MU'MİNUN🖋️
رفتن به کانال در Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
نمایش بیشتر399
مشترکین
-124 ساعت
-37 روز
-130 روز
آرشیو پست ها
399
Nuh 71:28
رَّبِّ ٱغۡفِرۡ لِی وَلِوَ ٰلِدَیَّ وَلِمَن دَخَلَ بَیۡتِیَ مُؤۡمِنࣰا وَلِلۡمُؤۡمِنِینَ وَٱلۡمُؤۡمِنَـٰتِۖ وَلَا تَزِدِ ٱلظَّـٰلِمِینَ إِلَّا تَبَارَۢا
Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin olaraq daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zalımların isə ancaq həlakını artır!”
399
أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ هُوَ يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَأْخُذُ ٱلصَّدَقَـٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ
– Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədəqələri götürür və Allah tövbələri qəbul Edəndir, Rəhmlidir?
Tövbə surəsi, 104
399
Ənəs (radiyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurub:
«Allah Subhənəhu və Təalə mənə Ərşi daşıyan mələklərin biri haqqında danışmağa icazə vermişdi. Onun ayaqları yerin üzərində, Ərş isə buynuzu üzərindədir, qulağının ucu ilə çiyni arasında olan məsafə, quş uçuşu ilə yeddi yüz ilə bərabərdir və bu mələk daima:
“Harada olursansa ol, Sən pak və nöqsansızsan” deyir.»
Təbərani “əl-Mu’cəm əl-avsat”da (6503) rəvayət etmişdir. Şeyx Albani “Səhihul Cəmi” 853.
399
📖 Ət-Tariq surəsi
🎙 Abu Zeyd
YouTube kanalımıza abunə olun və yeni videoları qaçırmayın! ⬇
https://youtu.be/whszKfbxT4w?si=N2WtTgiKTp0gBVHp
399
📖 Cümə surəsi, 9-10-11
YouTube kanalımıza abunə olun və yeni videoları qaçırmayın! ⬇
https://youtu.be/v6XEqsJGtUo?si=0ZzdV5ZeIhCV6hUn
399
Repost from Favaidulquran
🌷Fəzilətli şeyx Dr. Muhəmməd ibn İbrahim ibn Abdullah ibn İbrahim Əl-Luhaydan.
Ər-Riyaddakı Əndəlus məhəlləsində yerləşən Ən-Nasir məscidinin imamı
1978-ci ildə (Hicri 1398-ci il) doğulmuşdur
Luhaydan ailəsindəndir, Sübey' qəbiləsindəndir
Atası – Şeyx İbrahim ibn Abdullah əl-Luhaydan (Allah onu qorusun)
Nazirlər Şurasında sabiq müşavir olmuşdur
Anasının babası:
Fəzilətli Şeyx Abdullah ibn İbrahim əl-Luhaydan (Allah ona rəhmət eləsin) – elm əhlindən olmuş, ölənə qədər əl-Bukayriyyədə Luhaydan məscidinin imamı olmuşdur
Anasının dayısı:
Möhtərəm Şeyx Məhəmməd əs-Səbil (Allah ona rəhmət eləsin) – Məkkə Məscidul-Həramının sabiq imamı olmuşdur
Təhsili və elmi fəaliyyəti:
1410-cu (1990) ildə Ər-Riyadda Əl-Əsmai adlı ibtidai məktəbi bitirmişdir, o vaxt 12 yaşı var idi
1412-ci ildə 14 yaşında Qurani-Kərimi əzbərləməyə başlamış
1414-cü ildə 16 yaşında Quranı tam olaraq əzbərləmişdir
1416-cı ildə İmam Məhəmməd ibn Səud İslam Universitetinə bağlı elmi institutdan məzun olmuşdur (18 yaşında)
Həmin ildə Əndəlus məhəlləsində ilk məsciddə imamlıq etməyə başlamış (18 yaşında)
1417-ci ildə Ər-Riyaddakı əl-Mənar məhəlləsində Əl-Əbdülkərim məscidinin imamı olmuş (19 yaşında)
1420-ci ildə (22 yaşında) İmam Məhəmməd ibn Səud İslam Universitetinin Şəriət fakültəsini bitirmiş
Həmin il ədliyyə nazirliyində qazi olaraq təyin olunmuşdur (22 yaşında)
1421-ci ildə fəzilətli qiraət alimlərindən biri olan Şeyx Bəşir Əhməd Siddiqdən “Həfs” və “Şübə” rəvayətlərilə Quran oxumaq üzrə icazə almış (23 yaşında)
Həmin il Ər-Riyadda yerləşən Şeyx Əbdürrəhman ibn Abdullah Al-Şeyx məscidində imamlıq etməyə başlamış (23 yaşında)
1425-ci ildə Ər-Riyaddakı Əl-Buvardi məscidinin imamı olmuş (27 yaşında)
1426-cı ildə Ali Qazılıq İnstitutundan fərqlənmə ilə magistr dərəcəsi almış
1427-ci ildə (29 yaşında) bu günə qədər imamlıq etdiyi Ər-Riyaddakı Şeyx Nasir ibn Abdullah Ən-Nasir məscidinin imamı təyin olunmuşdur
1437-ci ildə Ali Qazılıq İnstitutundan birinci dərəcə şərəf diplomu ilə doktorluq dərəcəsi almışdır
1444-cü ildə isə Qiraət alimlərindən olan Şeyx Əbdülhəmid Əbu Rəvaşdan “Həfs” rəvayəti üzrə (Qasrul-Müfəssəl oxunuş qaydası ilə) icazə almışdır
https://t.me/favaidulquran
399
Repost from Aخirətə Doغru...🌿⏳
Dünya və Axirət Sevgisi Bir Arada Ola Bilməz
İmam İbnul-Cəvzi (rəhmətullahi aleyh) belə deyir:
“Təşviş və iztirabın səbəbini Allahdan üz çevirmək və dünyaya dalmaqda gördüm. Dünyəvi bir şeyi itirdikdə, onu itirməkdən ötrü kədər daha da artır.
