Edubba
رفتن به کانال در Telegram
1 758
مشترکین
-224 ساعت
-77 روز
-3730 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اوت '26
اوت '26
+35
در 0 کانالها
ژوئیه '26
+32
در 0 کانالها
Get PRO
ژوئن '26
+3
در 0 کانالها
Get PRO
مه '26
+9
در 0 کانالها
Get PRO
آوریل '26
+10
در 0 کانالها
Get PRO
مارس '26
+3
در 0 کانالها
Get PRO
فوریه '26
+5
در 0 کانالها
Get PRO
ژانویه '26
+2
در 0 کانالها
Get PRO
دسامبر '25
+3
در 1 کانالها
Get PRO
نوامبر '25
+5
در 1 کانالها
Get PRO
اکتبر '25
+3
در 0 کانالها
Get PRO
سپتامبر '25
+4
در 0 کانالها
Get PRO
اوت '25
+12
در 2 کانالها
Get PRO
ژوئیه '25
+13
در 7 کانالها
Get PRO
ژوئن '25
+9
در 0 کانالها
Get PRO
مه '25
+5
در 0 کانالها
Get PRO
آوریل '25
+13
در 0 کانالها
Get PRO
مارس '25
+10
در 0 کانالها
Get PRO
فوریه '25
+18
در 0 کانالها
Get PRO
ژانویه '25
+6
در 21 کانالها
Get PRO
دسامبر '24
+9
در 24 کانالها
Get PRO
نوامبر '24
+8
در 26 کانالها
Get PRO
اکتبر '24
+17
در 27 کانالها
Get PRO
سپتامبر '24
+22
در 26 کانالها
Get PRO
اوت '24
+484
در 34 کانالها
Get PRO
ژوئیه '24
+649
در 76 کانالها
Get PRO
ژوئن '24
+717
در 33 کانالها
Get PRO
مه '24
+832
در 36 کانالها
Get PRO
آوریل '24
+894
در 39 کانالها
Get PRO
مارس '24
+670
در 33 کانالها
Get PRO
فوریه '24
+449
در 0 کانالها
Get PRO
ژانویه '24
+548
در 9 کانالها
Get PRO
دسامبر '23
+598
در 0 کانالها
Get PRO
نوامبر '23
+659
در 46 کانالها
Get PRO
اکتبر '23
+1 973
در 27 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 28 اوت | 0 | |||
| 27 اوت | +1 | |||
| 26 اوت | 0 | |||
| 25 اوت | 0 | |||
| 24 اوت | +1 | |||
| 23 اوت | +1 | |||
| 22 اوت | +1 | |||
| 21 اوت | +2 | |||
| 20 اوت | +6 | |||
| 19 اوت | 0 | |||
| 18 اوت | +2 | |||
| 17 اوت | +1 | |||
| 16 اوت | +2 | |||
| 15 اوت | 0 | |||
| 14 اوت | 0 | |||
| 13 اوت | +1 | |||
| 12 اوت | +1 | |||
| 11 اوت | +4 | |||
| 10 اوت | +1 | |||
| 09 اوت | +2 | |||
| 08 اوت | +2 | |||
| 07 اوت | +2 | |||
| 06 اوت | 0 | |||
| 05 اوت | +2 | |||
| 04 اوت | 0 | |||
| 03 اوت | +1 | |||
| 02 اوت | +1 | |||
| 01 اوت | +1 |
پستهای کانال
Pişiklərin cütləşmə prosesi təbiətin ən qəribə və maraqlı mexanizmlərindən biridir. Erkək pişik cütləşmə zamanı dişi fərdin boynundan diş-dodağı ilə bərk-bərk tutur, bu isə sadəcə təsadüfi hərəkət deyil - balaca pişik balaları da analarının onları boyundan daşıması zamanı eynilə hərəkətsizləşir və sakitləşir, təbiət bu instinkti həm analıq, həm də çoxalma prosesinə köçürüb.
Bu prosesin ən maraqlı hissəsi isə erkək pişiyin cinsiyyət üzvü üzərində yerləşən, gözlə çətin görünən, geriyə əyilmiş tikanlardır - onlara papilla deyilir. Bu quruluş təsadüfi yaranmayıb və bir neçə mühüm funksiyanı yerinə yetirir.
Birincisi, yumurtlamanı oyadır: pişiklərdə insanlardan fərqli olaraq yumurtlama öz-özünə, ayda bir dəfə baş vermir, bu proses yalnız cütləşmə zamanı yaranan qıcıqlanma nəticəsində işə düşür və alimlər bunu induksiya olunmuş ovulyasiya adlandırırlar - papillaların yaratdığı mexaniki təsir dişi pişiyin beyninə siqnal göndərir və yumurtalıqdan yumurta hüceyrəsinin ayrılmasına səbəb olur.İkincisi, rəqabətdə üstünlük yaradır: geri çəkilmə zamanı bu kiçik tikanlar əvvəlki cütləşmədən qalmış başqa erkəyin toxumunu təmizləməyə kömək edə bilər, bununla da hər bir erkək öz genlərinin nəslə ötürülmə şansını artırır.Üçüncüsü isə, prosesi qısaldır: yaratdığı qısamüddətli ağrı hissi dişi fərdi cütləşmədən tez ayrılmağa vadar edir, bu da hər iki fərd üçün prosesin təhlükəsiz və qısa müddətdə başa çatmasına xidmət edir.Məhz bu səbəbdən dişi pişik yüksək səslə bağırır və bəzən erkəyə hücum da edir - geri çəkilmə anında yaranan qıcıqlanma dişi pişikdə kəskin, lakin qısamüddətli ağrıya səbəb olur, ona görə də eşitdiyimiz o "fəryad" heç də sevgi nəğməsi deyil, sadəcə bioloji zərurətdən doğan təbii reaksiyadır.
