Munacat TV
Открыть в Telegram
Allahla söhbət etmək üçün ən yaxşı dil🤍🕊 Allahla münacat etmək insan ruhuna elə təsir qoyur ki, insan var olduğunu unudur və özünü İlahi feyzə təslim edir.
Больше2 154
Подписчики
+124 часа
-67 дней
-3730 день
Архив постов
2 154
Həqiqətən, sizin babanız Adəmdir və o da torpaqdan yranmışdır. Sizin Allah yanında ən hörmətliniz ən təqvalınızdır.” Allah-Taala “Hücurat” surəsində də belə buyurur:
يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ
“Ey insanlar! Şübhəsiz, Biz, sizin hamınızı bir kişi və qadından yaratdıq və bir-birinizi tanıyasınız deyə sizi böyük və kiçik qəbilələr etdik. Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən təqvalınız, pəhrizkarınızdır.”
Həmçinin o həzrət “Vida” həccində də müsəlmanlara xitabən ərəbin əcəmə, ağdərilinin qaradəriliyə üstün olmadığını, üstünlük və fəzilətdə təqva və pərhizkarlığın yeganə meyar olduğunu vurğulamışdı: “Ey insanlar, sizin Rəbbiniz birdir, atanız da birdir (Adəm)... Allah yanında ən hörmətliniz ən təqvalı olanızdır. Ərəbin əcəmə heç bir üstünlüyü yoxdur və üstünlük yalnız təqva ilə ölçülür.”
Beləliklə, Peyğəmbər (s) tövhid şüarı ilə müsəlmanlar arasında vəhdət və birlik yaratdı, düşmənçilikləri aradan qaldırıb, qəlbləri bir-birinə yaxnlaşdırdı. Ümid edirik, ki, İslamın, Quranın, Peyğəmbərin (s) və İslam rəhbərlərinin vəhdətlə bağlı tövsiyələri İslam camiəsində öz əksini tapacaqdır!
2 154
‘VƏHDƏT HƏFTƏSİ’ – Allahın ipindən möhkəm yapışın,parçalanmayın.
Qeyd etmək lazımdır ki, Peyğəmbəri-Əkrəmin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-si qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin təşəbbüsü ilə bu iki gün bayram günləri, eyni halda ikisinin arasında olan günlər isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri ( 5 sentyabr - 10 sentybar 2025) “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.
Qurani-Kərimə əsasən, Allah-Taala Peyğəmbəri-Əkrəmi (s) aləmlərə rəhmət olaraq göndərmişdir. “Ənbiya” surəsinin 107-ci ayəsində buyurur:
وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ
“(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik.”
Təbii ki, belə bir şəxsiyyətin doğum günü insanların və əsasən müsəlmanların vəhdət və birliyinə səbəb olmalıdır. Allah-Taala vəhdət və birlik barəsində “Ali-İmran” surəsinin 103-cü ayəsində buyurur:
وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًاَ
«Hamılıqla Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, qəlbləriniz arasında ülfət və mehribanlıq yaratdı və Onun bu neməti sayəsində bir-birinizlə qardaş oldunuz...»
Bu ayədəki «həblillah» (Allahın ipi) ibarəsi ilə bağlı təfsir alimləri müxtəlif ehtimallar irəli sürmüşlər. İslam rəvayətlərində də bu məsələ ilə bağlı müxtəlif təbirlər gözə deyir. Lakin onların bir-birilə heç bir əsaslı ixtilafı yoxdur. Çünki «Allahın ipi» dedikdə, bəndələrlə Allah arasında olan hər növ rabitə və vasitə nəzərdə tutulur, bu vasitə istər Quran olsun, istər Peyğəmbər (s), istərsə də onun Əhli-beyti (ə).
“Ənbiya” surəsinin 92-ci ayəsində müsəlmanlar “vahid ümmət” adlandırılır və buyurulur:
إِنَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ
“(Ey insanlar!) Şübhəsiz, bu (insan cinsi) sizin ümmətinizdir və hamınız bir ümmətsiniz. Və Mən sizin Rəbbinizəm. Buna görə də, yalnız Mənə ibadət edin.”
