fa
Feedback
Orxan Məmmədov (Səfəvi-1)

Orxan Məmmədov (Səfəvi-1)

رفتن به کانال در Telegram

Bu kanalda: 🟢 Orxan Məmmədovun fərqli təhlilləri ilə tanış olacaqsınız 🟢Dünyada baş verən maraqlı hadisələrdən xəbərdar olacaqsınız 🟢📙 Fərdi inkişafa kömək edəcək kitablarla (audio və PDF) tanış olacaqsınız Rus dilində https://t.me/orxan_mamedov_rus

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام Orxan Məmmədov (Səfəvi-1)

کانال Orxan Məmmədov (Səfəvi-1) (@qaf_simurq) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 18 721 مشترک است و جایگاه 10 529 را در دسته آموزش و رتبه 221 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 18 721 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 20 سپتامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -579 و در ۲۴ ساعت گذشته برابر -16 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 11.46% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 4.29% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 2 145 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 804 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 107 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Bu kanalda: 🟢 Orxan Məmmədovun fərqli təhlilləri ilə tanış olacaqsınız 🟢Dünyada baş verən maraqlı hadisələrdən xəbərdar olacaqsınız 🟢📙 Fərdi inkişafa kömək edəcək kitablarla (audio və PDF) tanış olacaqsınız Rus dilində https://t.me/orxan_mamedo...

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 21 سپتامبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

18 721
مشترکین
-1624 ساعت
-1097 روز
-57930 روز
آرشیو پست ها
Böyük Britaniya Yəmən İslam Ordusuna qarşı müharibədə Səudiyyə Ərəbistanına yardım göstərmək üçün hərbi mütəxəssislər göndərib. Yəmən İslam Ordusu artıq strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazının sahil xəttinə nəzarət edirlər.

"Hucumçu realizm" məqaləsini müharibədən qabaq yazmışdıq. Fars dilində İran kanallarında yayılmışdı. Müharibə göstərdi ki, bu nəzəriyyə doğru və dəqiqdir.

Seyyid Mirağanın atası dünyasını dəyişib. İllər boyu Təbyin Cihadında zəhmət çəkmiş Seyyid Mirağanın atası üçün dua etmək yadınızdan çıxmasın.

İmam Musa Sədrin kitabından oxuyuruq -8

Husilər ❌ Ənsarullah ✅ Yəmən İslam Ordusu ✅✅

Niyə yəmənlilər ayaqyalın, modern texnologiya qabağında qalib gəlirlər? Çünki böyükləri sərvət, biznes əsiri deyildilər, düşmənə qarşı barışmaz idilər. Bir sözlə azad kişilər!...

“Mübarizə” kitabı İmam Musa Sədrin müxtəlif dövrlərdə etdiyi seçilmiş çıxış və müraciətləri bir araya gətirir. Əsərdə təşkilatlanma, ümid, azadlıq, insan kəraməti, xalqa xidmət və zülmə qarşı mübarizə əsas mövzular kimi ön plana çıxır. 📚 Xoş mütaliələr

Azərbaycan Araşdırma Mərkəzi yeni tərcümə kitabını sizlərə təqdim edir. Əsərin adı: Mübarizə Tərcüməçi: Mirzə Əli Deyləm “Müb
Azərbaycan Araşdırma Mərkəzi yeni tərcümə kitabını sizlərə təqdim edir.
Əsərin adı: Mübarizə
Tərcüməçi: Mirzə Əli Deyləm
“Mübarizə” kitabı İmam Musa Sədrin müxtəlif dövrlərdə etdiyi seçilmiş çıxış və müraciətləri bir araya gətirir. Əsərdə təşkilatlanma, ümid, azadlıq, insan kəraməti, xalqa xidmət və zülmə qarşı mübarizə əsas mövzular kimi ön plana çıxır. 📚 Xoş mütaliələr

Kisəçi hambal tayfası Yəmən müqavimətini "üsyançı" adlandırır!
Kisəçi hambal tayfası Yəmən müqavimətini "üsyançı" adlandırır!

Dostlar, bu təcrübədən siz də istifadə edin. Biz çalışırıq ki, iki namaz arasında bir az kitab oxuyaq. Hələlik günorta namazları arasında İmam Musa Sədrin "Mübarizə" kitabından, axşamlar isə iki namaz arasında Ayətullah Müctəba Tehraninin əxlaq kitablarından bir neçə dəqiqə oxuyuruq. Gecələr evdə olanda çalışıram uşaqlar üçün yatmazdan qabaq Məsumların həyatından bir-iki səhifə oxuyam. İmkan həddində siz də bu işləri görün.

İmam Musa Sədrin kitabından oxuyuruq _7

Günəş bulud arxasında da günəşdir. Günəş, mövludunuz mübarək!
Günəş bulud arxasında da günəşdir. Günəş, mövludunuz mübarək!