Görünüşcə sərt olan bu proses əslində milyonlarla il ərzində təkamül yolu ilə formalaşmış, növün sağ qalması və nəslin davamlılığı üçün mükəmməl sazlanmış bir mexanizmdir. Təbiət heç nəyi təsadüfə buraxmır.
🟣 http://t.me/edubbamedia
| 2 | بدون متن... | 30 |
| 3 | Bilirsiniz ki, İngiltərənin kralları uzun illər öz doğma dillərində - ingiliscə deyil, fransızca danışıblar?
Məsələn, məşhur "Şir Ürəkli" ləqəbli kral Riçard ingiliscə demək olar bilmirdi. Onun ana dili fransız idi. Bu, təsadüfi deyildi - 1066-cı ildə Normandiyadan gələn fransızdilli hökmdarlar İngiltərəni fəth edəndən sonra, kral sarayında əsrlərlə fransız dili hakim oldu. Elə bu üzdən bu gün də İngiltərənin dövlət gerbində fransızca yazı var: "Dieu et mon droit" - yəni "Tanrı və mənim haqqım".
Ən maraqlısı isə budur: İngiltərəyə fransız dilini gətirən normanlar əslində skandinaviyalı vikinqlər idi! Onlar bir neçə nəsil əvvəl heç fransızca bilmirdilər, sadəcə Fransada məskunlaşıb yerli dili mənimsəmişdilər.
Nəticədə müasir ingilis dilinin lüğətinin təxminən yarısından çoxu latın və fransız köklüdür, əsl german (qədim ingilis) sözlərin payı isə cəmi dörddə bir qədərdir.
🟣 http://t.me/edubbamedia | 38 |
| 4 | Azərbaycanın gələcək siyasi tarixində mühüm yer tutacaq iki şəxs - Nəsib bəy Yusifbəyli və Nəriman Nərimanov - gənclik illərində Odessada eyni universitetdə, hətta eyni kursda oxuyub və yaxın dost olublar.
Rəsmi qeydlərə keçməsə də, deyilənə görə, onların münasibətini dəyişdirən və fərqli siyasi görüşləri seçməsinə səbəb sevgi olub.
Hər iki gəncin İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xanıma aşiq olduğu və onun sevgisini qazanmaq üçün aralarında rəqabət yarandığı söylənilir. Məsələ o qədər ciddiləşib ki, Nəsib bəy ilə Nəriman Nərimanov arasında duelə qədər gedib çıxıb. Şəfiqə xanımın isə son nəticədə Nəsib bəyi seçdiyi bildirilir.
Əvvəlcə Nəsib bəy Yusifbəyli Azərbaycan istiqlal hərəkatının aparıcı simalarından birinə çevrilərək Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri oldu. Daha sonra Nəriman Nərimanov bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra eyni posta təyin olunur.
🟣 http://t.me/edubbamedia | 34 |
| 5 | Bəzən ətrafımızda baş verən hadisələrin arxasında çox sadə, amma olduqca maraqlı fizika qanunları dayanır. Belə qanunlardan biri Boyle-Mariotte qanunudur.
Bu qanunu ən sadə şəkildə belə izah etmək olar: müəyyən miqdarda qazın temperaturu sabit qalarsa, qazın həcmi azaldıqca təzyiqi artır, həcmi artdıqca isə təzyiqi azalır.
Məsələn, içində hava olan şprisin ucunu bağlayıb porşeni aşağı itələsək, havanın tutduğu yer azalır. Hava sıxıldığı üçün onun təzyiqi artır. Porşeni geri çəkdikdə isə hava genişlənir və təzyiq azalır.
Bu qanunun düsturu belədir:
P₁V₁ = P₂V₂
Burada P - qazın təzyiqini, V isə qazın həcmini göstərir. Yəni temperatur dəyişmədiyi halda təzyiq ilə həcm bir-birinə tərs mütənasibdir.
Bu qanunu təsəvvür etmək üçün sadə bir nümunə götürək. Əgər qazın həcmini 2 dəfə azaltsaq, temperatur sabit qalırsa, onun təzyiqi təxminən 2 dəfə artır.
İndi isə bu sadə qanunu okeanın dərinliklərində təsəvvür edək. Suyun dərinliyinə getdikcə xarici təzyiq sürətlə artır. Təxminən 4 kilometr dərinlikdə təzyiq səthdəki atmosfer təzyiqindən 300 dəfədən çox ola bilər.
2023-cü ildə “Titan” adlı batiskafın “Titanik”in qalıqlarına ekspedisiyası zamanı baş verən faciə dərinlikdəki təzyiqin nə qədər nəhəng ola biləcəyini göstərdi. Batiskaf təxminən 4 kilometr dərinlikdə olarkən onun təzyiq gövdəsi xaricdəki nəhəng su təzyiqinə tab gətirmədi və içəriyə doğru çökmə - implodasiya - baş verdi.
