es
Feedback
Munacat TV

Munacat TV

Ir al canal en Telegram

Allahla söhbət etmək üçün ən yaxşı dil🤍🕊 Allahla münacat etmək insan ruhuna elə təsir qoyur ki, insan var olduğunu unudur və özünü İlahi feyzə təslim edir.

Mostrar más
2 243
Suscriptores
Sin datos24 horas
-107 días
-4530 días
Archivo de publicaciones

إِنْ أَعْطَيْتَ لَمْ تَشُبْ عَطَاءَكَ بِمَنٍّ  "İlahi, əgər Sən əta etsən, heç vaxt ona minnət qatmazsan" Allah heç bir halda heç bir şeyə heç bir cəhətdən ehtiyacı olmadığına görə birinə əta etdikdə də, onu təhqir etməyə ehtiyacı yoxdur. Minnət qoymaq nəfsani səbəbə görədir və bu o vaxt  baş verir ki, insan özündə çatışmamazlıq hiss etsin. Bu çatışmamazlığı öz gümanınca aradan qaldırmaq üçün isə yaxşılıq etdiyi şəxsə deyir: Mənəm ki sənə yaxşılıq etdim. Əgər mən bu işi etməsəydim sən belə-belə olardın...  Bu cür sözləri demək insanın öz həqarət və kiçikliyini ört-basdır etməsi üçündür. Əgər bir varlığın vücudunda heç bir nöqsan və çatışmamazlıq olmasa, həqarətin onun üçün heç bir mənası olmayacaq və nəticədə minnət qoymaq üçün heç bir səbəbə ehtiyac duymuyacaq. Odur ki, Allah yaratdıqlarına lütf etməyi sevdiyi üçün bəxşiş və əta edir. © Əllamə Misbah Yəzdi (r) 📚 Səhifəyi Səccadiyə, 45-ci duanın şərhi 22/06/2015

Repost from Maide.Az/MaideTV
Bir nəfər Peyğəmbəri-Əkrəmə (s) dedi: "Ya Rəsulǝllah, mənə bir iş öyrət ki, onu yerinə yetirməklə Behişt əhlindən olum!” Hazr
Bir nəfər Peyğəmbəri-Əkrəmə (s) dedi: "Ya Rəsulǝllah, mənə bir iş öyrət ki, onu yerinə yetirməklə Behişt əhlindən olum!” Hazrat buyurdu: قُلْ رَبِّي اللَّهُ ثُمَّ اسْتَقِمْ "DE: MƏNİM RƏBBİM ALLAHDIR, SONRA ONUN ÜSTÜNDƏ MÖHKƏM DAYAN!" Yena soruşdu: يا رسولَ اللَّهِ ما أخوَفُ ما تخافُ عليَّ ؟ "Ya Rəsulǝllah! Çəkinməli olacağım ən qorxulu şey nədir?" فأخذَ بلسان نفسِهِ ثُمَّ قَالَ : هذا Həzrət əli ilə dilini tutub: "BU!" deyə buyurdu. #hədis #gününhədisi @MaideTV

Dünya ağacı meyvə verməz Hz.Peyğəmbərdən (s) belə bir mübarək kəlam nəql olunmuşdur: "Sizin üçün qorxduğum ən pis şey məhz bu dünya çiçəkləridir". Allah-Taala Qurani-Kərimdə Öz Rəsuluna belə buyurur: ‏وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَمَّتَّعْنَا بِهِ أَزْوَاجًا مِّنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنْيَا "Onlardan bəzi zümrələrə verdiyimiz dünya həyatının bərbəzəyinə (çiçəyinə) göz dikmə!" "Ta-ha" surəsi, 131-ci ayə Buyurur ki: Dünya heç kəs üçün meyvə verməz, diqqətli olun! Hər kəs bir bağ salar, bir ağac əkər. Lakin bu ağaclar ən çoxu çiçək açar. Elə ki, bu çiçək meyvəyə dönmək istəyər, o kəsin möhləti bitər və bu aləmdən köçər! Kimsə dünya ağacından meyvə dərəcəyini sanmasın, çünki meyvələr o biri aləmdədir. Elə buna görə də buyurmuşdur: "Dünya həyatının çiçəyinə göz dikmə!" Bəli, sən ağac əkdin, onu suvardın, o göyərdi, yarpaq açdı, budaq atdı və çiçəkləndi. Amma bu vaxtsız şaxta gəlib o çiçəkləri vuracaq! Bildiyiniz kimi, soyuq iqlimlərdə ağac meyvə verməz. Çünki çiçək açmaq istəyəndə vaxtsız şaxta düşər və onun həyatına son qoyar. Hz.Peyğəmbər (s) buyurur: "Dünya elə bir yer deyil ki, kimsə onun ağacından meyvə dərə bilsin. Bura ancaq çiçəklənmə həddindədir! Və mənim sizin üçün qorxduğum şey, məhz bu dünyanın (aldadıcı) çiçəkləridir". Ayətullah Cavadi Amuli (h)

