ch
Feedback
Edubba

Edubba

前往频道在 Telegram

🟣 Edubba - alternativ düşünməyi öyrədən məktəbdir.

显示更多
1 784
订阅者
-224 小时
-167
-7330

数据加载中...

标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服
进出提及
---
---
---
---
---
---
吸引订阅者
八月 '26
八月 '26
+2
在0个频道中
七月 '26
+32
在0个频道中
Get PRO
六月 '26
+3
在0个频道中
Get PRO
五月 '26
+9
在0个频道中
Get PRO
四月 '26
+10
在0个频道中
Get PRO
三月 '26
+3
在0个频道中
Get PRO
二月 '26
+5
在0个频道中
Get PRO
一月 '26
+2
在0个频道中
Get PRO
十二月 '25
+3
在1个频道中
Get PRO
十一月 '25
+5
在1个频道中
Get PRO
十月 '25
+3
在0个频道中
Get PRO
九月 '25
+4
在0个频道中
Get PRO
八月 '25
+12
在2个频道中
Get PRO
七月 '25
+13
在7个频道中
Get PRO
六月 '25
+9
在0个频道中
Get PRO
五月 '25
+5
在0个频道中
Get PRO
四月 '25
+13
在0个频道中
Get PRO
三月 '25
+10
在0个频道中
Get PRO
二月 '25
+18
在0个频道中
Get PRO
一月 '25
+6
在21个频道中
Get PRO
十二月 '24
+9
在24个频道中
Get PRO
十一月 '24
+8
在26个频道中
Get PRO
十月 '24
+17
在27个频道中
Get PRO
九月 '24
+22
在26个频道中
Get PRO
八月 '24
+484
在34个频道中
Get PRO
七月 '24
+649
在76个频道中
Get PRO
六月 '24
+717
在33个频道中
Get PRO
五月 '24
+832
在36个频道中
Get PRO
四月 '24
+894
在39个频道中
Get PRO
三月 '24
+670
在33个频道中
Get PRO
二月 '24
+449
在0个频道中
Get PRO
一月 '24
+548
在9个频道中
Get PRO
十二月 '23
+598
在0个频道中
Get PRO
十一月 '23
+659
在46个频道中
Get PRO
十月 '23
+1 973
在27个频道中
日期
订阅者增长
提及
频道
03 八月0
02 八月+1
01 八月+1
频道帖子
Tuesday Boy Problem nədir? Bu paradoks 2010-cu ildə amerikalı riyaziyyatçı və yazıçı Martin Gardner tərəfindən geniş müzakirəyə çıxarılmışdı. O, ehtimal nəzəriyyəsində kiçik görünən əlavə məlumatın nəticəni necə dəyişdirdiyini göstərmək üçün bu sualı təqdim etmişdi. Paradoksun əsas ideyası budur ki, Əlavə məlumat həmişə ehtimalı dəyişə bilər. Yuxarıdakı paylaşım da qeyd etdiyimiz sualda əgər sadəcə "ən azı bir uşaq oğlandır" deyilsə idi, cavab 1/3 olardı. Ancaq "ən azı biri çərşənbə axşamı günü doğulmuş oğlandır" məlumatı əlavə ediləndə ehtimal 13/27 olur. Göründüyü kimi, əlavə edilmiş kiçik bir detal ehtimalı dəyişdirir. Bu paradoks universitetlərdə tələbələrə şərti ehtimal (conditional probability) anlayışını öyrətmək üçün istifadə olunur. O, göstərir ki, hadisənin nəticəsi təkcə faktlardan deyil, həmin faktların necə təqdim edilməsindən də asılıdır. 🟣 http://t.me/edubbamedia

2
Sosial şəbəkələrdə yayılan bu sualın İstanbul Teknik Universitetinin Kompüter Mühəndisliyi fakültəsində Ehtimal Nəzəriyyəsi imtahanında tələbələrin böyük hissəsi tərəfindən səhv cavablandırıldığı bildirilir. Sual əslində ehtimal nəzəriyyəsinin ən məşhur paradokslarından biri – Tuesday Boy Problem (Çərşənbə axşamı oğlan paradoksu) ilə bağlıdır. Sual belə idi: Bir ailənin iki övladı var. Məlumdur ki, bu uşaqlardan ən azı biri çərşənbə axşamı günü doğulmuş oğlandır. Digər uşağın da oğlan olma ehtimalı nə qədərdir? A) 1/2 B) 1/3 C) 13/27 (duzgün cavab) D) 13/28 🟣 http://t.me/edubbamedia
8
3
Ümidin son anı... 1816-cı ildə Fransanın "Meduse" adlı hərbi gəmisinin kapitanı ciddi səhvlərə yol verdi və gəmi Afrika sahil
