Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Almaniyada iyun ayından etibarən 3 ay boyunda sürücülər benzini litrəsi 30 sent, mazutu isə 14 sent endirimlə alacaqlar. Xarabada Tarif Şurası yoxdur da, bir əncam çəksin buralara.
16 874
İlham Əliyev: "Üç ayda Azərbaycanda əhalinin gəlirləri təxminən 20 faiz artıb".
Soruşmaq ayıb olmasın, söhbət hansı əhalidən gedir?
16 874
Boris Consondan sonra bu gün Avropanın daha 4 prezidenti Kiyevə gəlib, Zelenskiyə dəstək üçün görüşürlər. Almaniyanın prezidenti də Kiyevə gəlmək üçün müraciət etmişdi. Ancaq Zelenski onun müraciətini qəbul etməyib. Səbəb isə prezident Ştaynmayerin Putinlə isti münasibətidir.
16 874
Paşinyanın bugünkü çıxışından:
- Beynəlxalq ictimaiyyət açıq mətnlə bizi təhlükədən xəbərdar edir ki, siz Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkəsiniz. Onlar bizə çatdırırlar ki, rəsmi Yerevanın bu mövqeyi təkcə Qarabağ üçün yox, elə Ermənistan üçün də böyük təhlükədir. Beynəlxalq ictimaiyyət bizə deyir ki, Dağlıq Qarabağ məsələsində gözləntilərinizi bir balaca aşağı salın. Belə olsa, böyük beynəlxalq dəstək təmin etmiş olarsınız. Əks halda bizdən heç bir kömək gözləməyin. Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və gözləyir ki, Qarabağın azərbaycanlı əhalisi tam məskunlaşdıqdan sonra bölgənin statusu və taleyi məsələsinin müəyyənləşdirilməsində azərbaycanlılar da iştirak etsin.
- Ermənistan heç vaxt Azərabaycana qarşı torpaq iddiasında olmayıb. Qarabağ məsələsi - ərazi (torpaq) məsələsi deyil, hüquq məsələsidir. Ermənistan üçün "Artsax"da yaşayan ermənilərin təhlükəsizliyi, onların hüquq və azadlıqları və "Artsax"ın yekun statusu prinsipial əhəmiyyət kəsb edir.
- Azərbaycan ordusunun Qaragöl və Geğarkunik (Göyçə mahalı) istiqamətlərində irəliləməsi Ermənistan hökumətinin və hərbi qüvvələrinin uğursuzluğudur, bunu qəbul edirəm. Ancaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu hadisəyə reaksiyasını təşkilatın iflası sayıram. KTMT hələ də o sahədə monitorinq aparmayıb. Azərbaycan hərbçiləri hələ də ordadırlar.
- Rusiya sülməramlılarının Ermənistan deputatlarını Qarabağa buraxmamasını başa düşə bilmirəm. Bu, 10 noyabr üçtərəfli bəyanatına ziddir. Laçın dəhlizində yoxlama məntəqələri olmamalıdır.
- Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez bir vaxtda imzalamaq bizim planlarımıza daxildir.
16 874
Almaniyada ailə naziri Anna Spiegel ətraf mühit naziri olarkən keçən il sel fəlakəti zamanı Fransaya səyahət etdiyi üçün tənqidlərə məruz qalıb, dərhal istefa verdi. Bizimkilər isə kresloda ölürlər: Bankir vəzifəsindən azad olunan Elman Rwstəmov baş nazirin müşaviri təyin olunub.
16 874
Ermənistan XİN Rusiyanı üçtərəfli bəyanatı pozmaqda ittiham edib. XİN-dən bildirilib ki, parlamentin müxalif deputatlarının Qarabağa gedə bilməməsi onları narahat edir. Qeyd edim ki, Rusiya sülhməramlıları Qarabağa səfər etmək istəyən erməni deputatları geri göndərib. Erməni mətbuatının yazdığına görə Azərbaycan tərəfi rəsmən bildirib ki, onlar əraziyə daxil olan kimi həbs olunacaqlar.
16 874
Rusiya Müdafiə Nazirliyi: "Azərbaycan Silahlı Qüvvələrinin Furuxda (Fərrux) atəşkəs rejimini pozması nəticəsində Dağlıq Qarabağ ordusuna məxsus bir hərbçi yaralanıb, insident aradan qaldırılıb".
16 874
Putin Buça qətliamını feyk adlandırıb və ABŞ ordusunun İraq, Suriya və Əfqanıstandakı qətliamlarını xatırladıb.
