fa
Feedback
XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

رفتن به کانال در Telegram

Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9

نمایش بیشتر
8 786
مشترکین
-624 ساعت
-437 روز
-21430 روز
آرشیو پست ها
🛑Azərbaycanın bir çox iri şəhərlərində küçə ticarəti ləğv olunur. Sahibkarlar bildirir ki, onlara xəbər edilmədən piştaxtaları ləğv edilir və səbəbi haqqında da heç bir məlumat verilmir. (KİV) t.me/xeberlerlive

🇦🇿❗ Müdafiə naziri Zakir Həsənov müşavirə keçirib. Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub. ⚡ Zakir Həsənov: "Hərbi hissələrdə keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyi daha da artırılsın" t.me/xeberlerlive

🇦🇿❗ Müdafiə naziri Zakir Həsənov müşavirə keçirib. Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub."Hərbi hissələrdə keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyi daha da artırılsın" t.me/xeberlerlive

🇮🇷❗🇦🇿 İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb. Mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək. ⚫️ Azərbaycanın Tehrandakı səfirliyi tezliklə yenidən fəaliyyətə başlayacaq. İki ölkə rəsmilərinin diplomatik və rəsmi görüşləri də gündəmdədir. (İSNA) t.me/xeberlerlive

⚡️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib, bu barədə RİA Novosti-yə Tacikistan xüsusi xidmət orqanları bildirib. Həbs edilənlərin “Krokus”da terror aktını törədənlərlə əlaqəsi yoxlanılır. t.me/xeberlerlive

⚡️Hikmət Hacıyev: "Biz sülhü və təhlükəsizliyi təmin etmişik. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub". t.me/xeberlerlive

🇦🇿‼️Hərbi qulluqçuların vəzifələri artırılır. Bu, Mili Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında’ qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir. t.me/xeberlerlive

#Tarixdəbugün 🇦🇿 Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümüdür. Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart - Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. t.me/MutluTurkum

Sahibə Qafarova: Alen Simonyanla görüşdə Azərbaycan və Ermənistan parlamentlərinin sülh prosesinə dəstək məsələlərini müzakirə etdik. t.me/xeberlerlive

🔥 Gəncədə yaşayış binasında güclü yanğın baş verdiyi bildirilir.

🕋 Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə (martın 28-dən 29-na keçən gecəyə) təsadüf edir. ▪️ ikinci Qədr gecəsi — martın 30-da, ▪️ üçüncü — aprelin 1-də, ▪️ sonuncu — aprelin 5-də olacaq. Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. t.me/xeberlerlive

Repost from Miriyev TV
YENİ QAYDA ❗Azərbaycanda çoxluq təşkil edən 2006-2007-ci il istehsalı "Prius"larla taksi fəaliyyətinə icazə verilməyəcək. t.me/miriyevtv

🇦🇲 Paşinyan özünü buraxmış separatçı qurumun terrorçusu Samvel Şahramanyanın “Le Figaro” nəşrinə müsahibəsində mühacirətdə olan rejimin İrəvanda fəaliyyətini davam etdirməsi ilə bağlı sözlərinə belə münasibət bildirib. 📢"Açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda bu otaqda oturan yeganə hökumət var. Lazım gələrsə, müvafiq tədbirlər görülməlidir ki, xarici qüvvələr müəyyən dairələrdən istifadə edərək təhlükəsizliyə təhdid yaratmasın". t.me/xeberlerlive

☄️ 🇦🇲 Ermənistan mühacirətdə olan heç bir Qarabağ hökumətini tanımır - Paşinyan t.me/xeberlerlive

🇦🇿 DTX rəisi: Fransa Ermənistanı yeni müharibəyə təhrik edir t.me/xeberlerlive

🇫🇷🇦🇿 Məlum oldu ki, Makron Dağlıq Qarabağ müharibəsi zamanı və ondan sonra Ermənistana dəstək istədi və bütün Qərb ölkələ
🇫🇷🇦🇿 Məlum oldu ki, Makron Dağlıq Qarabağ müharibəsi zamanı və ondan sonra Ermənistana dəstək istədi və bütün Qərb ölkələri, o cümlədən ABŞ və Vatikandakı Papa dəstək verməkdən çəkindi. Yelisey sarayından sızmış məlumatlara əsaslanaraq, Fransa lideri ermənilərin taleyini səmimiyyətlə dəstəkləyən yeganə liderdir, lakin Fransanın təşəbbüsləri nəticə verməyib. Yelisey sarayı bu məlumatı yaymaqla Azərbaycanla bağlı planlarının iflasa uğramasında ABŞ-ı, Vatikanı və ona dəstək verməyən başqalarını günahlandırmaq istəyir. Çünki Makron prezident İlham Əliyevə məğlubiyyətini etiraf etmək istəmir. Lakin Makron İlham Əliyevə uduzub. t.me/xeberlerlive / Le Figaro

🇮🇱🇺🇸İsrailli (təqaüddə olan) general-mayor İtzhak Brik: ▫️Bütün raketlərimiz, sursatlarımız, idarə olunan bombalarımız və döyüş təyyarələrimiz ABŞ-dan gəlir. ▫️Onlar kranı bağladıqları anda müharibəni davam etdirə bilməzsən. ▫️Sənin o qabiliyyətin yoxdur. Hamı bilsin ki, Birləşmiş Ştatlar olmadan biz bu müharibə ilə mübarizə apara bilmərik. t.me/xeberlerlive

🔥 Sabah bəzi rayonlarda qaz olmayacaq: ▪️ Kürdəmir rayonunun Kürdəmir şəhəri və rayonun 52 kəndi, ▪️ Göyçay rayonunun Göyçay şəhəri və rayonun 25 kəndi, ▪️ Füzuli rayonunun Horadiz şəhəri, 13 kənd və 5 qəsəbəsi, ▪️ Bakının Suraxanı rayonunun Bahar, Dədə Qorqud və Suraxanı qəsəbələri, eləcə də A.Rzayev və X. Ələkbərov küçələri t.me/xeberlerlive

⚡️⚡️⚡️Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. t.me/xeberlerlive

🔥🔥 "Kəndləri təhvil verməsək, Azərbaycanın hücuma keçəcəyini istisna etmirəm. Təbii ki, bu məntiqlə çıxış etmək olmaz. İndi bizi tənqid edən adamlar var, deyirlər, torpaq veririk. Lakin sərhəddə yaşayan sakinlər özləri hər qarış torpağın kimə məxsus olduğunu çox gözəl bilirlər. Məsələn, bu kəndlərin bizə məxsus olduğunu deyənlər var, mən bunu sübut edə biləcək adamlar axtarıram. O kəndlərə yaxın yaşayanlar da, Robert Köçəryan da, Serj Sargisyan da və bütün Ermənistan səlahiyyətliləri bilirlər ki, o kəndlər Azərbaycanın olub. Bu yeni bir bilgi deyil. Biz o vaxt Gürcüstana gedəndə də həmin əraziyə baxıb deyirdik, bura Azərbaycandır". - Ermənistan parlamentinin spikeri Alen Simonyan t.me/xeberlerlive