XƏBƏRLƏR l LİVE
الذهاب إلى القناة على Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
إظهار المزيد8 819
المشتركون
-1024 ساعات
-467 أيام
-22830 أيام
أرشيف المشاركات
8 817
❗️Azərbaycan Ordusunun hərbçisi vəfat edib.
Özünü qəfil pis hiss edən hərbi qulluqçu Bəhri Tağıyev hospitala çatdırılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin!
t.me/xeberlerlive
8 817
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
Bu gün Ağdam Şəhəri Günüdür!
2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gündür. Bu tarix xalqımız üçün qürur günüdür. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, tarixi torpaqlarımızı azad etdi.
Ağdam Azərbaycandır!
t.me/MutluTurkum
8 817
❗️ "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
"Sungurlar" filminin davamı çəkilsə, rol almaq istəyərəm, amma hazırda elə bir plan yoxdur. "Sungurlar"dan da önəmlisi mənim üçün Qarabağ Zəfəridir. İkinci Qarabağ müharibəsi ilə bağlı film çəkəcəyik, onun layihəsini hazırlayıram".
Bu fikirləri açıqlamasında Türkiyənin məşhur aktyoru, "Sungurlar", "Kurtlar Vadisi" seriallarında oynadığı rollarla məşhur olan Ertuğrul Şakar deyib.
O, Azərbaycanda çoxlarına maraqlı olan suala da cavab verib:
"Kurtlar Vadisi"nin davamının çəkilib-çəkilməyəcəyinə istehsalçı şirkət qərar verir. Amma rol verilsə, yenidən çəkilərəm".
t.me/xeberlerlive
8 817
🏨Azərbaycanda yuxu laboratoriyası və insult mərkəzi yaradılacaq.
“Dövlət tibb müəssisələri arasında ilk belə yuxu laboratoriyası Respublika Klinik Xəstəxanasında yaradılacaq. Yuxu laboratoriyasında yaradılmış xüsusi otaqda bir gecə videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində demək olar ki, bütün fizioloji funksiyaları monitorinq ediləcək.
t.me/xeberlerlive
8 817
⚡️Türk Dövlətləri Təşkilatı ölkələrinin ortaq himni hazırlanacaq.
t.me/xeberlerlive
8 817
⚡️Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.
💳Azərbaycanda minimum pensiya məbləği 280 manata çatacaq
‼️Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək
‼️Gələn il 412 mindən çox keçmiş məcburi köçkünə 280,1 milyon manat vəsait ayrılacaq.
t.me/xeberlerlive
8 817
🔥 ABŞ-nin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbələr yaxın günlərdə həyata keçirilə bilər.
* * *
ABŞ-dən sonra Fransa və İngiltərə də SCALP/Storm Shadow raketləri ilə Rusiyaya zərbələr endirməyə icazə veriblər.
t.me/xeberlerlive | KİV
8 817
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
🇦🇿 Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub.
Artıq dörd ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur.
t.me/MutluTurkum
8 817
Ansar Wear❗️Türkiye istehsalı dəbli kişi geyimləri.
İnstagram: https://www.instagram.com/ansarwearr/profilecard/?igsh=NmRxcXdiczRtaHBp
Telegram;@wearansar
Bizi instagramdan ve telegramdan takip edən və xeberlerlive kanalindan gələn her bir müştəriyə 5% endirim ✅
8 817
🇦🇿 Hikmət Hacıyev:
“Açığı, Ermənistanın iştirak edib-etməyəcəyi bizim üçün bir o qədər də maraqlı deyil. Bu, Ermənistanın öz qərarıdır. Əgər Ermənistan qlobal iqlim dəyişməsi konsepsiyasında iştirak etmək istəmirsə, yəqin ki, Ermənistanın yaşıl gündəliyi ilə əlaqədar müəyyən problemləri var. Amma hər bir halda bu, Ermənistanın daxili işidir və öz qərarıdır.
Amma bu günlərdə bütün dünya Azərbaycandadır. Tədbir iştirakçıların sayına baxaq, artıq qeydiyyatdan keçən iştirakçıların sayı 75 000-i aşıb. Elə COP məkanına baxmaq kifayətdir. Ermənistanı və dövlət olmayan tərəfləri kənara qoysaq, tərəflərin hamısı burada təmsil olunurlar. Qeyd etmək istərdim ki, bizim üçün bunun hər hansı bir fərqi yoxdur, yəni Ermənistan burda iştirak edir, yoxsa etmir, Azərbaycan öz üzərinə düşəni yerinə yetirib, Ermənistanı dəvət edib.
Amma eyni zamanda, hesab edirdik ki, bu tədbir Ermənistanla Azərbaycan arasında və regionda etimad quruculuğu prosesinə də töhfə vermiş olardı.”
t.me/xeberlerlive
8 817
🇦🇿🇷🇺 Putin Əliyevə zəng etdi
Noyabrın 15-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Prezidenti Vladimir Putinin bu ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaları, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustinin bu günlərdə Bakıya səfəri zamanı təmaslarını nəzərə alaraq, sənaye və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin praktiki olaraq həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafının davam etdirilməsinə dair qarşılıqlı maraqlarını bir daha ifadə ediblər.
Müzakirə olunan məsələlərin icrası məqsədilə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.
t.me/xeberlerlive
8 817
🇦🇿 Xarici işlər naziri Ceyhun Bayramov ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmamasına münasibət bildirib:
“Biri fiziki görüşlərdir və bunun əhəmiyyəti var. Hazırda Azərbaycan nümayəndə heyətinin əsas fokusu COP-la bağlıdır. Bu səbəbdən dekabrdan öncə fiziki görüşlərin olması mümkün deyil. Dekabr, ya yanvar ayında olması sonrakı məsələdir. Hələlik bununla bağlı hər hansı konkret razılaşma yoxdur. Fiziki görüşlərdən başqa, sənəd üzərində iş davam edir və bu iş hazırda da dayanmayıb”.
t.me/xeberlerlive
8 817
🇦🇿 XİN: Ermənistanın qanunsuzluqları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılacaq.
t.me/xeberlerlive
8 817
DİQQƏT ❗ Bizdə reklam hər büdcəyə uyğundur 🤩
Ən uyğun qiymət.
Əlaqə ➡️ @aliyev_146
8 817
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
🇦🇿 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.
t.me/MutluTurkum
8 817
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
🇦🇿 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.
t.me/MutluTurkum
8 817
Kreml: Putin və Tramp arasında danışıqlar olmayıb.
Qeyd edək ki, bundan öncə “Washington Post” Tramp və Putin arasında noyabrın 7-də danışıqlar olduğu barədə məlumat yaymışdı.
t.me/xeberlerlive
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