Burada vacib bir elmi məqam var: Titanın qəzasını birbaşa Boyle-Mariotte qanunu ilə izah etmək düzgün deyil. Boyle-Mariotte qanunu qazların təzyiq-həcm əlaqəsini izah edir. Titanın məhvində isə əsas problem batiskafın konstruksiyasının okeanın nəhəng xarici təzyiqinə tab gətirə bilməməsi idi. Yəni bir şprisdə havanı əlimizlə sıxanda təzyiqin necə artdığını müşahidə edə bilərik. Okeanın 4 kilometr dərinliyində isə bunu kilometrlərlə suyun yaratdığı nəhəng təzyiq edir.
🟣 http://t.me/edubbamedia | 38 |
| 6 | بدون متن... | 29 |
| 7 | 2023-cü ilin iyununda bütün dünyanın diqqəti Atlantik okeanının dibinə yönəldi. “Titan” adlı kiçik sualtı aparat - batiskaf - “Titanik” gəmisinin qalıqlarına baxmaq üçün təxminən 4 kilometr dərinliyə enirdi. Batiskafın içində 5 nəfər var idi: OceanGate şirkətinin rəhbəri Stockton Rush, britaniyalı milyarder və macəraçı Hamish Harding, pakistanlı milyarder Shahzada Dawood (Şahzadə Davud) və onun 19 yaşlı oğlu Suleman (Süleyman), həmçinin məşhur fransız “Titanik” tədqiqatçısı Paul-Henri Nargeolet.
Titan suya endikdən təxminən 1 saat 45 dəqiqə sonra səthdəki gəmi ilə əlaqəni itirdi. Sonradan məlum oldu ki, batiskaf Titanikə çatmamış okeanın dərinliyində implodasiya edib — yəni xarici su təzyiqi onun gövdəsini saniyənin çox kiçik bir hissəsində içəriyə doğru əzib.
Burada rəqəmlər xüsusilə təsir edicidir. Titanın məhv olduğu dərinlikdə suyun təzyiqi təxminən 4 930 psi, yəni 340 atmosferdən çox idi. Müqayisə üçün, avtomobil təkərindəki təzyiq adətən 2–3 atmosfer civarındadır. Okeanın 4 kilometr dərinliyində isə təzyiq insanın təsəvvür edə biləcəyindən dəfələrlə böyükdür.
İmplodasiya adi partlayışdan tamamilə fərqlidir. Partlayış zamanı enerji cismi içəridən xaricə doğru dağıdır. İmplodasiyada isə yüksək xarici təzyiq obyekti içəriyə doğru çökdürür. Bu proses o qədər sürətli baş verir ki, içəridəki insanların nə baş verdiyini dərk etməyə belə vaxtı olmur.
Titanın konstruksiyası da hadisədən sonra ciddi müzakirələrə səbəb oldu. Ənənəvi dərinlik aparatlarından fərqli olaraq, onun əsas təzyiq gövdəsində karbon lifli kompozit materialdan istifadə edilmişdi. Sonrakı rəsmi araşdırmalar gövdədə əvvəlki dalışlardan yaranmış zədələnmələr və material laylarının ayrılması kimi problemlərin olduğunu göstərdi.
Hadisə zamanı başqa bir detal da böyük müzakirələrə səbəb olmuşdu. Batiskafın idarə edilməsində adi oyun konsollarında istifadə olunan Logitech F710 tipli kontrollerdən istifadə edilirdi. Bu səbəbdən mediada və ictimaiyyətdə “milyonlarla dollarlıq və kilometrlərlə dərinliyə enən batiskaf niyə oyun pultuna bənzər kontrollerlə idarə olunur?” sualı yaranmışdı. Hətta şirkətin xərcləri azaltmaq üçün bəzi hazır və sadə avadanlıqlardan istifadə etdiyi barədə iddialar da yayılmışdı. Lakin oyun kontrollerinin özünün istifadəsi avtomatik olaraq təhlükəsizliyin zəif olması demək deyil; əsas məsələ bütün sistemin və xüsusilə təzyiq gövdəsinin mühəndislik baxımından necə layihələndirilməsi və sınaqdan keçirilməsidir.
🟣 http://t.me/edubbamedia | 33 |
| 8 | Azərbaycan dilində "diksinmək" felini "Mən heyvanlardan və qarışqalardan diksinirəm" cümləsində işlətmək məntiqi olaraq mümkündür? | 23 |
| 9 | tədris üsulu tələbəyə hazır məlumat bazası vermək və ondan kiçik bir tədqiqatı əvvəldən sonadək həyata keçirməsini tələb etməkdir. Tələbə tədqiqat sualı hazırlamalı, dəyişənləri müəyyənləşdirməli, məlumatları təmizləməli, uyğun təhlil metodunu seçməli, nəticələri cədvəl və diaqramlarla göstərməli, sonda isə həmin nəticələrin psixoloji baxımdan nə demək olduğunu sadə və aydın dildə izah etməlidir.
🟣 http://t.me/edubbamedia | 1 |
| 10 | Bilirsinizmi ki, ali məktəblərdə tədris olunan “Psixologiyada data analitika” fənnində tələbə peşəkar fəaliyyət üçün əslində nələri öyrənməlidir? Bəzən tələbə xaricdə təhsilini davam etdirərkən və ya elmi tədqiqata başlayarkən üzə çıxır ki, o, statistik terminləri eşitsə də, real psixoloji məlumatlarla işləməyi bacarmır. Məsələ burasındadır ki, bu fənnin məqsədi tələbəyə yalnız orta qiymət, faiz, korrelyasiya və digər anlayışların tərifini əzbərlətmək deyil.