(ə) Peyğəmbərdən (s), Peyğəmbər (s) Cəbraildən, Cəbrail isə Allahdan eşitmişdir. And olsun Allaha! Hətta dara çəkiləcəyim yeri də bilirəm. Mən ilk müsəlmanam ki, İslam yolunda ağzıma cilov taxılacaq.” İbn Ziyad Meysəmin sözlərindən heyrətə gəlib dedi: “And olsun Allaha! Əl-ayağını kəsəcək, dilini isə kəsməyəcəyəm ki, həm mövlanın, həm də sənin yalanların üzə çıxsın.” Sonra İbn Ziyad göstəriş verdi ki, Meysəmin əl-ayağını kəssinlər və dar ağacından assınlar. (“Biharul-ənvar”, c.42, s.124.) DAR AĞACINDA Meysəm haqq danışdığı, sazişə getmədiyi və haqqı himayə etdiyi üçün dara çəkildi.O, öz ölümünü o qədər adi qarşıladı ki, düşmənin qəzəbi daha da artdı. O, hətta ölüm ayağında ikən uca səslə xalqa islami həqiqətlərdən və imam Əlinin (ə) əsrarəngiz hədislərindən danışırdı. O vaxtlar insanı boğazından yox, çiyinləri və sinəsindən dara çəkər və boğmaqla yox, sıxıntı və aclıqla öldürərdilər. Meysəm deyirdi: “Hər kəs imam Əlinin (ə) dəyərli bir hədisini eşitmək istəyirsə, mən ölməmiş yaxına gəlsin. Mən sizə gələcəyin hadisələrindən xəbər verərəm.” Xalq onun ətrafına toplaşmışdı. Meysəm Əhli-beytin, imam Əlinin (ə) fəzilətlərindən danışır, Bəni-Üməyyənin xəyanətlərini ifşa edirdi. Bu son anlarda Meysəmin dar ağacından həqiqətləri bəyan etməsi olduqca təsirli idi. İbn Ziyada xəbər verdilər ki, bu adam sizi rüsvay etdi. İbn Ziyad dedi: “Ağzına cilov taxın.” Daha sonra onun qılıncdan iti olan dilini kəsdilər. Onun dilini kəsmək tapşırığı almış məmur Meysəmə dedi: “Nə istəyirsənsə de, əmir sənin dilinin kəsilməsini əmr edib.” Meysəm dedi: “Günahkar qadının oğlu Übeydullah ibn Ziyad elə düşünür ki, məni və mövlamı yalançı kimi tanıtdıra bilər. Budur mənim dilim.” Sonra həmin muzdur Meysəmin dilini kəsdi... ŞƏHİDİN MƏZARI Şəhadətindən sonra Meysəmin pak vücudu bir müddət dar ağacında qaldı. İbn Ziyad onu daha çox təhqir etmək üçün torpağa tapşırılmasını yubadırdı. Eləcə də, bu səhnə ilə xalqın gözünü qorxutmağa çalışırdı. O, hamıya anlatmaq istəyirdi ki, Əli (ə) müdafiəçilərini hansı aqibət gözləyir. Amma İbn Ziyad unudurdu ki, şəhidlər öz ölümlərindən sonra da insanlara doğru yol göstərir, onları ilhamlandırır və ümid verirlər. Onlar hər zaman zalım hakimlər üçün qorxu mənbəyidir. Meysəmin xurmasatan yoldaşlarından yeddi qeyrətli müsəlman bu vəziyyətə dözə bilməyib, onun cənazəsini torpağa tapşırmaq qərarına gəldi. Onlar cəsədin keşiyini çəkən məmurları yayındırmaq üçün yaxınlıqda bir tonqal qaladılar. Keşikçilər qızınmaq üçün tonqalın başına yığışdılar. Fürsətdən istifadə edən müsəlmanlar Meysəmin cəsədini dardan düşürüb, onu suyu qurumuş bir gölməçədə – Nəcəflə Kufə arasında dəfn etdilər. Səhər açıldı. Məmurlar dar ağacını boş gördülər. Xəbər İbn Ziyada çatdı. İbn Ziyad güman edirdi ki, Meysəmi imam Əlinin (ə) tərəfdarları dəfn olunan yerdə basdırarlar. O, Meysəmin cənazəsinin tapılması üçün axtarışlara başladı. Amma nə qədər axtardılarsa da, Meysəmin dəfn olunduğu yeri tapa bilmədilər. (“Ricali-Kəşşi”, s.83.) Allahın, mələklərin və pakların salamı olsun Meysəm Təmmara! O, indi də insaniyyət yolunun parlaq çırağıdır. Maide.Az - Maarif bölümü @MaideTV