Ümidin son anı... 1816-cı ildə Fransanın "Meduse" adlı hərbi gəmisinin kapitanı ciddi səhvlərə yol verdi və gəmi Afrika sahillərində qayalara oturdu. Xilasetmə qayıqları hamıya çatmadığı üçün təxminən 150 nəfər tələsik hazırlanmış taxta salın üzərində okeanda taleyin ümidinə buraxıldı. Sonrakı 13 gün ərzində aclıq, susuzluq, ümidsizlik və dənizin amansızlığı səbəbindən onların böyük əksəriyyəti həyatını itirdi. Sağ qalan cəmi 15 nəfər oldu. Fransız rəssamı Teodor Jeriko bu faciədən dərin sarsıldı və "Meduzanın salı" əsərini yaratdı. Maraqlıdır ki, o, tablonu mümkün qədər real çəkmək üçün sağ qalanlarla şəxsən görüşdü, gəminin salının dəqiq modelini hazırlatdı, hətta xəstəxana və morqlarda insan bədənlərini öyrənərək rəng və anatomiyanı gerçəyə uyğun təsvir etməyə çalışdı. Tabloda ən təsirli məqam isə üfüqdə görünən kiçik gəmi siluetidir. Bəziləri artıq ümidi itirib yerə çöküb. Bəziləri isə son gücü ilə parçanı yelləyərək "Kömək" deyə hayqırır. 🟣 http://t.me/edubbamedia
11
4
Gecə vaxtı güzgüyə baxmaq qorxuludur? İlk cilalanmış güzgülər təxminən e.ə. 6000-ci illərdə Anadoluda obsidian daşından hazırlanmışdı. Maraqlıdır ki, sonrakı minilliklərdə demək olar ki, hər mədəniyyət güzgüyə adi əşya kimi yox, sirli bir vasitə kimi yanaşıb. İslam mədəniyyətinin xalq inanclarında gecə güzgünün qarşısında uzun müddət dayanmağın cinlərin diqqətini çəkə biləcəyinə inanılır. Roma Katolik folklorunda güzgünün insanın ruhunu əks etdirdiyi düşünülür, buna görə yas evlərində bəzən güzgülərin üstü örtülür. Yəhudi ənənəsində də yas mərasimləri (Şiva) zamanı evdəki güzgülər örtülür. Pravoslav inanclarında gecə güzgüyə baxmaq pis ruhlar və ya şeytani vəsvəsələrlə əlaqələndirilir. Afrika xalqlarının inanclarında güzgünün insanın ruhundan iz saxladığı, cadugərlərin isə bu izdən istifadə edə bildiyi deyilir. Cənubi Amerikanın bəzi yerli inanclarında güzgünün ruhlar aləminə açılan keçid olduğuna, gecələr isə bu keçidin daha "aktiv" olduğuna inanılır. Cənub-Şərqi Asiya folklorunda gecə yarısından sonra güzgüyə uzun baxmağın görünməyən varlıqları cəlb edə biləcəyi haqqında əfsanələr var. Slavyan mifologiyasında gecə güzgüyə baxmağın o biri dünya ilə əlaqə yarada biləcəyi, buna görə gecələr güzgünün örtülməsinin uğur gətirdiyi deyilir. Türk xalq inanclarında güzgünün bəd nəzəri və pis enerjini özünə çəkdiyinə inanılır. Buna görə bəzi bölgələrdə toy mərasimlərində gəlinin yanında güzgü tutulması adəti onu bəd nəzərdən qoruduğu, mənfi enerjini özünə çəkməsi ilə əlaqələndirilir. Ona görə də belə "işlənmiş" güzgüyə baxmağın xeyirli sayılmadığı, xüsusilə körpələrin və insanların yatdığı yerə qoyulmasının uğursuzluq yarada biləcəyinə inanılır. Elm araşdırmalar, xüsusilə psixologiya üzrə tədqiqatlar göstərir ki, qaranlıqda güzgüyə uzun müddət (gözünü ayırmadan) baxdıqda beyin öz əksimizi təhrif edə və bizə tanış olmayan simalar yarada bilir. Bəlkə də məhz buna görə min illərdir insanlar gecə güzgünün qarşısında özlərini narahat hiss edirlər. 🟣 http://t.me/edubbamedia
16
5
Hindistanda bəzi dini ənənələrdə guru (şagirdlərinə mənəvi yol göstərən ruhani müəllim) və ya sadhu (dünyəvi həyatdan uzaqlaş