Tələbə əvvəlcə psixoloji məlumatın necə toplanmasını, tədqiqat sualının necə qurulmasını və dəyişənlərin necə müəyyənləşdirilməsini öyrənməlidir. Məsələn, “stress” ümumi anlayışdır, lakin tədqiqatda onun hansı testlə və hansı göstəricilər əsasında ölçüləcəyi əvvəlcədən müəyyən edilməlidir. Əks halda toplanmış çoxsaylı rəqəmlər elmi məlumat deyil, sadəcə nizamsız göstəricilər yığını olacaq.
Növbəti mərhələdə tələbə əldə edilmiş məlumat bazasını hazırlamağı, səhv və çatışmayan məlumatları aşkar etməyi, göstəriciləri qruplaşdırmağı, orta qiymət, median, standart kənarlaşma və digər təsviri statistik göstəriciləri hesablamağı bacarmalıdır. O, nəticələri cədvəl və diaqramlarla göstərməyi, yüzlərlə cavabın içərisində ilk baxışda görünməyən ümumi mənzərəni üzə çıxarmağı öyrənməlidir.
Sonrakı mərhələdə korrelyasiya, hipotezlərin yoxlanılması, t-test, dispersiya təhlili - ANOVA, reqressiya və faktor analizi kimi metodlardan istifadə edilir. Bu adlar mürəkkəb görünsə də, onların cavab verdiyi suallar olduqca sadədir: iki psixoloji göstərici arasında əlaqə varmı, iki qrup bir-birindən həqiqətən fərqlənirmi, bir neçə qrupun nəticələri eynidirmi, hansı amil insanın davranışını daha yaxşı proqnozlaşdırır və testdəki çoxsaylı sualların arxasında hansı ümumi psixoloji xüsusiyyətlər dayanır?
Psixologiya üzrə müasir universitet kurslarında bütün bu əməliyyatların SPSS, JASP, Jamovi və R kimi proqramlarda praktik icrası xüsusi yer tutur. Lakin proqramda lazımi düymələri basmaq hələ data analitika bilmək demək deyil. Əsas bacarıq hansı təhlil üsulunu seçməyi, alınmış nəticənin nə ifadə etdiyini, onun təsadüfi olub-olmadığını və praktik baxımdan hansı əhəmiyyət daşıdığını izah edə bilməkdir.
Məsələn, məktəb psixoloqu 300 şagird arasında dərs motivasiyası, imtahan həyəcanı, yuxu müddəti və akademik nailiyyətlə bağlı məlumat toplayır. Data analitika vasitəsilə o, əvvəlcə məlumat bazasındakı səhvləri və cavabsız sualları müəyyənləşdirir, sonra göstəricilər arasındakı əlaqəni araşdırır. Təhlil nəticəsində məlum ola bilər ki, aşağı nailiyyət yalnız zəif motivasiya ilə deyil, yüksək imtahan həyəcanı və qeyri-kafi yuxu ilə də əlaqəlidir. Məktəb psixoloqu bu nəticələr əsasında şagirdlər üçün dəstək proqramı hazırlayır, proqramdan əvvəl və sonra toplanmış göstəriciləri t-test vasitəsilə müqayisə edir və görülən işin həqiqətən nəticə verib-vermədiyini müəyyənləşdirir. Beləliklə, qərar şəxsi təəssürata deyil, konkret məlumatlara əsaslanır.
Yaxud ba.qa bir nümunə gətirək, məsələn, təşkilat (şirkətin) psixoloqu müəssisədə işçilərin iş məmnuniyyəti, emosional tükənməsi, əmək şəraiti və rəhbərliklə münasibətləri haqqında sorğu keçirir. O, əvvəlcə istifadə olunan sorğunun etibarlı olub-olmadığını yoxlayır, daha sonra müxtəlif şöbələrin göstəricilərini ANOVA ilə müqayisə edir və reqressiya təhlili vasitəsilə emosional tükənməyə ən çox təsir göstərən amilləri müəyyənləşdirir. Nəticədə problemin əməkhaqqından daha çox iş yükü və rəhbərliklə ünsiyyətlə əlaqəli olduğu üzə çıxa bilər. Müəssisə bu məlumatlara əsaslanaraq iş bölgüsünü dəyişir, rəhbərlər üçün ünsiyyət təlimləri keçirir və bir neçə ay sonra təkrar ölçmə apararaq görülmüş tədbirlərin təsirini qiymətləndirir.
Fənnin mühüm istiqamətlərindən biri də psixoloji testlərin keyfiyyətinin yoxlanılmasıdır. Tələbə istifadə etdiyi test və ya sorğunun etibarlı olub-olmadığını, həqiqətən ölçməli olduğu psixoloji xüsusiyyəti ölçüb-ölçmədiyini və əldə olunan nəticələrə nə dərəcədə güvənməyin mümkün olduğunu müəyyənləşdirməyi bacarmalıdır. Çünki etibarsız testlə toplanmış yüzlərlə cavab elmi nəticə deyil, sadəcə rəqəmlər toplusudur.
Bu fənnin ən düzgün | 50 |
| 11 | İnsan orqanizmi C vitaminini özü hazırlaya bilmir. Bu, bizə adi görünə bilər. Amma bunun arxasında çox maraqlı bir tarix var.
