1 540
Подписчики
-324 часа
-127 дней
-2630 день
Архив постов
1 540
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:
“Ümmətimdən hər kəs Cənnətə daxil olacaq. Yalnız imtina edən kimsələrdən başqa.” Soruşdular: “Ey Allahın Rəsulu! Kim imtina edəcək?!” Peyğəmbər buyurdu: “Kim mənə itaət edərsə, Cənnətə girəcəkdir. Kim də mənə asi olarsa, artıq imtina etmiş olar.”
📚Əhməd 8728. Buxari 7280.
https://t.me/DIN_NESIHETDIR
1 540
الۤرۚ تِلۡكَ ءَایَـٰتُ ٱلۡكِتَـٰبِ وَقُرۡءَانࣲ مُّبِینࣲ
رُّبَمَا یَوَدُّ ٱلَّذِینَ كَفَرُوا۟ لَوۡ كَانُوا۟ مُسۡلِمِینَ
ذَرۡهُمۡ یَأۡكُلُوا۟ وَیَتَمَتَّعُوا۟ وَیُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ یَعۡلَمُونَ
Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.
Kafirlər “Kaşki müsəlman olsaydın”– deyə arzu edəcəklər.
Qoy onlar (bir müddət) yeyib-içsinlər, əylənsinlər və xam xəyallar başlarını qatsın. (Onlar ziyana uğradıqlarını) tezliklə biləcəklər.
سُورَةُ الحِجۡرِ: ٣-٢-١
Əl-Hicr 1-2-3.
1 540
وَٱلَّذِینَ ٱسۡتَجَابُوا۟ لِرَبِّهِمۡ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَمۡرُهُمۡ شُورَىٰ بَیۡنَهُمۡ وَمِمَّا رَزَقۡنَـٰهُمۡ یُنفِقُونَ
O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
سورة الشورىٰ ٣٨
Əş-Şura 38.
1 540
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ
Ey iman gətirənlər! Peyğəmbər sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız.
سورة اﻷنفال 24
əl-Ənfal 24.
1 540
(وَاتَّقُوا يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللَّهِ ۖ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ)
Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır.
[سورة البقرة 281]
əl-Bəqərə 281.
1 540
(وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ ۚ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا)
Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır.
[سورة النساء 69]
ən-Nisə 69.
1 540
وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ
Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona urcah edərik və o da ona yoldaş olar.
[سورة الزخرف 36]
əz-Zuxruf 36.
1 540
(يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا)
(وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا)
Ey iman gətirənlər! Allahı çox zikr edin!
Səhər-axşam Onun şəninə təriflər deyin!
[سورة اﻷحزاب 41-42]
əl-Əhzab 41-42.
1 540
💫Abdullah ibn Amr (radiyallahu anhumə) demişdir:
“Dörd xüsusiyyət vardır ki, əgər bunlar sənə bəxş edilərsə, dünyada itirdiyin şeylər sənə zərər verməz. Gözəl əxlaq, səxavətli olmaq, doğru danışmaq və əmanəti qorumaq.”
📚Buxari, ədəbul mufrad 288.
https://t.me/DIN_NESIHETDIR
1 540
🌟Ənəs ibn Malik (radiyallahu anhu) demişdir:
“Bir gün mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hücrəsinə daxil oldum. Peyğəmbər (sallallahu aleyhi və səlləm) üzərinə xurma liflərindən toxunmuş həsir sərilmiş taxtın üstündə söykənmişdi. Başının altında da içi xurma lifi ilə dolu dəridən bir yastıq var idi. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vücudu ilə taxtın üstündəki həsir arasında heç bir paltar yox idi. Elə bu vaxt Ömər içəri daxil oldu və içəridəki mənzərəni görüb ağlamağa başladı. Peyğəmbər (sallallhu aleyhi və səlləm) ondan: “Səni ağladan nədir, ey Ömər?”– deyə soruşdu. Ömər dedi: “Allaha and olsun ki, ey Allahın Rəsulu, mən bildiyim bir şeyə görə ağlayıram. Mən bilirəm ki, Allah yanında sən Xosrovdan və Qeysərdən daha hörmətlisən, buna rəğmən, onlar bu dünya nemətlərindən istifadə edərək istədikləri kimi yaşayır, sən isə ey Allahın Rəsulu, gördüyüm bu yerdə qalırsan. Peyğəmbər (sallallahu aleyhi və sələm) dedi: “Ey Ömər, istəmirsən ki, dünya onlara, Axirət isə bizə nəsib olsun?” Ömər dedi: “Əlbəttə, istəyirəm, ey Allahın Rəsulu!” Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Bu, belə də olacaq.”
📚Əhməd 12417. Muslim 1479. İbn Macə 4153.
https://t.me/DIN_NESIHETDIR
1 540
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:
“Adəm övladı, namazdan, iki nəfərin arasını islah etməkdən və gözəl əxlaqdan daha fəzilətli bir əməl işləməmişdir.”