Hindistanda bəzi dini ənənələrdə guru (şagirdlərinə mənəvi yol göstərən ruhani müəllim) və ya sadhu (dünyəvi həyatdan uzaqlaşıb özünü ibadət və mənəvi həyata həsr edən zahid) ayaqlarını masaj etdirmək sadəcə rahatlama məqsədi daşımır. Bu, "pada seva" adlanan qədim bir ayindir. Pada sanskrit dilində "ayaq", seva isə "hörmət və fədakarlıqla xidmət etmək" deməkdir. Buna görə də pada seva - "ayaqlara ehtiramla xidmət" mənasını verir. Bu ənənəyə inananlar hesab edirlər ki, gurunun ayaqlarına toxunmaq, onları yumaq və ya masaj etmək insanın təvazökarlığını göstərir, müəllimin mənəvi biliyinə hörmət ifadə edir və onun xeyir-duasını almağın rəmzidir. Buna görə də bu ayin tibbi masaj deyil, əsrlərdir davam edən dini və mənəvi bir ənənə hesab olunur. 🟣 http://t.me/edubbamedia
37
6
İlon Mask "The Economist" jurnalının baş redaktoru Zanni Minton Beddoesa verdiyi yarim saatlıq müsahibədə bildirib ki, süni i
İlon Mask "The Economist" jurnalının baş redaktoru Zanni Minton Beddoesa verdiyi yarim saatlıq müsahibədə bildirib ki, süni intellekt insan tarixində ilk dəfə onu yaradan növü intellekt baxımından geridə qoya bilər. Onun fikrincə, yaxın təxminən 5 il ərzində ən qabaqcıl süni intellekt sistemlərinin ümumi intellekt səviyyəsi bütün bəşəriyyətin birlikdə malik olduğu intellekti üstələyə bilər. Mask hesab edir ki, bu prosesi artıq dayandırmaq mümkün deyil. Buna görə əsas məqsəd inkişafı ləngitmək yox, onu mümkün qədər təhlükəsiz istiqamətdə idarə etməkdir. O, süni intellektin fəlakətli nəticələr doğurma ehtimalını 10–20% səviyyəsində qiymətləndirsə də, müsbət ssenarinin daha real olduğunu düşünür. Əgər bu ssenari baş versə, robotlar məhsul və xidmətlərin böyük hissəsini istehsal edə, istehsal xərclərini minimuma endirə və nəticədə pulun, eləcə də ənənəvi əmək bazarının bugünkü rolu köklü şəkildə dəyişə bilər. 🟣 http://t.me/edubbamedia
41
7
Gülben Ergen Instagram-da ödənişli abunə sistemini aktiv edib. Türkiyə mətbuatında yayılan məlumata görə, aylıq 79,99 TL olan xidmətə ilk 24 saat ərzində təxminən 1 136-1 188 nəfər qoşulub. İlk gecənin özündə 1 136 abunəçi hesablandıqda, bu, təxminən 100 min TL ümumi gəlir deməkdir. Təbii ki, söhbət platforma komissiyası və vergilər çıxılmamış məbləğdən gedir. Müğənni yeni xidməti bikinili videoları ilə təqdim edib. Abunəçilər isə adi izləyicilərin görə bilmədiyi xüsusi foto, video və hekayələrə baxmaq imkanı əldə edirlər. Bu zaman maraqlı bir sual ortaya çıxır: Əcəba, həmin abunəçilərdən biri pul ödədiyi üçün Gülben Ergenin yalnız abunəçilərə göstərdiyi foto və videoları yükləyib öz səhifəsində hamı üçün pulsuz paylaşa bilərmi? Cavab: Xeyr! Niyə? Çünki abunə haqqı ödəmək həmin foto və videoları satın almaq demək deyil. İnsan yalnız onlara baxmaq hüququ əldə edir. Məzmunun müəlliflik və yayım hüquqları isə sahibində qalır. Bu bilirsiz nəyə bənzəyir? Siz bilet alıb filmi izləyə bilərsiniz. Amma bilet aldığınız üçün filmi özünüzlə aparıb internetdə hamıya göstərə bilməzsiniz. Instagram abunəliyində də məntiq eynidir. Məsələn, bir nəfər 79,99 TL ödəyərək xüsusi videoya baxır, sonra həmin videonu götürüb 100 min izləyicisi olan səhifəsində pulsuz yayımlayırsa, artıq minlərlə insana ödənişli məzmunu icazəsiz təqdim etmiş olur. Türkiyədə müəllif hüquqlarını qoruyan 5846 saylı qanun da əsərin çoxaldılması və ictimaiyyətə çatdırılması kimi hüquqları qoruyur. Beynəlxalq müəllif hüququ sistemində də oxşar prinsip mövcuddur. 🟣 http://t.me/edubbamedia
