fa
Feedback
Postadam

Postadam

رفتن به کانال در Telegram

Postadam - Web3, DeFi, Rəqəmsal təhlükəsizlik, Aİ üzrə analiz və praktik eksperimentlər. Manifest: t.me/postadam/800 Çat - @heypostadam Əlaqə: @mugaddas

نمایش بیشتر
479
مشترکین
-124 ساعت
+87 روز
+2930 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
ژوئن '26
ژوئن '26
+8
در 1 کانال‌ها
مه '26
+38
در 2 کانال‌ها
Get PRO
آوریل '26
+48
در 2 کانال‌ها
Get PRO
مارس '26
+127
در 4 کانال‌ها
Get PRO
فوریه '26
+97
در 3 کانال‌ها
Get PRO
ژانویه '260
در 0 کانال‌ها
Get PRO
دسامبر '250
در 0 کانال‌ها
Get PRO
نوامبر '250
در 0 کانال‌ها
Get PRO
اکتبر '250
در 0 کانال‌ها
Get PRO
سپتامبر '250
در 0 کانال‌ها
Get PRO
اوت '250
در 0 کانال‌ها
Get PRO
ژوئیه '250
در 0 کانال‌ها
Get PRO
ژوئن '250
در 1 کانال‌ها
Get PRO
مه '250
در 0 کانال‌ها
Get PRO
آوریل '250
در 0 کانال‌ها
Get PRO
مارس '250
در 0 کانال‌ها
Get PRO
فوریه '250
در 0 کانال‌ها
Get PRO
ژانویه '250
در 0 کانال‌ها
Get PRO
دسامبر '24
+14
در 0 کانال‌ها
Get PRO
نوامبر '240
در 0 کانال‌ها
Get PRO
اکتبر '240
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+30
در 1 کانال‌ها
Get PRO
اوت '240
در 0 کانال‌ها
Get PRO
ژوئیه '24
+63
در 0 کانال‌ها
Get PRO
ژوئن '240
در 2 کانال‌ها
Get PRO
مه '24
+100
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
05 ژوئن0
04 ژوئن0
03 ژوئن+3
02 ژوئن+5
01 ژوئن0
پست‌های کانال
Sorğu yekunlaşdı və çoxluğun razılığı ilə botu qoşuram. Müzakirə qrupunda Mira-nı çağıraraq qulluğa-zada göndərə bilərsiz. Üm
Sorğu yekunlaşdı və çoxluğun razılığı ilə botu qoşuram. Müzakirə qrupunda Mira-nı çağıraraq qulluğa-zada göndərə bilərsiz. Ümid edirəm, işimizə yarayacaq. 🌟 «Postadam»

2
Dostlar, kanala və müzakirə qrupumuza @mira botunu əlavə etmək istəyirəm. Müzakirə qrupunda verdiyimiz sualları cavablandırmağa və sərbəst axtarmağa ərindiyimiz məlumatları tapıb gətirməyə xidmət edəcək. Faydalı olmağa çalışan bot olmalıdır.
