XƏBƏRLƏR l LİVE
رفتن به کانال در Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
نمایش بیشتر8 778
مشترکین
-824 ساعت
-487 روز
-21430 روز
آرشیو پست ها
8 778
🔴Rusiya XİN Azərbaycan və Ermənistan arasındakı anklavlarla bağlı:
🔴Tərəfləri bu mövzuda maksimal dərəcədə təmkinli olmağa, aqressiv ritorikadan çəkinməyə çağırırıq.
🔴Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyalar çərçivəsində həll etmək lazımdır.
🔴Biz nadir kartoqrafik materialların mövcudluğunu nəzərə alaraq maksimal dərəcədə yardım etməyə hazırıq.
🔴Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə məşğul olan Üçtərəfli İşçi Qrupun fəaliyyətini bərpa edilməlidir.
t.me/xeberlerlive
8 778
🇦🇿🇷🇺 2023-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 17% artaraq 4,4 milyard ABŞ dollarla rekord həddə çatıb.
“17 faizlik artım Azərbaycan vasitəsilə nəyinsə reeksportu deyil, bu, xüsusilə sənaye kooperasiyası üzrə böyük layihələrdir”, - Rusiyanın Bakıdakı səfiri Mixail Evdokimov daha əvvəl bildirib.
Bundan əlavə, bu ilin əvvəlində iki ölkənin milli valyutalarından istifadə 54%-i ötüb.
t.me/xeberlerlive
8 778
🥀Xocalıda Şəhidlər xiyabanı salınır
Bunu Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
İH başçısı bildirib ki, Şəhidlər xiyabanında Xocalıda qazıntı işləri aparılan zaman aşkarlanan kütləvi məzarlıqdan tapılan 7 nəfər Xocalı sakininin qalıqları dəfn olunacaq.
t.me/xeberlerlive / APA
8 778
🇦🇿🇦🇲 “Hraparak” qəzeti:
➖ "İlham Əliyev son görüşdə Paşinyana irad bildirib. Buna səbəb deputat Hakop Aslanyanın "Bizə 1,5-2 il lazımdır ki, özümüzə gələk və onlarla başqa formada danışaq"-açıqlamasıdır".
➖ "İlham Əliyev bu açıqlamanı Paşinyanın qarşısına qoyub, bildirib ki, sizin komandada qisasçı insanlar var".
➖ "Paşinyan isə qapalı iclasda Aslanyanı sərt şəkildə tənqid edib".
t.me/MutluTurkum
8 778
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
🎭Bu gün Beynəlxalq Teatr Günüdür.
Teatr xadimlərini və teatr sevərləri əlamətdar gün münasibətilə təbrik edirik !
t.me/MutluTurkum
8 778
Qubadlı rayonunda sursat aşkar edilib.
Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Mahmudlu kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər.
Aşkar edilən 1 mina, 73 minaatan mərmisi və 1000-ə yaxın patron aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
t.me/xeberlerlive
8 778
🇷🇸Serbiya prezidenti Vuçiç bildirib ki, son 48 saat ərzində ölkədə baş verə biləcək təhlükə ilə bağlı vacib məlumat alıb.
↔️O bildirib ki, son iki gündə ona danışmaqda çətinlik çəkdiyi xəbərlər gəlib:
“Hazırda mənim üçün son 48 saat ərzində hansı xəbərləri aldığımızı söyləmək asan deyil. Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlar barədə məlumatlandıracağam. Həmişə olduğu kimi çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”.
O, hələlik bunun nədən ibarət olduğunu dəqiqləşdirməyib.
t.me/xeberlerlive
8 778
🇦🇿🇪🇺Azərbaycan XİN: Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır
“Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.”
t.me/xeberlerlive
8 778
DİN❗️4 nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycanda yeri müəyyən edilib və onlar təhvil veriliblər
Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilmişdir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim etmişdir. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilmişdir.
