MU'MİNUN🖋️
رفتن به کانال در Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
نمایش بیشتر399
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-130 روز
آرشیو پست ها
399
İbnul Qayyim 🇧🇬 belə buyurmuşdur:
🌟Əgər Allah qulu üçün örtüyü qaldıraraq, quluna onun işlərini necə idarə etdiyini və Allahın onun özündən də çox onun mənfəətinə necə maraq göstərdiyini bildirsəydi, həmin qulun qəlbi Allaha qarşı sevgidən əriyər və Allaha şükr etməsindən dolayı parça-parça olardı.
🌟Buna görə də, əgər dünyanın ağrı və acıları səni yorubsa, üzülmə! Ola bilsin ki, Allah dua vasitəsi ilə sənin səsini eşitmək istəmişdir. Sadəcə öz istək və arzularını səcdədə ərz et və (elə oradaca) onları unut. Və bil ki, (sən unutsan da), Allah unutmur.
🌟 İbnul Qayyim "Bədəiul Fəvaid" kitabı.
399
🌟 Ərəb dili öyrənmək istəyənlər üçün möhtəşəm kanallardan biri daha:🤩
🎁 Bu qrupda paylaşılacaq mövzular:
🤩Mədinə (dərs materialları);
🤩Sual-cavab anketləri;
🤩Dinləmələr;
🤩Əlavə lüğət və kitablar;
🤩Hekayə və dialoqlar;
🤩Ərəbcə hədislər;
🤩Əcurrumiyyə;
🤩Qisasun Nəbiyyin;
🤩Beynə Yədeyk;
🤩🤩Silsilətul Lisən və daha çoxu.
https://t.me/+K6g3Tj6zMB9lNmEy
399
Repost from Towards Akhirah
🤍Namaz haqqında sələflərdən bir kişinin sözlərini xatırladım.O demişdi:
«Namazda olduğun müddətcə sən padşahın qapısını döyürsən, kim padşahın qapısını döyərsə,onun üçün o qapı açılar».
Nə gözəl sözdür bu!
Get Allaha,dərdini,kədərini,günahlarını və səni məşğul edən hər şeyi Ona de.
Qəm-kədərini,problemlərini Onun hüzurunda qoy.Allaha and olsun ki,sən Onun qarşısında durduğun müddətcə O səni heç vaxt tərk etməz.
Namaz-Allahın səni sevməsinin səbəbidir və sən namazı nə qədər çox sevsən,Allah da səni bir o qədər çox sevər.🤍
399
Şeyx ibn Useymin 🇧🇬 demişdir:
🔖Şə'bidən bir məsələ barədə soruşuldu və o da: “Bilmirəm” - dedi. Dostu ona belə dedi: “Biz sənə görə utandıq.” O isə belə cavab verdi: “Lakin mələklər: “...Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!..” (əl-Bəqara, 32) - dedikdə utanmamışdılar.🔖
📔“əd-Diyəul-Ləm'i”, 323
399
🌱🌱🌱🌱🌱
Bəqərə surəsi:
يُؤْتِى ٱلْحِكْمَةَ مَن يَشَآءُ ۚ وَمَن يُؤْتَ ٱلْحِكْمَةَ فَقَدْ أُوتِىَ خَيْرًا كَثِيرًا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ [٢:٢٦٩]
📖 269) Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.
399
❗️Sələflərin görüşmək istəmədiyi və saylarının artmamasını Allahdan dilədiyi insanlardan olma ⬇Səid ibn Abdurrahman əz-Zubeydi – Sufyan əs-Səvri’nin müəllimi – deyirdi: 🔖Mən Quran oxuyanlardan yumşaq xasiyyətli, mehriban və gülərüz olanlarını sevirəm. Amma eləsi var ki, sən onu sevinclə qarşılayırsan, o isə səni turş sifətlə qarşılayır, elə bil sənə öz əməlləri ilə minnət edir. Allah belə Quran oxuyanların sayını artırmasın!🔖
• İbn Əbi’d-Dunya “əl-İxvan” (141), İbn Hibbən “Ravdatul-‘Uqala” (s. 76).▫️Həqiqətən, bu sözlərdə öz əxlaqını islah etmək istəyən hər bir kəs üçün böyük hikmət və ibrət vardır, xüsusilə də dini elm sahəsində olanlar üçün!
🔸Bu kəlam sələflər arasında geniş yayılmışdı. Səid ibn Abdurrahmandan başqa, eyni sözlər Abdullah ibn əl-Mübarəkdən də rəvayət olunmuşdur (əl-Beyhəqi “Şu‘abül-iman”, 6/257), həmçinin Haris ibn Qaysdan da nəql olunur (ət-Turtuşi “Siracul-müluk”, s. 147).⚠️ Təəssüf ki, bu gün də elə müsəlmanlara rast gəlmək olur ki, nəinki gülümsəmirlər, hətta elə davranırlar ki, guya etdikləri xeyir əməllər insanlar və din qarşısında bir lütfdür. Allah bizi belə davranışdan uzaq etsin və bizi gözəl əxlaqla, ixlasla bəzəsin! 🤲
399
“Bir-birinizin qeybətini qırmayın.”
{49:12}
Bundan sonra isə Uca Allah belə buyurur:
“Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?”
Cavab belədir: Xeyr, istəməz. Əksinə, iyrənər. Elə buna görə də Uca Allah belə buyurdu:
“Siz ki, bundan iyrənirsiniz.”
Bəzi təfsir Alimləri demişlər: “Qiyamət günü olduqda, qeybəti edilən adam, ölü insan surətində qeybət edən şəxsin qarşısına gətiriləcək. Sonra ona: “Bunun ətindən ye!” - deyiləcək və bu ona məcbur ediləcək.