Meysəm Təmmar - Həqiqət aynası və müqavimət nümunəsi 22 zilhiccə (8 iyun) - Meysəm Təmmarın şəhadət günüdür. Peyğəmbərin (s) səhabələrindən olan Meysəm Təmmarın atasının adı Yəhyadır. Onlar İraqın Nəhrəvan məntəqəsindən idilər. Meysəmə Əbu-Salim də deyirdilər. Meysəm əvvəlcə Bəni-Əsəd tayfasından olan bir qadının qulamı idi. İmam Əli (ə) onu həmin qadından alıb azad etdi. O, Kufədə xurma satdığı üçün ona “Təmmar”, yəni “xurmasatan” ləqəbi verilmişdi. ŞƏHADƏT XƏBƏRİ Meysəm öz şəhadət xəbərini mövlası imam Əlidən (ə) eşitmişdi. İmam (ə) Meysəmə demişdi: “Bir gün Bəni-Üməyyənin çirkin oğlu Übeydullah ibn Ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?” Meysəm dedi: “And olsun Allaha, heç vaxt belə etmərəm!” İmam (ə) buyurdu: “Bu halda səni dardan asıb öldürəcəklər.” Meysəm ərz etdi: “Səbir edərəm. Allah yolunda bu əziyyət çətin deyil.” İmam Əli (ə) bu barədə Meysəm Təmmara bir neçə dəfə xəbər vermişdi. Meysəm də öz növbəsində vəd olunmuş qırmızı milada hazırlaşırdı. Meysəmin öz şəhadətinin incəlikləri haqda da bilməsi onun ruhunun əzəmətindən, böyük tutumundan, dərin imanından danışır. İmam Əlinin (ə) fəzilətlərindən danışmaq günah hesab edildiyi bir dövrdə Meysəm o həzrətin məqamından danışar, onun buyruqlarını xalqa çatdırardı. Meysəm yaxşı bilirdi ki, mövlasının şəhadətindən sonra onu xurma ağacından asacaqlar. Həzrət (ə) ona bu ağacı da göstərmişdi. Bəzən bu ağacın yanından keçərkən Həzrət ona buyurardı: “Ey Meysəm! Sənin sonralar bu ağacla macəran olacaq. Bu xurma ağacını dörd yerə bölüb dördüncü hissəsindən səni asacaqlar.” Meysəm tez-tez bu ağacın yanına gəlib, onun kənarında namaz qılar və deyərdi: “Mübarək olsun, ey xurma! Məni sənin üçün yaradıblar, sən mənim üçün göyərirsən.” Meysəm daim bu ağaca tamaşa edərdi. (“Əl-irşad”, c.1, s.324.) İMAM HÜSEYNİN (Ə) SORAĞINDA Meysəm imam Hüseynin (ə) Məkkəyə doğru hərəkəti xəbərini eşitdi. Həmin il ümrə həcci məqsədi ilə Məkkəyə üz tutmaq qərarına gəldi. Amma Məkkədə İmamla (ə) görüşə bilmədi. Həcdən sonra Mədinəyə getdi. Peyğəmbərin (s) zövcəsi Ümmü-Sələmə ilə görüşüb ondan imam Hüseyn (ə) haqqında soruşdu. Ümmü-Sələmə dedi: “Mədinə ətrafındadır. O da daim səni soruşurdu.” Meysəm dedi: “Mən daim o böyük insan haqqında düşünürəm. Bu gün onunla görüşə bilmədim. Ona deyərsən ki, görüşünün həsrətindəyəm.” (“Əyanüş-şiə”, c.10, s.198.) MEYSƏMİN HƏBSİ Meysəm Kufədə xüsusi hörmət sahibi idi. Onun güclü ictimai mövqeyi vardı. O, həcdən qayıdıb Kufəyə çatmamış İbn Ziyad onun həbsinə göstəriş verdi. Bu həmin vaxt idi ki, Müslüm ibn Əqil Kufədə şəhadətə yetirilmiş, tanınmış şiə simalar təqibə məruz qalmışdılar. Meysəmin Kufəyə daxil olmamış həbs olunması göstərişi Üreyf adlı birinə tapşırılmışdı. Onu yüz nəfər məmur müşayiət edirdi. İbn Ziyad Üreyfi hədələmişdi ki, əgər Meysəmi tuta bilməsə, özü edam olunacaq. O, Hirədə öz ətrafındakılarla birlikdə Meysəmi gözləməyə başladı. Nəhayət, Meysəmi həbs etdilər. Meysəm məmurlara gələcəkdə baş verəcək hadisələrdən, öz şəhadətindən danışırdı. Meysəm həmin vaxt qoca olsa da, onun iman gücü, möhkəm iradəsi və iti danışığı İbn Ziyadı qorxuya salmışdı. Ona görə də, onun həbs olunması üçün yüz qüvvəli məmur göndərmişdi. Məmurlar Meysəmi Kufəyə gətirdilər. Meysəmin tutulması xəbəri İbn Ziyada çatdırıldı. İbn Ziyada Meysəmi belə tanıtdırmışdılar ki, o, həzrət Əlinin (ə) ən yaxın adamlarındandır. İbn Ziyadın göstərişi ilə Meysəmi onun hüzuruna gətirdilər. İbn Ziyad Meysəmin əhval-ruhiyyəsini yoxlamaq üçün ona dedi: “Allahın haradadır?” Meysəm dedi: “Allahım zalımların yolunu gözləyir və həmin zalımlardan biri də sənsən.” İbn Ziyad dedi: “Əcəm olmağına baxmayaraq, mənimlə bu cür danışırsan?! Mənə deyiblər ki, sən Əli (ə) ilə çox yaxınsan.” Meysəm cavab verdi: “Bəli, düz deyiblər.” İbn Ziyad dedi: “Əgər Əlini lənətləməsən, əllərin və ayaqların kəsiləcək, dara çəkiləcəksən.” Meysəm İbn Ziyadın hədələrinə belə cavab verdi: “Əli (ə) dara çəkiləcəyimi mənə xəbər verib.” İbn Ziyad bu xoşagəlməz vəziyyətdən çıxmaq üçün dedi: “Vay olsun sənə! Əlinin dediyinin əksinə hərəkət edəcəyəm!” Meysəm dedi: “Axı necə? Axı bu xəbəri Əli

Qədir-Xum bayramınız mübarək!