Həmçinin, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan Respublikası ərazisində yeri müəyyən edilmiş və onlar Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilmişlər.
t.me/xeberlerlive
8 778
⚡️Ermənistan prezidentinin rəsmi saytından əvvəllər istifadə edilmiş “Artsax” (Azərbaycanın Qarabağ bölgəsinə ermənilərin verdikləri qondarma ad) sözü silinib.
t.me/xeberlerlive
8 778
‼️ Paşinyan bildirib ki, yaxın vaxtlarda Azərbaycanın 4 kəndi təhvil veriləcək.
t.me/xeberlerlive / Ermənistanın "Hraparak" nəşri
8 778
🇷🇺🇦🇲Kremlin mətbuat katibi Peskov:
▫️“Ermənistan Rusiya Federasiyası üçün qardaş ölkədən də artıqdır, baxmayaraq ki, iki ölkə hazırda münasibətlərdə kifayət qədər çətin dövrünü yaşayır: “Bu, qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən daha çox erməni yaşayır.
▫️Rusiya Federasiyasının vətəndaşları olan bu ermənilərin iqtisadi fəaliyyəti hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini- ildə bir neçə milyard dollara qədər təşkil edir. Ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün İrəvanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik”.
t.me/xeberlerlive
8 778
🌐Anklavlarla bağlı açıqlamalar:
• "Caliber": Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan kəndinin geri qaytarılmasının sözdən əmələ keçid prosesində ləngimə müşahidə olunur. Biz Bakının çox gözləmək fikrində olmadığını bildiririk.
🇪🇺 Aİ nümayəndəsi Toyvo Klaar: Azərbaycanın media kanallarında Ermənistana qarşı təhdidlər qəbuledilməzdir. Sərhədlərin delimitasiyası prosesində danışıqlara ehtiyac var.
🇦🇿Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə: Kəndlər ərazi mübahisəsi məsələsi deyil. Cənab Klaar Ermənistan mediasında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına tamamilə məhəl qoymur.
t.me/xeberlerlive
8 778
⚡ "Krokusda terror aktının radikal islamçılar tərəfindən törədildiyini bilirik"
t.me/xeberlerlive / Vladimir Putin
8 778
⚡️"Dəniz Mall" açıqlama verərək bildirib ki, texniki xəta səbəbindən yanğın alarmı işə düşüb.
Qeyd edək ki, sosial şəbəkələrdə, “Dəniz mall”da həyəcan siqnalı ilə insanların təxliyə olunduğu barədə informasiya yayılmışdı.
t.me/xeberlerlive
8 778
⚡⚡⚡ Ermənistan MN Tavuş istiqamətində Azərbaycan silahlı qüvvələrinin cəmləşməsi ilə bağlı məlumatı təkzib edib. Həmçinin vəziyyətin nisbətən sabit olduğunu bildirib.
t.me/xeberlerlive
8 778
🇦🇿🇦🇱 Albaniya 2 il sonra Azərbaycan təbii qazından öz ehtiyacları üçün istifadə etməyi planlaşdırır.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bildirir ki, bu məqsədlə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üçün planlar hazırlanır.
“TAP kimi mövcud infrastruktur vasitəsilə Albaniya enerji mənbələrini şaxələndirir və hidroenergetikadan asılılığını azaldır. TAP-ın Albaniyada əsas rolu Azərbaycandan qazın Avropa bazarlarına, o cümlədən İtaliyaya tranzitini asanlaşdırmaqdır”, — bildirilib.
Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir.
t.me/xeberlerlive
8 778
🇦🇿🇦🇲Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ordunu Azərbaycan kəndlərindən çıxmaq əmrinə itaət etməməyə çağırıb.
t.me/xeberlerlive
8 778
🇦🇿 DTX ölkədə terror aktları planlaşdıran şəxsi saxlayıb
Azərbaycanda Lənkəranın İcra başçısına sui-qəsd təşkil etməyi planlaşdıran şəxs saxlanılıb.
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
