Postadam
前往频道在 Telegram
Postadam - Web3, DeFi, Rəqəmsal təhlükəsizlik, Aİ üzrə analiz və praktik eksperimentlər. Manifest: t.me/postadam/800 Çat - @heypostadam Əlaqə: @mugaddas
显示更多490
订阅者
无数据24 小时
+17 天
+830 天
数据加载中...
吸引订阅者
七月 '26
七月 '26
+9
在1个频道中
六月 '26
+23
在2个频道中
Get PRO
五月 '26
+38
在2个频道中
Get PRO
四月 '26
+48
在2个频道中
Get PRO
三月 '26
+127
在4个频道中
Get PRO
二月 '26
+97
在3个频道中
Get PRO
一月 '260
在0个频道中
Get PRO
十二月 '250
在0个频道中
Get PRO
十一月 '250
在0个频道中
Get PRO
十月 '250
在0个频道中
Get PRO
九月 '250
在0个频道中
Get PRO
八月 '250
在0个频道中
Get PRO
七月 '250
在0个频道中
Get PRO
六月 '250
在1个频道中
Get PRO
五月 '250
在0个频道中
Get PRO
四月 '250
在0个频道中
Get PRO
三月 '250
在0个频道中
Get PRO
二月 '250
在0个频道中
Get PRO
一月 '250
在0个频道中
Get PRO
十二月 '24
+14
在0个频道中
Get PRO
十一月 '240
在0个频道中
Get PRO
十月 '240
在0个频道中
Get PRO
九月 '24
+30
在1个频道中
Get PRO
八月 '240
在0个频道中
Get PRO
七月 '24
+63
在0个频道中
Get PRO
六月 '240
在2个频道中
Get PRO
五月 '24
+100
在0个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 13 七月 | 0 | |||
| 12 七月 | 0 | |||
| 11 七月 | +1 | |||
| 10 七月 | 0 | |||
| 09 七月 | 0 | |||
| 08 七月 | +1 | |||
| 07 七月 | +1 | |||
| 06 七月 | 0 | |||
| 05 七月 | +1 | |||
| 04 七月 | +2 | |||
| 03 七月 | +3 | |||
| 02 七月 | 0 | |||
| 01 七月 | 0 |
频道帖子
Strike BTC ilə edilmiş zəmanətin kəskin qiymət düşüşündə belə satışa çıxarılmayacağı kredit şərtləri təklif etdi. Amma, bir xeyli amma var...
Adətən kripto kredit üçün təklif olunan LTV (loan to value) 60 ~ 80 %-dir, amma Strike 45% təklif edir. Bu da o deməkdir ki, 100 manatlıq zəmanət qarşılığında 60-80 yox 45 manatlıq kredit götürmək olacaq.
Digər kreditlərdə ənənəvi kreditlərdən fərqli olaraq aylıq ödənişlər yoxdur, amma Strike nəinki borcun vaxtı-vaxtında ödənişi tələb edir, hətta borcu ödəmək üçün fiks 10 gün möhlət verir.
Və üçüncü əmma ondan ibarətdir ki, kreditlər maksimum 6 aylıq müddətə veriləcək.
Yəni, belə ilk baxışdan gözəl upakovka olunmuş təklifə oxşasa da Əli Bayramlıda lombarda girmək bundan daha sərfəlidir.
| 2 | İndiyə qədər çox adam pullarını yüksək gəlir vədləri ilə piramida sxemlərində itirib. Bunun əsas səbəblərindən biri isə kiçik məbləğlərlə qanuni və şəffaf investisiya imkanlarının məhdud olması idi.
"Kraudfandinq haqqında" yeni qanun bu baxımdan maraqlı yenilikdir.
"Kraudfandinq" sözü "kütləvi maliyyələşmə" deməkdir. Mahiyyət etibarilə isə yüzlərlə və ya minlərlə insanın kiçik məbləğlərlə eyni biznes layihəsinə investisiya etməsidir. Məsələn, yeni texnologiya hazırlayan bir startapın 300 min manata ehtiyacı varsa, bunu bir nəfərdən deyil, 1000 nəfərin hər birindən 300 manat cəlb etməklə də əldə edə bilər.