34
8
Türkiyəli müğənni və aktrisa Gülben Ergen 25 avqust 1972-ci ildə İstanbulda anadan olub, hazırda 53 yaşındadır. İki evlilikdə
Türkiyəli müğənni və aktrisa Gülben Ergen 25 avqust 1972-ci ildə İstanbulda anadan olub, hazırda 53 yaşındadır. İki evlilikdən üç övladı olan sənətçi hazırda subaydır.
26
9
Qurani-Kərimdə Adəmin (ə) adı dəfələrlə çəkilsə də, onun həyat yoldaşı olan Həvvanın adı heç bir ayədə qeyd edilmir. Müqəddəs kitabda o, sadəcə "sənin zövcən" və ya "onun zövcəsi" ifadələri ilə xatırlanır. Buna baxmayaraq, İslam ənənəsində və hədislərdə onun adı Həvva kimi tanınır. Təfsirçilərin fikrincə, bunun hikmətlərindən biri də odur ki, Qurani-Kərim hadisəni qadını günahın əsas səbəbkarı kimi təqdim etməklə deyil, bütün insanlara aid bir ibrət kimi çatdırır. Buna görə də ayələrdə günah yalnız Həvvanın üzərinə qoyulmur. Əksinə, "Hər ikisi o ağacdan yedilər" (Taha, 121) ifadəsi ilə məsuliyyətin həm Adəmə, həm də onun həyat yoldaşına aid olduğu göstərilir. Bu isə o deməkdir ki, Qurani-Kərimdə əsas diqqət günahkar axtarmağa deyil, insanın şeytanın vəsvəsəsinə aldanmasının nəticələrinə və bundan çıxarılacaq dərsə yönəldilir. 🟣 http://t.me/edubbamedia
26
10
Tolstoyun və Turgenyevin romanlarını oxuyanda maraqlı bir şey diqqəti çəkir: balolar, ziyafətlər, geyimlər, rəqslər və salon söhbətləri bəzən səhifələrlə təsvir olunur. Bəs niyə? Axı XIX əsr Rusiyası müharibələrin, yoxsulluğun, kəndli məsələsinin və böyük ictimai dəyişikliklərin yaşandığı bir imperiya idi. Məsələ burasındadır ki, yazıçılar baldan yox, bal vasitəsilə cəmiyyətdən danışırdılar. O dövrdə rus aristokratiyasının böyük hissəsi Avropa, xüsusilə Fransa mədəniyyətinin güclü təsiri altında idi. Zadəgan ailələrində fransız dili geniş yayılmışdı, Paris modası izlənilir, Avropa davranış qaydaları nüfuz əlaməti sayılırdı. Hətta Tolstoyun “Hərb və sülh” romanının ilk səhifələrində söhbətin böyük hissəsinin fransızca aparılması təsadüfi deyil. Bal salonu isə bu dünyanın kiçik modeli idi. Orada insanın necə geyindiyi, kiminlə rəqs etdiyi, kimə yaxınlaşdığı, kimin dəvətini qəbul etmədiyi belə onun cəmiyyətdəki yerini göstərə bilirdi. Bir baxış, bir rəqs və ya qısa söhbət bəzən uzun dialoqdan daha çox məna daşıyırdı. Tolstoy üçün bal zahiri parıltı ilə insanın daxili dünyası arasındakı fərqi göstərmək vasitəsi idi. Salonlarda musiqi çalınır, insanlar rəqs edir, həyat gözəl görünürdü. Amma həmin parıltının arxasında müharibə, ailə faciələri, mənəvi boşluq və həyatın ağır sualları dayanırdı. Dostoyevski insanı başqa tərəfdən göstərirdi. Onun dünyasında bahalı geyim və yüksək cəmiyyət insanı daxili tənhalıqdan xilas etmir. Ən böyük mübarizə küçədə və ya döyüş meydanında deyil, insanın öz daxilində - vicdanı, qorxuları və