“Hücurat” surəsinin 10-cu ayəsində möminlərin bir-birinə qardaş olduqları haqda söz açılır və buyurulur:
إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ
“Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız! “
Bu ayələrə əsasən, müsəlmanlar arasında vəhdət və birlik zəruri bir məsələdir. İslam Peyğəmbərinin (s) “besət”dən “rehlət”ə qədərki həyatında “tövhid” şüarı ilə müsəlmanlar arasında təfriqə və ixtilafların aradan qaldırılması, vəhdət təməlinin möhkəmlənməsi, dostluq və qardaşlıq prinsipinin güclənməsi istiqamətində öz təlimləri, əməl və rəftarları ilə böyük addımlar atdığının şahidi oluruq. Tarixdə oxuyuruq ki, İslam və İslam Peyğəmbəri (s) nifaq və təfriqə ilə məşhurlaşan bədəvi ərəb qəbilərini vəhdət bayrağı altına yığmış, onların arasında ülfət və mehribanlıq hissi yaratmış, kin-küdurətləri və cahilliyyət təəssübkeşliyini aradan qaldırmış, az müddət ərzində Ərəbistan yarımadasında “vahid ümmət” adı ilə güclü İslam quruluşu yaratmışdır. İnsanlar arasında ixtilaf və təfriqə yaradan amillərdən biri millətpərəstlik və irqi ayrıseçkilikdir. Lakin İslam Peyğəmbəri (s) 8-ci hicri-qəməri ilində müşrikləri məğlub etdikdən sonra, nəsil-nəcabəti yeganə dəyər və fəzilət meyarı bilənlərin cavabında təqvanı əsas meyar və ölçü tanıtdırmış, yalnız təqvalı insanın Allah dərgahında əziz olduğunu bildirmişdir: “Ey insanlar! Allah-Taala sizin İslama üz gətirməyinizlə irqi ayrıseçkiliyi, nəsil-nəcabətlə öyünməyi, süstlük və cahilliyi aradan qaldırdı.
2 154
Əziz İslam Peyğəmbərinin (s) rehləti və İmam Həsən Müctəbanın (ə) şəhadəti ilə bağlı başsağlığı veririk!
2 154
Dedim: Ey mənim ağam, ey mənim sərvərim! Camaat mənim dediklərimi qəbul etməz və əlimdə bir dəlil olmazsa, onlar mənim dediklərimi təkzib edərlər. Buyurdu: Biz sənə bir əlamət deyəcəyik, sən isə get bizim dediklərimizi ona çatdır. Sonra Seyyid Əbül-Həsənə de ki, səninlə birgə gedib onun bu vaxta qədər əldə etdiyi gəlirini geri alıb, həmin pulu burada məscidin tikilişinə sərf etsin. Məscidin qalan məxaricini isə bizim Ərdəhaldakı mülkümüzün gəlirindən gətirib, məscidin tikintisini sona çatdırsın. Biz o mülkün mənfəətinin yarısını məscidə vəqf etmişik ki, hər il əldə olunan gəlirdən onun təmirinə sərf olunsun. Camaata da deyin ki, bu yerə böyük diqqət və rəğbət göstərsinlər. Məscidin ehtiramını əziz tutub, orada dörd rükət namaz qılsınlar...
http://T.me/MunacatTV
2 154
İMAM ZAMANLA GÖRÜŞƏNLƏR
Cəmkəran məscidi niyə və necə tikildi?
Cəmkəran məscidi... Bura İmam Zaman (ə)-ın aşiqlərinin onunla ruhən görüşdükləri bir məkandır. Bilirsinizmi bu əzəmətli və mə`nəviyyatla dolu olan məscid necə tikilmişdir? Bilirsinizmi bu müqəddəs məkan nə üçün İmam Zamanla (ə) görüş yerinə çevrilmişdir?
