fa
Feedback
Ormilitarism

Ormilitarism

رفتن به کانال در Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

نمایش بیشتر
7 262
مشترکین
-124 ساعت
-197 روز
-8530 روز
آرشیو پست ها
Xəndək döyüşləri üçüb təlim…

ABŞ hərbçiləri “Steel Knight 25” təlimləri çərçivəsində Kaliforniya ştatında, Camp Pendleton bazasında texnika üçün xəndəklər
+9
ABŞ hərbçiləri “Steel Knight 25” təlimləri çərçivəsində Kaliforniya ştatında, Camp Pendleton bazasında texnika üçün xəndəklər və yeraltı sığınacaqlar qurur.

Almaniya 50 milyard avroluq silah paketini təsdiqləyib Almaniya Bundestaqının Büdcə Komitəsi 50 milyard avrodan çox dəyərdə h
Almaniya 50 milyard avroluq silah paketini təsdiqləyib Almaniya Bundestaqının Büdcə Komitəsi 50 milyard avrodan çox dəyərdə hərbi satınalma müqavilələrini təsdiqləyib.

Yunanıstan Egey adalarında İsrail istehsalı raketlər yerləşdirib Yunanıstan Türkiyəyə qarşı Şərqi Egey adalarında və Evros sə
Yunanıstan Egey adalarında İsrail istehsalı raketlər yerləşdirib Yunanıstan Türkiyəyə qarşı Şərqi Egey adalarında və Evros sərhədi boyunca Spike NLOS raketlərini yerləşdirib.

İsveç Baltik dənizində Rusiya tankerilərində silahlı mühafizəçilər müşahidə edib İsveç rəsmilərinin bildirdiyinə görə, Baltik
İsveç Baltik dənizində Rusiya tankerilərində silahlı mühafizəçilər müşahidə edib İsveç rəsmilərinin bildirdiyinə görə, Baltik dənizində fəaliyyət göstərən Rusiyanın “kölgə donanması”na məxsus bəzi neft tankerilərinin göyərtəsində silahlı, forma geyinmiş şəxslər müşahidə olunub.

Nigeriya: Hökumət hava qüvvələrini modernləşdirmək məqsədilə İtaliyanın Leonardo şirkətindən təxminən 1,2 milyard dollar dəyə
Nigeriya: Hökumət hava qüvvələrini modernləşdirmək məqsədilə İtaliyanın Leonardo şirkətindən təxminən 1,2 milyard dollar dəyərində 24 ədəd Leonardo M-346FA döyüş təyyarəsi almağı planlaşdırır.

Azərbaycan Türkiyə ilə qarşılıqlı müdafiə paktını ratifikasiya edib Azərbaycan parlamenti Türkiyə ilə imzalanmış ikitərəfli m
Azərbaycan Türkiyə ilə qarşılıqlı müdafiə paktını ratifikasiya edib Azərbaycan parlamenti Türkiyə ilə imzalanmış ikitərəfli memorandumu ratifikasiya edib. Sənədə əsasən, silahlı təcavüz halında hər iki dövlət bir-birinə hərbi yardım göstərməyi öhdəsinə götürür.

PURL — Partnership for Ukraine’s Long-term Reconstruction and Logistics ifadəsinin qısaldılmasıdır. PURL Ukraynaya uzunmüddətli hərbi-logistik dəstək və bərpa məqsədi daşıyan beynəlxalq tərəfdaşlıq mexanizmidir.

17-si keçirilən Ramşteyn görüşü zamanı 15 ölkə Ukraynaya hərbi yardım üzrə öhdəliklərini təsdiqləyib və ya yeni vədlər verib: Almaniya — hava hücumundan müdafiə (Patriot, IRIS-T), dronlar və artilleriya üçün 11,5 mlrd avro. Böyük Britaniya — hava hücumundan müdafiə üçün 600 mln funt sterlinq (qismən dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdiriləcək) Niderland — dronlar, o cümlədən Ukrayna istehsalı PUA-lar üçün 700 mln avro. Norveç — hava hücumundan müdafiə və artilleriya sistemləri daxil olmaqla təxminən 7 mlrd dollar həcmində hərbi yardım. Danimarka — dronlar, hava hücumundan müdafiə, aviasiya və PURL üçün 250 mln avroluq paket. Kanada — dronlar və raketlər (o cümlədən AIM-9) üçün 30 mln Kanada dolları. Litva — PURL və koalisiyalar daxil olmaqla 220 mln avrodan çox (ÜDM-in ən azı 0,25%-i). Latviya — dronlar, radioelektron mübarizə və PURL üçün 110 mln avro (ÜDM-in 0,25%-i). Estoniya — 142 mln avro (ÜDM-in 0,25%-i) + IT Koalisiyasına 9 mln avro. Lüksemburq — 100 mln avro birbaşa yardım + PURL üçün 15 mln avro. Portuqaliya — dronlar üçün 10 mln avro. Polşa — 155 mm artilleriya mərmiləri. Çexiya — 760.000 artilleriya mərmisinin maliyyələşdirilməsi. Monteneqro və Yeni Zelandiya — PURL-ə töhfələr.