arzuları arasında gedir. Turgenyev isə Rusiyanın Avropa ilə münasibətinə daha fərqli yanaşırdı. Qərbdən öyrənməyi vacib hesab etsə də, başqa bir mədəniyyətin yalnız zahiri əlamətlərini təkrarlamağın inkişaf olmadığını göstərirdi. Buna görə rus klassiklərində bal səhnəsi sadəcə rəqs səhnəsi deyil. O, bütöv bir cəmiyyətin portretidir. Maraqlıdır ki, iki əsrə yaxın vaxt keçsə də, bu səhnələr bizə hələ də tanış görünür. Sadəcə bal salonlarının yerini sosial şəbəkələr tutub. O vaxt insanlar salona ən yaxşı geyimləri ilə gəlir, başqalarının onları necə gördüyünə diqqət edir, nüfuzlu insanlarla görünməyə çalışırdılar. Bu gün isə eyni ehtiyac bəzən foto, video, bahalı məkan, avtomobil və ideal həyat görüntüsü ilə ifadə olunur. Dekorasiya dəyişib, insanın başqasının gözündə necə göründüyünə verdiyi əhəmiyyət isə qalır. Bəlkə də rus klassiklərinin iki əsr sonra belə oxunmasının sirri elə bundadır: onlar öz dövrlərini təsvir edərkən insanın dəyişməyən tərəflərini yazmışdılar. 🟣 http://t.me/edubbamedia
32
11
İlk baxışda elə görünür ki, bu, sadəcə daşın üstündə oturmuş bir insandır. Amma əslində, bu tablo insanın öz vicdanı ilə ən a
İlk baxışda elə görünür ki, bu, sadəcə daşın üstündə oturmuş bir insandır. Amma əslində, bu tablo insanın öz vicdanı ilə ən ağır mübarizəsini təsvir edir. Rus rəssamı İvan Kramskoy 1872-ci ildə çəkdiyi "Səhrada Məsih" tablosunda İsa Məsihin 40 günlük səhrada keçirdiyi sınaq dövrünü təsvir edib. Diqqət edin: əlləri möhkəm sıxılıb, baxışları yerə dikilib, günəş hələ doğmayıb. Bu, təsadüfi deyil. Rəssam göstərmək istəyir ki, insanın həyatındakı ən çətin döyüşlər qılıncla yox, öz daxilində baş verir. Kimsə bunu görmür, amma məhz həmin an verilən qərarlar insanın taleyini dəyişir. Maraqlıdır ki, Kramskoy bu əsər üzərində illərlə işləyib. İlk variant onu qane etmədiyi üçün tamamilə yenidən çəkib. O hesab edirdi ki, tablodakı ağrı və düşüncə hissi tamaşaçıya keçmirsə, əsər tamamlanmış sayıla bilməz. Bu gün də dünyanın ən təsirli psixoloji tablolarından biri hesab olunur. Çünki burada qəhrəmanlıq yox, insan iradəsinin sükut içində verdiyi ən böyük mübarizə təsvir edilib. 🟣 http://t.me/edubbamedia
40
12
Botoks empatiya qurmağa mane ola bilərmi? İnsan üzü yalnız sevincimizi, kədərimizi və təəccübümüzü göstərmir. Üz əzələləri başqalarının hisslərini anlamaqda da beynimizə kömək edir. Məsələn, qaşqabaqlı bir üz gördükdə bizim də üz əzələlərimiz hiss olunmadan həmin ifadəni təqlid edir və beyinə siqnal göndərir. Beləcə, qarşımızdakı insanın hansı hissləri keçirdiyini daha asan anlayırıq. Alimlər 33-40 yaşlı 10 qadının beynini alına botoks vurulmazdan əvvəl və inyeksiyadan iki-üç həftə sonra yoxlayıblar. Məlum olub ki, botoksdan sonra iştirakçıların beyni emosional üz şəkillərinə əvvəlkindən fərqli reaksiya verir. Botoks alın əzələlərinin hərəkətini müvəqqəti məhdudlaşdırdığı üçün insan qaşlarını tam çata və bütün üzü ilə gülümsəyə bilmir. Alimlərin fikrincə, üz əzələlərindən beyinə gedən siqnalların zəifləməsi başqalarının emosiyalarını müəyyənləşdirməyi də çətinləşdirə bilər. Lakin tədqiqat cəmi 10 qadın üzərində aparılıb. Buna görə də qəti nəticəyə gəlmək üçün daha geniş araşdırmalara ehtiyac var. Deməli, üzümüz yalnız beynin verdiyi əmrləri yerinə yetirmir - özü də beynə məlumat ötürür. Mənbə 🟣 http://t.me/edubbamedia
