fa
Feedback
Ormilitarism

Ormilitarism

رفتن به کانال در Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

نمایش بیشتر
7 262
مشترکین
-424 ساعت
-207 روز
-8230 روز
آرشیو پست ها
Çin Dəniz Donanmasına aid bir helikopter Filippinlərin Ekstrateritorial İqtisadi Zonasında (EEZ) müdafiəsiz bir filippinli balıqçı gəmisinin başında uçaraq işinə mane olur.

Tayland ordusunun VT-4 tank ekipajı Kamboca mövqelərinə atəş açır. Qeyd edək ki, tərəflər arasındakı razılaşma Trampın vasitəçiliyi ilə əldə olunub.

Tayland Hərbi Hava Qüvvələrinin F-16 Fighting Falcon qırıcıları sərhəddə Kamboca ordusunun mövqelərinə qarşı təlim atışları həyata keçirib. Bəli onlar bunu təlim atışı adlandırıb. Ötən gün Kamboca Müdafiə Nazirliyi bildirib ki, Tayland qoşunları Kamboca hərbçilərinə atəş açıblar. Qeyd edək ki, oktyabr ayında tərəflər sülh sazişi imzalamışdılar.

Bunlarında o boyda imkanı var bədbaxt insanlardı köhnə F-16 alıb sevinirlər.

ABŞ Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq Agentliyi (DSCA) 30 oktyabr 2024də ABŞ Konqresinə Argentinaya satış planı barədə bildiriş göndərmişdi. Satış proqramı hökumətlərarası Foreign Military Sales (FMS) xətti ilə həyata keçiriləcək və ümumi dəyəri 941 milyon dollar olan müxtəlif avadanlıq, silah və texniki dəstək vasitələrini əhatə edir. Bu paket Danimarka Hərbi Hava Qüvvələrinin inventarından Argentinanın alacağı 24 ədəd Lockheed Martin F-16AM/BM qırıcısı üçün nəzərdə tutulub. DSCA bildirişinə əsasən, paketə 36 ədəd orta və uzaq mənzilli AIM‑120C‑8 AMRAAM hava-hava raketi, həmçinin 500 funtluq idarə olunan GBU‑12 Paveway II bombalarının 50 dəsti daxildir. Argentina apreldə Danimarka HHQ-dən silahlanmadan çıxarılan və daha əvvəl MLU proqramı üzrə modernizasiya olunmuş 24 F-16AM/BM qırıcısının alınması ilə bağlı müqavilə imzalayıb. Təyyarələrin özlərinin qiyməti təxminən 300 milyon dollar təşkil edir.

+7
Argentina Hərbi Hava Qüvvələrinin ilk altı F-16AM/BM MLU (Mid-Life Upgrade) qırıcısının transatlantik uçuşu başa çatıb. Uçuş zamanı təyyarələr Danimarkadan yola çıxaraq İspaniya, Kanar adaları və Braziliyada ara dayanacaqlar edib. Argentinaya çatdıqdan sonra qırıclar Buenos-Ayres üzərində nümayiş uçuşu həyata keçiriblər.

M1A2 Abrams SEPv3 tankında Switchblade dronlarının buraxılması üçün nəzərdə tutulmuş PERCH sisteminin sınaqları keçirilib. Ge
M1A2 Abrams SEPv3 tankında Switchblade dronlarının buraxılması üçün nəzərdə tutulmuş PERCH sisteminin sınaqları keçirilib. General Dynamics Land Systems (GDLS) şirkəti PERCH (Precision Effects & Reconnaissance, Canister-Housed) adlı modul buraxılış sisteminin uğurla sınaqdan keçirildiyini bildirib. Bu sistem Switchblade 300 və Switchblade 600 tipli döyüş sursatlarının birbaşa tanklardan və ön xəttdəki digər zirehli maşınlardan buraxılmasına imkan verir. Bu yanaşma mövcud texnologiyalar və sistemlər əsasında sürətli inteqrasiya imkanı verir və yeni qüllələrə və ya xüsusi buraxılış qurğularına ehtiyac qalmır. Nəticədə, platforma özbaşına kəşfiyyat aparıb birbaşa görünüşdən kənarda yerləşən hədəfləri vurmaq qabiliyyətinə malik olur. Qeyd edək ki, PUA buraxılış sistemlərinin inteqrasiyası ideyası daha əvvəl Almaniyanın KF51 Panther tankında və Cənubi Koreyanın K3 konseptində göstərilmişdi, lakin mövcud real texnika əsasında işlək həlli ilk olaraq amerikalılar təqdim edib.

