ru
Feedback
ScholarGram

ScholarGram

Открыть в Telegram

Post-strukturalizm, siyasət, post-Marksizm, psixoanaliz Əlaqə üçün - @Bakhruz

Больше
743
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
-530 день
Архив постов
Andrey Paşkeviç, "Aldadılmış Rusiya". 1992.
Andrey Paşkeviç, "Aldadılmış Rusiya". 1992.

Kütəvi aclıq təşkil etməyin məqsədləri (3) g) İstismar. Kütləvi aclığın gətirdiyi daha bir "xeyir" insanları xammala çevirməkdir. Məsələn, Sovet GULAG-ı bu məqsəd üçün istifadə edilirdi. İnsan resurslarının çox olduğu və ərzaq ehtiyatlarının cüzi olduğu kontekstlərdə qul əməyi tez-tez kütləvi aclığa səbəb olur. Nümunələrə nasist Almaniyası dövründə və Sovet GULAG-ı daxilində mülki şəxslərin (onların çoxu yəhudi və ya əcnəbi vətəndaşlar idi) məcburi əməyini göstərmək olar. Ümumi kontekst müharibə əsirlərinə və ya münaqişə ilə bağlı səbəblərə görə azadlıqdan məhrum edilmiş şəxslərə aiddir. Cenevrə Konvensiyalarına əsasən, əsirlər aclığa məruz qalmamalıdırlar. Aclıq şəraitində Tayland və Birmanın yaponların nəzarətində olan əraziləri birləşdirən dəmir yolu çəkməyə məcbur edilən britaniyalı əsirlərin işi - Pierre Boulle (1952) romanında və sonrakı "The Bridge on the Kwai" (1957) filmində əksini tapır. Alman əsirlərin Sovetlərdə aclıq şəraitində işlədilməsi də məşhurdur. Bu cür məcburi əmək Qərbi Avropada da baş verirdi, ancaq aclıq şəraiti ancaq SSRİ-də var idi. Alman əsirləri tez-tez Sibirə işləməyə göndərirdilər. h) Ordu yeyir, kəndli dolandırır. Xüsusən aqrar ölkələrdə ordular yerli əhalinin torpaqda əkib-becərdiyini yeyirlər. Məsələn, İkinci dünya müharibəsi zamanı yaponlar İndoneziya və Filippində yerli əhalinin hesabına dolanırdılar. 1943-cü ildəki Benqal aclığı müharibə dövründə aclığa səbəb olan iqtisadi siyasətin nəticəsi idi. Müharibəni maliyyələşdirmək üçün resursların artırılması tələbi ilə üzləşən Britaniya hökuməti Hindistanda istehlakı kütləvi şəkildə məhdudlaşdıran siyasət həyata keçirmişdi. i) I. Hərtərəfli Sosial Transformasiya: “Səssiz Zorakılıq”. Hərtərəfli sosial mühəndislik vasitəsilə kütləvi aclığın ən parlaq nümunələri 20-ci əsr kommunist rejimlərinin aqro-iqtisadi transformasiya cəhdləridir. Sovet aqrar islahatı, Çində “Böyük Sıçrayış” və Qırmızı Kxmerlər dövründə Kamboca zorakı sosial-iqtisadi transformasiyanın nəticələri bu cür aclığın nümunələridir. 1930-1934-cü illərdə SSRİ-də Rusiyanın cənubunu, Qazaxıstan və Ukraynanı əhatə edən aclıq kəndli təsərrüfatının zorla kollektivləşdirilməsi ilə başladı. Vəhşicəsinə həyata keçirilən aqrar islahatlar Ukraynada Holodomorla nəticələndi. Aclığa görə qeydə alınan ən yüksək ölüm halları Mao dövründə Çində kommunist iqtisadi transformasiyası nəticəsində baş verdi. "Böyük Sıçrayış" zamanı (1958-1962) kənd təsərrüfatının dağıdılması və onun kooperativlər və polad istehsalı ilə əvəzlənməsi nəticəsində bilavasitə 25-30 milyon insan öldü.