863
3
Bitok düşür deyə rahat etiraf eləmək istəyirəm, nə qədər tsinik və ya ən yaxşı halda fürsətcillik kimi çıxsa da müharibə başl
Bitok düşür deyə rahat etiraf eləmək istəyirəm, nə qədər tsinik və ya ən yaxşı halda fürsətcillik kimi çıxsa da müharibə başlayanda aldığım ikinci əl Şturmanski və Amfibiya taktiki-döyüş kateqoriyasına aid saatlar 2,5 ~ 3 dəfə qiymət artımı eləyib. Açığı heç kriptanın qalxmasını da o qədər həvəslə gözləyənlərdən deyiləm. Çünki, mənimçün ən maraqlı adamlar bu şəraitlərdə hərəkətə keçməyə başlayır. Səs-küy azalır və qurub-yaradanlar ajiotajdan qaçıb sakitcə fəaliyyətinə fokuslanır. Məhlədə futbol oynayanlara pəncərədən baxanlar isə belə günlərdə "mən sizə demişdim" - deyir. 🌟 «Postadam»
937
4
TON rebrend eləyib GRAM oldu ha, bax indi qardaşıvız sizə bu söhbətin əsl məğzini xatırlatsın. Əslində TON elə əvvəlcə GRAM i
TON rebrend eləyib GRAM oldu ha, bax indi qardaşıvız sizə bu söhbətin əsl məğzini xatırlatsın. Əslində TON elə əvvəlcə GRAM idi. O vaxtı telegram open network ideyası formalaşanda İCO keçirilmiş və GRAM tokeni satışından $1,7 milyard yığılmışdı. Sonra ABŞ bu ico-nun qeyri-qanuni keçirildiyini elan etdi və Pavel Durov yığılmış pulu geri qaytarmaq məcburiyyətində oldu. Amma kod yazılmışdı. Bir müddət sonra elə bir abstraksiya yaradıldı ki, sanki kod açıq olduğuna görə komyuniti bu kodu götürüb tənzimləyərək TON blokçeynini qurdu və nativ tokeni TONcoin oldu. Biz də çörəyi qulağımıza yeyirik axı. Təbii ki, bu söhbətlər elə hüquqi baxımdan problemləri yan keçə bilməkçün düşünülmüşdü. İndi də, ortabab imic yaratdıqdan sonra Pavel rebrend etməklə, ilkin ideyasına geri dönür. 🌟 «Postadam»
985
5
Bildiyimiz kimi marketpleyslərin qiymət siyasəti bizim dədə-baba - özgəsinə yarısı, özümüzünkünə dibinə qədər prinsipindən da
Bildiyimiz kimi marketpleyslərin qiymət siyasəti bizim dədə-baba  - özgəsinə yarısı, özümüzünkünə dibinə qədər prinsipindən daha da həyasızlaşıb. Eyni məhsulu müştərilərə telefon markası, hava şəraiti, telefonun zaryatkası, lokasiya və.s asılı olaraq fərqli qiymətlərlə təqdim olunur. Fikirləşirəm ki, əgər bu faktorlar qiymətin formalaşmasına təsir edirsə, deməli onları manipulyasiya etməklə məhsulu və ya xidməti daha sərfəli qiymətə əldə etmək olar. Bilmirəm bununla məşğul olan(lar) var ya yox, amma vaxt tapdıqca etdiyim müxtəlif eksperimentlər siyahısına - müştəriləri daha sərfəli qiymətə çıxaran mühitin simulyasiyasını təqdim edən alqortimləri araşdıracam. 🌟 «Postadam»
1 074
6
Yandex Taxi tətbiqində müştərilərin ksenofob/rasist olma ehtimalını ölçən alqoritm aşkarlanıb. Əslində çox sadə məntiqlə işlə
Yandex Taxi tətbiqində müştərilərin ksenofob/rasist olma ehtimalını ölçən alqoritm aşkarlanıb. Əslində çox sadə məntiqlə işləyən alqoritmdir - müştəri taksi sifarişini verir, hansı sürücünün təyin olunduğu görüldükdən sonra müştəri sifarişi rədd edir və bu proses bir neçə dəfə təkrarlanırsa müştərinin ksenofob/rasist olma ehtimalı yüksəlir. Bu cür müştərilər ksenofob/rasist kimi markirovka olunur və gələcəkdə onların sifarişlərində eyni hal ilə qarşılaşmamaları üçün alternativ variant işə düşür. Yəqin ki, alternativ variantı özünüz təxmin edirsiniz... 🌟 «Postadam»
