MU'MİNUN🖋️
رفتن به کانال در Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
نمایش بیشتر399
مشترکین
-124 ساعت
-37 روز
-130 روز
آرشیو پست ها
399
📖 Əbəsə surəsi, 33-42
🎙 Yasser Al Dosari
YouTube kanalımıza abunə olun və yeni videoları qaçırmayın! ⬇
https://youtube.com/shorts/FNAq3nwq1Ig?si=NgZ_SmeTLQD-jwqP
399
🪶Muaz ibn Cəbəl (Allah ondan razı olsun) rəvayət edir:
⏪️Mən Allah Elçisinə ﷺ dedim: “Ey Allahın Elçisi, mənə Cənnətə daxil edəcək bir əməl bildir?” O buyurdu: “Sən əzəmətli bir şey haqqında soruşdun, o, Allahın asanlaşdırdığı kimsə üçün asandır. Sən fərz namazını qılmalı, zəkat verməli və Uca Allah ilə heç bir şeyi şərik qoşmayaraq görüşməlisən. Sənə işin əsası, sütunları və zirvəsini bildirim? İşin əsası İslamdır. Kim İslamı qəbul etsə, salamat olar. Onun sütunları namaz, zirvəsi isə Allah yolunda cihaddır. Sənə xeyir qapılarını bildirim? Oruc qalxandır, sədəqə vermək və qulun gecə ibadətə qalxması günahların kəffarəsidir”. (Sonra) bu ayəni oxudu: “Onlar (gecə namazını qılmaq üçün) böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən (Allah yolunda) xərcləyirlər” (“əs-Səcdə”, 16). “Sənə bunların hamısına necə sahib olmağı göstərim?” Bir neçə nəfər gəldi və onların məni Allah Elçisindən ﷺ yayındıracaqlarından qorxdum. Mən dedim: “Ey Allahın Elçisi, sən mənə “Sənə bunların hamısına necə sahib olmağı göstərimmi?” – deyə söylədin”. Allah Elçisi ﷺ əli ilə dilini göstərdi. Dedim: “Ey Allahın Elçisi, doğrudan da, biz danışdıqlarımıza görə cəzalandırılacağıq?” O buyurdu: “Anan səni itirsin, ey Muaz! Məgər insanlar dillərinin törətdiklərinə görə üzüüstə oda atılmırlarmı?!⏩️
⚫️(Əhməd, 22121, 22719.)
399
Repost from Towards Akhirah
+1
🌸Peşman olmamışdan öncə Quranı öyrənməyə tələsin... vaxtınızdan,gücünüzdən və gəncliyinizdən istifadə edin,qocalmamışdan əvvəl.Əzbərləməyi onun mənası və əməli ilə birləşdirin,çünki bu,şərəfə və zirvələrə aparan yoldur.
399
📖 Fatihə surəsi və Bəqərə surəsi, 54
🎙 Muhammad Al Luhaidan
YouTube kanalımıza abunə olun və yeni videoları qaçırmayın! ⬇
👈 https://youtu.be/-6LwW2m9IJg?si=XW2Ne5ziH7_n6YZu
399
Repost from Ahlul-Quran
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Allahın izni ilə Nurul-Quran mədrəsəsində Hafizlik şöbəsinin açılmasını elan edirik!
Məqsəd: Quranı kamil şəkildə əzbərləyib, mənasını başa düşən müsəlmanlar yetişdirmək.
Müddət: 2-2.5 il
Qəbul şərtləri:
1. 2 cüz əzbər bilmək
2. Çalışqan, bacarıqlı olmaq
3. Yetərli vaxt ayırmağa qadir olmaq (həftə ərzində 10-15 saat)
Tədris ili 5 semestr, hər semestr 2 aydan ibarətdir.
Həftəlik 5 dərs, hər dərs üçün əzbər miqdarı 0.5 – 1 səhifədir.
Semestr üçün keçid balı 80%. Bu bal davamiyyət, əzbər və təkrardan cəm olunur.
Hər semestr üçün əlavə fənlər üzrə tələblər var. Bunlar ərəb dili, dini bilgilər və əxlaq üzrədir.
Hafizliyə qəbul yeni semestrə 5 gün qalmış vakant yerlərə uyğun elan olunur.
Qeydiyyat üçün növbəti formu doldurun.
399
🔖يَا نَاظِرًا يَرْنُو بِعَيْنَيْ رَاقِدٍ ... وَمُشَاهِدًا لِلْأَمْرِ غَيْرَ مُشَاهِدِ ...
تَصِلُ الذُّنُوبَ إِلَى الذُّنُوبِ وَتَرْتَجِي ... دَرَجَ الْجِنَانِ وَنَيْلَ فَوْزِ الْعَابِدِ ...
أَنَسِيتَ رَبَّكَ حِينَ أَخْرَجَ آدَمًا ... مِنْهَا إِلَى الدُّنْيَا بِذَنْبٍ وَاحِدِ ...🔖
🔖Ey yatmış insanın gözləri ilə baxan,
halını görmədən müşahidə edən.
Günah dalınca günah edirsən, sonra
abid insanın nail olacağı Cənnəti arzu edirsən.
Unutdunmu Rəbbini o zaman ki Adəmi
oradan (Cənnətdən) dünyaya endirdi bir günah səbəbindən🔖
399
📌 Bir neçə dəqiqənizi ayırın... Həm dinləyin, həm də ayələrin mənasına diqqətlə baxın və təfəkkür edin. SubhənAllah, hər bir kəlməsi qəlbə toxunur.
