fa
Feedback
XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

رفتن به کانال در Telegram

Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9

نمایش بیشتر
8 679
مشترکین
-1124 ساعت
-567 روز
-21330 روز
آرشیو پست ها
Repost from Operativ Media
⚡⚡Ermənistan XİN: 12 iyunda Vaşinqtonda planlaşdırılan Ceyhun Bayramov və Ararat Mirzoyan görüşü təxirə salınıb. Ermənistan tərəfi görüşün Azərbaycanın təşəbbüsü ilə təxirə salındığını bildirir

⚡️⚡️Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri Bakıda sərhədi pozduğu üçün saxlanılan iki erməni hərbçisinə baş çəkiblər. Saxlanılan şəxslər ailələri ilə əlaqə yaradıblar. t.me/xeberlerlive

Müdafiə Nazirliyinin məlumatı İyunun 7-si saat 13:35-dən  saat 19:45-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. t.me/xeberlerlive

❗️❗️Dünən hərbçi olan sərnişinlərdən birini Laçın yolundakı keçid məntəqəsindən keçiməsinin qarşısı alınıb. Bu barədə İrəvan “Hraparak”ı yazıb və “bu o deməkdir ki, azərbaycanlılar insanları müəyyən edir, onların müvafiq məlumat bazası var” qənaətinə gəlib. t.me/xeberlerlive

⚡İranın Turizm nazirliyi: Azərbaycandan İrana turist kimi gələnlərin sayı kəskin şəkildə azalıb. t.me/xeberlerlive

⚡️MN: İyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, saat 16:25 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. t.me/xeberlerlive

Repost from Miriyev TV
SON DƏQİQƏ❗️ Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib. Kütləvi məzarlıq Şuşa türməsinin ərazisində aşkar olunub. @miriyevtv

☀️Sabah Azərbaycanda temperatur 34°-dək qalxacaq.

SON DƏQİQƏ ❗️ Ordumuzun mövqeləri atəşə tutulub İyunun 1-i saat 09:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Saat 10:00 radələrində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. t.me/xeberlerlive | MN

⚡️ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib. t.me/xeberlerlive

⚡️Separatçı rejim: Azərbaycan ordusu, minaatanlardan pulemyotdan istifadə etməklə mövqelərimizi atəşə tutub t.me/xeberlerlive

❗️Sülhməramlıların müşayiəti altında ermənilərin qanunsuz daşımaları davam edir. t.me/xeberlerlive

🇦🇿🇮🇱İsrail Prezidenti Azərbaycanda səfərdədir. t.me/xeberlerlive
🇦🇿🇮🇱İsrail Prezidenti Azərbaycanda səfərdədir. t.me/xeberlerlive

Kosovoda 41 NATO əsgəri yaralanıb. t.me/xeberlerlive

⚡️Serbiya prezidenti Aleksandar Vucic Kosovo və Metohiyadakı vəziyyətlə bağlı xalqa təcili müraciət edəcək. t.me/xeberlerlive

🇷🇺📞🇹🇷Türkiyə prezidentinin administrasiyası bildirib ki, Putin Ərdoğanı prezident seçkilərində qazandığı qələbə münasibətilə telefonla təbrik edib. t.me/xeberlerlive

Caliber yazır: ❗Ermənistan teleqramının seqmentində ehtiyatda olan polkovnik Vladimir Hovhannisyana istinadən “Qafan rayonunun "Nerkin-Xand" sərhəd kəndində Ermənistan Silahlı Qüvvələrinin 6 hərbçisi ilə əlaqənin kəsildiyi” barədə məlumat yayılır.  Ola bilsin ki, Ermənistan hakimiyyəti Kişinyovda danışıqlar raundu ərəfəsində sülh gündəmini tamamilə pozmaq üçün ərazimizə daha bir təxribat qrupu atmağa cəhd etmək qərarına gəlib.  Təsdiq və ya təkzib edilənə qədər bu məlumatı diqqətlə izləyəcəyik. t.me/xeberlerlive

⚡️Hikmət Hacıyev sabah Bratislavada Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək. t.me/xeberlerlive

❗️Lənkəranda Xəzər dənizinin sahilində mina tapılıb. Mina zərərsizləşdirilib. t.me/xeberlerlive | Report

🪖 Azərbaycan Ordusunda bir qrup hərbi vəzifəlilərin iştirakı ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb. t.me/xeberlerlive