Almaniya Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə ölkəyə iki ədəd Patriot sistemi və IRIS-T hava
Almaniya Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə ölkəyə iki ədəd Patriot sistemi və IRIS-T hava hücumundan müdafiə sistemini təhvil verib. Bu barədə müdafiə naziri Boris Pistorius bildirib.

Çinin Y-30 nəqliyyat təyyarəsi ilk uçuşunu həyata keçirib Bu təyyarə köhnəlmiş Y-8/Y-9 ailəsini əvəz etmək və Y-9 ilə Y-20 ar
Çinin Y-30 nəqliyyat təyyarəsi ilk uçuşunu həyata keçirib Bu təyyarə köhnəlmiş Y-8/Y-9 ailəsini əvəz etmək və Y-9 ilə Y-20 arasında mövcud olan boşluğu doldurmaq üçün nəzərdə tutulub.

Rusun donanma bazasını canlı videoya çəkib sualtını vururlar bunlar hələ propaqanda aparır.

Rusiya Müdafiə Nazirliyinin yayımladığı yaxın planlı videoda, vurulan Varşavyanka sinifli sualtı qayıqda səthdə görünən zədələr müşahidə olunmur. Lakin əsas suallar hələ açıq qalır: sualtı hissədə mümkün zədələr olubmu, niyə körpüdə partlayışın təsirləri göstərilməyib və dron sualtı qayıq bazasına necə çatıb, üstəlik bu anlar canlı kamera ilə necə çəkilib.

Çin ilk nüvə enerjili aviadaşıyıcısını inşa edir Çin ilk nüvə ilə işləyən aviadaşıyıcısı olan Type 004-ün inkişafı istiqaməti
Çin ilk nüvə enerjili aviadaşıyıcısını inşa edir Çin ilk nüvə ilə işləyən aviadaşıyıcısı olan Type 004-ün inkişafı istiqamətində irəliləyir. 2025-ci ildə Dalian Gəmiqayırma Zavodunda aparılan tikinti işləri bunu açıq şəkildə göstərir.

Böyük Britaniyanın Silahlı Qüvvələrinin rəhbəri Rusiyadan gələn təhdilərin artması səbəbindən ölkədə oğlanların və qızların döyüşməyə hazır olması barədə öncədən xəbərdarlıq edib. Hərbi Hava Qüvvələrinin marşalı Ser Riçard Nayton bildirib ki, ölkə gələcək mümkün münaqişə riskləri barədə ailələrə qarşı dürüst olmalı və təkcə ordudan asılı qalmaq əvəzinə, cəmiyyətin real fədakarlıqlar ehtimalına hazır olmasını təmin etməlidir.

Çin ABŞ-ın Venesuela əməliyatından istifadə edə bilər. Belə olacaqsa Tayvan əməliyatına Yaponiya məcbur qoşula bilər.

Tayvanın Müdafiə Nazirliyi bildirib ki, ölkə ordusu Çindən gələ biləcək istənilən qəfil hücuma sürətlə reaksiya verə bilər və
Tayvanın Müdafiə Nazirliyi bildirib ki, ölkə ordusu Çindən gələ biləcək istənilən qəfil hücuma sürətlə reaksiya verə bilər və bölmələr mərkəzi komandanlıqdan əmr gözləmədən müstəqil şəkildə fəaliyyət göstərə bilərlər. Nazirlik xəbərdarlıq edib ki, Çin ada ətrafında hərbi fəaliyyətlərin miqyasını və intensivliyini ardıcıl şəkildə artırıb. Bu fəaliyyətlərə təlimlər də daxildir. Onlar çox qısa zamanda real döyüş əməliyyatlarına çevrilə bilər. Taypeyin sözlərinə görə, bu əməliyyatlar Çinin Tayvan qüvvələrini tükəndirməyə yönəlmiş “boz zona” təzyiq kampaniyasının bir hissəsidir.

Avstraliyanın Baş naziri Entoni Albanese Əhməd əl-Əhmədi ziyarət edib və Bondi çimərliyində silahlı hücumçunu zərərsizləşdirən bu şəxsi “ölkəmizin ən yaxşı nümunəsi” adlandırıb.

Türkiyənin yerli istehsalı olan ASELFLIR-600 elektro-optik sistemi sınaqlar zamanı uzun mənzilli müşahidə imkanlarını nümayiş etdirib və 200 km-ə qədər məsafədə aydın görüntülər əldə edib.

Pakistan Hərbi Dəniz Qüvvələri bazar ertəsi Şimali Ərəb dənizində FM-90(N) ER yer-hava raketinin canlı atış sınağını həyata keçirib. Ordunun media qanadı olan ISPR-in məlumatına görə, təlim zamanı hərbi dəniz gəmisi hava hədəflərini uğurla vuraraq əməliyyat hazırlığını nümayiş etdirib.