Milyonlarla il əvvəl insanın uzaq əcdadları C vitamini hazırlaya bilirdi. Bunun üçün onların bədənində GULO adlı işlək gen var idi. Bu gen C vitamininin hazırlanmasında iştirak edən bir fermentin yaranmasına kömək edirdi. Sonra həmin gendə mutasiya baş verdi. Yəni DNT-də kiçik bir dəyişiklik yarandı. Bu dəyişiklik genin işləməsinə mane oldu. Bəs niyə bu dəyişiklik yox olmadı?
Çünki həmin dövrdə əcdadlarımız C vitaminini qidadan kifayət qədər ala bilirdi. Buna görə GULO geninin işləməməsi onların yaşamasına ciddi maneə yaratmırdı. Beləliklə, bu dəyişiklik nəsildən-nəslə keçdi.
Bu gün GULO geninin işləməyən forması hələ də DNT-mizdədir. Ona psevdogen deyilir. Yəni genin quruluşu qalır, amma əvvəlki işi görə bilmir. Bəs alimlər bu geni yenidən işlədə bilərmi?
Nəzəri olaraq belə bir şey mümkündür. Alimlər genlərin fəaliyyətini dəyişdirməyin yollarını araşdırırlar. Gələcəkdə GULO geninin işlək formasını hüceyrələrə qaytarmaq və ya onun funksiyasını başqa üsulla bərpa etmək nəzəri cəhətdən mümkün ola bilər. Amma bu geni yenidən aktiv hala gətirmək qədər də asan deyil. Əvvəlcə genin işlək formasını dəqiq müəyyənləşdirmək lazımdır. Sonra həmin genin insan hüceyrələrində düzgün işləməsi təmin edilməlidir. Daha sonra onun bütün orqanizm üçün təhlükəsiz olub-olmadığı yoxlanmalıdır.
Ən böyük problem də budur. Bir genin işləməsi başqa proseslərə də təsir edə bilər. Buna görə belə bir üsulu insanlarda istifadə etmək üçün çoxlu araşdırma və uzunmüddətli təhlükəsizlik yoxlamaları lazımdır. Üstəlik, buna tibbi ehtiyac da çox böyük deyil. Çünki C vitaminini qidadan və lazım olduqda əlavələrdən almaq mümkündür. Yəni alimlər gələcəkdə bu genin funksiyasını bərpa edə bilsələr belə, bu, insanın artıq portağal yeməsinə ehtiyac qalmayacağı demək deyil.
Bu hadisənin ən maraqlı tərəfi isə başqadır. İnsan DNT-sində milyonlarla il əvvəl işləyən bir genin izi hələ də qalır. Gen artıq işləmir. Amma onun “köhnə nüsxəsi” bizim genomumuzda yaşayır. Sanki bədənimizin içində çox qədim bir kitab var. Bəzi səhifələr hələ oxunur. Bəzi səhifələr isə milyonlarla il əvvəl yazılıb sonra isə pozanla pozulmuş formada qalıb.
🟣 http://t.me/edubbamedia | 66 |
| 12 | Ana ilə oğul arasındakı güclü sevgi və bağlılıq normal ailə münasibətinin bir hissəsidir. Lakin bəzi sosioloqlar bu vəziyyəti yeni qurulan ailələrdə meydana gələn problemlərin əsas predmeti kimi nəzərdən keçirir. Məsələ burasındadır ki, problem sevginin özündə deyil, valideynlə uşağın münasibətində sağlam sərhədlərin itməsi zamanı yaranır. Psixologiyada belə münasibətləri izah etmək üçün “enmeshment”, yəni həddindən artıq iç-içə keçmiş ailə münasibəti anlayışından istifadə olunur. Bu vəziyyətdə valideyn uşağın müstəqil şəxsiyyət kimi formalaşmasını çətinləşdirəcək dərəcədə onun şəxsi münasibətlərinə, seçimlərinə və emosional həyatına müdaxilə edə bilər.
Daha ciddi hallarda “emosional insest” və ya “covert incest” anlayışı işlədilir. Burada söhbət cinsi münasibətdən getmir. Valideyn öz emosional ehtiyaclarını həyat yoldaşı və ya başqa bir yetkin insan əvəzinə uşağın üzərinə qoyur və uşağı özünə emosional tərəfdaş, sirdaş və ya əsas dayaq roluna gətirir. Belə vəziyyətdə uşaq valideyninin tənhalığına, kədərinə və münasibətlərindəki problemlərə görə özünü məsul hiss etməyə başlaya bilər.
Məsələn, ana oğlunun böyüyüb ailə qurmasını qəbul etməkdə çətinlik çəkir, onun həyat yoldaşını özünə rəqib kimi görür, oğlunun qərarlarına daim müdaxilə edir və ya “məni qoyub onu seçdin” kimi ifadələrlə onda günahkarlıq yaradırsa, münasibətdə sağlam sərhədlərin pozulması ehtimalı artır. “Səni mən böyütmüşəm”, “sənin üçün nələr etmişəm”, “südümü halal etmərəm” kimi ifadələrin davamlı şəkildə emosional təzyiq vasitəsinə çevrilməsi də oxşar nəticə yarada bilər.
Belə münasibətlərdə oğulun müstəqilliyi tədricən zəifləyə bilər. O, anasının narazılığından qorxaraq şəxsi qərarlarını dəyişə, həyat yoldaşının yanında özünü günahkar hiss edə və iki tərəf arasında seçim etməyə məcbur olduğunu düşünə bilər. Nəticədə evlilik münasibətində gərginlik yarana, həyat yoldaşına qarşı emosional məsafə və ya anadan ayrılmaq qorxusu meydana çıxa bilər.
