XƏBƏRLƏR l LİVE
رفتن به کانال در Telegram
7 593
مشترکین
-1024 ساعت
-347 روز
-16530 روز
آرشیو پست ها
7 590
🇮🇷 🇦🇿 İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.
Məlumata görə, Əhmədian Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə Azərbaycana səfər edib.
t.me/xeberlerlive
08 ژانویه 2025, 03:44
7 590
İranda yeni radar: qonşu ölkələrin səmasını müşahidə edə biləcək
İranın şimalında 800 km-dək radiusda fəaliyyət göstərə biləcək “NAZİR” adlı bir neçə yeni radar yerləşdirilib.
Məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasının teleqram kanalı yayıb.
Məlumata görə, bu radarlar Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə səmalarını müşahidə edə biləcək.
t.me/xeberlerlive
08 ژانویه 2025, 03:24
7 590
🇦🇿ÖLKƏ❗️
🎬🎫Sinemaya tez-tez gedənlərə yaxşı xəbər: Teatr tamaşaları, film nümayişləri ilə bağlı xidmətlərə görə ƏDV-nin 50 faizi qaytarılacaq. - 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
t.me/xeberlerlive
07 ژانویه 2025, 11:55
7 590
Ⓜ️ Yerli KİV Bakı metrosunda gediş haqqının 55 qəpik olacağını bildirir.
❗Metropoliten rəsmi mövqe bildirməyib.
t.me/xeberlerlive
07 ژانویه 2025, 03:59
7 590
🇦🇿🇹🇷 Azərbaycanın dövlət neft şirkəti SOCAR Türkiyənin ən böyük xarici sərmayədarı kimi son 17 ildə 18,5 milyard dollarlıq sərmayəsinə əsaslanaraq, yeni neft-kimya obyektləri də daxil olmaqla, Türkiyənin enerji sektoru üçün 7 milyard dollarlıq investisiya planını açıqlayıb.
- MEE
06 ژانویه 2025, 14:21
7 590
❗️Milli Qəhrəmanlar haqda film çəkilir
Prezident İlham Əliyev bu gün – yanvarın 6-da “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
qəzada həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Prezidentlə görüş barədə Modernaz-a danışıb.
Görüşdə dövlət başçısı ilə yanaşı AZAL-ın prezidenti, həmçinin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də iştirak ediblər:
C.Alıyev qeyd edib ki, təyyarə qəzasında həlak olan Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninov haqqında filmin çəkilişlərinə də başlanılıb.
t.me/xeberlerlive
06 ژانویه 2025, 13:22
7 590
🇦🇿Azərbaycan XİN:
▫️" Makronun Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir."
t.me/xeberlerlive
06 ژانویه 2025, 12:15
7 590
🇮🇷 İran XİN: “Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparırıq.”
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı tezliklə İran nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında deyib.
Diplomat bildirib ki, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil, bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir.
"İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq".
Bəqayi əlavə edib ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla bağlı İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək: "Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq".
t.me/xeberlerlive
06 ژانویه 2025, 08:36
7 590
🇫🇷🇦🇿 Fransa Prezidenti Azərbaycanı Fransa ərazilərinə müdaxilədə ittiham edib.
Makron qeyd edib ki, Fransa Azərbaycan tərəfindən, xüsusilə Yeni Kaledoniya da daxil olmaqla, xaricdəki əksər ərazilərində qəbuledilməz müdaxilələrə məruz qalıb.
t.me/xeberlerlive
06 ژانویه 2025, 08:36
7 590
‼️SON DƏQİQƏ: Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
t.me/xeberlerlive
06 ژانویه 2025, 06:37
7 590
🇦🇿 Azərbaycan Müdafiə Nazirliyi: Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.
t.me/xeberlerlive
06 ژانویه 2025, 04:31
7 590
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bildiririk ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb.
t.me/xeberlerlive
06 ژانویه 2025, 03:29
7 590
Dövlətə xəyanətə görə həbs edildi - DTX-dən əməliyyat
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılmış daha bir xüsusi araşdırma nəticəsində həbs edilən şəxsin mühakiməsi başlayır.
Həmin şəxs Azərbaycan vətəndaşı Svetliçnıy İvan Nikolayeviçdir.
Nilolayeviçə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə araşdırılacaq.
t.me/xeberlerlive | Qafqazinfo
06 ژانویه 2025, 03:00
7 590
🇨🇳Çində yeni yaranan və sürətlə yayılan virus insanlarda kəskin respirator infeksiyasına səbəb olur. Metapnevmovirusu əsasən 14 yaşa qədər insanlara təsir göstərir.
t.me/xeberlerlive
05 ژانویه 2025, 11:33
7 590
⚡️Azər Baxşəliyev vəfat edib
t.me/xeberlerlive | Olay.az
04 ژانویه 2025, 07:26
04 ژانویه 2025, ~07:26
7 590
Repost from Miriyev TV
Aktyor Azər Baxşəliyevin həyat yoldaşı onunla bağlı paylaşım edib.
t.me/miriyevtv
04 ژانویه 2025, 06:28
7 590
Ermənistanın keçmiş müdafiə naziri, erməni general-mayor Arşak Karapetyan:
“Ermənistan hökuməti Qarabağdan Ermənistana könüllü köç etmiş şəxslərə qarşı çox pis davranır. Torpaqları itirməkdə davam edirik, heç kim bizimlə danışıqlar masasına oturmur. Ermənistan xarici siyasi əlaqələrdə qonağa çevrilib.
Özünüzü qonaq kimi təqdim edirsinizsə, o zaman ciddi məsələləri həll edə bilməzsiniz. Sən sadəcə iştirakçısan: danışıqları dinləyə, telefonla məşğul ola, oynaya bilərsən. Çox ağırdır, amma bizim vəziyyətimiz ağır olaraq qalmağa davam edir. Ermənistan rəhbərliyinin əsas məqsədi pul qazanmaqdır.”
t.me/xeberlerlive
04 ژانویه 2025, 04:52
7 590
Qazaxıstanda 100-ə yaxın avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir
t.me/xeberlerlive
03 ژانویه 2025, 13:55
7 590
‼️ Aktyor Azər Baxşəliyev ölümdən xilas edilib.
Bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova məlumat verib.
Onun sözlərinə görə, xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanmışdı. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır.
t.me/xeberlerlive
02 ژانویه 2025, 09:32
