fa
Feedback
Postadam

Postadam

رفتن به کانال در Telegram

Postadam - Web3, DeFi, Rəqəmsal təhlükəsizlik, Aİ üzrə analiz və praktik eksperimentlər. Manifest: t.me/postadam/800 Çat - @heypostadam Əlaqə: @mugaddas

نمایش بیشتر
485
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+37 روز
+2130 روز
آرشیو پست ها
+1
İlin sonu Flipper One kickstarterə çıxmalıdır. Bu dəfə mikrokontroller-zad söhbəti döle, əməlli-başlı linux işlədən cib kompyuteri olacaq. Həm də içində eSim, llm və.s dəstəyi ilə babat bir şey olmalıdı. 🌟 «Postadam»

Anthropic əməkdaşlarından biri sevgilisi ilə 12 illik münasibətdən sonra toydan əvvəl bütün yazışmalarını Claude ilə paylaşıb
+3
Anthropic əməkdaşlarından biri sevgilisi ilə 12 illik münasibətdən sonra toydan əvvəl bütün yazışmalarını Claude ilə paylaşıb və qonaqlar üçün infoqrafika yaratmağı yoxlayıb. Yazışmalarında ən çox istifadə olunan emodzilər: 😭 😡 😑 🌟 «Postadam»

Zumerlərin inqilabı Hindistana qədər gedib çatıb. Tələbələrin yaratdığı "Tarakanların Xalq Partiyası" populyarlıqda iqtidar p
+2
Zumerlərin inqilabı Hindistana qədər gedib çatıb. Tələbələrin yaratdığı "Tarakanların Xalq Partiyası" populyarlıqda iqtidar partiyasını keçib. Hər şey bilirsiz necə başlayıb? Elə bütün inqilablarda olduğu kimi! Ali məhkəmə sədri iş tapa bilməyən gənc aktivistləri tarakanlar ilə müqayisə edib. Zumerlər də samo-ironiyanı işə salaraq tarakanlar üçün partiya yaratmaqla 20 milyon izləyici toplayıb və küçələrə çıxmağa başlayıblar. Partiyanın simvolu isə süni intellekt ilə hazırlanmış kostyumlu tarakandır. Xiyar əyri bitib və o xiyar üzü bürokratlara tərəf sürətlə irəliləyir. #MainBhiCockroach xeşteqi ətrafında sıx birləşmiş aktivistlərin real siyasi proqramı da var: Hakimlərin ömürlük imtiyazlarını ləğv etmək; Deputatların "20" il vəzifədə qalmasına qadağa qoymaq; Parlamentdə qadınların yer alması üçün kvotanı 50%-ə qədər artırmaq. 🌟 «Postadam»

Tam 16 il əvvəl Laslo Heynits Papa John's-dan iki pizza üçün 10 000 Bitcoin ilə ödəniş etdi. O vaxt bunun dəyəri cəmi 25 dollar edirdi. Bu gün üçün həmin 10 000 BTC-nin dəyəri 774 milyon dollardır. Bu tarixin ən bahalı şam yeməyi və Bitcoinin real dünyada ilk böyük sınağı kimi tarixə düşdü. Laslo peşman olmadığını deyir. Amma hər il may ayı gələndə dünya yenə ona həmin sualı verir... 🍕 🌟 «Postadam»

Deməli, neçə ildir ki sberbank hesabım 115-ci maddə ilə birtərəfli bağlanıb axı. Pul yumaq şübhəsi ilə - pul var ki, yuyaq da
+1
Deməli, neçə ildir ki sberbank hesabım 115-ci maddə ilə birtərəfli bağlanıb axı. Pul yumaq şübhəsi ilə - pul var ki, yuyaq da? Nə isə, amma bir boşluq tutmuşdum və hər lazım olanda həmin boşluqdan istifadə edirdim. Hesaba pul gəlirdi və gedib bankda hesabımı bağlamaq üçün müraciət edirdim. Hesabı da bağlamaq üçün gərək balans sıfırlansın. Təsəvvür eləyirsiz? Belə gedib müraciət edirsən ki, hesabımdakı pulu çıxarmaq istəyirəm, hesabınızla bağlı heç bir əməliyyat etmək olmaz deyirlər. Amma, deyirsən ki hesabımı bağlamaq istəyirəm, bütün pulu çıxarıb verirdilər çünki hesabı bağlamaq üçün onu sıfırlamaq lazımdır və pulu əldə edən kimi deyirdim ki fikrimi dəyişdim hesabı bağlamıram. Öz iradəsi xaricində unbanked olmuş biri üçün vruçat edirdi. Aprel ayında yenə banka "hesabı bağlamağa" getdim, amma bu dəfə heç nə alınmadı. Çünki neçə ildir neleqal olmağım və Rusiyada yeni qanun dəyişikliklərinə əsasən mənimkimilərin kislorodunu bağlamağı tayminqi zərərimə işlədi. Əslində o qədər də pul yoxdu hesabda. Həm də hər dəfə banka gedəndə Şnurun kredit mahnısı yadıma düşür və çalışıram tez-bazar yuvarlaqlaşdırım çıxım. Odur ki, başını buraxdım, day bu qədər deyib gülmüşük bəs edir. İndi isə anekdot: Bu gün girib bankdan gələn mesajlara baxıram - sən demə hesabımın dondurulmasına baxmayaraq, bank hər ay hesabımdan xidmət haqqı çıxırmış. Xidmət isə yoxdu, vapşe yoxdu. 🌟 «Postadam»