Psixologiyada bu vəziyyətin başqa bir tərəfi də parentifikasiya adlanır. Parentifikasiya zamanı uşaq valideynin emosional və ya praktiki ehtiyaclarını öz üzərinə götürür. Məsələn, ana ailə problemlərini uşağı ilə bölüşür, ondan özünə emosional dayaq kimi istifadə edir və uşağın yaşına uyğun olmayan məsuliyyət daşımasına səbəb olur. Uşaq belə şəraitdə valideyninin hisslərinə həddindən artıq diqqət yetirməyi öyrənir və sonrakı həyatında da başqalarının emosiyalarına görə özünü məsul hesab edə bilər.
Yetkinlik dövründə sağlam münasibətin əsas göstəricilərindən biri sərhədlərin qorunmasıdır. İnsan valideynini sevə, ona hörmət edə və qayğı göstərə bilər, lakin bununla yanaşı öz həyatını, şəxsi seçimlərini və ailəsini ayrıca qura bilməlidir. Valideynin övlad üzərində təsiri onun yetkinləşməsi ilə tədricən dəyişməlidir. Övladın ailə qurması isə valideynlə münasibətin bitməsi deyil, münasibətin formasının dəyişməsidir.
“Jocasta kompleksi” ifadəsi isə bu mövzuda tez-tez işlədilsə də, müasir psixiatriyada ayrıca rəsmi diaqnoz deyil. Buna görə hər oğluna həddindən artıq bağlı olan və ya gəlini ilə problem yaşayan anaya bu adı vermək elmi baxımdan düzgün deyil. Psixoloji qiymətləndirmədə konkret davranışlara, emosional sərhədlərə və münasibətin ailə üzvlərinə necə təsir etdiyinə baxılır.
Sağlam ana-oğul münasibətində sevgi və bağlılıq insanın müstəqilliyinə mane olmur. Ana oğlunun böyüməsini, ailə qurmasını və öz qərarlarını verməsini qəbul edir; oğul isə anasına hörmət etməklə yanaşı, öz həyatına görə məsuliyyət daşıyır. Problem sevginin çoxluğunda deyil, sevginin nəzarətə, günahlandırmaya və emosional asılılığa çevrilməsində başlayır.
🟣 http://t.me/edubbamedia | 102 |
| 13 | Su elektriki yaxşı keçirirsə ildırım dənizə düşəndə niyə balıqlar ölmür?
İlk baxışda bu, qəribə görünür: su elektrik cərəyanını yaxşı keçirirsə, ildırım dənizə düşəndə niyə sudakı bütün balıqlar məhv olmur? Səbəb odur ki, ildırımın yaratdığı elektrik enerjisi suya daxil olduqdan sonra bütün dənizə eyni şəkildə yayılmır.
İldırım dənizin səthinə düşəndə cərəyanın böyük hissəsi zərbənin düşdüyü nöqtənin ətrafında və əsasən səthə yaxın təbəqələrdə yayılır. Məsafə artdıqca elektrik sahəsi sürətlə zəifləyir. Buna görə ildırımın düşdüyü yerdən bir qədər uzaqda və xüsusilə daha dərinlikdə olan balıqların bədənindən keçən cərəyan çox az ola bilər.
Balıqlar üçün əsas təhlükə suyun özünün elektrik keçirməsi deyil, balığın bədəninin iki nöqtəsi arasındakı elektrik gərginliyidir. Əgər balığın başı ilə quyruğu arasında böyük gərginlik fərqi yaranarsa, cərəyan onun bədənindən keçə və öldürücü ola bilər. Lakin balıq ildırımın düşdüyü nöqtədən uzaqdırsa, onun bədəninin müxtəlif hissələri arasında yaranan gərginlik fərqi xeyli kiçik olur.
Burada maraqlı bir məqam da var: dəniz suyu şirin sudan daha yaxşı elektrik keçirir. Duzlar suda həll olaraq elektrik yükünü daşıyan ionlar əmələ gətirir. Buna görə dənizdə ildırımın yaratdığı cərəyan daha geniş sahəyə yayıla bilər. Lakin bu, dənizdəki bütün balıqların təhlükəsiz olduğu demək deyil. İldırımın çox yaxın məsafəyə düşməsi balıqlar üçün təhlükəli, hətta ölümcül ola bilər.
Deməli, “su elektrik keçirir, ona görə ildırım dənizə düşəndə bütün balıqlar ölməlidir” düşüncəsi düzgün deyil. Elektrik cərəyanının keçməsi ilə onun hər bir canlı üçün öldürücü olması eyni şey deyil. Təhlükəni müəyyən edən əsas amillərdən biri cərəyanın canlı orqanizmin bədənindən nə qədər keçməsi və onun üzərində nə qədər gərginlik fərqi yaranmasıdır.
Ən maraqlı tərəfi isə budur: ildırımın enerjisi nəhəng olsa da, onun təsiri bütün dənizə eyni gücdə yayılmır. Bir neçə santimetr və ya metr məsafənin belə elektrik sahəsində böyük fərq yaratması mümkündür. Buna görə ildırımın yaxınlığında olan canlı ilə ondan uzaqda və dərinlikdə olan canlı tamamilə fərqli elektrik təsirinə məruz qala bilər.