Niyə özünüzü tənha hiss edirsiniz?

ZİYARƏTİ AŞURA İnsan həyatının ən dəhşətli anı, onu qəbirə qoyduqları andır... Bir şəxs İmam Sadiqin (ə) yanına gəlib dedi: – Mən qəbir əzabından çox qorxuram, nə edim? İmam Sadiq (ə) buyurdu: "Ziyarət Aşuranı çox oxu." Həmin şəxs soruşdu: – Ziyarət Aşuranı oxumaq məni bu qorxulu andan necə xilas edə bilər? İmam Sadiq (ə) buyurdu: – Məgər Ziyarət Aşuranın sonunda bu duanı oxumamısan?: اللهم ارزقنی شفاعة الحسین یوم الورود 💢 "Allahım, İmam Hüseynin (ə) şəfaətini qəbirə qoyulduğum zaman mənə nəsib eylə".

İmam Əlinin (ə) düşmənlərini sevindirməyin

Bu azad və şücaətli şəhidin bədənini damdan yerə atdılar. Bu səhnələrə şahid olan izdiham səs-küy qaldırdı. MÜSLİM İBN ƏQİLİN ÖVLADLARI Əvvəldə qeyd etmişdik ki, Müslimin övladlarından bir neçəsi Aşura hadisəsində iştirak edib, şəhadətə yetişdilər. Onun bu əsirlər karvanında olan digər iki kiçik oğlu Übeydullah ibn Ziyadın göstərişi ilə zindana salındı. Onları zindanda çox incidirdilər. Bir il zindanda qaldıqdan sonra zindanın Əhli-beyt (ə) aşiqi olan bir işçisi onları xəlvəti şəkildə qaçırdı. Müslimin övladları bir qoca qadına pənah gətirdilər. Qadının İbn Ziyad tərəfdarı olan kürəkəni həmin vaxt İbn Ziyaddan hədiyyə almaq üçün qaçmış uşaqları axtarırdı. Gecələmək üçün qadının evinə gələn şəxs evdə iki uşaq olduğunu gördü. Uşaqların kimliyini bildikdən sonra amansızcasına onların qollarını bağlayıb, qulamı və öz oğlu ilə birlikdə Fərat çayı kənarına gətirdi. Kişinin niyyətini anlayan qulam və oğlan Fərata atılıb, bu cinayətdə iştirakdan qaça bildilər. İki məsum körpə daş ürəkli kişinin əlində qaldı. Uşaqlar dörd rükət namaz qılıb, Allahla raz-niyaz etdilər və dedilər: “Pərvərdigara, özün onunla bizim aramızda hökm çıxar.” Cəllad xislətli kişi hər iki uşağın boynunu vurub, bədənlərini Fərata atdı və kəsili başları götürüb, İbn Ziyadın görüşünə getdi. Bəli, dünya və var-dövlət hərisliyi insanların gözünü bağladıqda onlar bir dirhəm üçün istənilən vəhşi rəftara yol verirlər. Allahın, mələklərin, pakların salamı olsun Müslim ibn Əqilin uca ruhuna! O, vəfa və comərdlik şərtlərini yerinə yetirdi, canını öz sevgili rəhbəri Seyyidüş-şühədaya (ə) fəda etdi. Salam olsun bu yolu davam etdirən bütün insanlara. Bu yol həqiqət və azadlıq yoludur! Maide.Az - Maarif bölümü @MaideTV