Bu, dünyada uzun illərdir istifadə olunan və həcmi artıq 100 milyard ABŞ dollarını ötmüş maliyyələşmə modelidir. Azərbaycanda da belə hüquqi mexanizmin yaradılması bir neçə istiqamətdə müsbət nəticə verə bilər. Məsələn, kiçik də olsa bank kreditlərinə alternativ maliyyələşmə mənbəyi yaranacaq. Startaplar və kiçik sahibkarlar investor tapmaqda daha çox seçim əldə edəcəklər. Eyni zamanda kiçik yığımları olan vətəndaşlar üçün depozitdən başqa qanuuni investisiya alternativi də yaranacaq. Beləliklə, onlar vəsaitlərini qanunla tənzimlənən platformalar vasitəsilə real biznes layihələrinə yönəldə biləcəklər.
Məlumat üçün deyim ki, dünyada kraudfandinq bazarının həcmi artıq 100 milyard dolları ötüb və bir çox ölkədə minlərlə startap məhz bu mexanizm vasitəsilə ilk kapitalını cəlb edib. Amma bir məsələ var ki, bu investisiya növü də risksiz deyil. Ümumiyyətlə, heç bir investisiya risksiz deyil və heç bir qanun uğurlu biznesə zəmanət vermir. Lakin yeni qanun AMB-yə kraudfandinq platformalarının fəaliyyətinə daha effektiv nəzarət etməyə imkan verəcək, investorların hüquqlarının qorunmasını gücləndirəcək.
İndi əsas məsələ bu qanunun necə tətbiq olunacağıdır. Əgər etibarlı platformalar formalaşarsa və investorların inamı qazanılarsa, kraudfandinq Azərbaycanda startapların və kiçik sahibkarlığın maliyyəyə çıxışında mühüm rol oynaya bilər.
©Eldəniz Əmirov | 109 |
| 3 | https://t.me/P_apirus/149758
Funksiyanın şərti adı Rich messagesdir. Açığı istəməzdim ki, bu funksiya bir tək premiumu olan adminlər üçün olsun. Çünki, belə olduğu halda, sanki premium hesabın üstünlükləri artmış kimi görünür. Əslində isə, premium istifadəçilərin verdiyi boost-u adminlər üçün monetizasiya vasitəsinə çevirsəydilər daha yaxşı olardı. Yəni, əldə edilmiş hər boost x qədər stars və ya grama konvertasiya edilə bilsin.
Çünki, onsuz da kanal adminlərinin əksəri tg-ı aktiv istifadə etdiyi üçün onsuz da premium istifadə edirlər. Sırf buna görə premiuma keçəcəklərini düşünmürəm.
Boost-u əlavə monetizasiya vasitəsinə çevirmələri üçün isə, həm də kanala verilən boosta ve (Vote Escrow) mexanikası əlavə olunmalıdır.
Məsələn, izləyicinin premium hesabı var və o 4 boost verə bilər. Verdiyi boostlar kanallara konkret müddətlik (bir ay/bir il) kilitlənməlidir. Bu halda admin əmin olacaq ki, izləyicilərdən avans kimi aldığı filan qədər boost var və filan müddətə qədər ondadır.
Belə olan halda, adminlər də kazino və mərc oyunlarının reklamına daha az maraqlı olar. Həm də daha çox boost əldə etmək üçün rəqabət yaranar. | 1 579 |
| 4 | Buralarda olmadığım bir həftədə kripto-tusofakada ən müzakirə olunan xəbər: Moonbeam Base-ə köçür.
Maraqlısı bilirsiniz nədir? Moonbeam texniki olaraq parachain olsa da əslində elə blokchaindir - necə ki, Base Ethereumun təhlükəsizlik çətiri altında L2-dir, Moonbeam də Polkadotun iqtisadi təhlükəsizliyində daldalanırdı.
Görünür, artıq moonbeam çeyn olmaqdansa dapp olmağın daha əlverişli olacağını düşünür.
Hələlik bilinən odur ki $glmr tokeni bu ayın axırına qədər Base-ə bridge etmək lazımdır.
Yoxladım və hələki körpü qeyri-stabildir. Rahat miqrasiya üçün bir neçə gün gözləməli olacağıq.
Gözləyək, görək nolur...
«Postadam» | 1 056 |
| 5 | Mark Zuckerberg
əməkdaşlarına mərc/proqnoz bazarına* daxil olmaq üçün proqram təminatı hazırlamağı tapşırıb.
Bir neçə gün əvvəl isə WSJ-ın araşdırması ilə məlum oldu ki, akazıvaetsya PolyMarket piarçısı camaatı şirnikləndirməkçün saytın klonunu hazırlayaraq orada saxta mərc qazanclarını auditoriyayla paylaşmaları üçün insanlara pul ödəyib.