1 281
7
Fransada quldarlıq rəsmən ləğv edildi. Parlamentin aşağı palatası 1685-ci ildə qəbul olunmuş "Qara kodeks"in (Code Noir) ləğv
Fransada quldarlıq rəsmən ləğv edildi. Parlamentin aşağı palatası 1685-ci ildə qəbul olunmuş "Qara kodeks"in (Code Noir) ləğvi üçün yekdilliklə səs verib. Tətbiq edilməsi də, bu sənədə əsasən ölkədə insanları alıb-satmaq və onları ağır fiziki əməyə cəlb etmək qanuni sayılırdı. Həmçinin, qulun qaçması halında onun qulaqlarının kəsilməsi nəzərdə tutulurdu. Prosta, XIV Ludovikin nə əcəb ağlına gəlməyib ki, sözə qulağ asmayan qulun qulaqlarını kəssən nəinki qulaq asmaq heç eşitməyəcək də. Heç olmasa birini saxlayın da ala, bəlkə islah olacaq... 🌟 «Postadam»
1 040
8
Özbəkistanda gül buketlərinin təkrar satışını təmin edən Second Bloom adlı startap tutuzdurub. İdeya çox sadədir, hədiyyə edi+4
Özbəkistanda gül buketlərinin təkrar satışını təmin edən Second Bloom adlı startap tutuzdurub. İdeya çox sadədir, hədiyyə edilən buketi götürdün şəkil-zad çəkdirdin qurduvu öldürdün tətbiqə girib elanı yerləşdirirsən və auksiyon başlayır. Həm sən emosiyanı aldıqdan sonra yüngülvari pul qarşılığında buketi satırsan, həm də qarşı tərəfdəki şəxs buketi bazar qiymətindən ucuz qiymətə almaq şansı əldə edir. Win-win! Startap vençur fonddan $50.000 investisiya cəlb etməyə də uspet eləyib. 🌟 «Postadam»
1 156
9
İlin sonu Flipper One kickstarterə çıxmalıdır. Bu dəfə mikrokontroller-zad söhbəti döle, əməlli-başlı linux işlədən cib kompy+1
İlin sonu Flipper One kickstarterə çıxmalıdır. Bu dəfə mikrokontroller-zad söhbəti döle, əməlli-başlı linux işlədən cib kompyuteri olacaq. Həm də içində eSim, llm və.s dəstəyi ilə babat bir şey olmalıdı. 🌟 «Postadam»
1 090
10
Anthropic əməkdaşlarından biri sevgilisi ilə 12 illik münasibətdən sonra toydan əvvəl bütün yazışmalarını Claude ilə paylaşıb+3
Anthropic əməkdaşlarından biri sevgilisi ilə 12 illik münasibətdən sonra toydan əvvəl bütün yazışmalarını Claude ilə paylaşıb və qonaqlar üçün infoqrafika yaratmağı yoxlayıb. Yazışmalarında ən çox istifadə olunan emodzilər: 😭 😡 😑 🌟 «Postadam»
1 243
11
Zumerlərin inqilabı Hindistana qədər gedib çatıb. Tələbələrin yaratdığı "Tarakanların Xalq Partiyası" populyarlıqda iqtidar p+2
Zumerlərin inqilabı Hindistana qədər gedib çatıb. Tələbələrin yaratdığı "Tarakanların Xalq Partiyası" populyarlıqda iqtidar partiyasını keçib. Hər şey bilirsiz necə başlayıb? Elə bütün inqilablarda olduğu kimi! Ali məhkəmə sədri iş tapa bilməyən gənc aktivistləri tarakanlar ilə müqayisə edib. Zumerlər də samo-ironiyanı işə salaraq tarakanlar üçün partiya yaratmaqla 20 milyon izləyici toplayıb və küçələrə çıxmağa başlayıblar. Partiyanın simvolu isə süni intellekt ilə hazırlanmış kostyumlu tarakandır. Xiyar əyri bitib və o xiyar üzü bürokratlara tərəf sürətlə irəliləyir. #MainBhiCockroach xeşteqi ətrafında sıx birləşmiş aktivistlərin real siyasi proqramı da var: Hakimlərin ömürlük imtiyazlarını ləğv etmək; Deputatların "20" il vəzifədə qalmasına qadağa qoymaq; Parlamentdə qadınların yer alması üçün kvotanı 50%-ə qədər artırmaq. 🌟 «Postadam»