Su-34 qırıcı-bombardmançısının dörd ədəd UMPK-lı OFAB-250-270 bombası ilə döyüş uçuşu. Yadınızdadırsa müharibənin ilk günlərində Su-34lər dəhliz bombardımanı eləyirdi alçaqdan uçaraq.

Amerikanın AIM-9 Sidewinder “hava-hava” raketləri ilə təchiz edilmiş Ukraynaya məxsus Magura V7 suüstü dronuna aid fotolar. B
+2
Amerikanın AIM-9 Sidewinder “hava-hava” raketləri ilə təchiz edilmiş Ukraynaya məxsus Magura V7 suüstü dronuna aid fotolar. Bir vaxtların və indinində ən popular qısa mənzilli raketi Sidewinder müharibənin yol açdığı ehtiyaclara görə öz Suüstü-hava raketi kimi missiyalarda istifadə edilir.

+1
Ukrayna Hərbi Hava Qüvvələrinin IRIS-T SLS hava hücumundan müdafiə sistemi tərəfindən “Geran-2” kamikadze dronunun və iki X-101 qanadlı raketinin məhv edilməsi

Yəqin ki, “satış” EDA (Excess Defense Articles – artıq olan müdafiə ləvazimatları) proqramı çərçivəsində həyata keçiriləcək. Bu proqram vasitəsilə ABŞ ehtiyac duymadığı hərbi texnikanı və avadanlığı müttəfiqlərinə demək olar ki, pulsuz verir. Məsələn, eyni sxemlə, İraq müharibəsindən sonra ABŞ ordusunda artıq istifadə edilməyən minlərlə MRAP zirehli avtomobili müxtəlif ölkələrə paylanmışdı. Ölkələr yalnız texnikanın saxlanması və logistika xərclərini ödəyirdi. Lakin Polşa üçün ən mübahisəli məsələ də məhz budur. İlk baxışdan çox sərfəli görünsə də, bu Strykerlər ABŞ ordusu tərəfindən uzun illər aktiv istismar olunub və texniki vəziyyətləri müxtəlifdir — yəni köhnədir. Bu isə o deməkdir ki, Polşa bu BTR-ləri alar-almaz onların təmirinə və qulluq xərclərinə başlayacaq. Ehtiyat hissələrini haradan almalı olacaq? Təbii ki, ABŞ-dan. Bundan əlavə, Polşada hazırda yerli istehsal olan Rosomak təkərli zirehli transpartyor proqramı həyata keçirilir və bu proqramın maliyəçiləri haqlı olaraq narahatdır ki, vəsaitin bir hissəsi ABŞ-dan gələcək bu “hədiyyəyə” yönələ bilər. Bununla belə, 250 ədəd işlənmiş olsa da kifayət qədər yaxşı vəziyyətdə Stryker-in bir anda hədiyyə verilməsi çox cəlbedici təklifdir. Buna görə də Polşa hökuməti məsələnin həllini 2026-cı ilə qədər təxirə salıb. Gələcəkdə bu texnikanı ABŞ-ın razılığı ilə sadəcə Ukraynaya hədiyyə etmək olar. Onda onların təmiri və təminatı problemi də Kiyevin üzərinə keçmiş olacaq.