Ona görə də:
1) Uğur hekayələrinə baxıb tırkaya getməyin.
2) Ümumiyyətlə, azarta getməyin.
*Prediction market
«Postadam» | 1 817 |
| 6 | Əslində sorğuları özüm üçün yox, elə hamımız üçün keçirirəm və seçiminizi etməsəniz belə digərlərinin seçimlərinə baxaraq ümumi mənzərəni görə bilirsiniz.
Amma, yaxşı olar özünüz də aktiv iştirak edəsiniz ki, nəticələr daha realistik olsun. Məncə maraqlıdı...
«Postadam» | 1 251 |
| 7 | Düzünü desəm, işdə ... | 1 212 |
| 8 | Dünən Sonic Labs-ın idarə heyətindən üç mühim şəxs kənarlaşdırıldı. Sonic Labs, $S tikeri ilə kripto-birjalarda qarşımıza çıxan rebrend olunmuş $FTM Fantomdur.
Məsələn, kənarlaşdırılan Andre Kronye bir vaxtlar qiyməti hətta BTC-dən də baha olan yEarn.Finance-ın qurucusudur və sonra Solidlydən gedəndə şəxsən mən də bu gedişi cüzdanımda hiss eləmişdim. Gedəndə çox babat gedir. (Nümunə üçün S tokeninin qrafikinə baxa bilərsiniz.)
Məhşərin ikinci atlısı isə, Maykl Konqdur. Hansı ki, bir neçə gün əvvəl RoboStrategy haqqında yazanda onun founder olduğunu göstərməmişdim.
Üçüncü şəxs isə, Devid Riçardsondur və açığı heç onu tanımıram. Yəqin siz də tanımırsız və elə tanımasaz yaxşıdı.
«Postadam» | 1 166 |
| 9 | Braziliyanın müdafiə nazirliyinə məxsus infrastruktura kiber-hücum nəticəsində milyonlarla sakinə «yadplanetlilərin hücumu» barədə xəbərdarlıq gəlib. «Misantropio*» mesajı ölkənin Müdafiə Nazirliyinin fövqəladə bildiriş sistemi vasitəsilə göndərilib.
*Mizantrop - insanlara nifrət edən mənasına gəlir.
«Postadam» | 2 411 |
| 10 | Google istifadəçinin robot olmadığını sübut etməsi üçün yeni reCAPTCHA işə salıb. Bu dəfə şəkillərin içindən svetofor, pilləkən və motosikleti müəyyənləşdirmək kifayət etməyəcək. Cihazın kamerasını açmaq və göstərilən müxtəlif əl hərəkətlərini təkrarlamaq tələb olunacaq.
Şirkət bunu artıq süni intellektin əvvəlki mexanika ilə işləyən kapçaları çox asanlıqla keçə bilməsi ilə əlaqələndirir. And aman edirlər ki, sistem şəxsi analiz etməyəcək, səsi yazmayacaq, çəkilən videonu həmin şəxsə aid hesaba birləşdirib bir yerlərdə saxlamayacaq - baxıb siləcək.
«Postadam» | 2 746 |
| 11 | HOLD wallet iki ildən sonra axır ki, gəldi çatdı. Açığı heç tam istifadə etmək də olmayacaq. Baxmayaraq ki, kollabarasiya və ödənişin icrasına vasitəçiliyi dolayı yolla NEAR şəbəkəsi edib amma hələlik ancaq evm (Ethereum, Polygon və digər 0x... ilə başlayan ünvanlar) şəbəkələri dəstəkləyir.
İlk təəssüratıma mənfi təsir edən faktor isə naqilsiz zaryatkaya qoyduqda cüzdanın babat qızması oldu. Bəlkə də poverbank ilə qoyduğumdan olub, onu bir daha yoxlayacam.
Cüzdanın qabariti haqqında təsəvvürünüz üçün siqaret qutusu ilə yanaşı çəkdim şəklini. | 1 634 |
| 12 | NVİDİA CEO-sunun təxminən bir il əvvəl prezentasiyada robototexnika və humanoidlərin yaxın illərin ən potensial industriyalardan birinə çevriləcəyini dediyini bəlkə də xatırlayırsınız. ABB-də özümə invest portfeli düzəldirəm axı, elə ona görə də bu fikri əsas götürərək yüngülvari araşdırma aparmağa başlamışam.