🟣 http://t.me/edubbamedia | 86 |
| 14 | Sünnət İslamdan çox-çox əvvəl mövcud olmuş qədim adətlərdən biridir və İslama yəhudilərdən keçib. Yəhudilər isə bunu misirlilərdən öyrənib. Qədim Misirdə sünnətin edildiyini göstərən təsvirlər məlumdur. Onlardan ən məşhurlarından biri təxminən e.ə. XXIV əsrə aid Saqqaradakı məzar təsviridir.
.
Qədim yunan tarixçisi Herodot da e.ə. V əsrdə Misir haqqında yazarkən misirlilərin sünnət etdiklərini qeyd etmişdir. O, misirlilərin bunu təmizliklə əlaqələndirdiklərini bildirirdi. Herodot həmçinin Fələstin ərazisində yaşayan bəzi xalqların bu adəti misirlilərdən götürdüyünü yazmışdı. Lakin müasir tarixçilər sünnətin bütün qədim xalqlara məhz Misirdən yayıldığını qəti şəkildə sübut edilmiş fakt hesab etmirlər. Müxtəlif xalqlarda bu adət müstəqil şəkildə də meydana gəlmiş ola bilər.
Sünnətin ilk dəfə nə üçün yarandığı isə dəqiq məlum deyil. Qədim Misirdə onun bir neçə mümkün məqsədi olduğu düşünülür. Bu məqsədlərdən biri bədənin təmizliyi və gigiyena ola bilərdi. Digər ehtimala görə, sünnət oğlanın uşaqlıqdan kişilik dövrünə keçməsini bildirən xüsusi mərasim idi. Bəzi qədim cəmiyyətlərdə isə sünnət dini mərasim və ya müəyyən icmaya mənsubiyyətin əlaməti kimi qəbul edilirdi.
Sonralar sünnət Yəhudilikdə tamamilə xüsusi dini məna qazandı. Tövrata görə, sünnət İbrahimlə Allah arasında bağlanan əhdin əlaməti hesab olunur. Buna görə yəhudilərdə oğlan uşağının adətən doğulduqdan sonra səkkizinci günündə sünnət edilməsi dini ənənəyə çevrilmişdir. Beləliklə, əvvəllər müxtəlif qədim xalqlarda fərqli məqsədlərlə həyata keçirilən bu adət Yəhudilikdə dini əhdin rəmzinə çevrildi.
İslam sünnəti sıfırdan yaranmış bir adət kimi deyil, daha qədimdən mövcud olan və İbrahim peyğəmbərlə əlaqələndirilən bir ənənə kimi qəbul etdi. İslamda onun qorunmasının əsas səbəblərindən biri fitrət, yəni insanın təmiz və təbii yaradılışına uyğun həyat tərzi anlayışı idi. Sünnət həm şəxsi təmizlik və gigiyena ilə əlaqələndirilir, həm də müsəlmanın dini ənənəyə və İbrahim peyğəmbərin yoluna bağlılığının əlaməti hesab olunur. Buna görə sünnət müsəlman cəmiyyətlərində müsbət və yerinə yetirilməsi təşviq olunan bir əməl kimi qorunub. Bununla belə, onun dini hökmü bütün İslam hüquq məktəblərində eyni deyil: bəzi məzhəblərdə vacib, bəzilərində isə güclü şəkildə tövsiyə olunan əməl sayılır.
Müasir tibbdə sünnətə başqa tərəfdən də baxılır. Sünnət dərisinin götürülməsi bəzi hallarda gigiyenanı asanlaşdıra və müəyyən xəstəliklərin riskini azalda bilər. Elmi araşdırmalara görə, sünnət bəzi sidik yolu infeksiyalarının, sünnət dərisinin iltihabının və müəyyən cinsi yolla keçən infeksiyaların riskini azalda bilər. Kişilərdə HİV-in heteroseksual yolla ötürülməsi riskinin də müəyyən qədər azalması ilə əlaqələndirilir.
🟣 http://t.me/edubbamedia | 69 |
| 15 | e.ə. XXIV əsrə aid Saqqaradakı məzar rəsmləri. Qədim Misir | 56 |
| 16 | Almaniya–Kuba əsilli müğənni və aktrisa Karen Danger-Manafzadə Almaniyanın Münhen şəhərində anadan olub. O, cəmi 6 yaşından Almaniyanın Regensburq şəhərində yerləşən "Ballett-Tanz-Akademie" Bonivento Dazzi məktəbində balet və müasir rəqs təhsili almağa başlayıb. Anası Karenin musiqiyə olan böyük marağını erkən yaşlarından görərək onun sənətçi kimi formalaşmasına dəstək verib. Karen isə 11 yaşında artıq müğənni və rəqqas kimi peşəkar səhnəyə çıxaraq solo ifaçı və müxtəlif müzikllərin iştirakçısı kimi fəaliyyətə başlayıb.
Gənc yaşlarından uğurlar qazanan Karen Almaniyanın nüfuzlu "Jugend Musiziert" müsabiqəsində 2010-cu ildə "Pop ifaçılığı" üzrə III yerə, 2012-ci ildə "Müzikl" kateqoriyasında I yerə, 2013-cü ildə isə "Pop ifaçılığı" üzrə yenidən I yerə layiq görülüb.
