MU'MİNUN🖋️
رفتن به کانال در Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
نمایش بیشتر399
مشترکین
-124 ساعت
-67 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
399
Repost from FURQAN
Əziz müsəlmanlar, inşallah saat 22:15 - də dərsimizə başlayacağıq.
Məcid Emin
📚Kitab:
"İSLAMI POZAN AMİLLƏR".
🖊️Müəllif Muhamməd ibn Abdul-Vahhab (rahiməhullah)
Şərh-Şeyx Fouzan(rahimahullah)
https://t.me/furqanmedresesi
399
#duavezikrler
اللهم إني أسألك قلبا سليما، ولسانا صادقا
🕯️Allahım, Səndən salamat qəlb və sadiq dil istəyirəm!
399
#dua
يا مقلب القلوب، ثبت قلبي على دينك
😀 Ey qəlbləri döndərən! Qəlbimi dinin üzərində sabit et!
399
Peyğəmbər ☪ belə buyurmuşdur:
🧎♂“Sizin Rəbbiniz Həyalı və Səxavətlidir. Əllərini Ona tərəf qaldırıb dua edən bəndəsinin əllərini boş qaytarmağa həya edir.”
🤩 Sunən Əbu Davud, 1488; Səhih əl-Cami, 2070
399
#dua
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْمًا نَافِعًا، وَرِزْقًا طَيِّبًا، وَعَمَلاً مُتَقَبَّلاً
🤩 Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!
399
📖 Əl-Məaric surəsi, 5-35
🎙 Muhammad Al Luhaidan
Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz⬇
https://youtu.be/UVHmx00qMSA?si=NFBFjY_j_rnuATLp
399
Repost from N/a
Bəzi salehlərdən birinə:
➖«Evinlə filan yer arasındakı məsafə nə qədərdir?» — deyə soruşduqda, onlar belə cavab verərdilər:
➖«Təxminən yüz ayə!»
Onlar Quranla yaşayan insanlar idi…🌱✨
399
Repost from Salafi
▫️Sivakın (diş təmizləmə çubuğunun) 10 faydası vardır:
1. Ağzı təmizləyir.
2. Allahın razılığını qazandırır.
3. İnsanın nitqini (ifadəsini) artırır.
4. Diş ətini möhkəmləndirir.
5. Mədəni açır.
6. Sarılığı aradan qaldırır.
7. Ağız qoxusunu gözəlləşdirir.
8. Bəlğəmi kəsir.
9. Yaddaşı gücləndirir.
10. Dilin düyününü (danışmaq çətinliyini) açır.
✍️ Şeyx Əbdur - Rəzzaq əl-bədr.
https://t.me/salafi_life
399
Alləmə İbn Dəqiq 🇧🇬 demişdir:
🌟 Mənim dostum öldü və mən onu yuxuda gördüm ki, belə dedi:
🌟Mənim yanıma yırtıcı heyvan kimi it gəldi, başladı məni ürkütməyə və mən qorxdum. Sonra gözəl simada bir şəxs gəldi, onu qovdu və oturaraq mənlə danışmağa başladı. Mən dedim, sən kimsən? Dedi, mən cümə günü oxuduğun Kəhf surəsinin savabıyam.🌟
🌟 (Əl Durarul Kəminəti libni Həcər 352/5)
399
Repost from Favaidulquran
Sələflərdən bəziləri belə demişlər:
“Hər bir şeyin bir qısa yolu vardır və Cənnətin qısa yolu isə Peyğəmbərə ﷺ çoxlu salavat deməkdir.”
📖 Nəvadir vən Nutəf, 763.https://t.me/favaidulquran
399
Repost from • العربية/الأذرية •
🌸ALLAHIN SEVGİSİ NƏ DEMƏKDİR BİLİRSƏNMİ?!
Bu hədisin mənasını dərk etməyə çalışın. Təsəvvür edin ki, tanınmış bir şeyx, yaxud saleh bir insan sizi sevir. Sevincinizin miqdarı nə qədər olar?! Biraz irəli gedək. Məsələn, səhabələrdən biri sizi verir. Sevincinizin miqdarı nə qədər olar?! Biraz daha irəli gedək. Təsəvvür edin ki, Peyğəmbərﷺ sizi sevir. Sevincinizin həddi-hüdudu nə qədər olar?! Hamımız hədisdə oxuyuruq ki, Peyğəmbərﷺ Muaza deyib: "Ey Muaz! Həqiqətən mən səni sevirəm..". Onun o andakı sevincini təsəvvür edə bilirsinizmi?! İndi isə düşünün: Mülkün sahibi, Əzəmətli və Kərim olan Allahu Təalə sizi sevir! Bizlərdən biri bunu yaşayıb inana bilərmi?! Həqiqətdə heç bir kimsənin təsəvvür edə bilməyəcəyi bir hisdir. Lakin biz ona iman gətiririk, çünki öz istəyi ilə danışmayan Peyğəmbərﷺ bizə bunu xəbər vermişdir. Aləmlərin Rəbbi və Böyük səltənət Sahibi səni sevir və Cəbraili çağırır ki, o da səni sevsin.. Peyğəmbərﷺ Ubey İbn Kəabə Quran ayələri oxuduğu zaman dedi ki: "Allah mənə əmr etdi ki, bunları sənə oxuyum". O özünə inanmadı və dedi: "Allah sənə mənim adımı çəkdi??" SubhənAllah! Bu sadəcə Allahın onun adını çəkməsinə olan sevinci idi. Bəs Allahın sevgisi haqqındakı