Müslim ona yaxınlaşıb salam verdi və su istədi. Qadın su gətirdi. Müslim suyu içdi, qabı qaytardı. Qadın qabı evə qoyub, geri dönəndə onun hələ də qapıda dayandığını gördü. “Suyu içdin, indi dur get”, dedi. Müslim susdu. Qadın təkrar dedi: “Dedim ki, dur evinə get. Sənin burada dayanmağın mənim üçün yaxşı deyil.” Müslim cavab verdi: “Mənim bu şəhərdə nə evim, nə də bir kimsəm var.” Qadın onun kimliyini, haradan olduğunu soruşdu. Müslim özünü təqdim edib dedi: “Mən Müslim ibn Əqiləm. Əgər mənə yaxşılıq etsən, bəlkə də, bir gün əvəzini çıxdım.” Qadın Müslimi tanıyıb, onu evə apardı və böyük ehtiram göstərdi. Bu fədakar qadın Kufənin vəfasız və qorxaq kişilərinə şücaət dərsi verir. O, Hüseyn (ə) məktəbinə və yoluna öz borcunu qaytarır, imamın səfirinə ehtiram göstərməklə vəzifəsinə əməl edir. O, Müslimə heç nəyi əsirgəmir. Müsliminsə xəyalından bambaşqa şeylər ötüşür. Bir tərəfdən şəhər əhlinin vəfasızlığı, digər tərəfdən Hüseynə (ə) yazılmış məktubun çatıb-çatmaması onu narahat edir. Axı o, imama yazmışdı ki, şərait münasibdir və özünü tezliklə Kufəyə çatdırsın. Həm də Müslim öz şəhadətini labüd görür və sabahkı hadisələr haqqında düşünür. Müslim süfrəyə əl uzatmır və gecəni dua, ibadətlə keçirir. Yalnız sübhə yaxın gözünə bir qədər yuxu gedir və Əmirəlmöminini (ə) yuxuda görür. Bu şəhadət və Əlinin (ə) qonağı olmaq yuxusudur. Bu anlar Müslim üçün çox dəyərlidir. Bu gecə qədr gecəsi, son gecədir. O, indicə həbs olunacağını gözləyir. Tuəbin oğlu isə anasının əksinə olaraq, İbn Ziyadın tərəfdarıdır. O, gecə evə gəlib, baş verən hadisələrdən heyrətlənir. Nəhayət, anlayır ki, evlərinin qonağı Müslim ibn Əqildir. O sevinir ki, Müslimi şəhər valisinə təhvil verib, hədiyyə alacaq. Anasına bu barədə susacağına söz versə də, sübh tezdən Übeydullah ibn Ziyada xəbər çatdırır. Bu həmin gecə Kufədə və məsciddə baş verən hadisələrdən sonra baş tutdu. Həmin gecə Kufədə ciddi axtarışlar gedirdi. Şəhərə giriş-çıxış tam nəzarət altına alınmışdı. Həbs olunanlar vardı. Übeydullah əmin idi ki, Müslimin ətrafında kimsə qalmamış, qiyam mərkəzi dağıdılmışdır. İbn Ziyadın göstərişi ilə hamı məscidə toplanır. Vali odlu-alovlu danışaraq camaatı qoxudur, həm də şirin vədlər verir. Onun danışığından qəzəb yağır. Ən çox Müslimə sığınacaq verənləri hədələyir və onun yerini bildirəcək şəxsə qiymətli hədiyyə vəd edir. Şəhərin asayişinə cavabdeh olan Həsin ibn Nəmirə göstəriş verir ki, şəhərdə ciddi şəkildə axtarış aparılsın və Müslimin həbsi üçün müvafiq tədbirlər görülsün. Sonra minbərdən düşüb, qəsrinə gedir. Səhəri gün ibn Ziyad ümumi görüşlər keçirir. O, Məhəmməd ibn Əşəsi yanında oturdub, haqqında təriflər deyir. Tuəbin oğlu Məhəmməd ibn Əşəsin oğluna məlumat verir. O da bu xəbəri atasına çatdırır. İbn Ziyad əhvalatdan xəbər tutduqdan sonra Məhəmməd ibn Əşəsə Müslimin həbsi göstərişini verir. Amma Müslimin həbs olunması o qədər də asan iş deyildi. Ona görə də İbn Ziyad Qeys qəbiləsindən 60-70 silahlı ayırıb, Məhəmməd ibn Əşəsin tabeçiliyinə verir və Müslimin həbs olunmasını əmr edir. QIRMIZI ÖLÜM Müslimin qətlə yetirilməsini Bəkr ibn Həmran Əhməriyə tapşırdılar. Bu şəxs savaş zamanı Müslimin qılıncı ilə yaralanmışdı. Ona əmr olundu ki, Müslimi qəsrin damına qaldırıb boynunu vursun və bədənini yerə atsın. Müslimi imarətin damına qaldırdılar. O, dodaqlarında Allahı zikr edir, təkbir deyir, Allaha həmd oxuyur, Peyğəmbər və mələklərə salam göndərirdi: “Pərvərdigara, özün bizimlə bu hiyləgərlər arasında hökm et!” Qəsrin ətrafında toplanmış böyük bir cəmiyyət bu hökmün icrasını gözləyirdi. Müslim əzəmətli dağ kimi əmin halda, böyük bir ürəklə xəyanət qəsrinin yüksəkliyində dayanmışdı. Onun nəzərləri minlərlə şəhidin keçib getdiyi pak və qanlı yola dikilmişdi. Onlar öz canlarını Allah yolunda hədiyyə etmişdilər. Şəhadət və merac məqamında Müslimin əzəməti heyranedici idi. Zalımlar qolları bağlı qəhrəman əsiri təhqiramiz şəkildə öldürmək üçün qəsrin damına qaldırsalar da, haqq yolda şərəfli ölüm yalnız bəsirətlilərin görə biləcəyi bir böyüklük idi. Müslimi üzü ayaqqabı bazarına oturtdular. Qılınc zərbəsi ilə başını bədənindən ayırdılar.

