Ormilitarism
رفتن به کانال در Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
نمایش بیشتر7 259
مشترکین
-424 ساعت
-207 روز
-8230 روز
آرشیو پست ها
7 259
Taylandın Baş Naziri Anutin Charnvirakul bəyan edib ki, təxminən iki ay əvvəl imzalanmış və həm Malayziya, həm də ABŞ tərəfindən təmin edilmiş Kamboca ilə sülh müqaviləsi artıq qüvvədən düşüb. O, ölkə ilə bütün əlavə danışıqlar kanallarının bağlanmasını əmr edib və bildirib ki, bu məsələ yalnız Tayland və onun “rəqibi” Kamboca arasında həll olunacaq.
7 259
+2
Kamboca sərhədində Phum Prey Chan şəhərindəki təhlükəsizlik kameraları göstərir ki, bu səhər Tayland Ordusunun Birinci Ordu Korpusuna aid Burapha Tapşırıq Qüvvəsinin M113A3 zirehli transportyorları və əsgərləri Tayland–Kamboca sərhədini keçərək Sa Kaeo əyalətinə daxil olublar.
7 259
Tayland Ordusunun birinci korpusuna aid əsgərlər anti-material tüfəngdən istifadə edərək Tayland–Kamboca sərhədində, Phlan Hin Paet Kon ərazisində yerləşən Kamboca Krallığı Ordusunun 3-cü Dəstək Diviziyasını simvolizə edən Qızıl At Abidəsini məhv ediblər.
7 259
+1
Tayland Ordusu bu səhər erkən saatlarda Choam Khsant rayonunda, Preah Vihear Məbədinin yaxınlığında Kamboca Ordusunun 1-ci ordu korpusunun qərargahını hədəfə alaraq məhv edib.
7 259
Ukraynaya məxsus Su-27 döyüş təyyarəsi əməliyyat icra edərkən itirilib.
Nəticədə 39-cu taktiki aviasiya briqadasının baş navigatoru, p-k/lnt Ivanov Yevgeni Vitalyeviç həlak olub, ikinci pilotun taleyi isə məlum deyil.
Ehdimal edilir ki təyyarə vurulub.
7 259
Ukrayna SBU-nun FPV-dronunun Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-26 helikopterinə zərbə vurması.
Yəqin ki, bu kadrlar 2025-ci ilin yayından, Krımdan arxiv materialıdır.
7 259
Tayland hərbçiləri Kamboca dronunu hücum tüfəngi ilə vururlar. Kambocalı operatorda görürki atəş açırlar durub baxır. Manevr elədə zalım.
7 259
Taylandın M48A5PI tankları, M113 ACAV zirehli transportyorları və piyadaları Tayland–Kamboca sərhədini keçir.
7 259
+3
Təkmilləşdirilmiş Çin A2AD arsenalı
YJ-15 və YJ-19 raketləri scramjet mühərrikindən istifadə edir.
7 259
Çin Dəniz Donanmasına aid bir helikopter Filippinlərin Ekstrateritorial İqtisadi Zonasında (EEZ) müdafiəsiz bir filippinli balıqçı gəmisinin başında uçaraq işinə mane olur.
7 259
Tayland ordusunun VT-4 tank ekipajı Kamboca mövqelərinə atəş açır.
Qeyd edək ki, tərəflər arasındakı razılaşma Trampın vasitəçiliyi ilə əldə olunub.
7 259
Tayland Hərbi Hava Qüvvələrinin F-16 Fighting Falcon qırıcıları sərhəddə Kamboca ordusunun mövqelərinə qarşı təlim atışları həyata keçirib.
Bəli onlar bunu təlim atışı adlandırıb.
Ötən gün Kamboca Müdafiə Nazirliyi bildirib ki, Tayland qoşunları Kamboca hərbçilərinə atəş açıblar. Qeyd edək ki, oktyabr ayında tərəflər sülh sazişi imzalamışdılar.
7 259
ABŞ Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq Agentliyi (DSCA) 30 oktyabr 2024də ABŞ Konqresinə Argentinaya satış planı barədə bildiriş göndərmişdi. Satış proqramı hökumətlərarası Foreign Military Sales (FMS) xətti ilə həyata keçiriləcək və ümumi dəyəri 941 milyon dollar olan müxtəlif avadanlıq, silah və texniki dəstək vasitələrini əhatə edir. Bu paket Danimarka Hərbi Hava Qüvvələrinin inventarından Argentinanın alacağı 24 ədəd Lockheed Martin F-16AM/BM qırıcısı üçün nəzərdə tutulub.
DSCA bildirişinə əsasən, paketə 36 ədəd orta və uzaq mənzilli AIM‑120C‑8 AMRAAM hava-hava raketi, həmçinin 500 funtluq idarə olunan GBU‑12 Paveway II bombalarının 50 dəsti daxildir.
Argentina apreldə Danimarka HHQ-dən silahlanmadan çıxarılan və daha əvvəl MLU proqramı üzrə modernizasiya olunmuş 24 F-16AM/BM qırıcısının alınması ilə bağlı müqavilə imzalayıb. Təyyarələrin özlərinin qiyməti təxminən 300 milyon dollar təşkil edir.
7 259
Argentina Hərbi Hava Qüvvələrinin ilk altı F-16AM/BM MLU (Mid-Life Upgrade) qırıcısının transatlantik uçuşu başa çatıb. Uçuş zamanı təyyarələr Danimarkadan yola çıxaraq İspaniya, Kanar adaları və Braziliyada ara dayanacaqlar edib.
Argentinaya çatdıqdan sonra qırıclar Buenos-Ayres üzərində nümayiş uçuşu həyata keçiriblər.
7 259
M1A2 Abrams SEPv3 tankında Switchblade dronlarının buraxılması üçün nəzərdə tutulmuş PERCH sisteminin sınaqları keçirilib.
General Dynamics Land Systems (GDLS) şirkəti PERCH (Precision Effects & Reconnaissance, Canister-Housed) adlı modul buraxılış sisteminin uğurla sınaqdan keçirildiyini bildirib. Bu sistem Switchblade 300 və Switchblade 600 tipli döyüş sursatlarının birbaşa tanklardan və ön xəttdəki digər zirehli maşınlardan buraxılmasına imkan verir.
Bu yanaşma mövcud texnologiyalar və sistemlər əsasında sürətli inteqrasiya imkanı verir və yeni qüllələrə və ya xüsusi buraxılış qurğularına ehtiyac qalmır. Nəticədə, platforma özbaşına kəşfiyyat aparıb birbaşa görünüşdən kənarda yerləşən hədəfləri vurmaq qabiliyyətinə malik olur.
Qeyd edək ki, PUA buraxılış sistemlərinin inteqrasiyası ideyası daha əvvəl Almaniyanın KF51 Panther tankında və Cənubi Koreyanın K3 konseptində göstərilmişdi, lakin mövcud real texnika əsasında işlək həlli ilk olaraq amerikalılar təqdim edib.