Bu məscid min il bundan qabaq Qum şəhərində elmi hövzə tə"sis olunması məqsədilə dəftərxana olaraq İmam Zaman (ə)-ın aşiqlərinin onun müqəddəs vücudu ilə görüşə bilmələri üçün tikilmişdir. Hal-hazırda bura camaatın İmam Zamanla (ə) görüş diyarı və öz hacətlərini ondan aldıqları dilək yeridir. Əgər bu məsciddə yalnız İmam Zaman (ə)-ın hüzuru və onunla əlaqədar nəql olunan görüşləri bir yerə yığmaq istəsək, bəlkə də yüzlərlə əhvalat nəql edə bilərik. Amma nə etmək olar ki, bu görüşlərə nail olan bə"zi şəxslər görüşlərin onların şəxsi həyatı ilə birbaşa əlaqəsi olduğu üçün onları nəql etməyə icazə verməmişlər. Bu görüşlərdən bə"ziləri Ali-Məhəmmədin sirlərilə əlaqəli olduğu üçün biz onlar barədə söhbət açmayacağıq. Hər halda, Cəmkəran məscidi bu günlər bəlkə də, Qumdakı həzrət Mə"sumənin ziyarətgahından daha çox ziyarət edilir. Bir neçə il bundan əvvəl, hətta cümə axşamlarında belə orada çox az sayda insan göründüyü halda, lakin indinin özündə bu məscidin minlərlə İmam Zaman (ə) aşiqinin ziyarətgahına çevrildiyi şübhəsizdir.
Qeyd etmək lazımdır ki, bu məscidin əhəmiyyət və əzəmətini gözdən salmaq və ya şübhə altına almaq istəyən “zirək” düşmənlər və bə"zən də nadan dostlar demişlər ki, onun tə"sisi əhvalatını Həsən ibn Müslə yuxuda görmüşdür. Lakin, bu əhvalatın qeyd olunduğu bütün mənbələrdə onun oyaq vaxtı baş verdiyi və heç bir halda yuxuya aid olmadığı vurğulanıb. “Nəcmus-Saqib”, “Qum tarixi” və “Munisul-həzin” kitablarında bu əhvalat belə nəql olunur:
“Şeyx Həsən Müslə Cəmkərani buyurur: 393-cü hicri qəməri ilinin Ramazan ayının 17-si, çərşənbə axşamı evimdə (Cəmkəran kəndində) yatmışdım. Gecənin yarısı neçə nəfər evimin qapısı arxasından məni səsləyib yuxudan oyadaraq dedilər: Qalx! İmam Zaman (ə) səni çağırır. Tez ayağa qalxıb qaranlıqda köynəyimi geymək istədim. Amma, deyəsən, səhvən başqa bir köynək götürmüşdüm. Göynəyi geyinmək istəyirdim ki, eşikdən səs eşitdim: O köynək sənin deyil, onu geyinmə! Öz köynəyimi tapıb geyindikdən sonra şalvarımı geyinmək istədim. Yenə də eşikdən səs gəldi: O şalvar səninki deyil, onu geyinmə! Mən yenə şalvarı kənara qoyub öz şalvarımı tapıb geyindim. Bundan sonra həyətin qapısını açmaq üçün qıfılın açarını axtarmağa başladım ki, yenidən həmin səs eşidildi: Qapı açıqdır və açara ehtiyac yoxdur. Qapıya yaxınlaşdıqda, baxıb gördüm ki, bir qrup böyük şəxs məni gözləyir. Onlara salam verdim, onlar da salamımın cavabını verib “mərhəba!” – dedilər. Sonra onlarla birlikdə (indiki Cəmkəran məscidinin olduğu yerə) yola düşdüm. Görüş yerinə çatdıqda, gördüm ki, açıq bir yerə taxt qoyulmuş, taxtın üzərinə xalı döşənmiş, onun üzərinə də balışlar qoyulmuşdu. Taxtda, təxminən otuz yaşlı bir cavan oturub balışlara söykənmişdi. Cavanın yanında qoca bir kişi də oturub əlindəki kitabdan onun üçün nə isə oxuyurdu. Taxtın kənarında isə altmış nəfərə yaxın adam namaz qılırdı. Onların bə"zilərinin əynində ağ, bə"zilərinin əynində isə sarı paltar var idi.