Kütəvi aclıq təşkil etməyin məqsədləri (2) d) Aclığın verdiyi mənfəət. Münaqişələr zənginləşmək üçün imkanlar təklif edir. Aclıq təbii zəngin ərazilərdə yaşayan insanları oradan köçməyə vadar edir. Yerli əhali qaçqın düşdükdə, hücum edən tərəf üçün əraziləri zəbt etmək və təbii resursları talan etmək asan olur. Şimali Amerika və Avstraliyada yerli əhaliyə qarşı hücumlar kənd təsərrüfatının və evlərin dağıdılması ilə səciyyələnirdi, məqsəd yerli əhalinin əlindən torpaqları almaq və ora gəlmələri köçürmək idi. e) Bizə qoşulun ki, yeməyiniz olsun. Bu metod İndoneziya tərəfindən Timor-Leştidə, Qvatemala ordusu tərəfindən üsyançılara və s. hallarda istifadə edilib. Təxminən, ssenari belə olur: öz yerlərini tərk etməyə məcbur qalan əhali və ya üsyançılar dağlara qaçırlar. Hökümət onları uzun müddət əhatədə saxlayır. Acından ölməmək üçün onlar təslim olmalı olurlar. 1978-ci ilin sonlarında Şərqi Timorda Matebian dağındakı sonuncu üsyançı timorlu Fretilin qalası yıxıldı. Mülki əhali təslim oldu; Fretilin liderləri və ardıcılları təqib edildi, tutuldu və öldürüldü. İndoneziyanın nəzarəti altına düşən bir çox mülki şəxs “strateji kəndlərə” sığındılar. Ümumilikdə, bu hadisələr nəticəsində təxminən 18.600 nəfər zorakılıq nəticəsində, 84.200 nəfər isə aclıq və xəstəlikdən öldü. f) Onları acından öldürün. Üsyankar əhaliyə qarşı kollektiv cəza formaları sanksiyalar, blokada, mühasirə və təqiblər şəklində baş verə bilər. Nümunələrə İraqa qarşı sanksiyalar (1991-1996), Sarayevonun mühasirəsi (1992-1995) və Qəzzanın blokadası (2007) daxildir. Bu halların hər birində məhdudiyyətlərə səbəb olan tərəf həyat üçün zəruri olan vasitələrin axınını tənzimləmək, siyasi dəyişikliyə məcbur etmək üçün mülki əhali arasında insan əzabının optimal səviyyədə saxlamaqdır. Bosniyanın paytaxtı Sarayevoda müharibəsi zamanı (1992-1995) mühasirə kollektiv cəza forması idi. Müharibə zamanı Bosniya serbləri onu əhatə edən hündür ərazilərdə ağır silahlar yerləşdirdilər və cəbhə xəttini şəhərin özünə gətirərək xaricə girişi kəsdilər. Bununla belə, Bosniya serbləri şəhəri dağıtmaq və ya tamamilə ələ keçirmək istəmirdilər. Bosniya serbləri 1992-ci ildəki ilk hücumları ilə paytaxtın bölünməsi kimi strateji hədəfi ifadə etdilər. Mühasirəni münaqişə müddətində saxlamağın dəyəri Robert Doniyanın iddia etdiyi kimi, "Sarayevo və onun girova çevirlmiş vətəndaşlarından danışıqlar zamanı istifadə etmək idi."

İkinci Dünya müharibəsi başlayanda Türkiyədə dərc edilmiş karikatura. Sülhü simvolizə edən mələk Türkiyəni simvolizə edən qız
İkinci Dünya müharibəsi başlayanda Türkiyədə dərc edilmiş karikatura. Sülhü simvolizə edən mələk Türkiyəni simvolizə edən qıza qibtə edir.