33
13
Botoks empatiya qurmağa mane ola bilərmi? İnsan üzü yalnız sevincimizi, kədərimizi və təəccübümüzü göstərmir. Üz əzələləri başqalarının hisslərini anlamaqda da beynimizə kömək edir. Məsələn, qaşqabaqlı bir üz gördükdə bizim də üz əzələlərimiz hiss olunmadan həmin ifadəni təqlid edir və beyinə siqnal göndərir. Beləcə, qarşımızdakı insanın hansı hissləri keçirdiyini daha asan anlayırıq. Alimlər 33-40 yaşlı 10 qadının beynini alına botoks vurulmazdan əvvəl və inyeksiyadan iki-üç həftə sonra yoxlayıblar. Məlum olub ki, botoksdan sonra iştirakçıların beyni emosional üz şəkillərinə əvvəlkindən fərqli reaksiya verir. Botoks alın əzələlərinin hərəkətini müvəqqəti məhdudlaşdırdığı üçün insan qaşlarını tam çata və bütün üzü ilə gülümsəyə bilmir. Alimlərin fikrincə, üz əzələlərindən beyinə gedən siqnalların zəifləməsi başqalarının emosiyalarını müəyyənləşdirməyi də çətinləşdirə bilər. Lakin tədqiqat cəmi 10 qadın üzərində aparılıb. Buna görə də qəti nəticəyə gəlmək üçün daha geniş araşdırmalara ehtiyac var. Deməli, üzümüz yalnız beynin verdiyi əmrləri yerinə yetirmir - özü də beynə məlumat ötürür. Mənbə 🟣 http://t.me/edubbamedia
1
14
Hərəkətdə olan avtomobilin arxa oturacağında smartfona baxarkən bəzi insanlarda ürəkbulanma, başgicəllənmə, soyuq tər, halsızlıq və hətta qusma yarana bilər. Bu vəziyyət hərəkət xəstəliyi (motion sickness, yaxud kinetoz) adlanır. Motion sickness gözlər və daxili qulaq arasında yaranan məlumat uyğunsuzluğu nəticəsində baş verir. Smartfonun ekranına baxan gözlər beynə ətrafın sabit olduğu barədə siqnal göndərir. Lakin daxili qulaqda yerləşən tarazlıq orqanı avtomobilin sürətlənməsini, döngələrini və titrəyişlərini hiss edərək bədənin hərəkətdə olduğunu bildirir. Beyin eyni anda bir-birinə zidd iki siqnal qəbul etdiyinə görə narahatlıq yaranır və nəticədə ürəkbulanma, başgicəllənmə və digər əlamətlər meydana çıxır. Elmi araşdırmalar göstərir ki, qadınlar motion sickness-ə orta hesabla kişilərdən daha həssasdırlar. Bu həssaslığın əsas səbəblərindən biri hormonal dəyişikliklərdir. Xüsusilə menstruasiya dövründə, hamiləlik zamanı və digər hormonal dəyişikliklər baş verdikdə bu vəziyyət daha asan yarana və daha ağır keçə bilər. Buna görə mütəxəssislər uzun avtomobil səfərlərində, xüsusilə arxa oturacaqda əyləşərkən, uzun müddət smartfona baxmamağı, əvəzində diqqəti yolun istiqamətinə və ya üfüqə yönəltməyi tövsiyə edirlər. Bu, gözlərdən və daxili qulaqdan gələn siqnalların uyğunlaşmasına kömək edərək motion sickness riskini azaldır. 🟣 http://t.me/edubbamedia
39
15
