fa
Feedback
Ormilitarism

Ormilitarism

رفتن به کانال در Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

نمایش بیشتر
7 299
مشترکین
-424 ساعت
-47 روز
-6730 روز
آرشیو پست ها
photo content

Böyük ehtimal birinci iz yanan və boşalan yanacağın izi, ikinci iz isə matorun izidir.

photo content

F-35-in tək matorlu bir qırıcı olduğunu nəzərə alsaq burda bir başa matora yönlənmiş bir zərbədən sonra qırıcının həqiqətən b
+3
F-35-in tək matorlu bir qırıcı olduğunu nəzərə alsaq burda bir başa matora yönlənmiş bir zərbədən sonra qırıcının həqiqətən bazaya qayıtması çox əla nəticədir. Amma mənim zərbədən sonrakı 2.ci izdən şübhələrim var.

Əlavə olaraq əgər görüntülər düzdürsə ki, bu barədə ayrıca atacam şübhələrimi bu hərb tarixində ilkdir.

Majid Ad-08-in necə uğurlu layihə olduğu barədə öncədən yazmışdım. F-35-in vurulması, həm hava müdafiə sistemi heyətinin pusqu əməliyyatını ( Zonan Daninin F-117 vurması kimi ) hesablaması, eyni zamanda F-35in Ad-08 kimi sistemin əməliyyat imkanları hündürlüyündə uçması bu məsələnin başlıca səbəbidir.

Repost from ŞEDEVR +
SEPAH ABŞ-nin "F-35" qırıcısını vurduğu görüntüləri paylaşıb CNN bildirir ki, təyyarə Qətərə qəza enişi etməyi bacarıb. ✅ t.me/shedevrplus

ABŞ-ın F-35 qırıcısı İran üzərində tapşırıq yerinə yetirərkən İran tərəfindən açıldığı ehtimal edilən atəşlə vurulduqdan sonr
ABŞ-ın F-35 qırıcısı İran üzərində tapşırıq yerinə yetirərkən İran tərəfindən açıldığı ehtimal edilən atəşlə vurulduqdan sonra təcili eniş edib. Təyyarə təhlükəsiz şəkildə yerə enib və pilotun vəziyyəti stabildir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bunları oxuyun əziz izləyicilər, hardasa oturanda Rusiya 162 dövlətə qarşı döyüşür demədən öncə belə yazıları oxuyub bilin.

A-10 Kərkükdə İran dəstəkli qruplara ölüm qusur.

Bu bütövlükdə İraqa qarşı "Səhra Fırtınası" əməliyyatı üzrə məlumatlarla üst-üstə düşür. İraqda koalisiya qruplaşması sutkada 830-dan çox döyüş uçuşu həyata keçirirdi.

Hələ ruslar Su-25 tipli təyyarələr ilə etdiyi heç bir işə yaramayan uzaqda salvo raket zərbələrini də bu statistikaya daxil edirlər.

2022-ci ilin oktyabrında (8 ay sonra) ordu generalı Sergey Surovikin bəyan etmişdi ki, Rusiya 34 mindən çox döyüş uçuşu həyata keçirib ki, bu da gündəlik cəmi 140 uçuş deməkdir. Sonradan tempi artıra bildilər və 2025-ci ilin avqustuna qədər (3,5 il sonra) orta sutkalıq uçuş sayı 360-a çatdı. Ukrayna münaqişəsinin başında Rusiya HHM, ABŞ və İsrailin İranda ayrı-ayrılıqda həyata keçirdiyi döyüş uçuşlarından üç dəfə, onların ümumi sayından isə 5 dəfədən az uçuş həyata keçirirdi.

ABŞ Epic Fury əməliyyatının 18 günü ərzində İsrail nəzərə alınmadan aviasiyasının təxminən 8000 döyüş uçuşu həyata keçirdiyin
ABŞ Epic Fury əməliyyatının 18 günü ərzində İsrail nəzərə alınmadan aviasiyasının təxminən 8000 döyüş uçuşu həyata keçirdiyini açıqlayıb ki, bu da gündəlik təxminən 450 uçuş deməkdir.
İsrailə gəldikdə isə, göstərici xeyli azdır — əməliyyatın ilk 4-5 günündə 1600 döyüş uçuşu həyata keçirilib ki, bu da ilkin mərhələdə orta hesabla gündəlik ~350 uçuş təşkil edir.

Amma bu say 500 ə yaxındır.

"Naval News"un məlumatına görə, "Epic Fury" əməliyyatı gedişində buraxıldığı təsdiqlənən "Tomahawk"ların ümumi sayı ən azı 82-108 raket təşkil edir.

"Naval News" nəşri "Epic Fury" əməliyyatı zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərindən buraxılan "Tomahawk" raketləri
"Naval News" nəşri "Epic Fury" əməliyyatı zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərindən buraxılan "Tomahawk" raketləri ilə bağlı maraqlı statistika toplayıb. Bu statistika, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı tərəfindən "Epic Fury" əməliyyatının başladığı 28 fevral 2026-cı il tarixindən etibarən yayımlanan videolara əsaslanır. Raketlərin real sayı, bu statistikada göstərilən rəqəmlərdən xeyli çoxdur. Buna baxmayaraq, toplanmış rəqəmlər "Tomahawk"ların tətbiqini keçmiş əməliyyatlarla müqayisə etməyə imkan verir.

Hayfa neft emalı zavodu (BAZAN) İsrailin ən böyük və ən mühüm yanacaq obyekti olmaqla, ölkənin yanacaq tələbatının təxminən 50–60%-ni (dizel yanacağının ≈60%-ni, benzinin isə 50%-ni) təmin edir. Müəssisə gündəlik təxminən 197,000 barel xammal emal edir. Bu isə o deməkdir ki, İsrailin nəqliyyat, aviasiya və hərbi yanacaq təchizatının böyük hissəsi birbaşa bu zavoddan asılıdır.