ABB səhmlərinə görə dividend gəldi. Əgər dividendi elə səhm ilə ödəmək olsaydı lap bomba olardı. İlk baxışdan sizə faydasız g
ABB səhmlərinə görə dividend gəldi. Əgər dividendi elə səhm ilə ödəmək olsaydı lap bomba olardı. İlk baxışdan sizə faydasız gələ bilər. İndi izah edəcəm: DeFi leksikonunda APR/APY istifadə olunur. APR illik faizi göstərir, APY isə həmin faizin kompound edilməsi şərtindəki faizi göstərir. Nümunə üçün, tutalım ki siz 1000₼ depozit edirsiniz və APR 10% göstərir. Bu o deməkdir ki, ilin sonunda 100₼ xeyriniz var. Əgər illik gəlir faizini hər ay üçün hesablayıb depozitə əlavə edilsəydi, bu məbləğ 104,71₼ və APY faizi isə 10,471% olardı. Uzun müddətdə bu qəliz faiz hesablaması insanlara daha çox yığmağa və saxlamağa motivasiya verir. Səhm nümunəsində elə illik 15% dividend üçün ödənilməli olan məbləğə səhmi bazar qiymətindən alıb səhmdarlara köçürmək olar. Səhmdar hər növbəti il daha çox səhm sahibi olur və bu da mürəkkəb qazanc faizi yaradır. Hətta bunu əlavə ödənişli opsiya kimi də qoymaq olar. 🌟 «Postadam»

Tailanddan ABŞ-a 42 yaşlı ukraynalı kripto-piramida lideri ekstradisiya olunub. $340.000.000 yığan piramidanın tutulmuş lider
Tailanddan ABŞ-a 42 yaşlı ukraynalı kripto-piramida lideri ekstradisiya olunub. $340.000.000 yığan piramidanın tutulmuş liderinin ləqəbi nə olsa yaxşıdı? - Lola Ferrari! Cinayətkar olanda nolar, gərək biraz da kreativlik olsun. Yoxsa, bizimkilərin ləqəbina bax: Leş Tofiq, Beluga Tahir... 🌟 «Postadam»

İllərdir axtarışda olan darknet-market administratoru qızıl külçə sifarişləri əsasında müəyyənləşdirilib. ABŞ və Almaniya xüs
İllərdir axtarışda olan darknet-market administratoru qızıl külçə sifarişləri əsasında müəyyənləşdirilib. ABŞ və Almaniya xüsusi xidmət işçilərinin 2010-cu ildən bəri axtardığı Dream Market administratorunun yeri qızıl külçə sifarişləri əsasında müəyyənləşdirilib. Sən demə, qara pulu kripto ilə yuduqdan sonra həmin pula qızıl külçələr alıb və kuryer ilə Almaniyadakı evinə çatdırılmasını sifariş edirmiş. İçəridə ən azı 20 il keçirməli olacaq və məncə harada səhv etdiyini başa düşməsi üçün 20 dəqiqə də bəs edərdi. 🌟 «Postadam»

Dostlar, hər bərbərin başını əmanət etdiyi başqa bərbər olduğu kimi, mənim də bu keçəl başıma bərbərliyi Orxan məllim eləyib.
Dostlar, hər bərbərin başını əmanət etdiyi başqa bərbər olduğu kimi, mənim də bu keçəl başıma bərbərliyi Orxan məllim eləyib. Heç bəlkə özünün də xəbəri yoxdu, amma illərdir onun yazılarından da aldığım məlumat və ipucları ilə yeni şeylər öyrənmiş, həm də başqalarını xəbərdar eləməyə çalışmışam. Orxanı izləyənlərin izləyicisi Orxanın izləyicilərindən daha çoxdur. Bu problemi təcili aradan qaldırmaq lazımdır. Uzun sözün qısası, Orxanın blogunu izləyin. 🌟 «Postadam»

