiləri hələ də ordadırlar. - Rusiya sülməramlılarının Ermənistan deputatlarını Qarabağa buraxmamasını başa düşə bilmirəm. Bu, 10 noyabr üçtərəfli bəyanatına ziddir. Laçın dəhlizində yoxlama məntəqələri olmamalıdır. - Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez bir vaxtda imzalamaq bizim planlarımıza daxildir.

Almaniyada ailə naziri Anna Spiegel ətraf mühit naziri olarkən keçən il sel fəlakəti zamanı Fransaya səyahət etdiyi üçün tənqidlərə məruz qalıb, dərhal istefa verdi. Bizimkilər isə kresloda ölürlər: Bankir vəzifəsindən azad olunan Elman Rwstəmov baş nazirin müşaviri təyin olunub.

Ermənistan XİN Rusiyanı üçtərəfli bəyanatı pozmaqda ittiham edib. XİN-dən bildirilib ki, parlamentin müxalif deputatlarının Qarabağa gedə bilməməsi onları narahat edir. Qeyd edim ki, Rusiya sülhməramlıları Qarabağa səfər etmək istəyən erməni deputatları geri göndərib. Erməni mətbuatının yazdığına görə Azərbaycan tərəfi rəsmən bildirib ki, onlar əraziyə daxil olan kimi həbs olunacaqlar.

Rusiya Müdafiə Nazirliyi: "Azərbaycan Silahlı Qüvvələrinin Furuxda (Fərrux) atəşkəs rejimini pozması nəticəsində Dağlıq Qarabağ ordusuna məxsus bir hərbçi yaralanıb, insident aradan qaldırılıb".

Putin Buça qətliamını feyk adlandırıb və ABŞ ordusunun İraq, Suriya və Əfqanıstandakı qətliamlarını xatırladıb.

Lukaşenko: “Buça hadisələrini Britaniya törədib.

"CNN" xəbər verir ki, böyük hərbi kolon Rostov vilayətindən Donbass istiqamətində hərəkətə başlayıb. "Sputnik" isə bildirir ki, NATO-ya aid zirehli texnika karvanı Rumıniya ərazisindən Ukraynanın Ujqorod şəhərinə daxil olub. Ukrayna MN də bu günlərdə Donbassda şiddətli döyüşlərin başlayacağını bildirir. Çox böyük ehtimalla yaxın 2 həftə həlledici olacaq.

Martın 17-dən rus əsgərləri tərəfindən Mariupol şəhərində girov düşən, əslən Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı Hüseyn Abdullayev gurovluqdan azad olunub. Bu barədə ailə üzvləri məlumatı təsdiqləyiblər.

Ukrayna Baş Prokurorluğu bildirir ki, Rusiya ordusunun Buça şəhərində öldürdüyü mülki əhalinin sayı 400-dən çoxdur. Digər fakt isə zirzəmilərin birində "Kadırovçu" əsgərlərin 14-24 yaşlarında 25 qadına sistematik şəkildə cinsi təcavüz etməsidir. Hazırda onlardan 9-u hamilədir.

Ukrayna mənbələri iddia edirlər ki, Rusiya Ordusu Mariupol şəhərinə kimyəvi silah (fosfor) atıb.

16 il icrabaşı olmuş, İlham Əliyev tərəfindən "Vətənə xidmətə görə" ordeni verilmiş Vilyam Hacıyevin bugünkü məhkəməsində olanlar: - İmişlidə Vilyam Hacıyevin müavini olmuş, hazırda da həmin vəzifədə işləyən Hüseyn İbrahimov: “DOST İş Mərkəzində adı işçi kimi rəsmiləşdirilmiş 140 nəfərin maaşı Vilyam Hacıyevə çatırdı. Əməkhaqqı kartları vasitəsilə banklardan pulu mənim tanışlarım çıxarırdı. O kartlardan ayda ümumilikdə 107 min 900 manat pul çıxarılırdı". - Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin sabiq müdiri Şakir Nuriyev: "Bir torpaq sahəsi var idi, oğlumun adına olub, lakin o, dövlət qulluqçusu olduğuna görə əmlakı qardaşımın adına rəsmiləşdirmək istəyirdim. Torpaq sahəsinə sərəncam verilməsi üçün icraya 2 min manat pul vermişəm". - “Kristal-2” MMC-nin direktoru Etimad İsmayılov: "İmişlinin kəndlərində məktəb tikintisinə 900 min manat vəsait ayrılmışdı, onun 184 min manatını icraya verdim, tikintiyə icazə verdilər. Sonra İmişlidə 5 mərtəbəli binanın tikintisini bizə verdilər. Amma tapşırılmışdı ki, ayrılan puldan 2 milyon 400 min manatdan artıq xərclənməsin. Vəsaitə görə ucuz materiallar almalı olduq, domofon qoymadıq”. - İmişli Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Cəsur Paşayev: "2015-2018-ci illərdə xəstəxananın təmirinə ayrılmış 430 min manatın 30 faizini icra hakimiyyətinə vermişəm". - Təsərrüfatla məşğul olan Tofiq Rüstəmov: "Vəfat etmiş atamın adına olan torpaq sahəsini öz adıma keçirməkdən ötrü icra hakimiyyətinə 1000 manat vermişəm".

27 ildir Mərkəzi Bankın rəhbəri olan Elman Rüstəmov vəzifəsindən azad edilir. Onun əvəzinə "Paşa Bank"ın rəhbəri Taleh Kazımov gətiriləcək. Elman Rüstəmovun bu il 70 yaşı tamam olacaq. O, həmçinin Şahmat Federasiyasının prezidentidir.

"Azərsu" Tarif Şurasına su üzrə tariflərin dəyişdirilməsini (Oxu: bahalaşdırılmasını) təklif edib.

İlham Əliyev Putinə zəng edib və deyib ki, Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi rəsmi Yerevan qəbul edib.

Lavrov: "ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunda Rusiya ilə əməkdaşlıqdan imtina ediblər. Əgər onlar Qarabağda və ümumiyyətlə, Cənubi Qafqazda ermənilərin maraqlarını qurban verməyə hazırdırlarsa bu onların seçimidir”.

Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının artırılması üçün 19 şirkət Tarif Şurasına müraciət edib. Hazırlaşın...

Rusiya ordusunun Kramatorsk dəmiryolu vağzalına atdığı iki "Toçka-U" raketi 39 nəfər dinc sakinin həyatına son goyub, ölənlərin 4-ü uşaqdır. 100-dən çox yaralı var, Rusiya məğlub olduqca əvəzini mülkü vətəndaşlardan çıxır. Gəncə və Bərdə yadıma düşdü. 🤦‍♂️