Lakana giriş üçün https://youtu.be/pIaJnEltbmo

Repost from Papirus
📚 Başla nəşriyyatı... 5 il üzərində işlədiyimiz Platonun "Dialoqlar - Teetet, Feaq" əsəri çapdan çıxdı. Xatırladaq ki, Plato
📚 Başla nəşriyyatı... 5 il üzərində işlədiyimiz Platonun "Dialoqlar - Teetet, Feaq" əsəri çapdan çıxdı. Xatırladaq ki, Platonun ilk dörd dialoqu illər əvvəl nəşr edilmişdi. Bazar ertəsindən etibarən kitab mağazalarından əldə edə biləcəksiniz. Orijinaldan tərcümə: Səid Riad Qapaq dizaynı: Sübhan Manafzadə #günə1kitab

Repost from Symptoms
photo content

Kütəvi aclıq təşkil etməyin məqsədləri (1) 2020-ci ildə çıxmış araşdırmada kütləvi aclıq təşkil etməyin doqquz məqsədi qeyd edilir. Aclığın səbəbləri siyasi və hərbi ola bilər, əsas məqsəd düşmənin ruhdan düşməsi, fiziki olaraq elə bir həddə gətirilməsidir ki, düşmən təslim olsun. a) Məhv. Ən sadə məqsəd - düşməni kütləvi məhv etmək, yaşam üçün vacib nəsnələrdən məhrum etməklə etnik, dini və s. qrupu soyqırımına məruz qoymaq. Aclıqdan öldürməyin "müsbət" tərəfi odur ki, burada ölüm aclıqdan baş verir, birbaşa müdaxilə olmur. Çox zaman məqsəd bütün əhalini yox, onun bir hissəsini öldürmək olur. Bunun məşhur birmənalı tətbiqi 1905-ci il Namibiyada, Holokost və Holodomor (1932-1933), Hungerplan (1941-1945) və Erməni soyqırımı (1915-1916) zamanı baş verib. Bu cür kütləvi məhvin təşkili üçün kifayət qədər təşkilatçılığa, material resurslara, təhlükəsizlik institutlarına ehtiyac var (məsələn, Sovet dövründə kollektivizasiya və Holodomorun təşkilatçılığı). b) Əhalinin idarəsi. Əksər hallarda aclıq daha əvvəl baş vermiş üsyana cavab olur. Bu yolla etnik qrup cəzalandırılır, məsələn, qrup həbs düşərgəsinə köçürülür və orada aclıqla sınanılır. Yox əgər əhalinin sayı çoxdursa və onlar kompakt bir bölgədə yaşamırlarsa, onda onların vacib məhsullara (su hövzələri, humanitar yardım) çıxışı əngəllənir. Yəmən (2016 - davam edir), Sudan (2013 - 2018), Darfur (2003 - 2005) bunun misallarıdır. c) Bölgəni nəzarətə almaq adına təşkil olunan aclıq. Burada aclıq hərbi məqsədlər üçün təşkil edilir. Nəzəri olaraq, mühasirə qanuni şəkildə həyata keçirilə bilər, ancaq hücum edənlər mühasirə altında olan mülki və hərbi əhali arasında fərq qoymadıqda, məhrumiyyətlər aclığa gətirib çıxarır. Almaniyanın blokadası (1916-1919), Leninqradın blokadası (1941-1944), Yaponiyanın total blokadası (1945) bunun məşhur misallarıdır. Dövrümüzdə bunun bir misalı Bosniya serblərinin boşnakları "təhlükəsiz zonalarda" blokaya almalarıdır (1992-1995). Nəticələr fərqli olur: uğurlu müqavimət (Leninqrad, Cuba, Bosniya təhlükəsiz zonaları); cəza təzminatı ilə kapitulyasiya (Almaniya); işğal (Yaponiya); məğlubiyyət və reinteqrasiya (Nigeriya); yerdəyişmə (Myanmar); bəzən sistematik qətllər (Varşava Gettosu və Srebrenitsa, Bosniya).