⚪️                                                ⚪️            Argentinada UNO-ları        müzakirə etmək üçün TV-yə         Unoloq əvəzinə səhvən               Uroloq çağırıblar.                   ⚪️                                                 ⚪️ 🌟 «Postadam»

Sən demə, bu ilin əvvəlindən Çin hakerləri Azərbaycanın neft-qaz kampaniyalarına mütəşəkkil hücumlar reallaşdırırmış. Özü də
Sən demə, bu ilin əvvəlindən Çin hakerləri Azərbaycanın neft-qaz kampaniyalarına mütəşəkkil hücumlar reallaşdırırmış. Özü də bilirsiz niyə? Regiondakı problemlər fonunda Azərbaycanın Avropanın energetik təhlükəsizliyini təmin etməkdə mühim rolu üstləndiyinə görə. Bir dənə yüngülvari haşiyə eləyim, dünənki sorğuda respondentlərin 12%-i VPN-in nə olduğunu bilmirmiş. Bilmirsən, sevinəsən ki bizdə net o qədər azaddır ki, camaat VPN-in nə olduğunu bilmir. Ya da vəziyyət o qədər pisdir ki heç VPN-in nə olduğunu da bilmirlər. Ya da üçüncü variantdır, lağlağı üçün seçiblər. Elə bu karatistlərin biz tərəfə kiber hücumu da ikihaçalı emosiya yaradır - biz bu qədər vajnı elementik ki, artıq bizi real təhlükə kimi görürlər; biz nə qədər vajnıyıq ki, bizi real təhlükə kimi görürlər. 🌟 «Postadam»

Yaponiyada elektriklə işləyən tək təkərli nəqliyyat vasitəsi təqdim edilib. 200 km/saat sürətlə hərəkət edə bilən bu monoçarx bir dəfə zaryatkaya qoymaqla 1000 km yol qət edə bilir. Layihə müəllifləri hesab edirlər ki, 2034-cü ilə qədər dünya əhalisinin 75%-i bu tip nəqliyyat vasitələrinə keçəcək. 🌟 «Postadam»

💎Bu ilin I rübündə tokenizasiya edilmiş qızılın ticarət həcmi keçən ilinkini bütünlüklə üstələyib. Birinci kvartalda $90,7 m
💎Bu ilin I rübündə tokenizasiya edilmiş qızılın ticarət həcmi keçən ilinkini bütünlüklə üstələyib. Birinci kvartalda $90,7 milyard ticarət edilib, keçən il isə bir ildə $84,6 milyard olmuşdu. Hələlik ən böyük ticarət payını PAXG və XAUT tokenləri götürür. Tokeni buraxan emitentə etibar edirsənsə, əlbəttə çox rahatdır. Biri var evdə külçə saxlayasan və nəzərə almaq lazımdır ki, külçə almaq üçün də minimal tələb var - biri də var, xırda-xırda tokenizasiya olunmuş qızıl alırsan və çəkisindən asılı olmayaraq cibində daşıya bilirsən. İstənilən vaxt sata da bilirsən. 🌟 «Postadam»

Forbes Erik Tramp və onun mayninq şirkəti American Bitcoin haqqında yeni araşdırma edib. Araşdırma American Bitcoin şirkəti ə
Forbes Erik Tramp və onun mayninq şirkəti American Bitcoin haqqında yeni araşdırma edib. Araşdırma American Bitcoin şirkəti ətrafında mübahisələrə səbəb olub. İddialara görə, şirkət investorlar üçün “pul çap edən maşın”(davamlı və asan qazanc verən) imici yaratsa da, real qazancın böyük hissəsi insayderlərə çatır. Layihənin gəliri yalnız mayninqdən yox, həm də Tramp brendi ətrafında yaranan hype, səhmlərin yüksək qiymətləndirilməsi və kapital cəlbi üzərindən formalaşır. IPO zamanı şirkət təxminən 13.2 milyard dollar dəyərində qiymətləndirilsə də, balansında cəmi 270 milyon dollar həcmində BTC olub. Sonradan səhmlərin qiyməti 92% düşüb, nəticədə investorlar yüz milyonlarla dollar zərər edib. Buna baxmayaraq, Erik Tramp ittihamları rədd edərək, Forbes-i siyasi motivli olmaqda günahlandırıb və bildirib ki, şirkətin hazırda: 7000+ BTC ehtiyatı 90 000 mayning cihazı 28 EH/s (bu kifayət qədər böyük mayninq gücüdür) hashrate gücü var. Maraqlı məqamlardan biri də odur ki, illik hesabatda şirkətin 3-5 nəfər tam ştat işçisi olduğu bildirilir. 🌟 «Postadam»

