XƏBƏRLƏR l LİVE
رفتن به کانال در Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
نمایش بیشتر8 845
مشترکین
-1124 ساعت
-637 روز
-24530 روز
آرشیو پست ها
8 845
🇦🇿Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib.
Masa üzərindəki limon, armudu stəkanda çay və Kəlbəcərdə istehsal edilən "İstisu" brendinə məxsus su sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
✅ t.me/xeberlerlive
8 845
♦️Paşinyan ötən gün məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib.
Ermənistanın Baş naziri bu addımı qəbuledilməz məsuliyyətsizlik adlandırıb.
t.me/xeberlerlive
8 845
🔴 Çin-Azərbaycan anlaşma memorandumu:
• neft-qaz, bərpa olunan enerji, kimya, metallurgiya, mədənçıxarma, tekstil, avtomobil, tikinti materiallarının, əczaçılıq və qida məhsullarının istehsalı sahələrində əməkdaşlıq;
• sənaye sahələrinin inkişafı nəticəsində iqlim dəyişikliyinə təsirlərin azaldılması, tullantıların idarəolunması (və ya emalı), sənaye sahəsinin rəqəmsallaşdırılması və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi istiqamətlərində əməkdaşlıq;
• rəqəmsal iqtisadiyyatda əməkdaşlıq prioritetlərinin müəyyən olunması, yeni biznes formatları və modellərinin inkişafı, rəqəmsal iqtisadiyyatın inkişafının birgə təşviqi, texnoloji innovasiyaların dəstəklənməsi və hər iki ölkədə rəqəmsal investisiyalar üçün əlverişli ekosistemin yaradılması;
• maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi;
✅ t.me/xeberlerlive
8 845
⚖️ Ermənistana məlumatlar ötürməkdə təqsirləndirilən Emin Qasımzadə 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Emin Qasımzadə Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyinin zərərinə olaraq Ermənistan tərəfə məlumatlar ötürüb.
➡️ t.me/xeberlerlive
8 845
Repost from Miriyev TV
🔴 Ümumi: Hazırda İstanbul və yaxın şəhərlərə ciddi problem yoxdur. Lakin bu zəlzələ onu göstərir ki, daha böyük "İstanbul zəlzələsi" çox yaxındır. Bunun reallaşacağı təqdirdə vəziyyət çox ciddi olacaq.
t.me/miriyevtv
8 845
+5
🇦🇿🇨🇳Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşıladılar.
➡️ t.me/xeberlerlive
8 845
Repost from Miriyev TV
BOYUNLARINA ALDILAR ❗
“Xocalı soyqırımı müharibənin qanlı səhifələrindən biridir”
t.me/miriyevtv l Arkadi Qukasyan
8 845
🗣 Prezident İlham Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib.
➡️ t.me/xeberlerlive
8 845
🏛️ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov güclü yağışlar zamanı avtomobillərin tunellərə və yeraltı keçidlərə girişinin məhdudlaşdırılmasını təklif edib.
😂
✅ t.me/xeberlerlive
8 845
🇦🇿DTX xaricdə gizlənən cinayətkarı ölkəyə gətirərək həbs edib.
Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiq oğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 08.06.1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov Ruslan Rafiq oğlu müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb. DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq 15.04.2025-ci il tarixində ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilmişdir.✅ t.me/xeberlerlive
8 845
🦶Paşinyanın ATƏT-in baş katibi ilə görüşü ilə bağlı Ermənistanın baş nazirinin ofisindən mesaj:
Baş nazir Nikol Paşinyan Ermənistanda regional səfərdə olan ATƏT-in baş katibi Feridun Sinirlioğlunu qəbul edib. Nikol Paşinyan ATƏT baş katibinin səfərini alqışlayıb və qeyd edib ki, bu, ikitərəfli əməkdaşlığın gündəliyini müzakirə etmək üçün yaxşı fürsətdir. O, ATƏT ilə fəal dialoqun vacibliyini vurğulayıb və bundan sonra da səmərəli əməkdaşlığa ümid etdiyini bildirib. Feridun Sinirlioğlu Cənubi Qafqaz regionunun ATƏT üçün strateji əhəmiyyətini qeyd edib və təşkilatın sülh gündəminin irəliləyişinə töhfə verməkdə davam edəcəyini təsdiqləyib. ATƏT-in baş katibi regionda sabitliyin və sülhün təmin edilməsi üçün göstərilən səyləri yüksək qiymətləndirib. Bu kontekstdə həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid etdiklərini bildiriblər. Paşinyan qeyd edib ki, sülh gündəmi Ermənistan hökuməti üçün prioritetdir. Sinirlioğlu da öz növbəsində regionda sülhün əldə olunması üçün mühüm imkanların olduğunu və onların həyata keçirilməsinin vacibliyini vurğulayıb.t.me/xeberlerlive
8 845
🌐 Çin 9834 Mbit/s sürətli 10G internet şəbəkəsini istifadəyə verib.
✅ Bu, 8K canlı yayımları , VR oyunlar oynamağı və dərhal endirməyi asanlaşdırır.
t.me/xeberlerlive
8 845
🇸🇾Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir.
Mənbələrdən biri Suriya hökumətinin Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Suriyanın şimal-şərqində, əsasən ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri yaraqlı qruplaşmasının nəzarətində olan ərazidə neft və qaz yataqlarının işlənməsinə kömək etməsində maraqlı olduğunu bildirib.
"Suriya hər bir regional oyunçunu balanslaşdırmaq istəyir. "Türkiyə və Azərbaycanın neft və qaz yataqlarının istismarında iştirakı İsrailə qarşı inam hissi yaradacaq", - Suriya hökumətinin düşüncələri ilə tanış olan ikinci mənbə bildirib.➡️ t.me/xeberlerlive
8 845
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
🥀Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.
Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 32 il ötür.
1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı 2 minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər 9 nəfəri qətlə yetirib, 5 nəfəri isə girov götürüb. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib.
Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Hadisə zamanı bir nəfər itkin düşüb. Sağ qalan 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər.
Kəlbəcər rayonu 44 günlük Vətən müharibəsi zamanı - 25 noyabr 2020-ci ildə işğaldan azad edilib.
➡️ t.me/MutluTurkum
8 845
📺 Real TV-nin direktoru Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev həbs edilib. O dələduzluqda ittiham olunur.
➡️ t.me/xeberlerlive
8 845
🇺🇸📱Apple CEO-su Tim Kuk özəl olaraq ABŞ-ın Ticarət Naziri Lutnikə Trampın tariflərinin iPhone qiymətlərini necə artıra biləcəyi ilə bağlı narahatlığını bildirib.
➡️ t.me/xeberlerlive
8 845
🇬🇪🇦🇿🇦🇲 Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçıları müavinlərinin görüşü planlaşdırılır.
➡️ t.me/xeberlerlive
8 845
⛔️ Bayern Munich və Real Madrid mübarizəni dayandırdı.
⚽️UEFA Çempionlar Liqasında yarımfinalçıların adına aydınlıq gəldi.
▪️ Barcelona ➖ Inter
▪️ Paris SG ➖ Arsenal
⚽️ t.me/xeberlerlive
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
