fa
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

رفتن به کانال در Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

نمایش بیشتر
399
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-130 روز
آرشیو پست ها
Repost from Ahlul-Quran
إنا لله وإنا اليه راجعون Uca Allah buyurur: “Biz Allahdanıq və Ona dönəcəyik.” Bu gün səhər saatlarında dövrümüzün böyük alimlərindən olan, möhtərəm şeyximiz Səudiyyə Ərəbistanı Krallığının Baş Muftisi Şeyx Abdulaziz bin Abdullah Al Şeyx rəhmətə gedib. اللهم أجرنا في مصيبتنا هذا واخلف لنا خيرا منها Allahım, müsibətimizdə bizə savab yaz və bizə ondan daha xeyirlisini əvəz et. Allah-taala ona rəhmət etsin, günahlarını bağışlasın, çəkdiyi müsibətləri onun üçün kəffarə etsin, müsəlmanların yolunda gördüyü xidmətləri savabına yazsın və bizlərə ondan daha xeyirlisini nəsib etsin. إِنَّ العَيْنَ تَدْمَعُ وَإِنَّ القَلْبَ يَحْزَنُ، وَلَا نَقُولُ إِلَّا مَا يُرْضِي رَبَّنَا. Hədisdə də deyildiyi kimi: Gözlər yaşarır, qəlb kədərlənir, Rəbbimizi razı salan sözlərdən başqa heç nə demirik.

İmam Şəfii رحمه الله öz şeirində demişdir: Şikayət etdim Vakiyə hifzin zəifliyindən Tövsiyəsi bu oldu: “Əl çək asiliyindən” Sonra bəyan elədi: “Elm deyərlər nura” Bil ki, Allahın nuru verilməz asi qula

SubhənAllah bilirdinizmi? 🌧 Ənəs ibn Malikin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: "Biz Allah Elçisinin ﷺ yanında ikən yağış yağdı. O yağış bədəninə toxunsun deyə paltarını bir az açdı. Biz dedik: - Ey Allahın Elçisi, nə üçün belə etdin? O dedi: - Çünki o (yağış) Rəbbinin yanından gəlmişdir.
📘 Səhih Muslim", 898.
ᴛᴇʟᴇɢʀᴀᴍ: t.me/tekdinimizislam

"Onlar Cəhənnəmdə əbədi qalacaqlar. Od onların üzünü yandıracaq. Onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar. Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi? Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq." (Muminun; 103-106)