Bir çoxlarının düşündüyünün əksinə olaraq, "Çe" ləqbəli Ernesto Gevara Argentinada imkanlı ailədə dünyaya gəlmişdi. O, Buenos Ayres Universitetində tibb təhsili almış, ixtisasca həkim olmuşdu. Lakin Latın Amerikası ölkələrinə etdiyi uzun motosiklet səfəri onun həyatını dəyişdi. Yoxsulluğu, xəstəliyi və sosial bərabərsizliyi yaxından gördükdən sonra rahat həyatını, peşəsini və varlı ailəsini geridə qoyaraq inqilabçı hərəkatlara qoşuldu. Kubada inqilabın əsas simalarından birinə çevrilən Çe sonradan Boliviyaya gedərək burada da partizan mübarizəsini davam etdirdi. Onun həyatının sonu isə qəribə bir hadisə ilə bağlıdır. Rəvayətə görə, Çenin gizləndiyi ərazi barədə məlumatı yerli bir çoban verib. Sonralar ondan bunu niyə etdiyi soruşulanda belə cavab verdiyi söylənilir: "Mən qoyunlarımı o dağlarda otarırdım. Silah səsləri heyvanlarımı qorxudurdu. Sadəcə sakitlik istəyirdim." Beləcə, milyonların qəhrəmanı hesab edilən bir inqilabçının taleyi qoyunlarını sakit otarmaq istəyən adi bir kəndlinin qərarı ilə dəyişdi. 🟣 http://t.me/edubbamedia
33
16
Əslində "Çe" Ernesto Gevaranın soyadı deyil. Argentinada insanlar söhbət zamanı tez-tez "che" sözünü işlədirlər. Bu sözün dəqiq qarşılığı olmasa da, təxminən "ay dost", "ey", "qardaş", "dostum" mənasını verir. Ernesto Gevara da Kubaya gəldikdən sonra bu sözü demək olar ki, hər cümləsində işlədirmiş. Kubalı döyüş yoldaşları buna diqqət yetirərək onu zarafatla "Çe" çağırmağa başlayıblar. 🟣 http://t.me/edubbamedia
40
17
İnsan davranışı təkcə onun xarakterindən deyil, həm də düşdüyü mühitdən və yaşadığı emosiyalardan təsirlənir. Psixoloji tədqiqatlar göstərir ki, güclü emosional vəziyyətlər insanın diqqətini, düşüncə tərzini və davranışını müvəqqəti olaraq dəyişə bilər. Məsələn, qatar və ya təyyarədə hamının diqqətini çəkən qeyri-adi bir hadisə baş verdikdə insanlar gündəlik "avtomatik" davranış rejimindən çıxır. Onlar ətrafdakıları daha diqqətlə müşahidə edir, yaşlı, hamilə və ya köməyə ehtiyacı olan şəxsləri daha tez fərq edir və yardım etməyə daha çox meyl göstərirlər. Oxşar təsir toy və yas mərasimlərində də müşahidə olunur. Toylarda yaranan sevinc, birlik, paylaşma və ümid hissi insanları daha açıqürəkli, səxavətli və mehriban davranmağa sövq edir. Yas mərasimləri və qəbiristanlıq isə insana həyatın sonlu olduğunu, bir gün onun da bu dünyadan köçəcəyini xatırladır. Bu düşüncə bir çox insanda mərhəmət, bağışlama, vicdan və xeyirxahlıq hisslərini gücləndirir, insanı yaxınlarına və hətta tanımadığı şəxslərə qarşı daha anlayışlı olmağa sövq edir. Bu hadisələrin hamısının ortaq cəhəti odur ki, onlar insanı gündəlik qayğılardan ayıraraq həyatın mənası, başqaları və öz davranışı haqqında daha dərindən düşünməyə vadar edir. Nəticədə insanlar qısa müddət ərzində daha nəzakətli, daha köməksevər və daha səxavətli davranmağa meylli olurlar. Lakin psixoloqlar vurğulayırlar ki, bu təsir adətən müvəqqəti xarakter daşıyır. İnsan gündəlik həyat ritminə qayıtdıqca həmin emosional təsirin gücü azalır və onun davranışını yenidən əsasən xarakteri, vərdişləri, mənəvi dəyərləri və həyat tərzi müəyyən edir. Məhz buna görə də uzunmüddətli xeyirxahlığın əsasını təsadüfi emosiyalar deyil, davamlı şəkildə formalaşdırılmış dəyərlər və vərdişlər təşkil edir. 🟣 http://t.me/edubbamedia