1 dollara Stryker ABŞ Polşaya 250 ədəd Stryker zirehli transportyorunu cəmi 1 (bir) dollara satmaq istəyir. Səbəb: Onları ABŞ
1 dollara Stryker ABŞ Polşaya 250 ədəd Stryker zirehli transportyorunu cəmi 1 (bir) dollara satmaq istəyir. Səbəb: Onları ABŞ-a geri gətirmək həmin məbləğdən qat-qat baha başa gəlir. BreakingDefense-in məlumatına görə, ABŞ ordusunun Avropadakı şəxsi heyətinin sayının azaldılması çərçivəsində ABŞ Polşaya 250 “Stryker”i simvolik 1 dollara təklif edir ki, onların geri daşınmasına pul xərclənməsin.

Ukraynanın “Flamingo” qanadlı raketinin buraxılışa hazırlığı zamanı çəkilmiş bir neçə foto.
+2
Ukraynanın “Flamingo” qanadlı raketinin buraxılışa hazırlığı zamanı çəkilmiş bir neçə foto.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Sky News-a müsahibəsində bir neçə maraqlı məqama toxunub. Rusiya
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Sky News-a müsahibəsində bir neçə maraqlı məqama toxunub. Rusiya cəbhə xətti boyunca Ukrayna mövqelərinə gündə 4000–5000 kamikadze dronu, həmçinin 1500–2000 ədəd sursat atan dron göndərir. “O ki qaldı pilotsuz aparatlara, burada təxmi say var. Hazırda biz ruslardan bir qədər çox FPV dronu istifadə edirik.” Rusiya ordusunda hələ də Ukraynadan iki dəfə çox artilleriya mərmisi var, lakin dronların kütləvi istifadəsi və onların artırılmış məsafəsi artilleriyanın effektiv tətbiqini çətinləşdirir. Hazırda zərbələrin 60%-i dronlarla endirilir. Təxminən 1255 km uzanan cəbhə xətti boyunca 710 000-dən çox rus hərbçisi yerləşdirilib. Rusiya ordusu hazırda “demək olar ki, bütün cəbhə xətti boyunca irəliləməyə çalışır.”

Daha dəqiq: APWKS II raketlərinin buraxılması üçün LAU-131 blokları və AN/AAQ-33 Sniper Advanced Targeting Pod asqısı.
Daha dəqiq: APWKS II raketlərinin buraxılması üçün LAU-131 blokları və AN/AAQ-33 Sniper Advanced Targeting Pod asqısı.

Təklif Avropada artan tələbi də dəstəkləyir: Ukrayna Gripen E-dən 150-ə qədər ədəd almağı nəzərdən keçirir və İsveç tərəfi qeyd edir ki, Kanadadakı müəssisə bu tələbi qismən ödəyə bilər. Saab isə bildirir ki, Kanada tərəfindən böyük sifariş olmadan texnologiya transferi və sənaye bazasının yaradılması mümkün deyil. Keçmiş Kanada Hərbi Hava Qüvvələri zabitləri bildirirlər ki, qarışıq park döyüş qabiliyyətini zəiflədər və məhdud müdafiə büdcəsini logistika, təlim və infrastrukturun təkrarlanması səbəbindən yükləyər. F-35 NORAD və NATO ilə inteqrasiya üçün əsas olaraq qalır; şəbəkə əlaqəsi, radar görünməzliyi və qorunan hava məkanında, o cümlədən Arktikada əməliyyat qabiliyyəti təmin edir. Gripen E isə tətbiq elastikliyi təklif edir: qısa eniş və qalxış, sadə texniki xidmət və paylanmış bazalardan işləmək bacarığı — bu, şimal ərazilərin patrul xidməti üçün qiymətlidir. Yaxınlarda Saab Project Beyond çərçivəsində qırıcının yeni imkanlarını nümayiş etdirib. Üç sınaq uçuşu zamanı Gripen E inteqrasiya olunmuş Centaur AI sistemi (Helsing SE, Almaniya) ilə işləyib. Bu sistem pilotun sensor məlumatlarını filterləməsinə, təhdidlər zamanı prioritetləri müəyyən etməsinə və döyüş yükünü idarə etməsinə kömək edir. Saab bildirir ki, bu Gripen E-yə dronlar, xarici sensor daşıyıcıları və perspektivli silah növləri ilə qarşılıqlı fəaliyyət göstərən birgə döyüş platforması kimi işləməyə imkan verir. Kanadalıların seçimi yalnız texnikadan asılı deyil. F-35-in tam sifarişi Kanadanın ABŞ-a asılılığını artıracaq. Ottawa ilə Vaşinqton arasında gərgin münasibətlər var. Gripen-ə keçid NATO-dakı İsveçlə əlaqələri gücləndirər, Kanadanın müdafiə sənayesinə təkan verər və Avropanın silahlanma səylərinə, o cümlədən Ukraynaya dəstəyə uyğunlaşa bilər. Yeni qırıcıların alınması qərarı göstərəcək ki, Kanada alyanslar, sənaye müstəqilliyi və Şimali Atlantik regionunda təhlükəsizlik rolunu necə balanslaşdıracaq.