Həzrət Xızr (ə) olan həmin qoca mənə İmam Zaman (ə) olan o cavanın yanında yer verdi və o Həzrət məni adımla çağırıb buyurdu: Həsən Müslə! Get, Həsən Müslimə de ki, neçə ildir bu yeri abadlaşdırır və əkinçiliklə məşğul olursan. De ki, bundan belə bu yerdən istifadə etməyə ixtiyarın yoxdur. Bu vaxta qədər götürdüyün məhsulların gəlirini gərək geri qaytarasan ki, biz də burada məscid tikə bilək! Həsən Müslimə bunu da de ki, bu yer çox şərəfli bir yerdir və Allah-təala oranı seçib bəyənmişdir. Sən isə bu yeri öz ixtiyarına keçirəndən sonra Allah-təala səni cəzalandırmaq məqsədilə iki oğlunu əlindən alsa da, amma bir nəticə çıxarmadın. Əgər bu işdən yenə də əl çəkməsən, Allah-təala səni ağlına gətirmədiyin əzaba düçar edəcəkdir.
2 154
Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et!
Sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı etdikdən sonra üzünü qiblədən döndərə bilərsən!
(“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, səh. 1070)
2 154
təğətrəsə və tərədda fi həvah, və əsxətəkə və əsxətə nəbiyyək, və ətaə min ibadikə əhləş şiqaqi vən nifaq, və həmələtəl əvzaril mustəvcibinən nar (lin nar), fəcahədəhum fikə sabirən muhtəsibən hətta sufikə fi taətikə dəmuhu və ustubihə hərimuh, Əllahummə fələnhum lənən vəbila, və əzzibhum əzaən əlima, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə səyyidil əvsiya, əşhədu ənnəkə əminullahi vəbnu əminih, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida, və əşhədu ənnəllahə muncizun ma vəədəkə və muhlikun mən xəzələkə və muəzzibun mən qətələk, və əşhədu ənnəkə vəfəytə bi əhdillahi və cahədtə fi səbilihi hətta ətakəl yəqin, fə ləənəllahu mən qətələk, və ləənəllahu mən zələməkə və ləənəllahu ummətən səmiət bi zalikə fərəziyət bih, Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adah, bi əbi əntə və ummi yəbnə rəsulillah, əşhədu ənnəkə kuntə nurən fil əslabiş şamixəti vəl ərhamil mutəhhərəh (ərhamit tahirəh), ləm tunəcciskəl cahiliyyətu bi əncasiha, və ləm tulbiskəl mudləhimmatu min siyabiha, və əşhədu ənnəkəl imamul bərrut təqiyyur rəziyyuz zəkiyyul hadil məhdiyy, və əşhədu ənnəl əimmətə min vuldikə kəlimətut təqva və əlamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və əşhədu ənni bikum muminun və bi iyabikum muqinun bi şərayii dini və xəvatimi əməli, və qəlbi li qəlbikum silmun və əmri li əmrikum muttəbi, və nusrəti ləkum muəddətun hətta yəzənəllahu ləkum, fə məəkum məəkum la məə əduvvikum, sələvatullahi ələykum və əla ərvahikum və əcsadikum (və əcsamikum) və şahidikum və ğaibikum, və zahirikum və batinikum aminə rəbbəl aləmin.
“ƏRBƏİN” ZİYARƏTNAMƏSİNİN TƏRCÜMƏSİ
Salam olsun Allahın vəlisinə və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq xüsusu səadət məqamına çatdırdın və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öndərlərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədə vəfa etdi, səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. Yenə şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah səni öldürən, sənə zülm və sitəm edənlərə lənət etsin. Həmçinin sənin öldürüldüyünü eşitdikdə, sevinərək şadlıq edən kəsə də Allah lənət etsin. İlahi, Səni şahid tuturam ki, mən o həzrətə, onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam.