Lakin kim Allahı tanımaq neməti ilə ruziyə qovuşmuşsa, o, rahatlıq tapmışdır. Çünki o, qəzavü-qədərə rıza göstərər. Ona nə təqdir edilərsə razı olar.
Dua etdiyi halda duasının qəbul edildiyini görməzsə, qəlbində etiraz yaranmaz. Çünki o, idarə haqqını Allaha aid bilən bir quludur. Buna görə də onun məqsədi və arzusu yalnız Yaradana qulluq etməkdir.
Bu xüsusiyyətlər kimdə olarsa, nə mal toplamaq, nə insanların arasına qarışmaq, nə də şəhvətlərdən zövq almaq ona təsir etməz. Çünki belə bir insan ya məarifətdə (Allahı tanımaqda) naqisdir və yalnız ibadətə yönəlmiş, əbədi olanı əldə etmək üçün fani olandan uzaq durmuşdur.
Ya da məarifətdən dad almışdır və bu zaman hər şeydən əl çəkərək yalnız hər şeyin sahibi ilə məşğuldur.
Onu, Allahla tək qaldığında ədəbə riayət edən, Onunla münacatda (gizli duada) huzur tapan, məxluqatın arasına qarışmaqdan xoşlanmayan, Allahın ona təqdir etdiyinə razı olan biri olaraq görərsən. Onun Allahla olan birlikdəliyi, sevdiyinə qovuşan bir aşiqin halı kimidir. Sevdiyindən başqasını istəməz, Ondan başqası ilə maraqlanmaz.
Amma bu şeylərlə riziqləndirilməmiş olan adam, daim sıxıntı və kədər içində yaşayır. Çünki dünyadan istədiyi şeylərə nail ola bilmir və buna görə də daim bir məyusluq hissi keçirir. Bununla yanaşı, axirətdə də pis rəftarı səbəbilə bir çox nemətlərdən məhrum qalır.
Əziz və uca Allahdan bizi saleh kəslərdən etməsini diləyirik. Çünki Ondan başqa heç bir qüvvət və güc sahibi yoxdur.”
İbnul Cəvzi, Saydul-Xatir, s. 346-347.
399
əl-İsra, 36
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَئِكَ كَانَ عَنْهُ مَسْئُولًا
36. Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaq.
Ayənin təfsirində gəlir ki, İbn Abbas (Allah ondan razı olsun) ayədə keçən لَا تَقْفُ [lə təqfu] “dalınca getmə” feilini “demə” şəklində təfsir etmişdir.[1] Qatədə demişdir: “Görmədiyin bir şey barədə “gördüm”, eşitmədiyin bir şey barədə “eşitdim”, bilmədiyin bir şey barədə “bildim” – demə! Çünki Uca Allah bunların hamısı barədə səndən soruşacaq”.[2] Yuxarıda qeyd edilən təfsirlərin xülasəsi budur: “Uca Allah elmsiz danışmağı, hətta ehtimal və gümandan ibarət olan zənlə danışmağı qadağan etmişdir”. Necə ki başqa bir ayədə belə buyurur: “Ey iman gətirənlər! Zənnə çox qapılmayın, çünki zənn edilənlərin bir qismi günahdır” (“əl-Hucurat”, 12). Hədisdə isə belə deyilir: “Zənnə qapılmaqdan çəkinin! Çünki zənn ən yalan söhbətdir”.[3]
Uca Allah buyurur: “Çünki qulaq, göz və ürək – bunların hamısı”, yəni bu orqanlar – qulaq, göz və qəlb “sahibinin əməlləri barəsində sorğu-sual olunacaq”, yəni Qiyamət günü qul həm bu orqanlar, həm də bu orqanlarla etdiyi əməllər barədə soruşulacaq.
[1] Yəni elmin olmadığı bir şeyi demə.
[2] İbn Əbu Hatim, 13361.
[3] əl-Buxari, 5606, 6066; Muslim, 4646, 6701.
399
📖 Əbəsə surəsi, 33-42
🎙 Yasser Al Dosari
YouTube kanalımıza abunə olun və yeni videoları qaçırmayın! ⬇
https://youtube.com/shorts/FNAq3nwq1Ig?si=NgZ_SmeTLQD-jwqP