1 213
12
Tam 16 il əvvəl Laslo Heynits Papa John's-dan iki pizza üçün 10 000 Bitcoin ilə ödəniş etdi. O vaxt bunun dəyəri cəmi 25 doll
Tam 16 il əvvəl Laslo Heynits Papa John's-dan iki pizza üçün 10 000 Bitcoin ilə ödəniş etdi. O vaxt bunun dəyəri cəmi 25 dollar edirdi. Bu gün üçün həmin 10 000 BTC-nin dəyəri 774 milyon dollardır. Bu tarixin ən bahalı şam yeməyi və Bitcoinin real dünyada ilk böyük sınağı kimi tarixə düşdü. Laslo peşman olmadığını deyir. Amma hər il may ayı gələndə dünya yenə ona həmin sualı verir... 🍕 🌟 «Postadam»
1 460
13
Deməli, neçə ildir ki sberbank hesabım 115-ci maddə ilə birtərəfli bağlanıb axı. Pul yumaq şübhəsi ilə - pul var ki, yuyaq da+1
Deməli, neçə ildir ki sberbank hesabım 115-ci maddə ilə birtərəfli bağlanıb axı. Pul yumaq şübhəsi ilə - pul var ki, yuyaq da? Nə isə, amma bir boşluq tutmuşdum və hər lazım olanda həmin boşluqdan istifadə edirdim. Hesaba pul gəlirdi və gedib bankda hesabımı bağlamaq üçün müraciət edirdim. Hesabı da bağlamaq üçün gərək balans sıfırlansın. Təsəvvür eləyirsiz? Belə gedib müraciət edirsən ki, hesabımdakı pulu çıxarmaq istəyirəm, hesabınızla bağlı heç bir əməliyyat etmək olmaz deyirlər. Amma, deyirsən ki hesabımı bağlamaq istəyirəm, bütün pulu çıxarıb verirdilər çünki hesabı bağlamaq üçün onu sıfırlamaq lazımdır və pulu əldə edən kimi deyirdim ki fikrimi dəyişdim hesabı bağlamıram. Öz iradəsi xaricində unbanked olmuş biri üçün vruçat edirdi. Aprel ayında yenə banka "hesabı bağlamağa" getdim, amma bu dəfə heç nə alınmadı. Çünki neçə ildir neleqal olmağım və Rusiyada yeni qanun dəyişikliklərinə əsasən mənimkimilərin kislorodunu bağlamağı tayminqi zərərimə işlədi. Əslində o qədər də pul yoxdu hesabda. Həm də hər dəfə banka gedəndə Şnurun kredit mahnısı yadıma düşür və çalışıram tez-bazar yuvarlaqlaşdırım çıxım. Odur ki, başını buraxdım, day bu qədər deyib gülmüşük bəs edir. İndi isə anekdot: Bu gün girib bankdan gələn mesajlara baxıram - sən demə hesabımın dondurulmasına baxmayaraq, bank hər ay hesabımdan xidmət haqqı çıxırmış. Xidmət isə yoxdu, vapşe yoxdu. 🌟 «Postadam»
1 091
14
ABB səhmlərinə görə dividend gəldi. Əgər dividendi elə səhm ilə ödəmək olsaydı lap bomba olardı. İlk baxışdan sizə faydasız g
ABB səhmlərinə görə dividend gəldi. Əgər dividendi elə səhm ilə ödəmək olsaydı lap bomba olardı. İlk baxışdan sizə faydasız gələ bilər. İndi izah edəcəm: DeFi leksikonunda APR/APY istifadə olunur. APR illik faizi göstərir, APY isə həmin faizin kompound edilməsi şərtindəki faizi göstərir. Nümunə üçün, tutalım ki siz 1000₼ depozit edirsiniz və APR 10% göstərir. Bu o deməkdir ki, ilin sonunda 100₼ xeyriniz var. Əgər illik gəlir faizini hər ay üçün hesablayıb depozitə əlavə edilsəydi, bu məbləğ 104,71₼ və APY faizi isə 10,471% olardı. Uzun müddətdə bu qəliz faiz hesablaması insanlara daha çox yığmağa və saxlamağa motivasiya verir. Səhm nümunəsində elə illik 15% dividend üçün ödənilməli olan məbləğə səhmi bazar qiymətindən alıb səhmdarlara köçürmək olar. Səhmdar hər növbəti il daha çox səhm sahibi olur və bu da mürəkkəb qazanc faizi yaradır. Hətta bunu əlavə ödənişli opsiya kimi də qoymaq olar. 🌟 «Postadam»