Küfənin məzlum qəribi - MÜSLİM İBN ƏQİL 26 May - 9 zilhiccə - Həzrət Müslüm ibn Əqlin (ə) şəhadət günüdür Müslim ibn Əqil ibn Əbu Talib İmam Hüseynin (ə) əmisi oğlu və Kufədə şəhid olan ilk silahdaşıdır. Müslim ibn Əqil İmam Hüseyn (ə) Kufəyə getməmişdən əvvəl İmamın nümayəndəsi kimi Kufəyə getmiş və vəzifəsi oranın vəziyyətini müşahidə etmək, kufəlilərin sözlərində israrlı və sadiq olmaları barədə İmam Hüseynə (ə) məlumat vermək idi. Müslim ibn Əqil şəhid olmadan 27 gün əvvəl İmam Hüseynə (ə) məlumat göndərmiş və hesabatında kufəlilərin hazır olduqlarını bildirmişdi. Ubeydullah ibn Ziyadın Kufə başçısı kimi təyin edilməsindən sonra kufəlilər ondan qorxu və dəhşətə qapılmış, Müslim ibn Əqlin yanından ayrılaraq, onu tək qoymuşdular. Ən sonunda - hicrətin 60-cı ilində Ərəfə günü şəhid edilmişdir. Müslim ibn Əqilin doğum tarixi tam olaraq bilinmir, ancaq şəhid edildikdə yaşının 28 olduğu və hicrətin 60-cı ilində Kufədə reallaşdığı dəqiqdir. İmam Əlinin (ə) qardaşı olan atası Əqil bin Əbu Talib nəsil və soy köklərini tanımaq sahəsində mütəxəssis və ərəb natiqi idi. Anası Əqil bin Əbu Talib tərəfindən Şamda satın alınan Aliyə adlı bir kölədir. Əhli-sünnə alimlərindən İbn Habban belə yazır: "Müslim ibn Əqil ibn Əbu Talib Haşiminin ləqəbi Əbu Davuddur və Əbdülmüttəlibin oğulları arasında Həzrət Peyğəmbərə (s) ən çox bənzəyən adamdır. O, Həzrət Peyğəmbərin (s) səhabələrindən bəzilərini görmüşdür. " Müslim ibn Əqilin qəbiri-şərifi Kufə Məscidinin yanındadır. Gəlin, Müslim ibn Əqili yaxından tanıyaq. Bəni-Haşimin ləyaqətli cavanları arasında Əqilin oğlu Müslim parlaq simalardan və mübariz şəxsiyyətlərdən sayılırdı. Onun atası Əqil Həzrət Əlinin qardaşı və Əbu-Talibin ikinci oğlu idi. Əbu-Talibin dörd oğlu vardı: Talib, Əqil, Cəfər və Əli. Müslim Əqilin, Hüseyn (ə) isə Əlinin (ə) oğlu idi. Müslim Həzrət Əlinin (ə) qardaşı oğlu və imam Hüseynin (ə) əmisi oğlu idi. Müslimin böyüyüb boya-başa çatdığı ev elm, fəzilət və şərəf evi idi. Müslimin dini və insani şəxsiyyəti bu evdə formalaşmışdı. Məhz bu evdə onun tərbiyəsi, mənəvi təkamülü və qəhrəmanlığı üçün münbit şərait yaranmışdı. O, uşaqlıq dövründən başlayaraq, Bəni-Haşim gəncləri, xüsusi ilə imam Həsən (ə) və imam Hüseynlə (ə) bir yerdə olmuşdu. O, əxlaqi kamillikləri, vilayət əsaslarını, qəhrəmanlıq dərslərini, isar və şücaəti çox yaxşı əxz etmişdi. Müslimin əcdadları Əbu-Talib və Fatimə binti Əsəd kimi insanlar idi. Onlar öz övladlarına şücaət, iman və qəhrəmanlıq miras qoymuşdular. Müslim bu nəsil ağacının çox bəhrəli bir budağı idi. Vərasət, genetik əsaslara görə o öz babalarından üstün xasiyyətlər götürmüşdü. Həzrət Peyğəmbər (s) hicrətin səkkizinci ili Məkkənin fəthində buyurmuşdur: “Əgər bütün insanlar Əbu-Talib nəslindən olsaydılar, hamısı şücaətli olardı.” Müslim Həzrət Əlinin (ə) dövründə rəşadətli və pak bir cavan idi. O, Həzrətin (ə) kürəkəni olmaq iftixarını qazanmış, onun qızı Rüqəyyə ilə izdivac etmişdi. Bu izdivac Müslimin fəzilətlərini bir qədər də artırmış, onu haqqa və həzrətin (ə) xəlifəlik dövründə ilahi hökumətə daha dərin bağlılığa sövq etmişdi. Tarixçilərin bildirdiyinə görə Həzrət Əlinin (ə) hakimiyyəti dövründə (hicri 36-40) o, qoşunda müxtəlif hərbi vəzifələrə təyin olunmuşdu. Eləcə də, Sifeyyn döyüşündə həzrət Əmirəlmöminin öz qoşununu nizamlayarkən imam Həsən (ə), imam Hüseyn (ə), Əbdüllah ibn Cəfər və Müslim ibn Əqili sağ cinahda, Məhəmməd ibn Hənəfiyyə, Məhəmməd ibn Əbu-Bəkr və Haşim ibn Ütbəni sol cinahda, Əbdüllah ibn Abbas, Abbas ibn Rəbiə və Malik ibn Əştəri qoşunun ürəyində, mərkəzində yerləşdirmişdi. MÜSLİMİN MƏZLUMANƏ QƏRİBLİYİ Müslim üçün inqilabın vətəni olmuş Kufə artıq qürbətə çevrilmişdi. Müslim isə bu vətəndə qərib idi. Gecələmək üçün bir yer axtaran Müslim küçələrdə qərib tək gəzir, haraya gedəcəyini bilmirdi. O, bəni-büeyla məhəlləsində tək-tənha dolanırdı. Məhəllədə bütün qapılar bağlı idi və hər kəs öz əmin-amanlığı haqqında düşünürdü. Küçə qapısında dayanmış Tuəb adlı qadın oğlunun yolunu gözləyirdi. Bu qadın Müslimin tərəfdarı olan şiələrdən olsa da, onu tanımadı.