Bəzi Qum alimlərinə xəbərdarlıq etmişdim ki, şah “radikal” və “mötədil” etiketlərindən istifadə edərək inqilabçılar arasında parçalanma yaratmaq istəyir! Pəhləvi rejiminin nəzərində 17 Şəhrivər qətliamı “radikalların kökünün kəsilməsi” əməliyyatı idi. Biz Ciroftda sürgündə idik ki, 1357-ci il (1978) 17 Şəhrivər hadisəsi baş verdi. Həmin günlə bağlı yaddaşımda qalan bir xatirə var. Tehranda bu qanlı hadisə baş verməzdən əvvəl zalım şah rejiminin siyasəti mübarizə aparanları və bunun ardınca İran xalqını “radikal” və “mülayim”, “ifratçı” və “mötədil” qruplara bölməyə yönəlmişdi. Bu, çox diqqətəlayiq bir məqamdır və bu gün də güzgü kimi bizə çoxlu ibrət dərsləri verir. O dövrün qəzetlərini və şah rejiminin məsul şəxslərinin açıqlamalarını oxuyan hər kəs anlayırdı ki, onlar özlərinə qarşı çıxan və mübarizə aparan insanları bir-birindən ayırmaq istəyirlər. İmamın səmimi tərəfdarları və ona bağlılığını açıq şəkildə ifadə edən insanları “radikal”, “ifratçı” və “fanatik” kimi təqdim edirdilər. Bunun qarşısında isə mübarizəyə maraq göstərən, lakin bu yolda çox ciddi olmayan, yaxud ciddi olsalar da rejimin belə hesab etdiyi bəzi şəxsləri “mötədil” insanlar kimi təqdim edirdilər — yəni onlarla danışıqlar aparmaq və razılaşmaq mümkün olduğu təsəvvürü yaradılırdı. Mən həmin günlərdə bunun təhlükəsini hiss etdim. O vaxt mən Ciroftda sürgündə idim. Yəqin ki, sentyabrın 14-ü, yaxud 15-i idi. Qumda olan tanınmış alimlərdən birinə məktub yazdım. Məktubda rejimin bu siyasətini ona izah etdim və dedim ki, onlar bu xəbis hiylə ilə Böyük İmamın səmimi tərəfdarlarına qarşı sərt tədbirlər görmək üçün bəhanə əldə etmək istəyirlər. Həmçinin sizi öz istəyinizdən asılı olmayaraq onların qarşısında dayanmağa məcbur etmək istəyirlər. Məktubu yazıb qurtardım və imzaladım. Lakin hələ göndərməmişdim ki, Tehranda sentyabrın 17-də — “Qara cümə” günü — Jale meydanında, indiki Şəhidlər meydanında baş vermiş qətliamın xəbəri gəlib çatdı. Ertəsi gün məktubu götürüb həmin şəxs üçün kənarında yazdım: “Bu, radikalların kökünün kəsilməsi əməliyyatının başlanğıcıdır!” ...“Səhər dövlətinin açılmasını gözlə; çünki bunlar hələ sübhün nəticələridir.” Sonra həmin məktubu bir səfər edən şəxsin vasitəsilə o möhtərəm alimə göndərdim. Pəhləvi rejimi həqiqi mübarizlərə və inqilabçılara qarşı sərt tədbirlərə başlamışdı. Bunun nümunələrindən biri də 17 Şəhrivər qətliamı idi. Şəhid Xameneinin öz dilindən.

İmam Musa Sədrin kitabından oxuyuruq -6

Sizcə hansı daha pisdir?
Anonymous voting

İmam Musa Sədrin kitabından oxuyuruq - 4

Mənim üçün “Azərbaycan insanının kimlik böhranının həlli İqbal Lahurinin fəlsəfəsi kontekstində” sadəcə bir kitab deyil. Bu əsər həm də kimlik probleminə yanaşma metodologiyamın, insan və onun varlığı haqqında düşüncələrimin, ekzistensial axtarışlarımın və formalaşdırmağa çalışdığım fəlsəfi baxışın müəyyən mənada ifadəsidir. Kitabda məqsədim yalnız İqbalı izah etmək deyil. Onun düşüncəsi vasitəsilə Azərbaycan insanının müasir kimlik problemini yenidən düşünməyə və insanın özünü yenidən subyekt kimi dərk etməsinin mümkün yollarını araşdırmağa çalışmışam. Bu səbəbdən bu kitab mənim üçün həm elmi-fəlsəfi araşdırma, həm də uzun müddət davam edən şəxsi düşüncə və axtarış prosesinin nəticəsidir. Bundan əvvəl “Azərbaycanda Z nəsli” adlı bir kitab da yazmışdım. Həmin əsər daha çox yaxın dostlarım və bu mövzularla maraqlanan fikir adamları üçün nəzərdə tutulmuşdu. Orada əsas diqqət Azərbaycan gəncliyinin və cəmiyyətinin qarşılaşdığı müəyyən problemlərin təsvirinə və təhlilinə yönəlmişdi. Bu yeni kitabı isə müəyyən mənada həmin problemlər üzərində düşüncənin müəyyən qədər davamı kimi qəbul etmək olar. Tezliklə kitabı sizinlə bölüşəcəyəm, İnşaAllah. Orxan Məmmədov

Problem Ser Əhməd xanlardır.