19 yaşında (2016–2019) təhsilini davam etdirmək üçün Vyanaya köçən Karen Konservatoriyada vokal, aktyorluq, rəqs və musiqili teatr üzrə təhsil alıb. Daha sonra, 2021–2022-ci illərdə Vyana Şəhər Musiqi və İncəsənət Universitetində "Klassik Operetta" ixtisası üzrə oxuyaraq Vyana Raimund Teatrında vokal, rəqs və aktyorluq üzrə Avstriya Dövlət Diplomunu əldə edib. O, vokal ustalığını Viviana Araiza Staffini, Julia Leiter, Previn Moore və Patricia Nessy kimi tanınmış müəllimlərin yanında təkmilləşdirib.
Konservatoriyada təhsil aldığı illərdə Karen kino və reklam layihələrində aktrisa və model kimi də fəaliyyət göstərməyə başlayıb. 2018-ci ildə "Lucky Stiff" müziklında Dominique du Monaco, 2019-cu ildə Avstriyada "Carmen The Muzikal"ın Almaniya premyerasında, 2021-ci ildə dünyanın ən böyük açıq hava operetta və klassik musiqi festivalında nümayiş etdirilən "West Side Story" tamaşasında Consuelo obrazını canlandırıb. 2021–2022-ci il mövsümündə isə Vyanada Yohann Ştrausun "Die Fledermaus" operettasında Prinz Orlofsky və Frosch rollarında çıxış edib.
Karen 2019-cu ildə azərbaycanlı dirijor, pianoçu və bəstəkar Abuzər Manafzadə ilə ailə qurub. Məhz bundan sonra o, Azərbaycan və türk musiqisinə maraq göstərməyə başlayıb və repertuarına bu mahnıları da daxil edib.
Sənət fəaliyyəti ərzində Karen Almaniyanın bir çox şəhərlərində, eləcə də Vyana, Zalsburq, Varşava, Pozitano, Amsterdam, İstanbul, Barselona və Bakıda – Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çıxış edib. Hazırda o, Vyanada yaşayır və klassik müğənni, kino aktrisası kimi yaradıcılığını davam etdirir.
🟣 http://t.me/edubbamedia | 60 |
| 17 | Alman-Kuba əsilli müğənni və aktrisa Karen Danger-Manafzade | 45 |
| 18 | "Gün keçdi" filminin yadda qalan sonluğu əslində tamamilə fərqli olmalı idi.
İlk ssenariyə görə, Oqtay Əsməri öz evinə dəvət edir və onların münasibətinin xəyanətlə nəticələndiyini göstərən sevgi səhnəsi çəkilməli idi. Lakin Oqtay obrazını canlandıran Xalq artisti Həsən Məmmədov buna qəti etiraz edir. O hesab edirdi ki, belə bir sonluq həm Azərbaycan ailə-mənəvi dəyərlərinə, həm də obrazın xarakterinə uyğun deyil. Hətta bildirir ki, bu səhnə çəkilərsə, filmdə rol almaqdan imtina edəcək.
Nəticədə müəlliflər ssenarini dəyişməyə məcbur qalırlar və film xəyanətlə nəticələnməyən sonluqla bitir.
🟣 http://t.me/edubbamedia | 45 |
| 19 | Əməliyyatsız insan bədənində hərəkət edə bilən "robot" artıq reallığa çevrilməyə başlayıb. Amma bu, filmlərdə gördüyümüz metal robot deyil.
Alimlər maqnit hissəciklərindən və yumşaq polimerdən hazırlanmış "maqnit şlam robotu" (magnetic slime robot) hazırlayıblar. Xaricdən tətbiq olunan maqnit sahəsi sayəsində bu robot formasını dəyişə, dar boşluqlardan keçə və müəyyən istiqamətdə hərəkət edə bilir.
Gələcəkdə bu texnologiyanın:
- udulmuş kiçik yad cisimlərin çıxarılmasında,
- dərmanların birbaşa xəstə nahiyəyə çatdırılmasında,
- minimal invaziv tibbi prosedurlarda istifadə olunacağı gözlənilir.
🟣 http://t.me/edubbamedia | 50 |
| 20 | Tarixçilərin böyük hissəsi hesab edir ki, Almaniyanın məğlubiyyətində təkcə müttəfiq ordularının gücü deyil, Adolf Hitlerin verdiyi strateji səhvlər də həlledici rol oynayıb. Ən böyük strateji səhvlər bunlardır:
- Moskva əməliyyatı (1941): Alman qoşunları Moskvaya çox yaxınlaşsa da, Hitler əsas qüvvələrin bir hissəsini Ukrayna və Qafqaz istiqamətinə yönəltdi. Bu, hücumun tempini zəiflətdi və SSRİ-yə müdafiəni bərpa etmək üçün vaxt qazandırdı.
- Stalinqrad (1942-1943): Şəhəri nəyin bahasına olursa-olsun ələ keçirmək əmri Almaniyanın 6-cı Ordusunun mühasirəyə düşməsi ilə nəticələndi. Təxminən 300 minə yaxın Alman və müttəfiq əsgəri məhv oldu və ya əsir düşdü.
- Dünkirk (1940): Hitler tanklara dayanmaq əmri verdi. Bu fasilədən istifadə edən Britaniya təxminən 338 min İngilis və Fransa əsgərini La-Manş boğazı vasitəsilə təxliyə etməyə nail oldu. Sonradan həmin hərbçilərin bir hissəsi müharibənin davamında almanlara qarşı yenidən döyüşdü.
🟣 http://t.me/edubbamedia | 50 |