Hələlik mənə ən maraqlı gələn tapıntı - RoboStrategy İnc $BOT olub.
Fond robototexnika ilə əlaqəli proyektlərə investisiya edir. Yəni, əgər fondun stavka etdiyi proyektlər tutsa ola bilər ki hətta pul da qazanım.
Görək nolur...
«Postadam» | 1 224 |
| 13 | Bir qrup faunder startaperlər ilə investorlar arasında əlaqəni asanlaşdırmağa xidmət edən Parley adlı - Aİ platformasını təqdim edib.
Faunderlər öz layihələrini investorların öz tələbləri, maraqları və strategiyalarına əsasən spesifik qurulmuş Aİ agentlərinə təqdim edirlər. Agent təqdimatı analiz edir, spesifik suallar verir və əgər müsbət fikrə gəlirsə startaperi investorla calaşdırır - əks halda isə, fidbek verir.
«Postadam» | 2 057 |
| 14 | Çinlilər *inçel tutmağa xidmət edən botfermaları qururlar.
İki dənə telefon, süni intellekt və robotlaşdırılmış əl. Telefonun biri süni intellekt ilə cümlə mühəndisliyi edərək yemləmə üçün mətnlər hazırlayır, ikinci telefon isə kamera ilə robotlaşdırılmış əlin hara tıklamalı olduğunu idarə edir.
Əvvəlcə romantik söhbətlər və komplimentlər eləyir və sonra "qəfil hansısa hesabına pul lazım olur və borc istəyir."
*involuntary celibate - öz iradəsi xaricində subay olan şəxs.
«Postadam» | 2 003 |
| 15 | ABŞ hakimiyyəti Claude-un iki modelinin istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı direktiv hazırlayıb.
Dövlət təhlükəsizliyini əsas gətirərək bizə itələmək istədikləri ideya odur ki, Fable 5 və Mythos 5 modelləri ancaq ABŞ vətəndaşları tərəfindən istifadə oluna bilər.
Nağayrağ indi, iki dənə Aİ modelinə görə Omerikaya köçək?
Naqlı deyirlər ki, siz ancaq qıraqdan baxa və ya ən pataloku spekulyasiya eləyə bilərsiz.
Prikol isə ondadır ki, texniki olaraq onsuz da bu tam mümkün olmayacaq. Həm də bu elə bir qonkadır ki, birincini keçsən də birinci olmursan.
«Postadam» | 2 360 |
| 16 | İnterlay və Kintsugi fəaliyyətini dayandıracağı tarixi elan etdi.
Polkadot ekosistemində Bitcoinin sürətli, deçentralizə və trustless hərəkət etməsini təmin edən bir körpünün fəaliyyətini dayandırması istənilən şifrapank üçün minus-vaybdı.
Təsəvvür eləyin, BTC bu şəbəkədə elə bir sürətlə hərəkət edə bilirdi sanki eşşəkdən düşüb ferrariyə minmisən. Sevindirici və ümid verici idi, amma retrospektivdən baxanda anlayırsan ki bir məqamı nəzərdən qaçırtmışdılar - iqtisadi modeli.
İstifadəçi birjadan və ya istənilən BTC cüzdanından İnterlay və Kintsugi dapp-da sizin zayavkaya görə ayrılmış müvəqqəti hesaba vəsaiti göndərirdi və yetərli blok təsdiqlənməsi keçdikdən sonra artıq Bitcoini DeFi protokollarda mikroskopik tranzaksiya xərcləri və miq sürətilə istifadə edə bilirdiniz.
Amma, kapotun altına baxanda məlum olur ki, sizin rahat köçürmələr etməyinizi təmin edən kollator və operatorlar göndərmək istədiyiniz BTC-in dollar ekvivalentində dəyəri qədər (dot, vdot, ksm, usdt) zəmanət saxlamalı idi.
Bitcoinin ümumi kapitalizasiyasını nəzərə alsaq, nedayboq Seylor kimi biri götürüb 3000 BTC ilə Polkadot DeFi yoxlamağa qərar versəydi bu tranzaksiya üçün hansı kollator/operator zəmanət düz-qoş eləyə bilərdi?
Retrospektivdən baxanda hamımız elə ağıllı və uzaqgörənik.