Avtokratiya üçün iki yol J. Gerschewskinin bu il çıxan "Avtoritarizmin iki məntiqi" kitabında günümüzün avtokratiyaları üçün
Avtokratiya üçün iki yol J. Gerschewskinin bu il çıxan "Avtoritarizmin iki məntiqi" kitabında günümüzün avtokratiyaları üçün iki yolun mümkün olduğunu iddia edir: biri əhalini siyasi aktiv saxlayıb, xarici/daxili düşmənə kökləmək, digəri isə xalqı passiv və siyasətdən kənar saxlamaq. Avtoritarizmdə siyasiləşdirmə o deməkdir ki, əvvəl siyasi olmayan məsələlər siyasiləşir, düşmən aşkar edilir və ona qarşı repressiyalara haqq qazandırılır. Əksinə, siyasətsizləşdirmə siyasi olan məsələləri "həll ediləsi sosial və iqtisadi işlər" kimi göstərir. Birincisi əhalini aktiv saxlamağı planlayır, ikincisi isə apatiyaya və sosial razılığa yol açır. Siyasiləşdirmənin ekstrim həddi totalitar rejimlərin nümunəsində idi. Günümüzdə bu həddə olan nümunə Şimali Koreyadır. Əksinə, əhalini razı salmaq üçün effektiv iqtisadi siyasətlə repressiyaları bir yerdə tutan rejimlər isə Çin, Sinqapur kimi ölkələrdir. İstənilən halda, avtoritar rejimlər repressiyalar, legitimlik və daxili qüvvələrlə işbirliyi sayəsində ayaqda dururlar.

Repost from PAN CAUCASUS
Essad-Bey (Pseud. Lev Nussimbaum, 1905-1942). Twelve Secrets of the Caucasus. New York: The Viking Press, 1931. #книги
+3
Essad-Bey (Pseud. Lev Nussimbaum, 1905-1942). Twelve Secrets of the Caucasus. New York: The Viking Press, 1931. #книги

Hegelin özünün dərk edə bilmədiyi Hegelçi nöqteyi-nəzərindən, müharibənin böyük problemi ondadır ki, o, xarici düşmənə əsasla
Hegelin özünün dərk edə bilmədiyi Hegelçi nöqteyi-nəzərindən, müharibənin böyük problemi ondadır ki, o, xarici düşmənə əsaslanaraq daxili ziddiyyəti inkar etməyə səbəb olur. Müharibə zamanı cəmiyyətlər daxildə olan ziddiyyətdən azad görünür: daxili ziddiyyətin bütün gücü xarici düşmənə yönəlir. Məhz buna görə də liderlər güc üzərində daxili nəzarətlərinin çökdüyünü görəndə tez-tez müharibəyə əl atırlar. Müharibə zamanı millət dövlətdən üstün olur. Todd McGowan

Bahruz Samadov - In the beginning was the violence Azerbaijan’s victory in the 2020 war over Nagorno-Karabakh has not led to any long-term solution to the dispute. This is in part due to the official narratives of Baku, which continue to promote the idea of a total victory on its terms alone. https://neweasterneurope.eu/2023/08/09/in-the-beginning-was-the-violence/

Repost from N/a
Bir neçə gün əvvəl “terrora haqq qazandırmaq” ittihamı ilə Rusiyanın xidmət orqanları tərəfindən saxlanılan marksist sosioloq
Bir neçə gün əvvəl “terrora haqq qazandırmaq” ittihamı ilə Rusiyanın xidmət orqanları tərəfindən saxlanılan marksist sosioloq və sol nəzəriyyəçi Boris Kaqarlitskinin Priqojinin hərbi üsyan barəsində “Çevriliş haqqında” yazdığı publisistik mətndə 1993-cü ildə Azərbaycanda Sürət Hüseynovun rəhbərliyi altında uğurla baş tutmuş hərbi çevriliş hadisəsini Rusiyadakı baş verənlərə dair anoloji şərhini bildirmişdir.