Hədislərin tərcüməsi ⤴️

100 hədis (uşaqlar üçün) - 1.pdf8.10 KB

السلام عليكم ورحمة الله وبركاته مرحبا بطلاب العلم 📌 Hörmətli tələbələr, bildirmək istərik ki, kanalın məqsədi “Elm öyrənənə dəstək” proqramının dərslərinin əzbərlənməsinə və şərhlərinin mənimsənilməsinə yardım etməkdir. Proqram hər il şeyx Sāliḥ ibn ʿAbdullāh əl-ʿUsayminin — Allah onu qorusun — təşəbbüsü ilə Məscid-i-Nəbəvidə keçirilməkdədir. 🔘 Kanalda tədris prosesinin qısa izahı belədir: 🔹 Hər mətnin əvvəlində əzbər üçün həmin mətni tam şəkildə səsli və PDF formatında təqdim edəcəyik. Hissələr ilə keçilən həmin mətnin həftəlik əzbər və şərhindən olan hissə isə, tərcümə ilə birlikdə həm yazılı, həm də səsli formada hər şənbə paylaşılacaq. 🔹 Hər bazar günü əzbər üçün olan xüsusi kanalda həftəlik əzbər təhvil alınacaq və dərsə dair suallar üçün imkan yaradılacaq. 🔹 Həftəlik əzbər miqdarı mətnə görə planlaşdırılaraq mərhələ-mərhələ göndəriləcək. 🔹 Şərhdən çıxan əsas məqamları tam başa düşməyə، orada gələn terminləri, qaydaları və təqsimatları qeyd edərək dəftərdə ixtisar edib yadda saxlamağa çalışın. 🔹 Mətn başa çatdıqdan sonra onlayn test təşkil olunacaq. 🔹 Mətn və şərh olaraq etimad edilən nüsxə yalnız rəsmi proqramın müəllifi şeyx Sāliḥ ibn ʿAbdullāh əl-ʿUsaymi — Allah onu müvəffəq etsin — tərəfindən təyin edilmiş nüsxədir. 🔖 Tövsiyyələr: 🔸 Proqramdan tam faydalanmaq və məqsədə çatmaq üçün tələbənin davamlılığını təmin edəcək saleh yoldaşın seçiməsi gərəklidir; yoldaşlar bir-birini əməl yolunda təşviq etsin, faydanı tam əldə etməyə yardımçı olsun və dərsi daha yaxşı anlamağa sövq etsinlər. 🔸 Həftəlik proqram qısa, əlçatan parçalardan ibarətdir — onları əzbərləyin, şərhini dərk edin və tərəddüd və tənbəllikdən çəkinin! tərəddüd faydadan uzaqlaşdırar. 🔸 Hər gün üçün müəyyən vaxt ayırın: bir hissəni əzbərləməyə, digər vaxtı isə şərhi dinləyib qeyd olunan faydaları yazmaq üçün təyin edin. Allah Rəsulu (səlləllahu əleyhi və səlləm) buyurur: “Əməllərin Allaha ən sevimlisi, az olsa belə davamlı olanıdır.” Və buyurur: “Sənə fayda verən şeyə həris ol, Allahdan yardım dilə və aciz qalma!.” 🔗 Əzbər təhvili və dərslə bağlı suallar üçün əlaqə linkləri: 🧑🏻‍🏫 Kişi tələbələr üçün: https://t.me/Abo_AbdurRaman 🧕 Qadın tələbələr üçün: https://t.me/Ummu_abdurrahmaaan

✨ Elm tələbələrinə müjdə ✨ Allaha həmd olsun — “Elm öyrənənə dəstək” adlı dərs proqramı kanalı açıldı. Proqram əzbər və şərhlə birlikdə dörd mərhələdən ibarətdir: 📚 Birinci mərhələ; 1. ثلاثة الأصول وأدلتها. 2. المفتاح في الفقه. 3. معاني الفاتحة وقِصار المفصل. 4. الأربعين النووية. 5. الزيادة الرجبية. 6. الآداب العشرة. 7. الخلاصة الحسناء. 8. الباقيات الصالحات. —------------------— 📚 İkinci mərhələ; 9. بهجة الطلب في آداب الطلب. 10. فضل الإسلام. 11. المقدمة الفقهية الصُغرى. 12. خلاصة تعظيم العلم. 13. العقيدة الواسطية. —------------------— 📚 Üçüncü mərhələ; 14. كتاب التوحيد. 15. القواعد الأربع. 16. كشف الشبهات. —------------------— 📚 Dördüncü mərhələ; 17. منظومة القواعد الفقهية. 18. المقدمة الآجرامية. 19. خلاصة مقدمة في أصول التفسير. 20. نُخبة الفِكر. 21. الورقات في أصول الفقه. 💎 Proqramın xüsusiyyətləri: 🟡 Qulun Rəbbinə ibadətdə bəsirət üzərində olması. 🟡 Elmdə möhkəm bünövrə yaratmaq üçün üsul elmlərini və onların qaydalarını mənimsəmək. 🟡 Mətn və şərhləri müxtəsər və qaydalı olduğu üçün qısa vaxtda geniş fayda əldə etmək. 🟡 Elm yolunda rəqabət və elmi müzakirə aparmaq üçün elmi yoldaşlıq mühiti. 🟡 Dərslə bağlı yaranan suallara asanlıqla cavab tapmaq. 🟡 Təyin edilmiş vaxtdan daha tez irəliləmək istəyən çalışqan tələbələrə ayrıca diqqət. 🟡 Mətn və şərhin yekun imtahanında yüksək nəticə göstərən tələbələr üçün hədiyyələr. 💡 Qeydlər: 1️⃣ Proqram ərəb dilini öyrənən yeni və orta səviyyəli tələbələr üçün nəzərdə tutulub. 2️⃣ Kanal kişi və qadın olmaqla faydalanmaq istəyənlər üçün ümumidir. 3⃣ İmtahanda yüksək nəticələr göstərən tələbələrə hədiyyələr ilə yanaşı rəsmi proqramın idarə heyəti tərəfindən şəhadətnamə verilmə ehtimalı da var. 4⃣ Proqramın icrası barədə ətraflı məlumatı kanaldan əldə edə bilərsiniz. 🔷 Başlanğıc tarixi: 4 oktyabr 2025-ci il, şənbə günü. Allahdan bizi bu işdə müvəffəq etməsini diləyirik! 📝 Mədinə İslam universitetinin tələbəsi: Ramil Məmmədov Abu AbdirRahman ════ ¤❁✿❁¤ ════ 🔗 Kanalın linki: https://t.me/Abo_AbdurRrahman