38
18
İnsanın barmaq izləri ana bətnində hamiləliyin təxminən 10-16-cı həftələri arasında formalaşır. Bu naxışların yaranmasına təkcə genlər deyil, həm də dölün ana bətnindəki hərəkətləri, amniotik mayenin təzyiqi və digər mikromühit amilləri təsir edir. Məhz buna görə eyni DNT-yə malik biryumurta əkizlərinin belə barmaq izləri fərqli olur. Barmaq izinin quruluşu ömür boyu dəyişmir. Yalnız dərinin dərin qatları ciddi zədələnərsə, əvvəlki naxışın yerində çapıq əmələ gəlir. Buna görə barmaq izi bu gün də insanın şəxsiyyətini müəyyənləşdirmək üçün ən etibarlı biometrik əlamətlərdən biri hesab edilir. 🟣 http://t.me/edubbamedia
61
19
Kosmik aparatlar başqa planetləri çirkləndirməsin deyə, buraxılmazdan əvvəl çox ciddi şəkildə sterilizasiya edilir. Səbəb odur ki, Yer mənşəli kif və bakteriyalar başqa planetə (məsələn Mars) düşərsə, alimlər sonradan aşkar etdikləri mikroorqanizmlərin həqiqətən həmin planetə aid olub-olmadığını ayırd etməkdə çətinlik çəkə bilərlər. Buna görə planetlərin "bioloji çirklənmədən" qorunması kosmik tədqiqatların əsas qaydalarından biridir. 🟣 http://t.me/edubbamedia
61
20
İnsan bədənindəki hər bir hüceyrənin daxilində xromosomlar yerləşir. Xromosomların uclarında isə telomer adlanan xüsusi qoruyucu hissələr olur. Onları ayaqqabı bağının ucundakı plastik örtüyə bənzətmək olar. Bu örtük necə bağın sökülməsinin qarşısını alırsa, telomerlər də xromosomları zədələnməkdən qoruyur. Alimlər müəyyən ediblər ki, insan yaşlandıqca telomerlər tədricən qısalır. Buna görə də telomerlər bəzən hüceyrələrin "bioloji saatı" adlandırılır. 2015-2016-cı illərdə ABŞ astronavtı Scott Kelly Beynəlxalq Kosmik Stansiyada təxminən 340 gün yaşadı. Alimlər hesab edirdilər ki, kosmik radiasiya, çəkisizlik və uzunmüddətli stress onun telomerlərini daha da qısaldacaq. Lakin nəticə hamını heyrətləndirdi. Araşdırmalar göstərdi ki, kosmosda olduğu müddətdə Scott Kelly-nin telomerlərinin bir hissəsi uzanmışdı. Daha maraqlısı isə Yerə qayıtdıqdan sonra baş verdi. Cəmi 48 saat ərzində telomerlər sürətlə əvvəlki uzunluğuna, hətta bəzilərində ondan da qısa vəziyyətə qayıtdı. Sonrakı aylarda isə onların əksəriyyəti yenidən normal həddə yaxınlaşdı. Alimlər hələ də bunun dəqiq səbəbini bilmirlər. Ehtimal edilir ki, buna çəkisizlik, qidalanma rejimi, müntəzəm fiziki məşqlər, orqanizmin kosmosa uyğunlaşması və digər amillər birlikdə təsir göstərib. Bu hadisə göstərdi ki, insan orqanizmi kosmik şəraitdə gözlənilməz dəyişikliklər keçirə bilər. Əgər Yer ilə kosmos arasında belə fərqlər telomerlərə təsir edirsə, gələcəkdə alimlər bu biliklərdən qocalmanın ləngidilməsi, xərçəng xəstəliklərinin öyrənilməsi və uzunmüddətli kosmik uçuşların təhlükəsizliyi üçün istifadə edə bilərlər. Scott Kelly-nin kosmosdakı dəyişikliklərini müqayisə etmək üçün alimlər onun Yer üzündə yaşayan eyni genetik quruluşa malik əkiz qardaşı Mark Kelly-ni də eyni vaxtda müşahidə etmişdilər. Bu, tarixdə aparılmış ən məşhur kosmik biologiya tədqiqatlarından biri hesab olunur. 🟣 http://t.me/edubbamedia
66