zənniniz nədir?! Vallahi kəlimələr bunu vəsf etməkdən aciz qalır. Allahım! Səndən Sənin sevgini, Səni sevənlərin sevgisini və Sənin sevginə aparan əməllərin sevgisini istəyirik! Allahın Cəbraili çağırması onun Allah qatında Uca dərəcəsinə görə idi. Çünki o mələklərin ən şərəflisi və vəhylə müvəkkil olmuş mələk idi. Onu sadəcə bir qulunu sevdiyini xəbər vermək üçün çağırmır. Əksinə, ona da həmin qulunu sevməyini əmr etmək üçün çağırır. Bəs iş elə burda dayanırmı? Xeyr! Cəbrail də səma əhlini çağırır: "Allah filankəsi sevir. Siz də onu sevin!" Yeddi qat səma əhlini çağırıb deyir bunu. Bəs siz səma mələklərinin sayının nə qədər olduğunu bilirsinizmi?! Peyğəmbərﷺ onu vəsf edib bildirmişdir ki, səmada hardasa elə bir yer yoxdur ki, orda səcdə, yaxud rüku etmiş mələk olmasın. Səma mələklərin sayından ağırlaşmışdır. Sayını təsəvvür edə bildinizmi?! Təsəvvür edin bütün bunlar hamısı sizi verir, çünki Allah sizi sevir! Bəs iş sadəcə səma əhlinin qatında bitirmi?! Xeyr! Qəlblərə sevgi qoyan Allah sənin üçün yerdəkilərin də qəlbinə sevgi qoyur. Səni görən hər kəs səni sevir, səni eşidən hər kəs səni sevir... Allahu Əkbər! Biz Əbu Hureyra haqqında nə qədər eşidirik və hamımız onu çox sevirik. Bu hədis də onun rəvayət etdiyi hədislərdən biridir. Əbu Bəkri nə qədər çox sevirik, Öməri sevirik, Osmanı sevirik, Allah onlardan razı olsun. Amma heç birini görməmişik.. Bəzən olur ki, çoox uzaqlarda olan bir şəxs haqqında eşidirsən və qəlbində ona qarşı yalnız sevgi hiss edirsən. Bütün bunlar hamsı Allahın sənə olan sevgisinin əlamətidir. İndi isə hədisin əsas mənasına qayıdaq. Bu hədis insana ixlası gerçəkləşdirmək üçün yardım edən ən əzəmətli hədislərdəndir. Riya edən hər bir kəsin hədəfi insanların ona olan sevgisini və tərifini qazanmaqdır. Lakin əgər qul yəqin olsa ki, insanların sevgisi Allahın əlindədir, insanların sevgisi də Onun sevgisinə qayıdır, onda yalnız ixlasla Allaha ibadət edər ki, Onun sevgisinə nail olsun. Kim bundan yəqin olarsa, gizlində və aşkarda ixlasdan möhkəm yapışar. Beləliklə dünya və Axirət xeyirlərinə, onun da ən əzəmətlisi olan Allahın sevgisinə nail olar.
Hədisi həyatımızda tətbiq edək: Allahdan bizi sevməsini istəməyi çoxaldaq, Onu sevənlərin sevgisini və Onun sevgisinə yaxınlaşdıran əməllərin sevgisini istəyək.Çünki insan sevdiyi ilə bərabərdir. İbadətdə ixlaslı olaq və insanların tərifini, sevgisini istəməyək. Allah qəlbində, ibadətlərində ixlaslı olmayan və Ona şərik qoşan qulunu sevməz. İbadətlərimizdə Allahdan başqasına pay ayırmaqdan həzər edək. Allah vaxtınıza və elminizə bərəkət versin!
• T.me/arabiazeri •
399
Repost from N/a
🌟 Əssələmu aleykum və rahmətullahi və bərakətuhu, əziz müsəlmanlar!
🌟Allahın müvəffəqiyyəti və lütfü ilə bu kanalda ardıcıllıqla Peyğəmbərimizin ﷺ Sira dərsləri həm YouTube linki, həm də audio formatında paylaşılacaq ki, audioları asanlıqla telefonunuza endirib internet olduqda da, olmadıqda da istifadə edə biləsiniz.
🌟 Dərsləri dinlədikdən sonra çıxardığınız qısa və ya uzun faydaları bizimlə “direct” bölməsində paylaşa bilərsiniz ki, biz də onları kanalda paylaşaq və beləcə daha çox bacı-qardaşlarımız faydalansın, Allahın izni ilə.
Kanalımızı paylaşaraq xeyirə vəsilə ola bilərsiniz:⬇️ 🌟https://t.me/sira_dersleri
399
إِنَّ رَبَّكَ لَسَرِيعُ ٱلْعِقَابِ ۖ وَإِنَّهُۥ لَغَفُورٌ رَّحِيمٌ [٧:١٦٧]
167) Doğrudan da, sənin Rəbbin tez cəza verəndir. Həqiqətən də, O, Bağışlayandır, Rəhmlidir. 🌟
399
Repost from FURQAN
Əziz müsəlmanlar, inşallah saat 22:30 - də dərsimizə başlayacağıq.
Məcid Emin
📚Kitab:
"İSLAMI POZAN AMİLLƏR".
🖊️Müəllif Muhamməd ibn Abdul-Vahhab (rahiməhullah)
Şərh-Şeyx Fouzan(rahimahullah)
https://t.me/furqanmedresesi