Hərçənd ki, bu adam onu yeməkdən iyrənir. Amma cəza olaraq bu, ona məcbur ediləcək.
SubhənAllah... Allah qorusun!
399
Peyğəmbər ﷺ Əl-Həqqah surəsini oxuyurdu. Allah Təalənin bu sözünə çatdı:
فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ [٦٩:٣٨]
38) And içirəm həm gördüklərinizə
وَمَا لَا تُبْصِرُونَ [٦٩:٣٩]
39) və həm də görmədiklərinizə!
Və Ömər bin əl-Xattab رضي الله عنه təəccübləndi və dedi : “O şairdir.”
Və o zaman Peyğəmbər ﷺ sonrakı ayəni oxudu:
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ [٦٩:٤٠]
40) Bu, möhtərəm bir Elçinin sözüdür.
وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَّا تُؤْمِنُونَ [٦٩:٤١]
41) O, şair sözü deyildir! Necə də az inanırsınız!
(Ömər bin əl-Xattab رضي الله عنه) Dedi: “Mən öz-özümə dedim ki, - kahindir.”
Və Peyğəmbər ﷺ sonrakı ayəni oxudu:
وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ [٦٩:٤٢]
42) O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!
Ömər bin əl-Xattab dedi: “Və İslam mənim qəlbimə yerləşdi.”
399
Repost from İSLAM VƏ ELM
🕯Elmdən öncə ədəb öyrənmənin faydaları:
1ci hissə
2ci hissə
3cü hissə
4cü hissə
Üzərinə toxunaraq oxuya bilərsiniz. Uca Allah faydalı eləsin!
https://t.me/islamveelm
399
قال ابن تيمية رحمه الله تعالى:
İbn Teymiyyə (rahiməhullah) demişdir:
”العبرة بكمال النهاية، لا بنقص البداية.“
“Əsas olan yaxşı sonluqdur, qüsurlu başlanğıc deyil.”
399
Repost from FURQAN
🌿 📢 “Biz gedəcəyik, izimiz isə qalacaq” mahadı adından bacılarımıza dəyərli müjdə!
🌙 Mahad dərslərinə tələbə qəbulu yenidən başlayır!
📚 Bu dərslər elm öyrənmək, dini əsaslarla möhkəmlənmək və Allaha yaxınlaşmaq istəyən bacılar üçün möhkəm təməl olacaq.
🔹 Dərs bölmələri:
• 📖 Təfsir - Allahın kəlamını doğru anlamaq üçün;
• 🕋 Əqidə - Tövhid və iman əsaslarını öyrənmək;
• 📜 Mənhəc - Sələf alimlərinin yolunu tanımaq;
• ⚖️ Fiqh - İbadət və gündəlik əməl qaydalarını öyrənmək;
• 📗 Hədis - Peyğəmbər ﷺ sünnəsini dərinliklə mənimsəmək;
• 🌸 Ədəb - Elm tələbəsinin əxlaq və davranış əsasları;
• 💎 Quran hifzi - Quranı əzbərləmək və oxunuşunu təkmilləşdirmək.
🌴 Bu dərslər sənin üçündür əziz bacım..
• Elmli və sələfi yolunda sabiy olan bir şəxsiyyət formalaşdırmaq,
• İbadətlərdə dərin anlayış qazanmaq,
• İslamda sağlam və sabit bir mənhəclə irəliləmək fürsətidir.
🕰️ Qeydiyyat məhduddur.
Elm halqalarına qoşulmaq istəyən bacılar üçün bu, yeni bir başlanğıcdır.
🤝 Elm öyrənmək ibadətdir. Gəl bu ibadətdə bizimlə bir sırada ol.
Qrupa daxil olmaq üçün bacıya yazın: (mənə yox, görməyəcəm mesajları)
https://t.me/UmmDavud87
399
Repost from FURQAN
🌿 📢 “Biz gedəcəyik, izimiz isə qalacaq” mahadı adından bacılarımıza dəyərli müjdə!
🌙 Mahad dərslərinə tələbə qəbulu yenidən başlayır!
📚 Bu dərslər elm öyrənmək, dini əsaslarla möhkəmlənmək və Allaha yaxınlaşmaq istəyən bacılar üçün möhkəm təməl olacaq.
🔹 Dərs bölmələri:
• 📖 Təfsir - Allahın kəlamını doğru anlamaq üçün;
• 🕋 Əqidə - Tövhid və iman əsaslarını öyrənmək;
• 📜 Mənhəc - Sələf alimlərinin yolunu tanımaq;
• ⚖️ Fiqh - İbadət və gündəlik əməl qaydalarını öyrənmək;
• 📗 Hədis - Peyğəmbər ﷺ sünnəsini dərinliklə mənimsəmək;
• 🌸 Ədəb - Elm tələbəsinin əxlaq və davranış əsasları;
• 💎 Quran hifzi - Quranı əzbərləmək və oxunuşunu təkmilləşdirmək.
🌴 Bu dərslər sənin üçündür əziz bacım..
• Elmli və sələfi yolunda sabiy olan bir şəxsiyyət formalaşdırmaq,
• İbadətlərdə dərin anlayış qazanmaq,
• İslamda sağlam və sabit bir mənhəclə irəliləmək fürsətidir.
🕰️ Qeydiyyat məhduddur.
Elm halqalarına qoşulmaq istəyən bacılar üçün bu, yeni bir başlanğıcdır.
🤝 Elm öyrənmək ibadətdir. Gəl bu ibadətdə bizimlə bir sırada ol.
Qrupa daxil olmaq üçün bacıya yazın: (mənə yox, görməyəcəm mesajları)
https://t.me/UmmDavud87