6. “Ərəfə” günü imam Sadiqdən (ə) nəql olunan bu salavatları oxumaq; اللَّهُمَّ يَا أَجْوَدَ مَنْ أَعْطَى وَ يَا خَيْرَ مَنْ سُئِلَ وَ يَا أَرْحَمَ مَنِ اسْتُرْحِمَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْأَوَّلِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْآخِرِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمَلَإِ الْأَعْلَى وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمُرْسَلِينَ اللَّهُمَّ أَعْطِ مُحَمَّدا وَ آلَهُ الْوَسِيلَةَ وَ الْفَضِيلَةَ وَ الشَّرَفَ وَ الرِّفْعَةَ وَ الدَّرَجَةَ الْكَبِيرَةَ اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَلا تَحْرِمْنِي فِي [يَوْمِ‏] الْقِيَامَةِ رُؤْيَتَهُ وَ ارْزُقْنِي صُحْبَتَهُ وَ تَوَفَّنِي عَلَى مِلَّتِهِ وَ اسْقِنِي مِنْ حَوْضِهِ مَشْرَبا رَوِيّا سَائِغا هَنِيئا لا أَظْمَأُ بَعْدَهُ أَبَدا اِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَعَرِّفْنِي فِي الْجِنَانِ وَجْهَهُ اللَّهُمَّ بَلِّغْ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ مِنِّي تَحِيَّةً كَثِيرَةً وَ سَلاما (Əllahummə ya əcvədə mən əta, və ya xəyrə mən suil, və ya ərhəmə mənisturhim, Əl­la­hummə səlli əla Muhəm­mədin və alihi fil əvvə­lin, və səlli əla Muhəm­mədin və alihi fil axi­rin, və səlli əla Muhəmmədin və alihi fil mələil əla, və səlli əla Muhəmmədin və alihi fil mur­səlin, Əlla­hummə əti Mu­həm­mə­dən və aləhul vəsilətə vəl fəzi­lətə vəş-şərəf, vər rifətə vəd-dərəcətəl kəbirəh, Əlla­hum­mə inni aməntu bi Mu­həm­mədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəla təh­rim­ni fil (fi yəvmil) qiyaməti ru­yə­təh, vərzuqni suhbətəh, və təvəf­fə­ni əla millətih, vəsqini min həvzihi məşrəbən rəviyən saiğən həniyyən la əzməu bə­dəhu əbəda, innəkə əla kulli şəy­in qədir, Əllahummə inni amən­tə bi Muhəmmədin səl­ləl­lahu ələy­­hi və alih, və ləm ərəhu fəərrifni fil cinani vəc­həh, Əllahummə bəlliğ Mu­həm­mədən səlləllahu ələy­hi və alihi minni təhi­yətən kəsirətən və səlama.) 7. Ərəfə günü, qürub zaman aşağıdakı duaları oxumaq: يَا رَبِّ اِنَّ ذُنُوبِي لا تَضُرُّكَ وَ اِنَّ مَغْفِرَتَكَ لِي لا تَنْقُصُكَ فَأَعْطِنِي مَا لا يَنْقُصُكَ وَ اغْفِرْ لِي مَا لا يَضُرُّكَ (Ya rəbbi innə zunubi la təzurruk, və innə məğfi­rə­tə­kə li la tənqusuk, fəə­ti­ni ma la yənqusuk, vəğfir li ma la yəzurruk.) اللَّهُمَّ لا تَحْرِمْنِي خَيْرَ مَا عِنْدَكَ لِشَرِّ مَا عِنْدِي فَإِنْ أَنْتَ لَمْ تَرْحَمْنِي بِتَعَبِي وَ نَصَبِي فَلا تَحْرِمْنِي أَجْرَ الْمُصَابِ عَلَى مُصِيبَتِهِ (Əllahummə la təhrimni xəyrə ma indəkə lişərri ma indi, fəin əntə ləm tərhəm­ni bitəəbi və nəsəbi, fəla təhrimni əcrəl musabi əla musibətih.) (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zil-həccə ayının əməlləri” bölümü.) Maide.Az  - Maarif bölümü @MaideTV