399
📖 Qiyəmə surəsi
🎙 Abu Zeyd
YouTube kanalımıza abunə olun və yeni videoları qaçırmayın! ⬇
👈 https://youtu.be/ye52TSvvkhw?si=ZWNYRO3BjlKu_8wn
399
🟡Seyyar belə rəvayət edir: "Mən Səbit əl-Bunani ilə gedirdim: "Uşaqların yanından keçdikdə onlara salam verdi. Sonra Səbit Ənəslə getdiyində uşaqların yanından keçdikdə onlara salam verdiyini söylədi. Və Ənəsin ona Peyğəmbər ﷺ gedərkən uşaqların yanından keçdikdə onlara salam verdiyini danışdı."
📎Muslim, 2168
399
Repost from İ𝙨𝙡𝙖𝙢𝙙𝙖 𝙀𝙫𝙡𝙞𝙡𝙞𝙠 💌
Təcili Elan📌
Əssələmu aleykum!
Hər kəsdən xahiş edirik biganə yanaşmayaq vəziyyət olduqca ciddidir.
Bir bacımızın 800 azn məbləğində borcu var, və 1 həftə ərzində borc ödənməlidir, bacının imkanı yoxdur, kiçik bir ticarət ilə məşğul idi , lakin ona da icazə olmadığından edə bilmədi , evdə azyaşlı uşağı var heç yerdən artıq gəlir yeri yoxdur, borc üçün onu sıxışdırıblar. Gəlin az çox demədən yardımlaşaq.
Elana nə qədər dəstək olsaq bir o qədər vaxdı bitmədən, məbləği tamamlıyarıq.
4098584491929111
Leobank
Yığılıb 383 azn 📌
Qalıb 417 azn 📌
Elana kanal heyəti nəzarət edir✍
399
📖 Qiyəmə surəsi, 217-220
🎙 Abu Zeyd
YouTube kanalımıza abunə olun və yeni videoları qaçırmayın! ⬇
👈 https://youtu.be/YvlpyvuKTPg?si=gOKWH8lE5Z6IKCIY
399
Repost from Sələfi Bacılar ✨
Doktor Ayman Suveyd deyir:
“Sizinlə mənə çox kömək edən və ibadətdə cəmlənməyimə imkan verən bir metodu bölüşmək istəyirəm. Qəbir qorxuludur, əlbəttə ki, saleh olmayanlar üçün. Mən bu barədə düşündüm. Hazırda 54 yaşım var və bu dünyadan, onun içində olan hər şeydən bezmişəm. Yaxşı, bəs mən 100 min il qəbirdə tək qalandan sonra nə edəcəyəm? Heç bunu təsəvvür etmisən?
Buna görə də mən hərəkət etməyə başladım. Dərk edirəm ki, öləcəyəm. Mənim qaranlıq, boş, zülmət bir qəbir evim olacaq. O qəbrə bir şeylər yerləşdirmək lazımdır. Ona görə də hər etdiyim istiğfarı (tövbə) elə təsəvvür edirəm ki, onu qəbrimə göndərirəm və o, orada məni gözləyir ki, təkliyimdə mənə yoldaş olsun. And içirəm ki, zarafat etmirəm. Mən tam bir hazırlıq prosesinə başladım.
Qəbrimin bu küncünü minlərlə təsbihlə (Allahı zikr etməklə) doldururam. Burada, başımın üstündə, ən azı 300 dəfə oxunmuş Qurani-Kərim var. Hər rüküm (namazda edilən rüku) sanki qəbrim üçün yatırdığım bir sərmayədir.
Hamı məni tərk edib evlərinə dönəcək. Mən isə bəlkə də milyonlarla il tək qalacağam. Deməli, mənə nur, bağlar, gözəllik lazımdır. Qəbrimin cənnətə çevrilməsi üçün çalışmalıyam. Mən təsəvvür edirəm ki, “Lə həvlə və lə quvvətə illa billəh” (Güc və qüdrət yalnız Allaha məxsusdur) zikrim, Qurani-Kərim, şəhadətim, sədəqələrim — hamısı qəbrimdə yanımda olacaq, mənimlə söhbət edəcəklər.
Sonra Peyğəmbərə (ona Allahın salamı və bərəkəti olsun) edilən salavat gəlir və bizim məclisimizə qoşulur. Həyatın sonrası. Bu, oraya enib ancaq qeybət, pis əməllər və dünya üçün görülmüş işlər tapmaqdan daha yaxşı deyilmi? Allah üçün heç bir şey etmədən, qəbir əzabı, qaranlıq və ağır hesab içində qalmaqdan yaxşı deyilmi?
Mənim sizə tövsiyəm: bu gündən etibarən qəbrinizi bir banka çevirin. Oraya sərmayə yatırın. İbadətinizə qayğı göstərin. Allaha and olsun ki, hətta qəbirdə olanda belə, siz mənə oradan təşəkkür edəcəksiniz.
Axirət həyatınızı bu dünyadakı həyatınızdan daha çox düşünün. İndi siz ailənizin yanındasınız, yeyirsiniz, içirsiniz, yatırsınız, həyatın dadını çıxarırsınız, hər şeyiniz var. Amma buna baxmayaraq, narazısınız. Bəs orada necə olacaq?
Ona görə də hər təsbihinizi dəyərləndirin. Onunla danışın:
“Məndən qabaq ora get. Qəbirdə görüşəcəyik, sən mənim ən yaxşı yoldaşım və ən mehriban həmsöhbətim olacaqsan.”