16 874
"CNN" xəbər verir ki, böyük hərbi kolon Rostov vilayətindən Donbass istiqamətində hərəkətə başlayıb. "Sputnik" isə bildirir ki, NATO-ya aid zirehli texnika karvanı Rumıniya ərazisindən Ukraynanın Ujqorod şəhərinə daxil olub. Ukrayna MN də bu günlərdə Donbassda şiddətli döyüşlərin başlayacağını bildirir. Çox böyük ehtimalla yaxın 2 həftə həlledici olacaq.
16 874
Martın 17-dən rus əsgərləri tərəfindən Mariupol şəhərində girov düşən, əslən Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı Hüseyn Abdullayev gurovluqdan azad olunub. Bu barədə ailə üzvləri məlumatı təsdiqləyiblər.
16 874
Ukrayna Baş Prokurorluğu bildirir ki, Rusiya ordusunun Buça şəhərində öldürdüyü mülki əhalinin sayı 400-dən çoxdur. Digər fakt isə zirzəmilərin birində "Kadırovçu" əsgərlərin 14-24 yaşlarında 25 qadına sistematik şəkildə cinsi təcavüz etməsidir. Hazırda onlardan 9-u hamilədir.
16 874
Ukrayna mənbələri iddia edirlər ki, Rusiya Ordusu Mariupol şəhərinə kimyəvi silah (fosfor) atıb.
16 874
16 il icrabaşı olmuş, İlham Əliyev tərəfindən "Vətənə xidmətə görə" ordeni verilmiş Vilyam Hacıyevin bugünkü məhkəməsində olanlar:
- İmişlidə Vilyam Hacıyevin müavini olmuş, hazırda da həmin vəzifədə işləyən Hüseyn İbrahimov: “DOST İş Mərkəzində adı işçi kimi rəsmiləşdirilmiş 140 nəfərin maaşı Vilyam Hacıyevə çatırdı. Əməkhaqqı kartları vasitəsilə banklardan pulu mənim tanışlarım çıxarırdı. O kartlardan ayda ümumilikdə 107 min 900 manat pul çıxarılırdı".
- Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin sabiq müdiri Şakir Nuriyev: "Bir torpaq sahəsi var idi, oğlumun adına olub, lakin o, dövlət qulluqçusu olduğuna görə əmlakı qardaşımın adına rəsmiləşdirmək istəyirdim. Torpaq sahəsinə sərəncam verilməsi üçün icraya 2 min manat pul vermişəm".
- “Kristal-2” MMC-nin direktoru Etimad İsmayılov: "İmişlinin kəndlərində məktəb tikintisinə 900 min manat vəsait ayrılmışdı, onun 184 min manatını icraya verdim, tikintiyə icazə verdilər. Sonra İmişlidə 5 mərtəbəli binanın tikintisini bizə verdilər. Amma tapşırılmışdı ki, ayrılan puldan 2 milyon 400 min manatdan artıq xərclənməsin. Vəsaitə görə ucuz materiallar almalı olduq, domofon qoymadıq”.
- İmişli Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Cəsur Paşayev: "2015-2018-ci illərdə xəstəxananın təmirinə ayrılmış 430 min manatın 30 faizini icra hakimiyyətinə vermişəm".
- Təsərrüfatla məşğul olan Tofiq Rüstəmov: "Vəfat etmiş atamın adına olan torpaq sahəsini öz adıma keçirməkdən ötrü icra hakimiyyətinə 1000 manat vermişəm".
16 874
27 ildir Mərkəzi Bankın rəhbəri olan Elman Rüstəmov vəzifəsindən azad edilir. Onun əvəzinə "Paşa Bank"ın rəhbəri Taleh Kazımov gətiriləcək. Elman Rüstəmovun bu il 70 yaşı tamam olacaq. O, həmçinin Şahmat Federasiyasının prezidentidir.
16 874
"Azərsu" Tarif Şurasına su üzrə tariflərin dəyişdirilməsini (Oxu: bahalaşdırılmasını) təklif edib.
16 874
İlham Əliyev Putinə zəng edib və deyib ki, Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi rəsmi Yerevan qəbul edib.
16 874
Lavrov: "ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunda Rusiya ilə əməkdaşlıqdan imtina ediblər. Əgər onlar Qarabağda və ümumiyyətlə, Cənubi Qafqazda ermənilərin maraqlarını qurban verməyə hazırdırlarsa bu onların seçimidir”.
16 874
Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının artırılması üçün 19 şirkət Tarif Şurasına müraciət edib. Hazırlaşın...
16 874
Rusiya ordusunun Kramatorsk dəmiryolu vağzalına atdığı iki "Toçka-U" raketi 39 nəfər dinc sakinin həyatına son goyub, ölənlərin 4-ü uşaqdır. 100-dən çox yaralı var, Rusiya məğlub olduqca əvəzini mülkü vətəndaşlardan çıxır. Gəncə və Bərdə yadıma düşdü. 🤦♂️