Ərəfə’ gününün əməlləri Zilhiccə ayının 9-cu günü (26 may) “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və itaətə dəvət edərək, Öz ehsan və bəxşiş süfrəsini onların üzünə açır. Bu günün bir neçə əməli vardır: 1. Qüsl etmək; 2. İmam Hüseyni (ə) ziyarət etmək: “Ərəfə” günü imam Hüseynin (ə) ziyarəti min həcc, min ümrə və min cihaddan üstün savaba malikdir. Həmin gün o həzrətin ziyarətinin fəziləti ilə bağlı çoxslu sayda hədislər nəql olunmuşdur. Hər kəs “Ərəfə” günü o həzrətin qəbrinin kənarında və türbəsində olarsa, savabı “Ərəfat”da olanın savabından heç də az deyil. Həmin gün o həzrətin qəbrini yaxından ziyarət edə bilməyən şəxs o həzrətin ziyarətnaməsini oxusun. (Həmin ziyarətnamə “Məfatihul-cinan” kitabında göstərilmişdir.) 3. “Ərəfə” günü “günorta” və “əsr” namazlarını açıq səma altında qılmaq və “əsr” namazından sonra iki rükət namaz qılmaq, belə ki, birinci rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra “Kafirun” surəsini oxumaq, eləcə də, namazdan sonra günahların bağışlanması üçün Allah dərgahında günahları etiraf etmək və daha sonra Peyğəmbərdən (s) nəql olunan bu təsbihatı oxumaq göstəriş verilir: سُبْحَانَ الَّذِي فِي السَّمَاءِ عَرْشُهُ سُبْحَانَ الَّذِي فِي الْأَرْضِ حُكْمُهُ سُبْحَانَ الَّذِي فِي الْقُبُورِ قَضَاؤُهُ سُبْحَانَ الَّذِي فِي الْبَحْرِ سَبِيلُهُ سُبْحَانَ الَّذِي فِي النَّارِ سُلْطَانُهُ سُبْحَانَ الَّذِي فِي الْجَنَّةِ رَحْمَتُهُ سُبْحَانَ الَّذِي فِي الْقِيَامَةِ عَدْلُهُ سُبْحَانَ الَّذِي رَفَعَ السَّمَاءَ سُبْحَانَ الَّذِي بَسَطَ الْأَرْضَ سُبْحَانَ الَّذِي لا مَلْجَأَ وَ لا مَنْجَى مِنْهُ إِلا إِلَيْهِ (Subhanəlləzi fis-səmai ər­şuh, subhanəlləzi fil ər­zi huk­muh, subhanəlləzi fil quburi qə­zauh, subhanəlləzi fil bəhri səbiluh, subha­nəl­ləzi fin-nari sultanuh, subhanəlləzi fil cən­nəti rəh­mə­tuh, subhanəlləzi fil qi­yaməti ədluh, subhanəl­lə­zi rə­fəəs-sə­ma, subhanəlləzi bə­sə­təl ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh.) Sonra yüz dəfə de: سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ (Subhanəllahi vəlhəmdu lil­lahi və la ilahə illəl­la­hu vəllahu əkbər.) Sonra on dəfə “əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumu və ətubu iləyh!”, on dəfə “ya Əllahu”, on dəfə, “ya Rəhmanu”, on dəfə “ya Rəhimu”, on dəfə, “ya bədiəs-səmavati vəl ərzi ya zəl cəlali vəl ikram”, on dəfə “ya həyyu ya qəyyum”, on dəfə “ya hənnanu ya mənnan”, on dəfə “ya la ilahə illa ənt”, on dəfə “amin!” de və daha sonra bu duanı oxu: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا مَنْ هُوَ أَقْرَبُ إِلَيَّ مِنْ حَبْلِ الْوَرِيدِ يَا مَنْ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ يَا مَنْ هُوَ بِالْمَنْظَرِ الْأَعْلَى وَ بِالْأُفُقِ الْمُبِينِ يَا مَنْ هُوَ الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى يَا مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ (Əllahummə inni əsəlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid, ya mən yəhulu bəy­nəl məri və qəlbih, ya mən huvə bil mənzəril əla və bil ufuqil mubin, ya mən huvər-rəhmanu ələl ərşis­tə­va, ya mən ləysə kəmislihi şəy, və huvəs-sə­miul bəsir, əs`əlukə ən tu­səl­liyə əla Muhəmmədin və ali Muhəm­məd.) Bu əməlləri yerinə yetirdikdən sonra, Allahdan öz hacətlərini istə. 4. İmam Hüseynin (ə) “Ərəfə” duasını oxumaq; Qalib Əsədinin övladları Bişr və Bəşirdən nəql olunur ki, “Ərəfə” gününün axır saatlarında “Ərəfat” çölündə imam Hüseynin (ə) xidmətində idik. O həzrət xeyməsindən çıxıb əhli-əyalı, övladları və şiələri ilə birgə dağın sol tərəfində dayanıb, mübarək üzünü Kəbəyə tərəf tutdu. Əllərini göyə qaldırıb, ağlaya-ağlaya “Ərəfə” gününün duasını oxumağa başladı. 5. Şeyx Kəfəmi “Misbah” kitabında yazır: “Ərəfə” gününün orucu həmin günə xas duaları oxumaqda özündə zəiflik hiss etməyən şəxsə müstəhəbdir.