2 154
“ƏRBƏİN” ZİYARƏTNAMƏSİ (oxunuşu və tərcüməsi ilə)
Ərbəin günü imam Hüseynə (ə) məxsus “Ərbəin” ziyarətnaməsini oxumaq müstəhəbdir. Şeyx Tusi “Təhzib” və “Misbah” kitablarında Səffan Cəmmaldan belə nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu ki, “ərbəin” günü günəş üfüqdən bir qədər qalxdıqdan sonra bu duanı oxu:
السَّلامُ عَلَى وَلِيِّ اللَّهِ وَ حَبِيبِهِ السَّلامُ عَلَى خَلِيلِ اللَّهِ وَ نَجِيبِهِ السَّلامُ عَلَى صَفِيِّ اللَّهِ وَ ابْنِ صَفِيِّهِ السَّلامُ عَلَى الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهِيدِ السَّلامُ عَلَى أَسِيرِ الْكُرُبَاتِ وَ قَتِيلِ الْعَبَرَاتِ اللَّهُمَّ إِنِّي أَشْهَدُ أَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ الْفَائِزُ بِكَرَامَتِكَ أَكْرَمْتَهُ بِالشَّهَادَةِ وَ حَبَوْتَهُ بِالسَّعَادَةِ وَ اجْتَبَيْتَهُ بِطِيبِ الْوِلادَةِ وَ جَعَلْتَهُ سَيِّدا مِنَ السَّادَةِ وَ قَائِدا مِنَ الْقَادَةِ وَ ذَائِدا مِنَ الذَّادَةِ وَ أَعْطَيْتَهُ مَوَارِيثَ الْأَنْبِيَاءِ وَ جَعَلْتَهُ حُجَّةً عَلَى خَلْقِكَ مِنَ الْأَوْصِيَاءِ فَأَعْذَرَ فِي الدُّعَاءِ وَ مَنَحَ النُّصْحَ وَ بَذَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ وَ حَيْرَةِ الضَّلالَةِ وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا وَ بَاعَ حَظَّهُ بِالْأَرْذَلِ الْأَدْنَى وَ شَرَى آخِرَتَهُ بِالثَّمَنِ الْأَوْكَسِ وَ تَغَطْرَسَ وَ تَرَدَّى فِي هَوَاهُ وَ أَسْخَطَكَ وَ أَسْخَطَ نَبِيَّكَ وَ أَطَاعَ مِنْ عِبَادِكَ أَهْلَ الشِّقَاقِ وَ النِّفَاقِ وَ حَمَلَةَ الْأَوْزَارِ الْمُسْتَوْجِبِينَ النَّارَ [لِلنَّارِ] فَجَاهَدَهُمْ فِيكَ صَابِرا مُحْتَسِبا حَتَّى سُفِكَ فِي طَاعَتِكَ دَمُهُ وَ اسْتُبِيحَ حَرِيمُهُ اللَّهُمَّ فَالْعَنْهُمْ لَعْنا وَبِيلا وَ عَذِّبْهُمْ عَذَابا أَلِيما السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْأَوْصِيَاءِ أَشْهَدُ أَنَّكَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ عِشْتَ سَعِيدا وَ مَضَيْتَ حَمِيدا وَ مُتَّ فَقِيدا مَظْلُوما شَهِيدا وَ أَشْهَدُ أَنَّ اللَّهَ مُنْجِزٌ مَا وَعَدَكَ وَ مُهْلِكٌ مَنْ خَذَلَكَ وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ وَ أَشْهَدُ أَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ جَاهَدْتَ فِي سَبِيلِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَلَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ أَنِّي وَلِيٌّ لِمَنْ وَالاهُ وَ عَدُوٌّ لِمَنْ عَادَاهُ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا ابْنَ رَسُولِ اللَّهِ أَشْهَدُ أَنَّكَ كُنْتَ نُورا فِي الْأَصْلابِ الشَّامِخَةِ وَ الْأَرْحَامِ الْمُطَهَّرَةِ [الطَّاهِرَةِ] لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِأَنْجَاسِهَا وَ لَمْ تُلْبِسْكَ الْمُدْلَهِمَّاتُ مِنْ ثِيَابِهَا وَ أَشْهَدُ أَنَّكَ مِنْ دَعَائِمِ الدِّينِ وَ أَرْكَانِ الْمُسْلِمِينَ وَ مَعْقِلِ الْمُؤْمِنِينَ وَ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْبَرُّ التَّقِيُّ الرَّضِيُّ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ أَعْلامُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا وَ أَشْهَدُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِإِيَابِكُمْ مُوقِنٌ بِشَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي وَ قَلْبِي لِقَلْبِكُمْ سِلْمٌ وَ أَمْرِي لِأَمْرِكُمْ مُتَّبِعٌ وَ نُصْرَتِي لَكُمْ مُعَدَّةٌ حَتَّى يَأْذَنَ اللَّهُ لَكُمْ فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ عَدُوِّكُمْ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى أَرْوَاحِكُمْ وَ أَجْسَادِكُمْ [أَجْسَامِكُمْ] وَ شَاهِدِكُمْ وَ غَائِبِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ آمِينَ رَبَّ الْعَالَمِينَ
Əssəlamu əla vəliyyillahi və həbibih, əssəlamu əla xəlilillahi və nəcibih, əssəlamu əla səfiyyillahi vəbni səfiyyih, əssəlamu ələl Husəynil məzlumiş şəhid, əssəlamu əla əsiril kurubati və qətilil əbərat, əllahummə inni əşhədu ənnəhu vəliyyukə vəbnu vəliyyik, və səfiyyukə vəbnu səfiyyikəl faizu bi kəramətik, əkrəmtəhu biş şəhadəti və həbəvtəhu bis səadəh, vəctəbəytəhu bitiybil viladəh, və cəəltəhu səyyidən minəs sadəti və qaidən minəl qadəti və zaidən minəz zadəh, və ətəytəhu məvarisəl ənbiyai və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiya, fə əzərə fid duai və mənəhən nushu və bəzələ muhcətəhu fik, liyəstənqizə ibadəkə minəl cəhaləti və həyrətiz zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrəthud dunya və baə həzzəhu bil ərzəlil ədna, və şəra axirətəhu bis səmənil əvkəs, və
2 154
"ƏRBƏİN" GÜNÜNÜN ƏMƏLLƏRİ
4 AVQUST / 20 SƏFƏR (Avqustun 3-ü axşamı Şam namazından sonra, yəni bu gün axşam, Ərbəin günü daxil olur.)
Ərbəin günüdür (İmam Hüseynin (ə) və vəfalı səhabələrinin şəhadətinin 40-cı günüdür.)
İmam Hüseynin (ə) ərbəinində o Həzrəti (ə) yaxından ziyarət etmək müstəhəbdir və o Həzrəti (ə) həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, İmam Sadiqdən (ə) soruşdular:
- İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun?
O həzrət buyurdu:
- Hər zaman o Həzrəti (ziyarət etməyə tələsin. Çünki o Həzrəti (ə) ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər... O Həzrəti (ə) mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o Həzrəti (ə) ziyarət etmək üçün səmadan yerə enərlər..
İmam Həsən Əskəri (ə) buyurmuşdur:
عَلاماتُ المؤمنِ خَمسٌ: صَلَواتُ إحدي و خَمسينَ، و زيارةُ الأربعينَ، و التَّخَتُّم بِاليَمينِ، و تَعفيرُ الجَبينِ، و الجَهْرُ بِبسم اللهِ الرَّحمنِ الرَّحيمِ
Möminin beş əlaməti vardır:
1. Hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq;
2. “Ərbəin” günü İmam Hüseyni (ə) ziyarət etmək;
3. Səcdədə alını torpağa qoymaq;
4. (Namazda) “Bismillahir-Rəhmanir-Rəhim”i ucadan demək;
5. Sağ ələ üzük taxmaq.
2 154
Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et!
Sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı etdikdən sonra üzünü qiblədən döndərə bilərsən!
(“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, səh. 1070)