Bütün normal insanlarda olduğu kimi, hər dəfə yeni sual ilə qarşılaşıb sonra onun cavabını öyrənəndə özümə: məntiqli cavabdır
Bütün normal insanlarda olduğu kimi, hər dəfə yeni sual ilə qarşılaşıb sonra onun cavabını öyrənəndə özümə: məntiqli cavabdır, bəs nə əcəb daha əvvəl mənim ağlıma gəlməmişdi? - deyirəm. Dünənki məsələnin səbəbini öyrəndim, amma bu cavab mənim üçün heç məntiqli deyil. Həm də heç yaxşı ki ağlıma da gəlməyib. Sən demə, hər dəfə səhmdarlara ödəniləcək dividend məbləği elan edildikdə, səhmin qiyməti dividend məbləği qədər ucuzlaşır. Ona görə də, bir səhm qiyməti 0,31₼ olarkən, dividend 0,04₼ elan olunması ilə səhmin qiyməti də 0,27₼-a qədər düşdü. Hər nə qədər məntiqli bir əlaqə qura bilməsəm də, əsas odur öyrəndim. 🌟 «Postadam»

Qardaşınız yerli səhmlər alıb dividend-xanter olacaq idi axı. Hər şey təzə-təzə vaxtı çox maraqlı olur, hər gün girib yoxlayı
Qardaşınız yerli səhmlər alıb dividend-xanter olacaq idi axı. Hər şey təzə-təzə vaxtı çox maraqlı olur, hər gün girib yoxlayırsan. Həm də veb2 mənim üçün şredinqer pişiyi kimidir. Vrode almışam, pulunu da ödəmişəm - satıb pulunu xərcləyənə qədər əmin ola bilmirəm bu mənim idi ya yox. Dünən baxmışam səhmin biri 0,31₼-dır, bu gün səhər açıram ki, 0,27₼ olub. Sən demə, dünən saat 18:00-a kimi kimlər kripto dili ilə desək holder idisə, skrinşot oldu və onlar dividend alacaq. Yəqin elə ona görə də bu gün qiymət belə düşdü. Mən hələ başa düşməyə uspet eləməmiş qatar getdi, bilet də qaldı əlimdə. Amma, suallarım hələ də cavabsız qalır - 0,04₼ düşüş olub və keçən ilki hesabata əsasən elə hər səhm başına düşən dividend də 0,04₼ olub. Aldım qoz - satdım qoz? Hə, elə ən yaxşı bacardığım şey budur. 🌟 «Postadam»

Keçən həftə Qırğızıstanda Rəqəmsal İnkişaf Nazirliyi rəqəmsallaşmaya maneə yaratdığı üçün ləğv edilib. Biz lağlağı eləyirik,
Keçən həftə Qırğızıstanda Rəqəmsal İnkişaf Nazirliyi rəqəmsallaşmaya maneə yaratdığı üçün ləğv edilib. Biz lağlağı eləyirik, amma həqiqətən reallıq belədir e. 🌟 «Postadam»

Dünən "Finding Satoshi" filminə baxdım. Gözləntilərimi doğrultdu. Gözlədiyim kimi, heç kimi tapmayıblar. Baxmaq istəyənlər üçün burda rus dilində dublyaj ilə yerləşdirirəm.

FBİ direktorunun gələn ayın sonuna qədər vəzifəsindən gedəcəyinə edilən stavkalar artır və bu artıq mərc yox sifarişə oxşuyur
+1
FBİ direktorunun gələn ayın sonuna qədər vəzifəsindən gedəcəyinə edilən stavkalar artır və bu artıq mərc yox sifarişə oxşuyur. Artıq prediction market-dəki vəziyyət (proqnoz bazarı) makro-iqtisadi göstəricilər ilə yanaşı gedir. Həm də bu proqnozlar pul qazanmaq üçün və ya əyləncə üçün edilmiş mərcdən fərqli olaraq birbaşa sifarişə oxşuyur. Sifariş deyərkən isə, hansısa boz kardinalın göstərişini yox - futarxiya nəzərdə tuturam. 🌟 «Postadam»