Kitabının son cümləsi: ...Bu, Heydər Əliyevin zamanı idi, və mən xoşbəxtəm ki, bu zamanı yaddaşa sala bildim (Maraqlıdır ki,
Kitabının son cümləsi: ...Bu, Heydər Əliyevin zamanı idi, və mən xoşbəxtəm ki, bu zamanı yaddaşa sala bildim (Maraqlıdır ki, Heydər Əliyevin çıxışına Boris Nemtsov da qulaq asıb, sözünə qüvvət vermişdi).

"Azərbaycan gündəliklərinin" müəllifi Tomas Qolts bu gün dünyasını dəyişib. 90-cı illər Azərbaycanı haqda yazdığı kitabı əvəzsizdir. Qolts, AXC hakimiyyətində təmsil olunan adamları tanıdıqca, Heydər Əliyevə simpatiya bəsləməyə başladı. Kitabının sonunda qeyd edirdi ki, Azərbaycan üçün Əliyev dövrü gəlir, zaman Əliyevə işləyir.

Filosoflar texnologiyaya qarşı
Filosoflar texnologiyaya qarşı

Repost from PAN CAUCASUS
Азербайджанский дизайнер одежды Мархамат Баширов со своими коллегами на Бакинской швейной фабрике, 1987 г. Фото: Д. Калинин
+9
Азербайджанский дизайнер одежды Мархамат Баширов со своими коллегами на Бакинской швейной фабрике, 1987 г. Фото: Д. Калинин

DOXA-da bu yaxınlarda yayımlanan məqalə avtokratiyalar və demokratiyaların müharibələrə necə qatılmaları, hansı ssenarilərin mümkünlüyünü araşdıran yazılara əsaslanır. Əsas məsələlər: 1) Demokratiyalar bir-birləri ilə müharibə aparmır. Avtokratiyalar da həmçinin. Təkpartiyalı avtoritar rejimlər (SSRİ və Çin) burada istisnadır: onlar tez-tez öz əldən çıxmaqda olan satellitləri ilə müharibə aparırdılar. Təkpartiyalı Vyetnam və Kampuçiyanın bir-biri ilə müharibəsi də bu cür müharibələrə oxşayır. 2) Ən tez-tez baş verən müharibələr şəxsiyyətçi avtokratiyalarla demokratiyalar arasında olur (Rusiya - Ukrayna kimi). Qeyri-demokratik rejimlər adətən müharibəni başladan tərəf olurlar. Bu cür rejimlər müharibəni başladaraq, öz populyarlıqlarını xalqı sıx birləşdirməklə artırırlar. Uduzmaq isə bu cür rejimlərin sonunu tezləşdirir. 3) Əksər hallarda demokratiyalar qalib gəlir. Avtokratik rejimlərdə şəffaflıq olmadığı üçün, opportunistlərlə əhatə olunmuş avtokratlar reallıq hissini itirirlər. https://doxa.team/articles/ukraine-politologi

Caucasus Analytical Digest jurnalının 133-cü sayı 21-ci əsrdə Azərbaycan milli kimliyinə həsr edilib. Burada mənim də məqaləm yer alır. Burada İkinci Qarabağ müharibəsinin meyxanada necə yad edildiyi analiz edilib. Burada əsas üç kateqoriya var: 1) şad formada Qarabağa qayıdışın qeyd edilməsi, 2) qazilərin şəninə yazılmış meyxanalar və onların xatırlanmasına təşviq və 3) həlak olanlarn kədərlə xatırlanması (ən az rast gəlinən). Araşdırmamda həm də onu göstərmişəm ki, mövcud rəsmi və qeyri-rəsmi diskurslarda sülhə yol açacaq heç bir narrativ mövcud deyil. https://css.ethz.ch/content/dam/ethz/special-interest/gess/cis/center-for-securities-studies/pdfs/CAD133.pdf