XƏBƏRLƏR l LİVE
رفتن به کانال در Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
نمایش بیشتر8 767
مشترکین
-1324 ساعت
-517 روز
-21830 روز
آرشیو پست ها
8 765
SON DƏQİQƏ ❗Müdafiə Nazirliyinin məlumatı
Fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bölmələrimizin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb.
t.me/xeberlerlive
8 765
❗ DİQQƏT
❗HƏSSAS GÖRÜNTÜLƏR VAR
⚫ Əhməd Əhmədov bacısını və onun qızını qətlə yetirməsinin anbaan görüntüləri yayıldı
t.me/xeberlerlive
8 765
🇦🇿 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:
- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içib:
- Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.
Hazırda Milli Məclisdə Prezident çıxış edir.
t.me/xeberlerlive
8 765
🇦🇿🇪🇺 Azərbaycan XİN Borrellin açıqlamalarına cavab verib:
▫️"Aİ Missiyası himayəsi altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir".
▫️"Zəngilandakı erməni təxribatına cavab lokal xarakterli idi".
t.me/xeberlerlive
8 765
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
✈️ Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür.
Hərbi hava qüvvələrinin yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırması 1992-ci ilə təsadüf edir.
14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.
1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür.
Hərbi Hava qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistanın eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemini məhv etmək üçün "Qarabağ mücrüsü" adı verilən bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı hazırlayıb.
Bu plan Ermənistan ordusunu çaş-baş salan taktikalardan ibarət olub.
Plan uğurla icra olunub və Ermənistan ordusunun məhv edilməsində böyük rol oynayıb.
➡️Abunə ol t.me/MutluTurkum
8 765
🇪🇺🇦🇲 Aİ-nin Ali Nümayəndəsi Borrell:
➖"Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini və təəssüf ki, sərhəddəki son insidenti müzakirə etdik."
➖"Ermənistanın Azərbaycan əsgərlərini bombalaması təəssüf doğurur, lakin Ermənistan Müdafiə Nazirliyinin hadisənin tam araşdırılacağı ilə bağlı bəyanatına məhəl qoyulmadığından Azərbaycanın reaksiyası qeyri-mütənasib görünür."
t.me/xeberlerlive
8 765
🚨 Bütün ölkəni sarsıdan qətliam
📸 Bir gün içində atasını, anasını, 9 yaşlı qardaşını, bacısını və 5 yaşlı bacısı qızını öldürən Əhmədin fotosu üzə çıxıb.
Məlumata görə, Əhmədin özü də anasının direktoru olduğu 59 saylı məktəbdə, o cümlədə 191 və 272 saylı məktəblərdə təhsil alıb. Bir müddət isə Rusiyada yaşayıb.
8 765
⚡️⚡️⚡️ Paşinyan orduya əmr verdi.
🇦🇲 Paşinyan bildirib ki, Ermənistan Müdafiə Nazirliyi qoşunlara Azərbaycanla sərhəddə eskalasiyaya yol verməmək və “təxribatlara uymamaq” əmri verib.
t.me/xeberlerlive
8 765
🫡 Məhv edilmiş ermənilər:
✓Arutyunyan Eduard Hamletoviç (d. 1974),
✓ Manukyan Qaqik Varazdatoviç (1982-ci il təvəllüdlü),
✓ Ambartsumyan Arsen Qagik (d. 1979),
✓ Oqanesyan Qraçya Talışeviç (1957-ci il təvəllüdlü).
t.me/xeberlerlive
8 765
🇦🇿🇦🇲 Ermənistan MN bugünkü əməliyyat zamanı 4 hərbçisinin öldüyünü, 1 hərbçisinin yaralandığını açıqladı.
t.me/xeberlerlive
8 765
🇦🇿Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il keçir.
t.me/xeberlerlive
8 765
❗️Laçın və Kəlbəcərdə üç yaşayış məntəqəsinin tikintisinə başlanılır
Laçın və Kəlbəcər rayonlarında 1 qəsəbənin (Qorçu) və 2 kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilələr imzalanıb.
t.me/xeberlerlive
8 765
Müdafiə Nazirliyi:
Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
t.me/xeberlerlive
8 765
Erməni postu məhv edilib❗️
▪️DSX: 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.
▪️Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.
t.me/xeberlerlive
8 765
🇮🇱🇪🇬Times of Israel: Misirin xarici işlər naziri Sameh Shoukry bu gün bəyan etdi ki, "nə olursa olsun, o cümlədən İsrailin Rəfaha qurudan müdaxiləsi, 'Misir tərəfindən Kemp Devid razılaşmasından çıxmaq niyyəti yoxdur".
▫️ “İsrail ilə sülh sazişi 40 ildir mövcuddur və belə də qalacaq”.
t.me/xeberlerlive
8 765
🇦🇿Xarici İşlər Nazirliyi:
▪️11 fevral 2024-cü il tarixində Ermənistanın baş naziri Nikol Paşinyan The Telegraph qəzetinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib.
▪️Ermənistan baş nazirinə həmçinin yaxşı məlumdur ki, Ermənistan tərəfi Praqa və Soçi görüşlərində və daha sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin saxta “müstəqilliyi” ilə bağlı 2023-cü ilin sentyabr ayında təbrik bəyanatları verməklə yanaşı, bu günədək beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları davam etdirməkdədir.
▪️Ermənistan tərəfinin Alma-Ata bəyannaməsinə qoşulan zaman verdikləri qeyd şərti, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğunu unutdurmağa çalışması da digər ciddi narahatlıq mənbəyidir.
▪️Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir.
t.me/xeberlerlive
8 765
Repost from Miriyev TV
⚡⚡Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, bu Ermənistan tərəfinin törətdiyi ilk təxribat deyil. Qarşı tərəf son 1 ay ərzində atəşkəsi dəfələrlə pozub. (OMM istinadən)
t.me/miriyevtv
8 765
Repost from Miriyev TV
SON DƏQİQƏ ❗MN MƏLUMAT YAYDI
Ermənistan silahlı qüvvələrinin mövqelərindən Zəngilan istiqamətində ordumuzun mövqelərinə atəş açılıb, bir hərbçi yaralanıb
Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.
Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.
Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.
Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
t.me/miriyevtv
8 765
🇦🇲🇦🇿 Ermənistan Silahlı Qüvvələri Zəngilan rayonu istiqamətində atəşkəsi pozublar.
Nəticədə DSX-nin 1 hərbi qulluqçusu ağır yaralanıb.
Rəsmi məlumat yoxdur.
t.me/xeberlerlive
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