📚Buxari, ət-tarixul-kəbir 139. Albani, sahihul cami 5645. ((səhih)).
https://t.me/DIN_NESIHETDIR
1 540
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulundan (salləllahu aleyhi və səlləm) soruşdular: “Ən fəzilətli əməl hansıdır?” O buyurdu:
“Mömin qardaşını sevindirmək və ya onun borcunu ödəmək, yaxud ona çörək yedirtmək.”
📚Beyhəqi, şuabul iman 7162. Albani, sahihul cami 1096. ((səhih)).
https://t.me/DIN_NESIHETDIR
1 540
🌟Aişə (radiyallahu anhə) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə buyurdu:
“Elə bir ötüb keçən saat yoxdur ki, Adəm övladı onda Allahı zikr etmədiyinə görə Qiyamət günü mütləq peşman olmasın.”
📚Əbu Nueym, hilyətul-əvliya 5/362. Beyhəqi, şuabul-iman 511. Albani, sahihul cami 5720. ((həsən)).
https://t.me/DIN_NESIHETDIR
1 540
🌟Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:
“Siz (dünya işlərində) özünüzdən aşağı olanlara baxın! Sizdən yuxarı olanlara baxmayın! Çünki bu, Allahın nemətini kiçik hesab etməmənizə daha uyğun olar.”
📚Muslim 2963. Tirmizi 2513. İbn Macə 4142.
https://t.me/DIN_NESIHETDIR
1 540
Qatadə ibn ən-Nu‘man (رضي الله عنه) rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu:
“Həqiqətən, Uca Allah mömin bəndəsini sevdiyi halda onu dünyadan (bəzi nemətlərdən) qoruyar. Necə ki, siz xəstənizi ona zərər verəcəyindən qorxduğunuz üçün bəzi yemək və içkilərdən qoruyursunuz.”
📚Əhməd 23627. Tirmizi 2036. Albani sahihul cami 1814. ((səhih)).
Mənası:
Allah bəzən mömin bəndədən dünya nemətlərinin, istəklərin, mal-dövlətin və ya vəzifələrin bir qismini əsirgəyir. Bu, Ona olan mərhəmətindən və onun dinini qorumaq üçündür. Necə ki, xəstəyə sağlamlığı qorunsun deyə bəzi qidalar qadağan edilir.
https://t.me/DIN_NESIHETDIR
1 540
Muaz ibn Cəbəl (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:
“Kim Allah yolunda cihad edərsə o, Allahın himayəsindədir. Kim bir xəstəni ziyarət edərsə o, Allahın himayəsindədir. Kim səhər və ya axşam məscidə gedərsə o, Allahın himayəsindədir. Kim bir imamın yanına gedib onu dəstəkləyərsə o, Allahın himayəsindədir. Kim də evində oturub heç kimin qeybətini etməzsə o da Allahın himayəsindədir.”
📚Əhməd 22093. İbn Xuzeymə 1495. Albani səhih məvarid 1319. ((səhih)).
https://t.me/DIN_NESIHETDIR
1 540
🌟Abdullah ibn Abbas (radiyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:
“Beş şey gəlmədən əvvəl beş şeyin qədirini bil: qocalığından əvvəl gəncliyinin, xəstəliyindən əvvəl sağlamlığının, kasıblığından əvvəl zənginliyinin, məşğuliyyətindən əvvəl boş vaxtının və ölümündən əvvəl hayatının!”
📚Hakim 7846. Beyhəqi, şuabul iman 10248. Albani, sahihut tərğib 3355. ((səhih)).
https://t.me/DIN_NESIHETDIR
1 540
🌟Ömər ibn Xattab (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:
“Həqiqətən, Allahın qulları arasında elə kimsələr vardır ki, özləri peyğəmbər olmasalar da, peyğəmbərlər və şəhidlər onlara qibtə edəcəklər.” Səhabələr dedilər: “Ey Allahın Rəsulu! Onların kim olduğunu bizə bildir ki, biz də onları sevək.” Peyğəmbər dedi: “Onlar bir-birini qohumluq xatirinə yox, məhz Allah rizası üçün sevən kimsələrdir. Qiyamət günü onların üzləri nur saçacaq, özləri də nurdan olan minbərlər üzərində duracaqlar. İnsanlar nədənsə qorxduqları zaman onlar heç nədən qorxmaz, insanlar kədərləndikləri zaman, onlar heç nəyə görə kədərlənməzlər.” Sonra Peyğəmbər bu ayəni oxudu: “Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər”
📚Əbu Davud 3527. Albani, sahihut tərğib 3026. ((səhih)).
https://t.me/DIN_NESIHETDIR
1 540
🌟Əbu Zərr əl-Ğifəri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu:
“Harda olursan ol, Allahdan qorx. Pis işin ardınca yaxşı əməl gör ki, onu silib aparsın. Və insanlarla gözəl əxlaqla davran.”
📚Tirmizi 1987. Darimi 2833. Albani, sahihul cami 97. ((həsən)).
https://t.me/DIN_NESIHETDIR
1 540
✅Ağ günlərin orucu!
صيام أيام البيض.
Əssələmu aleykum va rahmətullahi va barakatuhu.
İyun ayının 28-29-30. Məhərrəm ayının 13-14-15 günləri ağ günlərdir, bu günlərdə oruc tutmaq müstəhəbdir.
