XƏBƏRLƏR l LİVE
رفتن به کانال در Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
نمایش بیشتر8 817
مشترکین
-624 ساعت
-477 روز
-22730 روز
آرشیو پست ها
8 817
FBI:
“Rusiya seçki mərkəzlərinə zəng edib, saxta bomba xəbərdarlığı edir və seçkiyə müdaxilə edir”.
t.me/xeberlerlive
8 817
🇺🇸 Seçki günü Tramp Kalşiyə mərc əmsallarında Kamala Harrisə liderlik edir.
▫️Tramp: 59%
▫️Harris: 41%
t.me/xeberlerlive
8 817
❗️Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan MR, Ağcabədi, Astara, Ağsu, Beyləqan, Biləsuvar, Qəbələ, Cəlilabad, Cəbrayıl, İmişli, İsmayıllı, Qazax, Göygöl, Ağdərə, Xankəndi, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Lerik, Şirvan, Sabirabad, Saatlı, Salyan, Siyəzən, Füzuli, Xocavənd, Xızı, Quba, Qusar, Şabran, Şamaxı, Masallı, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Küləkli hava şəraiti 6 noyabr səhər saatlarınadək davam edəcək.
t.me/xeberlerlive
8 817
🌧️ Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək.
t.me/xeberlerlive
8 817
Rusiyanın Moskva şəhərində Rusiya Qvardiyasının Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib.
t.me/xeberlerlive
8 817
⚡️RİİN: SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur.
Bu barədə yayılan məlumatlar dezinformasiyadır.
t.me/xeberlerlive
8 817
+1
❗️🇮🇷 İran NOTAM (pilotlara xəbərdarlıq) elan edib.
NOTAM 6 noyabr 2024-cü il tarixinədək qüvvədə olacaq.
Xəbərdarlıqdan dərhal sonra bir sıra Yaxın Şərq KİV-ləri İranın yaxın 48 saat ərzində İsrailə hücum edəcəyini bəyan ediblər.
t.me/xeberlerlive
8 817
🔪⚰️ Gəncədə qətl hadisəsi baş verib.
Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini 44 yaşlı Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 53 yaşlı Nəsimi Mustafayev saxlanılıb.
t.me/xeberlerlive
8 817
⛈️ Sabah bəzi ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
t.me/xeberlerlive
8 817
🇦🇿🇦🇲 2024-cü il noyabrın 1-də Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının onuncu iclası keçirilib.
Görüş zamanı, 30 avqust 2024-cü il tarixində imzalanmış yuxarıda göstərilən Komissiyaların birgə fəaliyyət qaydalarının 7-ci maddəsinə uyğun olaraq, Tərəflər, bu qaydaların qüvvəyə minməsi üçün öz dövlətləri tərəfindən yerinə yetirilməsi zəruri olan daxili dövlət prosedurlarının icrası barədə bir-birilərinə bildiriş göndəriblər.
Tərəflər delimitasiya işlərinin aparılması üçün sərhəd xəttinin sahələrinin/sektorlarının ardıcıllığı barədə fikir mübadiləsi aparıblar.
Tərəflər delimitasiya işlərinin aparılma qaydasına dair müvafiq təlimat layihələrini müzakirə ediblər.
Tərəflər növbəti görüşün tarix və yerini iş qaydasında müəyyənləşdirmək barədə razılığa gəliblər.
Komissiyaların iclası başa çatdıqdan sonra, Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə ediblər.
t.me/xeberlerlive
8 817
🇦🇿🇦🇲 Şahin Mustafayevlə Mher Qriqoryanın görüşü keçirilib.Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
t.me/xeberlerliveğ
8 817
Azərbaycanda Dizel və Aİ92 marka yanacağın qiymətinin artması gözlənilir. Ümumiyyətlə dizellə işləyən avtomobillərin istifadəsində bir sıra çətinliklər olacaqdır. Ekologiya Nazirliyinin son hesabatında Bakıda ekoloji vəziyyətin kritik olduğu bəlli olub. Bu səbəbdən məhz Qazaxstanda artıq dizel yanacağı ilə çalışan avtomobillərə bir sıra qadağalar tətbiq edilib.
t.me/xeberlerlive | KİV
8 817
‼️Noyabrda ardıcıl 6 gün iş günü olmayacaq.
8 noyabr - Zəfər Günü
9 noyabr - Dövlət Bayrağı Günü
Noyabrın 16-sı və 23-ü isə iş günləridir.
t.me/xeberlerlive
8 817
🇦🇿🇬🇧 Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət naziri Stiven Dauti ilə telefon danışığı aparıb.
“Ermənistanla sülh sazişi danışıqlarında ciddi proqres var, layihənin razılaşdırılması üzrə iş aparılır”
t.me/xeberlerlive
8 817
Repost from Miriyev TV
XƏBƏRİNİZ OLSUN ❗️Bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan ediləcək.
t.me/miriyevtv
8 817
🇦🇿🇦🇲 Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan:
"Biz bütün Paşinyan-Əliyev görüşlərini dialoq baxımından müsbət qiymətləndiririk.Əlbəttə ki, biz başladılan proseslərin və sülh müqaviləsinin imzalanmasının yaxın gələcəkdə reallığa çevrilməsini təmin etmək məqsədi daşıyırıq və bu təmaslar bu mənada faydalıdır."
t.me/xeberlerlive
8 817
❗️Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır
Milyarder Ceff Bezosun Amerika mətbuatının vəziyyətinə reaksiyası ona etimadın nə qədər azaldığını bir daha nümayiş etdirir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Mən COP29 ərəfəsində Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Washington Post”, eləcə də bəzi Konqres nümayəndələrinin diqqətini Ceff Bezosun oxucuların media orqanlarına etibar səviyyəsinin aşağı düşdüyünü əks etdirən bu məqaləsinə cəlb etmək istərdim”, – H.Hacıyev yazıb.
t.me/xeberlerlive
8 817
Ermənistan KİV: Ararat Mirzoyan COP29-da iştirak etmək niyyətindədir.
t.me/xeberlerlive
8 817
‼️Bakıda tələbə qızları izləyən manyak PEYDA OLUB
Bakıda tələbə qızların şəkillərini çəkərək sosial şəbəkələrdə yayan manyak peyda olub.
Əsasən 61 nömrəli marşrutun dayanacağında rast gəlinən bu şəxs qızların arxasınca düşür, sosial şəbəkə vasitəsilə onları şantaj edir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, iddialarla bağlı qeyd edilən ərazi polis orqanı tərəfindən nəzarətə götürülüb.
Nəticəsi barədə əlavə məlumat veriləcək....
t.me/xeberlerlive
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