Ottawa F-35 və JAS-39 arasında seçim edir Kanada, İsveçin Gripen E/F-in yerli istehsalı təklifini təqdim etməsi fonunda F-35
Ottawa F-35 və JAS-39 arasında seçim edir Kanada, İsveçin Gripen E/F-in yerli istehsalı təklifini təqdim etməsi fonunda F-35 qırıcılarının alınması planlarını yenidən nəzərdən keçirir. Kral Carl XVI Gustafın Ottavaya səfəri zamanı Saab şirkəti kanadalılar üçün geniş və cəlbedici bir layihə təqdim edib. İsveçin təklifi Kanadada quraşdırma xətti və AR-GE mərkəzinin yaradılmasını nəzərdə tutur və böyük sifariş şərti ilə 10 minə qədər yeni iş yeri vəd edir. Lakin rəsmi şəxslər xatırladırlar ki, Kanadada böyük istehsal xətləri yaratmaq təcrübəsi çox məhduddur. Konkret olaraq, Braziliyaya aid bir istehsal xəttinin Kanadada qurulması üzrə təcrübə sadəcə 200 işçi ilə məhdudlaşıb. Yəni, Kanada böyük sənaye layihələrində kifayət qədər təcrübəyə malik deyil. Amma buna baxmayaraq, bu fikir artıq Bombardier tərəfindən dəstəklənir. Bombardier, Saab-ın GlobalEye layihəsində tərəfdaşıdır. Yəni, ideya texnologiya transferi və yerli istehsal üçün müəyyən sənaye dəstəyi ilə dəstəklənir.

İyun müharibəsi zamanı İrandakı itkilər ortaya çıxmaqda davam edir. İsrail əməliyyatı başa çatdıqdan sonra ilk günlərdə çəkil
İyun müharibəsi zamanı İrandakı itkilər ortaya çıxmaqda davam edir. İsrail əməliyyatı başa çatdıqdan sonra ilk günlərdə çəkildiyi ehtimal edilən peyk görüntüsü yeni dərc olunub. Şəkildə Kermanşahın şimalındakı yeraltı bazanın yaxınlığında məhv edilmiş doqquz ballistik raket buraxılış qurğusu görünür.

“Ruslar”
+9
“Ruslar”

Polşa Ordusu yerli istehsal olan Borsuk piyada döyüş maşınlarının ilk partiyasını qəbul edib. İlk 15 “Borsuk” 15-ci mexanikiləşdirilmiş briqada üçün nəzərdə tutulub və onlar 2025-ci ilin martında imzalanmış 111 ədəd PDM-in istehsalını əhatə edən müqavilə çərçivəsində istehsal edilib. Bu 15 maşından əlavə olaraq daha 3 ədəd 2026-cı ildə, 2027–2029-cu illərdə isə müvafiq olaraq 33 və 55 ədəd PDM-in təhvil verilməsi planlaşdırılır. Borsuk PDM-in çəkisi 28 tondur, ön zireh mühafizəsi yalnız 14,5 mm-lik güllələrə qarşıdır. Silahlanmasına 30 mm Mk 44 Bushmaster II topu, 7,62 mm pulemyot və iki ədəd Spike tank əleyhinə raket qurğusu daxildir. Bir maşının dəyəri təxminən 14 milyon avro olaraq qiymətləndirilir.