Səcdə 32:15 إِنَّمَا یُؤۡمِنُ بِـَٔایَـٰتِنَا ٱلَّذِینَ إِذَا ذُكِّرُوا۟ بِهَا خَرُّوا۟ سُجَّدࣰا وَسَبَّحُوا۟ بِحَمۡدِ رَبِّهِمۡ وَهُمۡ لَا یَسۡتَكۡبِرُونَ ۩ Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.

Səcdə 32:13-14 Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcəkdir. Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın (əzabı)! Doğrusu, Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı! ⤵️

سورة النجم - سلمان العتيبي

Peyğəmbər ﷺ demişdir: “Cümə günü və Cümə gecəsi mənə salavat deməyi çoxaldın. Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on salavat deyər.”

⛰ TaHa surəsi, 105-110 🎙 Yasser əd-Dosari
Qeyd: Bu videonu YouTube-da paylaşa bilmədim. Səbəbi isə videoda müəllif hüquqları ilə qorunan kontent var. Yəni, video hazırda heç kim tərəfindən görülə bilməz.

❤️‍🩹
❤️‍🩹

Repost from İSLAM VƏ SUNNA
📌 Əssələmu aleykum əziz müsəlmanlar! Bir şad xəbəri sizinlə bölüşmək istədim: Doktorantura tələbələrimiz olan Sahib Əsədov və Fərhad Adayev Mədinə Beynəlxalq İslam Universitetinə dərs tədris etmək üçün Universitetə Şeyx Müəllimlər kimi qəbul olunublar. Emin Hacıyev və Fərman İsayevdən sonra bu tələbələrimizin adını eşitmək çox qürurverici və fəxr edici bir xəbərdir. İnşallah yaxın gələcəkdə bu xəbəri magistr tələbəmiz olan Nail Paşayevdən də gözləyirik. Əlhəmdulilləh ki, vaxtilə bizim 6 il təhsil aldığımız universitetdə bizim öz həmvətənlərimizin müəllim Şeyx qismində dərs demələri çox sevindirici haldır. Allah təala sizi daimən ucaltsın. Sizi şərbazların, fitnəkarların, bidət əhlinin, paxılların, həsəd edənlərin şərrindən və fitnəsindən qorusun. Biz sizin qədrinizi bilməliyik. Sizə bu yolda Allahdan yalnız və yalnız müfəvvəqiyyət istəyirik.

Repost from Favaidulquran
Dəyərli və əziz qardaşımın qiraəti 🌹 Allah səni həqiqi Quran əhlindən etsin. بارك الله فيك 🌹

photo content