Ormilitarism
الذهاب إلى القناة على Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
إظهار المزيد7 299
المشتركون
-424 ساعات
-47 أيام
-6730 أيام
أرشيف المشاركات
7 297
Böyük ehtimal birinci iz yanan və boşalan yanacağın izi, ikinci iz isə matorun izidir.
7 297
+3
F-35-in tək matorlu bir qırıcı olduğunu nəzərə alsaq burda bir başa matora yönlənmiş bir zərbədən sonra qırıcının həqiqətən bazaya qayıtması çox əla nəticədir. Amma mənim zərbədən sonrakı 2.ci izdən şübhələrim var.
7 297
Əlavə olaraq əgər görüntülər düzdürsə ki, bu barədə ayrıca atacam şübhələrimi bu hərb tarixində ilkdir.
7 297
Majid Ad-08-in necə uğurlu layihə olduğu barədə öncədən yazmışdım.
F-35-in vurulması, həm hava müdafiə sistemi heyətinin pusqu əməliyyatını ( Zonan Daninin F-117 vurması kimi ) hesablaması, eyni zamanda F-35in Ad-08 kimi sistemin əməliyyat imkanları hündürlüyündə uçması bu məsələnin başlıca səbəbidir.
7 297
Repost from ŞEDEVR +
SEPAH ABŞ-nin "F-35" qırıcısını vurduğu görüntüləri paylaşıb
CNN bildirir ki, təyyarə Qətərə qəza enişi etməyi bacarıb.
✅ t.me/shedevrplus
7 297
ABŞ-ın F-35 qırıcısı İran üzərində tapşırıq yerinə yetirərkən İran tərəfindən açıldığı ehtimal edilən atəşlə vurulduqdan sonra təcili eniş edib.
Təyyarə təhlükəsiz şəkildə yerə enib və pilotun vəziyyəti stabildir. Hadisə ilə bağlı araşdırma aparılır.
7 297
Bunları oxuyun əziz izləyicilər, hardasa oturanda Rusiya 162 dövlətə qarşı döyüşür demədən öncə belə yazıları oxuyub bilin.
7 297
Bu bütövlükdə İraqa qarşı "Səhra Fırtınası" əməliyyatı üzrə məlumatlarla üst-üstə düşür. İraqda koalisiya qruplaşması sutkada 830-dan çox döyüş uçuşu həyata keçirirdi.
7 297
Hələ ruslar Su-25 tipli təyyarələr ilə etdiyi heç bir işə yaramayan uzaqda salvo raket zərbələrini də bu statistikaya daxil edirlər.
7 297
2022-ci ilin oktyabrında (8 ay sonra) ordu generalı Sergey Surovikin bəyan etmişdi ki, Rusiya 34 mindən çox döyüş uçuşu həyata keçirib ki, bu da gündəlik cəmi 140 uçuş deməkdir.
Sonradan tempi artıra bildilər və 2025-ci ilin avqustuna qədər (3,5 il sonra) orta sutkalıq uçuş sayı 360-a çatdı.
Ukrayna münaqişəsinin başında Rusiya HHM, ABŞ və İsrailin İranda ayrı-ayrılıqda həyata keçirdiyi döyüş uçuşlarından üç dəfə, onların ümumi sayından isə 5 dəfədən az uçuş həyata keçirirdi.
7 297
ABŞ Epic Fury əməliyyatının 18 günü ərzində İsrail nəzərə alınmadan aviasiyasının təxminən 8000 döyüş uçuşu həyata keçirdiyini açıqlayıb ki, bu da gündəlik təxminən 450 uçuş deməkdir.
İsrailə gəldikdə isə, göstərici xeyli azdır — əməliyyatın ilk 4-5 günündə 1600 döyüş uçuşu həyata keçirilib ki, bu da ilkin mərhələdə orta hesabla gündəlik ~350 uçuş təşkil edir.
7 297
"Naval News"un məlumatına görə, "Epic Fury" əməliyyatı gedişində buraxıldığı təsdiqlənən "Tomahawk"ların ümumi sayı ən azı 82-108 raket təşkil edir.
7 297
"Naval News" nəşri "Epic Fury" əməliyyatı zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərindən buraxılan "Tomahawk" raketləri ilə bağlı maraqlı statistika toplayıb.
Bu statistika, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı tərəfindən "Epic Fury" əməliyyatının başladığı 28 fevral 2026-cı il tarixindən etibarən yayımlanan videolara əsaslanır. Raketlərin real sayı, bu statistikada göstərilən rəqəmlərdən xeyli çoxdur. Buna baxmayaraq, toplanmış rəqəmlər "Tomahawk"ların tətbiqini keçmiş əməliyyatlarla müqayisə etməyə imkan verir.
7 297
Hayfa neft emalı zavodu (BAZAN) İsrailin ən böyük və ən mühüm yanacaq obyekti olmaqla, ölkənin yanacaq tələbatının təxminən 50–60%-ni (dizel yanacağının ≈60%-ni, benzinin isə 50%-ni) təmin edir.
Müəssisə gündəlik təxminən 197,000 barel xammal emal edir. Bu isə o deməkdir ki, İsrailin nəqliyyat, aviasiya və hərbi yanacaq təchizatının böyük hissəsi birbaşa bu zavoddan asılıdır.
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