1 120
15
Tailanddan ABŞ-a 42 yaşlı ukraynalı kripto-piramida lideri ekstradisiya olunub. $340.000.000 yığan piramidanın tutulmuş lider
Tailanddan ABŞ-a 42 yaşlı ukraynalı kripto-piramida lideri ekstradisiya olunub. $340.000.000 yığan piramidanın tutulmuş liderinin ləqəbi nə olsa yaxşıdı? - Lola Ferrari! Cinayətkar olanda nolar, gərək biraz da kreativlik olsun. Yoxsa, bizimkilərin ləqəbina bax: Leş Tofiq, Beluga Tahir... 🌟 «Postadam»
2 035
16
İllərdir axtarışda olan darknet-market administratoru qızıl külçə sifarişləri əsasında müəyyənləşdirilib. ABŞ və Almaniya xüs
İllərdir axtarışda olan darknet-market administratoru qızıl külçə sifarişləri əsasında müəyyənləşdirilib. ABŞ və Almaniya xüsusi xidmət işçilərinin 2010-cu ildən bəri axtardığı Dream Market administratorunun yeri qızıl külçə sifarişləri əsasında müəyyənləşdirilib. Sən demə, qara pulu kripto ilə yuduqdan sonra həmin pula qızıl külçələr alıb və kuryer ilə Almaniyadakı evinə çatdırılmasını sifariş edirmiş. İçəridə ən azı 20 il keçirməli olacaq və məncə harada səhv etdiyini başa düşməsi üçün 20 dəqiqə də bəs edərdi. 🌟 «Postadam»
1 123
17
Dostlar, hər bərbərin başını əmanət etdiyi başqa bərbər olduğu kimi, mənim də bu keçəl başıma bərbərliyi Orxan məllim eləyib.
Dostlar, hər bərbərin başını əmanət etdiyi başqa bərbər olduğu kimi, mənim də bu keçəl başıma bərbərliyi Orxan məllim eləyib. Heç bəlkə özünün də xəbəri yoxdu, amma illərdir onun yazılarından da aldığım məlumat və ipucları ilə yeni şeylər öyrənmiş, həm də başqalarını xəbərdar eləməyə çalışmışam. Orxanı izləyənlərin izləyicisi Orxanın izləyicilərindən daha çoxdur. Bu problemi təcili aradan qaldırmaq lazımdır. Uzun sözün qısası, Orxanın blogunu izləyin. 🌟 «Postadam»
1 739
18
⚪️ ⚪️ Argentinada UNO-ları müzakirə etmək üçün TV-yə Unoloq əvəzinə səhvən Uroloq çağırıblar. ⚪️ ⚪️ 🌟 «Postadam»
⚪️                                                ⚪️            Argentinada UNO-ları        müzakirə etmək üçün TV-yə         Unoloq əvəzinə səhvən               Uroloq çağırıblar.                   ⚪️                                                 ⚪️ 🌟 «Postadam»
1 380
19
Sən demə, bu ilin əvvəlindən Çin hakerləri Azərbaycanın neft-qaz kampaniyalarına mütəşəkkil hücumlar reallaşdırırmış. Özü də
Sən demə, bu ilin əvvəlindən Çin hakerləri Azərbaycanın neft-qaz kampaniyalarına mütəşəkkil hücumlar reallaşdırırmış. Özü də bilirsiz niyə? Regiondakı problemlər fonunda Azərbaycanın Avropanın energetik təhlükəsizliyini təmin etməkdə mühim rolu üstləndiyinə görə. Bir dənə yüngülvari haşiyə eləyim, dünənki sorğuda respondentlərin 12%-i VPN-in nə olduğunu bilmirmiş. Bilmirsən, sevinəsən ki bizdə net o qədər azaddır ki, camaat VPN-in nə olduğunu bilmir. Ya da vəziyyət o qədər pisdir ki heç VPN-in nə olduğunu da bilmirlər. Ya da üçüncü variantdır, lağlağı üçün seçiblər. Elə bu karatistlərin biz tərəfə kiber hücumu da ikihaçalı emosiya yaradır - biz bu qədər vajnı elementik ki, artıq bizi real təhlükə kimi görürlər; biz nə qədər vajnıyıq ki, bizi real təhlükə kimi görürlər. 🌟 «Postadam»
0
20
بدون متن...
0