Komanda BTC oriented DeFi temasının başını buraxmayıb, Build on Bitcoin adı altında fəaliyyətlərini davam edirlər. Mən də düşmüşəm ikisinin arxasıyca, nə düzəldirlər alır və yoxlayıram.
Görək necə olacaq...
«Postadam» | 1 247 |
| 17 | Bu ayın əvvəli içində Barak Obamanın hesabı da olmaqla təxminən 20.000 Instagram akountu oğurlanıb.
Meta texniki dəstək xidmətini süni intellektə həvalə etdikdən sonra belə bir boşluq yaranıbmış:
Süni intellektə oğurlamaq istədiyiniz akountun sahibinin olduğu regiondan müraciət edərək ona şifrənizi unutduğunuzu və bərpa etmək istəyinizi bildirirsiniz, şifrənin bərpası üçün tələb olunan kodu isə özünüzün təyin etdiyiniz real hesaba və hesabın sahibinə dəxli olmayan mail adresinə göndərməyini istəyirsiniz və o da tələbinizi icra edir.
Kimsə, hətta bu prosesi düzəltdiyi tg bot sayəsində avtomatlaşdırmaqla oğurluğu daha məhsuldar aparmağa da uspet edibmiş.
«Postadam» | 1 526 |
| 18 | 08.05.24-də ön sifariş etdiyim kripto cüzdan dünən gəlib Moskvaya çatıb.
İki il əvvəl Hito fiziki kripto cüzdan istesalçısı HOT wallet ilə kollabarasiya çərçivəsində HOLD walletin ön satışını elan eləmişdi. Köhnə izləyicilərin də bildiyi kimi, mən bizim komyunitinin aktiv şəkildə HOT tokeni yığması üçün babat aqitasiya eləyirdim. Düşündüm madam ki, cəmi 5000 nömrələnmiş fiziki cüzdan olacaq, qoy elə biri məndə olsun.
Sifarişi verdiyimin üstündən 2 ildən çox keçib və bu zaman ərzində o qədər şey dəyişib ki, hətta açığı SDEK-dən dünən mail alanda heç xatırlamırdım nə sifarişi gəlib.
Baxmayaraq ki, istehsalçı ləngimələri logistik problemlər və hardware üçün tələb olunan bəzi detalların qəfil qıtlığı ilə əlaqələndirirdi sifarişçilər narmalni xeyt elədilər.
Ümumiyyətlə $185-a görə dəyməzdi bu qədər xeyt eləməyə və hətta istehsalçı niyə bu qədər səbrlə, təmkinlə yanaşıb xeyterləri paslat eləmədi ona da məəttəl qalırdım. Özünü katlavandan mənzil almışmış kimi aparmağa nə ehtiyac var ki?
Özüm üçün isə dərs götürdüm ki, hətta Voynich app üçün gadget düzəltmək və onu (ön)satışa çıxarmaq mövzusu gündəmə gəlsə əvvəlcədən bu məqamların hamısını qarşılıqlı razılaşaq, ya da ümumiyyətlə öz vəsaitim ilə edim hər şeyi.
Cüzdan gəlib çatan kimi obzorunu çəkəcəyimə söz vermək istəmirəm, çünki hələ Flipper Zero üçün də heç çəkməmişəm.
«Postadam» | 1 197 |
| 19 | Telegramda kanal idarə edənlər üçün yaxşı xəbər var.
Yaxın günlər üçün gözlənilən yenilənmədən sonra: 6 formatda başlıqlar, riyazi formullar, kodlar və foto/kollaj/slaydları daha rahat şəkildə paylaşımlara yerləşdirmək olacaq.
Bəlkə də fikir vermisiniz tg kanallarında paylaşımlara şəkli ya yuxarı ya da mətnin aşağısında yerləşdirmək kimi bir məhdudiyyət var və bu məhdudiyyəti aşa bilmək üçün şəkli kəsib emodzi formatına çevirir, sonra isə onu pazl kimi yığırdım ki mətnin ortasında da yerləşdirə bilim.
Bu yenilikdən sonra isə nəinki belə kvestlərə ehtiyac olmayacaq, hətta kanallar dədə-baba statik veb sayt-fason olacaq.
🌟 «Postadam» | 1 471 |
| 20 | Sorğu yekunlaşdı və çoxluğun razılığı ilə botu qoşuram. Müzakirə qrupunda Mira-nı çağıraraq qulluğa-zada göndərə bilərsiz.
Ümid edirəm, işimizə yarayacaq.
🌟 «Postadam» | 1 347 |
